Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1819/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 QSC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" QSC, "xxxx" MMC, Gəncə Asan Xidmət Mərkəzində Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “icra qeydinin ləğvi, hərracın yekun protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(004)-5310/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" QSC, "xxxx" MMC, Gəncə Asan Xidmət Mərkəzində Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Asan Xidmət Mərkəzinin Notariat kontorunun xüsusi notarisu X1 10 mart 2015-ci il tarixdə 7E-11580 reyestr qeydi əsasında verilmiş icra qeydinin ləğv edilməsi, Əmlak İxtisaslaşdırlmış Hərrac Mərkəzinin 29 aprel 2016-cı il tarixli Y-188 nömrəli Hərracın nəticələri haqqında Yekun Protokolun etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 30.07.2016-cı il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC İddiaçı, X17 və digərlərinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək İddiaçı, X18, X12, X5 Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, İddiaçı, X19, X12, X13, X25, X20, X21, X3, X26, X9 Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evindən çıxarılması, sözügedən yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq QSC-yə təhvil verilməsini xahiş etmişdir. "xxxx" QSC iddianı onunla əsaslandırmışdır ki, Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi X24 Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri verilmiş ********** qeydiyyat nömrəli, 30.07.2016-cı il tarixli çıxarışı alınmışdır. Hərracın keçirilməsi və onun nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bankın adına çıxarışın alınmasından onun və ailə üzvlərinin ümumiyyətlə xəbəri olmamışdır. Hərrac onlardan gizli və qanuna zidd keçirilmişdir. Hərracın yekun protokolu və çıxarışın surətini Şəmkir Rayon Məhkəməsində Bankın onlara qarşı hazırki iddiası üzrə 04 avqust 2021-ci il tarixdə keçirilən hazırlıq iclasında almışlar. Hərracın keçirilməsi və onun yekun nəticələri ilə razılaşmır. Belə ki, fərdi yaşayış evi həmin qanuna zidd təşkil edilən və keçirilmiş hərrac vasitəsi ilə 127500 manata satılmışdır. Hərrac protokolundan görünür ki, evin ilkin satış qiyməti 200000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsinin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməmişlər. Sorğuya verilmiş cavablar əsasında müəyyən olunur ki, "xxxx" QSC Şəmkir rayon Notariat kontorunun notariusuna 31 oktyabr 2014-cu il tarixdə ərizə yazaraq bildirmişdir ki, X14 28.03.2012-tarixli 06L000003258 saylı kredit xətti müqaviləsi üzrə 02.04.2012-cı il tarixli 11 tarixli 00R000007593 saylı kredit razılaşması və tərəflər arasında imzalanmış 28.02.2014-cü il tarixli 7593 N-li Saziş əsasında aylıq faiz dərəcəsi 1,6667 olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 105000 (bir yüz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, X14 "xxxx" QSC ilə 28.03.2012-ci il tarixli 06L000003258 saylı kredit xətti müqaviləsi üzrə 28.08.2012-ci il tarixli 06R000008082 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, X14 28.03.2012-ci il tarixli 06L000003258 saylı kredit xətti müqaviləsi üzrə 18.12.2013-cü il tarixli 06R000014710 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən 28.03.2012-ci il tarixli 06L000003258 saylı kredit xətti müqaviləsi üzrə borclu X10 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədilə X2 29.03.2012-cı il tarixdə bağladığı 06M000000780 saylı ipoteka müqaviləsi Şəmkir rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiqlənib, bunun əsasında Şəmkir şəhəri, Şəmkir küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 6 otaqlı, 192,4 kvm. yaşayış, 322,8 kvm. yardımçı, 515,2 kvm. ümumi sahədən ibarət, Litr B-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,3 kvm. yaşayış, 17,4 kvm. yardımçı, 74,7 kvm. ümumi sahədən ibarət fərdi yaşayış evi, Liter 1-də yerləşən 13,6 kvm. tikintialtı sahədən ibarət hasarı bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Borclu və iptoeka qoyan Bank qarşısında öz öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka saxlayan "xxxx" QSC ipoteka qoyan X15 «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq notariusun icra qeydi qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildiriş 21.08.2014-cü il tarixdə ona təqdim edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsinə təqdim olunmuş və ərizə 29.08.2014-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. Ərizənin qeydiyyata alınması üçün 36,50 manat xidmət haqqı ödəmişdir. Bildirir ki, X10 08 oktyabr 2014-cü il tarixinə olan borcu 06R000007593 saylı kredit razılaşması üzrə 47091,07 ABŞ dolları məbləğində əsas borc, 14297,56 ABŞ dolları məbləğində faiz borcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 7210 ABŞ dolları məbləğində cərimə borcu, 06R000008082 saylı kredit razılaşması üzrə 17213,76 ABŞ dolları məbləğində əsas borc, 2425,13 ABŞ dolları məbləğində faiz borcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 12166 ABŞ dolları məbləğində cərimə borcu, 06R000014710 saylı kredit razılaşması üzrə 35654,72 ABŞ dolları məbləğində əsas borc, 9340,69 ABŞ dolları məbləğində faiz borcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 21139 ABŞ dolları məbləğində cərimə borcu daxil olmaqla ümumilikdə cəmi 166537,93 ABŞ dolları təşkil edir. Göstərilənlərə və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 12-ci fəslinə əsasən borclu X7 ümumilikdə cəmi 166539,93 (bir yüz altmış altı min beş yüz otuz doqquz tam yüzdə doxsan üç) ABŞ dolları məbləğində borcun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 36,50 manat məbləğində xidmət haqqının və icra qeydinin alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Şəmkir şəhəri, Şəmkir küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 6 otaqlı, 192,4 kv.m. yaşayış, 322,8 kv.m yardımçı, 515,2 kv.m ümumi sahədən ibarət, Litr B-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,3 kvm. yaşayış, 17,4 kv.m. yardımçı, 74,7 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi, Liter T-də yerləşən 13,6 kv.m. tikintialtı sahədən ibarət hasara yönəldilməsi barədə icra qeydinin aparılmasını xahiş etmişlər. Gəncə Asan Xidmət Mərkəzinin Notariat Kontorunun xüsusi notarisu X6 10 mart 2015-ci il tarixdə 7E-11580 reyestr qeydi əsasında icra qeydi verilmişdir. Bildirir ki, X27 24 noyabr 2014-ci il tarixdə vəfat etmişdir. Ümumiyyətlə hesab edir ki, icra qeydi verilən zaman tərəflər arasında borca dair mübahisə yaranmış və icra qeydi də ölmüş şəxsə (1 il 4 aydan sonra) münasibətdə verilmişdir. Qanunsuz verilmiş icra qeydi əsasında da 29 aprel 2016-cı il tarixdə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən hərrac keçirilmiş və həmin əmlak 127500 manata QSC-yə satılmışdır. Əmlakın mülkiyyətçisi X26 isə 23 fevral 2016-cı il tarixdə vəfat etmişdir.Yəni artıq Hərrac keçirilən zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq şəxsin ölməsindən sui-istifadə edən “Hərrac Mərkəzi” və "xxxx" QSC əmlakı öz mülkiyyətlərinə keçirmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(004)- 5310/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. X27 24.11.2014-cü il tarixdə ölmüş, icra qeydi isə 10.03.2015-ci il tarixdə verilmişdir, icra qeydi verilərkən kredit götürən şəxs sağ olmamış, onun vərəsələrinin dairəsi müəyyən edilmədən icra qeydi verilərək, hərrac keçirilməsi sifariş edilmişdir. İpoteka qoyan da xəbərdar edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, sənədlər X22 tərəfindən imzalanmışdır, Əminə Zamanova həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır. Onun tərəfindən bildirişlərin imzalanması mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh QSC-nin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 28.03.2012-ci il tarixli 06L000003258 saylı X27 ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit xətti müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən X14 120 ay müddətinə 400.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 28.03.2012-ci il tarixli 06L000003258 saylı kredit xətti müqaviləsi üzrə 06R000014710 nömrəli kredit razılaşmasının surətindən görünür ki, Bank tərəfindən X14 36 ay müddətinə, aylıq 1.5 faiz dərəcəsi ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 28.03.2012-ci il tarixli 06L000003258 saylı kredit xətti müqaviləsi üzrə 02.04.2012-ci il tarixli 06R00007593 nömrəli kredit razılaşmasının surətindən görünür ki, Bank tərəfindən X14 36 ay müddətinə, aylıq 1.6667 faiz dərəcəsi ilə 105.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 28.03.2012-ci il tarixli 06L000003258 saylı kredit xətti müqaviləsi üzrə 28.08.2012-ci il tarixli 06R00008082 nömrəli kredit razılaşmasının surətindən görünür ki, Bank tərəfindən X14 36 ay müddətinə, aylıq 1.6667 faiz dərəcəsi ilə 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan X26 ilə "xxxx" QSC arasında 29.03.2012-cı il tarixdə bağlanmış 06M000000780 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Bank ilə X27 arasında bağlanmış 28.03.2012-ci il tarixli Kredit xətti müqaviləsi, bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Şəmkir şəhəri, Şəmkir küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 6 otaqlı, 192,4 kvm. yaşayış, 322,8 kvm. yardımçı, 515,2 kvm. ümumi sahədən ibarət, Litr B-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,3 kvm. yaşayış, 17,4 kvm. yardımçı, 74,7 kvm. ümumi sahədən ibarət fərdi yaşayış evi, Liter 1-də yerləşən 13,6 kvm. tikintialtı sahədən ibarət hasarı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 137.585 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə Bankın tələbi ipoteka predmeti hesabına məhkəməyə müraciət edilmədən (məhkəmədən kənar qaydada) ödənilir. Müqavilənin 4.2-ci maddəsinə əsasən Kredit və İpoteka müqavilələri ilə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər İpoteka verənin bu müqavilənin 5-ci maddəsində göstərilən ünvanına və ya Banka məlum olan sonuncu ünvanına yazılı şəkildə bildirişli sifariş məktubu ilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə İpoteka verənə çatdırılmış hesab olunur. İpoteka verən ünvanında hər hansı bir dəyişiklik barədə dərhal Bankı xəbərdar etməlidir. 31.10.2014-cü il tarixli maliyyə arayışından görünür ki, X10 08.10.2014-cü il tarixə olan borcu - kreditin qalıq məbləği, kredit üzrə faiz və cərimə məbləği daxil olmaqla ümumilikdə cəmi 166537,93 ABŞ dolları təşkil edir. İş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X15 məxsusdur və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 24.02.2012-ci il tarixdə 16 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, X15 məxsus Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi Cavabdeh1 QSC Gəncə filialının xeyrinə 10 il müddətinə ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 30.03.2012-ci il tarixdə 16 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 28.02.2014-cü il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 7593 nömrəli Sazişin surətindən görünür ki, kredit razılaşması üzrə kreditin müddəti 58 ay yazılması, 02.04.2012-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri bu Sazişə əlavə olunan 28.02.2014-cü il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilməsi barədə tərəflər arasında razılığa gəlinmişdir. İş materiallarında olan 19.08.2014-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X15 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 22.08.2014-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 nömrəli fərdi yaşayış evinə və həmin torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsinə müracət etmişdir. İş materiallarında olan 31.10.2014-cü il tarixli 4083 saylı Ərizənin surətindən görünür ki, Cavabdeh1 QSC Şəmkir rayon Notariat Kontorunun Notariusuna borclu X7 166539,93 (bir yüz altmış altı min beş yüz otuz doqquz tam yüzdə doxsan üç) ABŞ dolları məbləğində borcun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 36,50 manat məbləğində xidmət haqqının və icra qeydinin alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun tutulması tələbi və tutmanın ipoteka ilə yüklü edilmiş Şəmkir şəhəri, Şəmkir küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 6 otaqlı, 192,4 kvm. yaşayış, 322,8 kv.m yardımçı, 515,2 kv.m ümumi sahədən ibarət, Litr B-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,3 kvm. yaşayış, 17,4 kvm. yardımçı, 74,7 kvm. ümumi sahədən ibarət fərdi yaşyaış evi, Liter T-də yerləşən 13,6 kvm. tikintialtı sahədən ibarət hasara yönəldilməsi barədə icra qeydinin aparılmasını xahiş etmişdir. İş materiallarında olan 10 mart 2015-ci il tarixli icra qeydindən görünür ki, Gəncə ASAN Xidmət Mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 10.03.2015ci il tarixdə 166539,93 ABŞ dolları məbləğində borcun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 36,50 manat məbləğində xidmət haqqının və icra qeydinin alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələbi ipoteka qoyan X15 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 6 otaqlı, 192,4 kvm. yaşayış, 322,8 kv.m yardımçı, 515,2 kv.m ümumi sahədən ibarət, Litr B-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,3 kvm. yaşayış, 17,4 kvm. yardımçı, 74,7 kvm. ümumi sahədən ibarət fərdi yaşayış evi, Liter T-də yerləşən 13,6 kvm. tikintialtı sahədən ibarət hasara yönəldilməsi barədə icra qeydi verilmişdir. Həmin icra qeydi 7E-11580 nömrəsi ilə reyestrdə qeydə alınmışdır. 10.03.2015-ci il tarixli, 450 saylı məktubun surətindən görünür ki, Gəncə ASAN Xidmət Mərkəzinin xüsusi notariusu R.S.Xeyrullayev öhdəliklərin məcburi icra edilməsi üçün icra vərəqini Şəmkir rayon İcra Bölməsinə göndərmişdir. İş materiallarında olan 17.03.2015-ci il tarixli 840/2015 saylı icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə ASAN Xidməti Mərkəzi Notariat Kontorunun 7E-11580 nömrəli 10.03.2015-ci il tarixli icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi üzrə icraata başlanılmış, borclu X26 tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarında olan 30.03.2015-ci il tarixli qərarın surətindən görünür ki, Şəmkir rayon İcra Şöbəsi tərəfindən X15 məxsus Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmişdir. İş materiallarında olan 30.03.2015-ci il tarixli məktubun surətindən görünür ki, Şəmkir rayon İcra Bölməsi icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə X15 məxsus Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün göstəriş verilməsi barədə Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakın qiymətləndirilməsi "xxxx" MMC-yə müraciət etmişdir. İş materiallarında olan 11.11.2015-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, "xxxx" MMC tərəfindən X15 məxsus Şəmkir şəhəri, Şəmkir küçəsində 24 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi A və B evlərinin qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş və Şəmkir şəhəri, Şəmkir küçəsində 24 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi A və B evlərinin dəyəri 200.000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 11.12.2015-ci il tarixli məktubun surətindən görünür ki, Şəmkir rayon İcra Şöbəsi icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə X15 məxsus Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinin satılması üçün göstəriş verilməsi barədə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-ə müraciət etmişdir. İş materiallarında olan Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələri haqqında yekun Y-188 saylı protokolun surətindən görünür ki, X15 məxsus Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 200.000 manat, son satış qiyməti 127.500 manat olmaqla Cavabdeh1 QSC-ə satılmışdır. İş materiallarında olan AZ-İ 730568 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X27 24.11.2014-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.07.2015-ci il tarixdə 219 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 780400 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 23.02.2016-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.03.2016-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Şəmkir rayon notariat kontoru tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə ünvanlanmış 28.03.2018-ci il tarixli məktubun surətindən görünür ki, 23.02.2016-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka dair 174 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi İddiaçıdur. İş materiallarında olan 17.03.2016-cı il tarixli, 1002 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması təklif olunmuşdur. İş materiallarında olan 06.04.2016-cı il tarixli, 6414 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-nin tərəfindən ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması haqqında təklif məktubuna cavab olaraq icra qeyd ilə tanınmış borcun əvəzində ipoteka predmetini 127.500 manat məbləğində qəbul etməyə razı olduqlarını bildirmişlər. İş materiallarında olan "xxxx" MMC-nin 11.01.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi (A və B tikilisi) açıq hərraca çıxarılmışdır. İlkin satış qiyməti 200.000 manatdır, hərrac 05 fevral 2016-cı il tarixdə, saat 11:00-da ünvan 3 ünvanda keçirilcəkdir. Bu barədə bildiriş tərəflərə göndərilmişdir. Bildirişin alınmasına dair qəbzin surətindən görünür ki, bildiriş X26 tərəfindən 19.01.2016-cı il tarixdə imza olunmaqla alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 12.02.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi (A və B tikilisi) açıq hərraca çıxarılmışdır. İlkin satış qiyməti 170.000 manatdır, hərrac 16 mart 2016-cı il tarixdə, saat 11:00-da ünvan 3 ünvanda keçirilcəkdir. Bu barədə bildiriş tərəflərə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 10.03.2015-ci il tarxli, 7E-11580 reyestrlə təsdiq olunmuş icra qeydi işinin içərisində olan 02.02.2015-ci il tarixli, 224 saylı məktubun surətindən görünür ki, Gəncə ASAN Xidmət Mərkəzi Notariat Kontoru tərəfindən X15 qısa zaman ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, notarius İpoteka müqaviləsi üzərində icra qeydini apararaq öhdəliyin məcburi icra edilməsi üçün Şəmkir rayon icra qrupuna təqdim edilməsi barədə xəbərdar edilmişdir. Həmin məktub X11 yaşadığı ünvana göndərilmiş və həmin ünvanda 05.02.2015-ci il tarixdə Zamanova Əminə tərəfindən imza olunmaqla təhvil alınmışdır. X42 Xidmətinin Fevral, 2015-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin Nizami filialı tərəfindən ünvan 4 ünvanında qeydiyyatda olan X15 göndəriş olmuş, göndəriş 05.02.2015-ci il tarixdə, saat 15:47-də Zamanova Əminə tərəfindən qəbul edilmişdir. 19.02.2015-ci il tarixli, 340 saylı məktubun surətindən görünür ki, Gəncə ASAN Xidmət Mərkəzi Notariat Kontoru tərəfindən X15 qısa zaman ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə notarius İpoteka müqaviləsi üzərində icra qeydini apararaq öhdəliyin məcburi icra edilməsi üçün Şəmkir rayon icra qrupuna təqdim edilməsi barədə xəbərdar edilmişdir. Həmin məktub X11 yaşadığı ünvana göndərilmiş və həmin ünvanda 23.02.2015-ci il tarixdə Zamanova Əminə tərəfindən imza olunmaqla təhvil alınmışdır. X42 Xidmətinin Fevral, 2015-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin Nizami filialı tərəfindən ünvan 4 ünvanında qeydiyyatda olan X15 göndəriş olmuş, göndəriş 23.02.2015-ci il tarixdə, saat 17:00-da Zamanova Əminə tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X26 ilə "xxxx" QSC arasında 29.03.2012-cı il tarixdə bağlanmış 06M000000780 saylı ipoteka müqaviləsinə əsasən Bank ilə X27 arasında bağlanmış 28.03.2012-ci il tarixli Kredit xətti müqaviləsi, bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Şəmkir şəhəri, Şəmkir küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 6 otaqlı, 192,4 kvm. yaşayış, 322,8 kvm. yardımçı, 515,2 kvm. ümumi sahədən ibarət, Litr B-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,3 kvm. yaşayış, 17,4 kvm. yardımçı, 74,7 kvm. ümumi sahədən ibarət fərdi yaşayış evi, Liter 1-də yerləşən 13,6 kvm. tikintialtı sahədən ibarət hasarı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə Bankın tələbi ipoteka predmeti hesabına məhkəməyə müraciət edilmədən (məhkəmədən kənar qaydada) ödənilir. Müqavilənin 4.2-ci maddəsinə əsasən Kredit və İpoteka müqavilələri ilə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər İpoteka verənin bu müqavilənin 5-ci maddəsində göstərilən ünvanına və ya Banka məlum olan sonuncu ünvanına yazılı şəkildə bildirişli sifariş məktubu ilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə İpoteka Verənə çatdırılmış hesab olunur. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti 19.08.2014-cü il tarixli bildirişlə X15 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq etmişdir. Bu barədə bildiriş X15 poçt vasitəsi ilə göndərilmiş, 21.08.2014-cü il tarixdə saat 15:30 radələrində tərəfindən imza olunaraq təhvil alınmışdır. Daha sonra Cavabdeh1 QSC 31.10.2014-cü il tarixli 4083 saylı Ərizə ilə Şəmkir rayon Notariat Kontorunun Notariusuna müraciət edərək borclu X7 166539,93 (bir yüz altmış altı min beş yüz otuz doqquz tam yüzdə doxsan üç) ABŞ dolları məbləğində borcun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 36,50 manat məbləğində xidmət haqqının və icra qeydinin alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Şəmkir şəhəri, Şəmkir küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 6 otaqlı, 192,4 kvm. yaşayış, 322,8 kv.m yardımçı, 515,2 kv.m ümumi sahədən ibarət, Litr B-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,3 kvm. yaşayış, 17,4 kvm. yardımçı, 74,7 kvm. ümumi sahədən ibarət fərdi yaşayış evi, Liter T-də yerləşən 13,6 kvm. tikintialtı sahədən ibarət hasara yönəldilməsi barədə icra qeydinin aparılmasını xahiş etmişdir. Gəncə ASAN Xidmət Mərkəzi Notariat Kontoru 02.02.2015-ci il tarixli, 224 saylı məktubla X15 qısa zaman ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, notariusun İpoteka müqaviləsi üzərində icra qeydini apararaq öhdəliyin məcburi icra edilməsi üçün Şəmkir rayon icra qrupuna təqdim edilməsi barədə xəbərdar etmiş, həmin məktub X11 yaşadığı ünvana göndərilmiş və həmin ünvanda 05.02.2015-ci il tarixdə Zamanova Əminə tərəfindən imza olunmaqla təhvil alınmışdır. 10.03.2015-ci il tarixdə Gəncə ASAN Xidmət Mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən borcun ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi verilmişdir. Həmin icra qeydi 7E-11580 nömrəsi ilə reyestrdə qeydə alınmışdır. Gəncə ASAN Xidməti Mərkəzi Notariat Kontorunun 17.03.2015-ci il tarixli 840/2015 saylı qərarla 7E-11580 nömrəli 10.03.2015-ci il tarixli icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi üzrə icraata başlamış, borclu X26 tələbin könüllü icrası barədə məlumatlandırılmış və həmin qərarın surəti tərəflərə məlumat üçün göndərilmişdir. X27 24.11.2014-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.07.2015-ci il tarixdə 219 nömrə ilə qeyd edilmişdir. Yəni icra qeydinin verildiyi vaxt X27 faktiki olaraq ölmüş olsa da bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.07.2015-ci il tarixdə 219 nömrə ilə qeyd edilmişdir. X26 isə icra qeydinin verildiyi tarixdən təxminən 11 ay sonra, yəni, 23.02.2016-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.03.2016-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. Kredit müqaviləsi üzrə borclu icra qeydinin verildiyi tarixdən öncə vəfat etsə də icra qeydinin verildiyi tarixdən sonra ölüm haqqında akt qeydləri kitabında qeyd düşdüyündən borclunun vəfat etməsinin bank və yaxud Notarius tərəfindən bilinməsi qeyri-mümkün olmuşdur. Bu yalnız mərhumun yaxın qohumlarının rəsmi məlumatı və yaxud ölüm barədə rəsmi məlumatın daxil edildiyi elektron sistemə daxil edilməsi vasitəsi ilə mümkün ola bilərdi. Bundan əlavə X26 28.03.2012-ci il tarixli Kredit xətti müqaviləsi, bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evini "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İcra qeydinin verildiyi tarixədək və icra qeydinin verildiyi tarixdə həyata keçirilən bütün hərəkətlər Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata uyğun həyata keçirildiyindən məhkəmə hesab etmişdir ki, icra qeydi qanuni və əsaslı şəkildə verilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 76-cı maddəsində göstərilir ki, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 165-ci maddəsinə əsasən Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 169-1 maddəsinə əsasən İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər İş materiallarından görünür ki, hərracın keçirilməsi barədə "xxxx" MMC-nin 11.01.2016-cı il tarixli bildirişi X26 tərəfindən 19.01.2016-cı il tarixdə imza olunmaqla alınmışdır. Yəni, borclu X26 hərracın keçirilməsindən xəbərdar olmuşdur. Göründüyü kimi, hərracın keçirilməsini “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın yekun protokolunun etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Kollegiya qeyd edir ki, icra qeydinin verildiyi ərəfədə qüvvədə olmuş “İpoteka haqqında” Qanununun tələbinə görə, icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişin ipoteka qoyana, bildirişin surətinin isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərilməsi və bildirişin müvafiq reyestrdə qeydə alınması ilə şərtləndirilmiş, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəfə isə tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilməsi hüququ verilmişdir (Qanunun 36, 37-ci maddələri). Göründüyü kimi, kredit öhdəliyi pozulduğu təqdirdə, ipoteka saxlayan, müqavilədə nəzərdə tutulduğu halda (hazırki işdə olduğu kimi), ipoteka predmetinə tutmanı məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında yönəldə bilər. Bunun üçün o, müvafiq bildirişi ipoteka saxlayana təqdim etməli və sonuncu bildirişi aldıqdan sonra müvafiq ərizə əsasında 7 gün müddətində bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmalıdır. Bildirişi almış ipoteka qoyan həmin bildirişi aldıqdan sonra 21 gün müddətində məhkəməyə şikayət verə bilər. Hazırki işdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş ipoteka qoyan Məmməd Zamanova 21.08.2014-cü il tarixdə təqdim olunmuş və həmin bildiriş qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim olunaraq, 7 gün müddətində, yəni 29.08.2014-cü il tarixdə qeydə alnmışdır. Lakin, Məmməd Zamanov 21 gün müddətində məhkəməyə şikayət etmədiyindən, irəli sürülmüş tələbə qarşı etiraz hüququnu itirmişdir. Məhz buna görədir ki, göstərilən prosedura əməl etmiş ipoteka saxlayan icra qeydinin verilməsi üçün notariusa müraciət etdikdə, sonuncu, təminatsız borc üzrə tələb olunan qaydadan fərqli olaraq, ipoteka qoyana hər hansı xəbərdarlıq (bildiriş) gördərmək vəzifəsini daşımır (baxmayaraq ki, hazırki işdə notarius iki dəfə borcun ödənilməsi, əks təqdirdə icra qeydi verləcəyi barədə Məmməd Zamanova xəbərdarlıq məktubları göndərmişdir). İpoteka qoyan Məmməd Zamanovla borclu Firuz Zamanov qohum olmaqla, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş təqdim olunduğu vaxt hər ikisi də sağ olmuşlar. Odur ki, Kollegiya apellyasiya şikayətinin dəlillərinə, o cümlədən bildirişlərin X22 tərəfindən imzalanmasının mümkün olmaması barədə iddiçının bildirdiklərinə tənqidi yanaşır. Kollegiya iddiaçının yaxud da digər maraqlı şəxslərin (mərhum Məmməd Zamanovun vərəsələrinin) bu müddət ərzində baş verənlərdən, o cümlədən mübahisəli yaşayış evinin 30.06.2016-cı il tarixdən bankın mülkiyyətində olmasından məlumatsız olmalarını inandırıcı hesab etmir. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5310/2021 saylı iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1819/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1819/2022
09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver