Məhkəmə qərarları › İş №2(103)-1836/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1836/2024

09.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1836/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, müqavilələrin etibarsız hesab edilməsi və mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-430/2020 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Bakı şəhəri N’rimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzərində özbaşına aparılmış dəyişikliklərin cavabdehlər Cavabdeh1 MTK-nin, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3 şəxsi vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair bağlanmış 46 saylı müqavilənin, Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən mənzildən dərhal çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi və İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış 46 saylı, 24 may 2006-cı il tarixli müqavilənin, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1489 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı, Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, 461089 saylı, Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışların ləğv olunması, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin, 46 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin, 46 nömrəli mənzilində özbaşına aparılmış dəyişikliklərin cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinin və Cavabdeh2 vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılması, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin, 46 nömrəli mənzilinə köçürülməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-665/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-665/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-430/2020 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 430/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-430/2020 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, apelyasiya şikayəti mülki iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirirb, hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 430/2020 saylı qətnaməsi apellyasiya və kassasiya qaydasında artıq mübahisələndirilmiş və hər iki instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Bu da öz növbəsində həmin şəxsin qeyd edilən qətnaməni bu qaydada mübahisələndirilməsini qeyri-mümkün edir. Belə ki, mövcud vəziyyətdə həmin şəxs həmin qətnamədən birbaşa apellyasiya şikayəti vermək hüququna deyil, apellyasiya şikayətini əlavə etməklə Ali Məhkəmənin sədrinə müraciət etmək hüququna sahibdir. Bu səbəblə də apellyasiya şikayəti geri qaytarılmalı və qeyd edilən hüququndan istifadə etməli olduğu Maraqlı şəxs2 izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü, 366-cı, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-430/2020 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar