Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1841/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı BOKT-un mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və Cavabdeh4 cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı Aqrarkredit” BOKT-un nümayəndə və vəkili Nümayəndə1 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı BOKT-un (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və Cavabdeh4 cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı BOKT apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7048/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı BOKT-un apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəlləyə əlavə 2-də göstərilən formada verilmədiyi əsası ilə qeyrimümkün hesab edilmiş və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı BOKT tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7048/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna riayət edilməməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı BOKT xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və eləcə də ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7990/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı BOKT-un apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyatorun müddətin bərpası barədə ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı BOKT-un ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan İddiaçıBOKT-un nümayəndə və vəkili Nümayəndə1 şikayət verərək, qərardadın ləğv edilməsini, prosessual müddətin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməkdə haqlı deyil. Belə ki, iddiaçı tərəfindən qətnamədən prosessual müddət ərzində ilk apellyasiya şikayəti verilsə də, apellyasiya instansiya məhkəməsinin apellyasiya şikayətində mövcud mexaniki yalnışlıqlara görə şikayəti icraata götürməkdən imtina nəticəsində müddət ötmüşdür. Əslində isə iddiaçı tərəfindən müddət ötürülməmişdir. Səbail rayon Məhkəməsi tərəfindən göstərilənlər araşdırılmadan qanunsuz qərardad çıxarılmış, bununla da iddiaçının həm konstitusion, həm də prosessual hüquqları kobud şəkildə pozulmuş, məhkəmə çəkişmə prinsipi gözlənilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı BOKT tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə versə də, buraxılmış müddətin üzrlü hesab edilməsi üçün məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Eyni zamanda ərizədə qeyd olunan hallar müddətin bərpa edilməsi üçün üzrlü əsas hesab edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün bir aylıq müddət nəzərdə tutulmuşdur və bu müddətin axımı qətnamənin tərəfə rəsmi qaydada təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, İddiaçı BOKT tərəfindən qətnamə xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Lakin iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan normasına əməl etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüş və apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə vermişdir. Qeyd edilən müddətlər arasında iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin və kassasiya şikayətinin qeyri-mümkünlüyü ilə əlaqədar qərarlar qəbul edilməsi ötürülmüş müddətin üzürlü səbəblərdən buraxılmasına əsas vermir. Kollegiya qeyd edir ki, iddiaçı qətnaməni aldığı tarixdən 1 ay müddətində apellyasiya şikayəti verməsi hüququ olsa da, şikayətn qanunvericiliklə müəyyən edilmiş qaydada verməsi onun birbaşa vəzifəsidir. Qanuna uyğun verilməmiş şikayətin geri qaytarılması və ya qeyri-mümkünlüyündan sonra təkrar apellyasiya şikayəti verilməsi ötürülmüş müddətin sonradan bərpası üçün əsas yaratmır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı tərəfin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzürlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Hazırki iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin iddiaçıdan asılı olmayan səbəblərdən baş verməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2023 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1841/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1841/2024
19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver