Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1844/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 2(011)-1875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçılar İddiaçı2, İddiaçı1 MMC, İddiaçı3 təmir-quruculuq, tərtibat işlərinə çəkilmiş xərclərin əvəzi olaraq 154490,73 manat pulun, hüquqi yardıma görə ödənilmiş 900 manat, dövlət rüsumuna görə ödənilmiş 446 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılar İddiaçı2 51945,57 manat olmaqla, İddiaçı1 MMC-yə 51945,57 manat olmaqla, İddiaçı3 51945,57 manat olmaqla ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-1875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.
3. İddiaçı2 həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
7. Ərizəni geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı tərəfindən 446 manat məbləğində dövlət rüsumunun ödənilməsi qeyd edilsə də, həmin dövlət rüsumu xx.xx.2024-cü il tarixdə Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan e-2(011)-6062/2024 saylı iş üzrə iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(011)- 6062/2024 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, eləcə də iddiaçının məhkəməyə ödədiyi dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, işə baxılması məqsədilə ərizəçinin ödədiyi dövlət rüsumu qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun ödənilmədiyindən yəni, dövlət rüsumu başqa iş üzrə artıq istifadə edildiyindən və həmin rüsum da məhkəmə qərardadı əsasında iddiaçıya geri qaytarıldığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
8. Məhkəmə kollegiyası rayon məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı şikayətində qeyd etmişdir ki, onun tərəfindən 'X8' vasitəsi ilə ödəniş edilmiş və bunun əsasında ********** nömrəli qəbz verilmişdir. O, həmin ödənişi geri almadığı üçün ödəniş aktiv qalmış və növbəti dəfədə iddianı verərkən sistemə əlavə edilmişdir. Əgər rüsum ona geri qaytarılmış olsaydı və ya istidfadə edilmiş olsaydı elektron məhkəmə sistemi həmin qəbzi qəbul etmir. Həmin qəbz https://emehkeme.gov.az/public/searchpaymentdetails saytından yoxlanılarkən müəyyən edilir ki, rüsum istifadə olunmamışdır.
9. Mülki iş materiallarında olan iddiaçının iddia ərizəsinin surətindən məlum olur ki, ********** nömrəli qəbzə əsasən 446 manat dövlət rüsumu ödənilmişdir (i/v 4).
10. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir.
11. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır.
12. Hazırkı halda, rüsumun ödənilməsi barədə qəbz təqdim edildiyi halda və rüsumun ödənilmiş olması elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim edilmiş iddia ərizəsində də əks olunduğu halda, rayon məhkəməsinin həmin rüsumun başqa iş üzrə istifadə edilməsi əsası ilə iddia ərizəsinin geri qaytarılması barədə qənaəti əsaslı olmamışdır.
13. “X2rşı”, “ Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”.
14. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.
15. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş).
16. Beləliklə, Kollegiya yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmadığından, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.