Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1833/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 08 yanvar 2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 15 noyabr 2023cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 08 yanvar 2024cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdehin nümayəndəsinin qətnamədən verdiyi apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş forma və məzmuna riayət edilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 23 yanvar 2024cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi etirazında şikayətin təmin edilməməsini xahiş etsə də, şikayətə dair verdiyi etirazı apellyasiya şikayətinin təmin edilməməsi məzmunda əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin müəyyən edilmiş forma və məzmuna riayət edilmiş hesab edilməsi üçün əsasdır. Çünki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən MPM-in 361.1.4-361.1.6-ci maddələrinə əsaslansa da həmin normanı məqsədindən xaric tətbiq etmişdir. Başqa sözlə, apellyasiya şikayəti formal əsaslarla geri qaytarılıb, bu da ədalət mühakiməsinin məqsədlərinə xidmət etmir. Çünki, apellyasiya şikayətinin geri qaytarılması yalnız “Əlavə 2” də nəzərdə tutulan bütün qrafaların doldurulub-doldurulmamasından asılı edilməməlidir. Yəni, şikayətin məzmununda şikayət verən şəxsin istəyi və tələbi aydın görünürsə, hansı ki, hazırki şikayətdə bu belədir, “Əlavə 2” də nəzərdə tutulan digər qrafaların zərurət olmadığı halda doldurulmasına da ehtiyac yoxdur və buna əsaslanaraq formal əlamətlərə istinad etməklə apellyasiya şikayəti geri qaytarılmamalıdır. Bir daha qeyd olunur ki, apellyasiya şikayəti verən şəxs qətnamənin ləğv edilməsini xahiş edib, şikayətin məzmununda isə məhkəmənin hansı maddi və prosessual hüquq normasını pozduğuna dair dəlillərini göstərib. Bu cür vəziyyətdə məhkəmənin məhz MPM-in 361.1.4-361.1.6-ci maddələrində nəzərdə tutulan əsasla apellyasiya şikayətini geri qaytarması formal olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 08 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma və məzmunda verilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 08 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma və məzmunda verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1833/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1833/2024
19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver