Məhkəmə qərarları › İş №2(103)-1846/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1846/2022

23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1846/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Xalıqova Əfsanə Şahid qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2097/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli əlavə qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı “dövlət orqanlarının hərəkətləri səbəbilə əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun, 3.200.000 manat məbləğində əldən çıxmış faydanın, 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin və hüquqi yardım müqaviləsinə əsasən vəkilə ödənilən 1000 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Cavabdehlərdən ikisi Nazirlik, Azərbaycan Dövlət Dəmir Yolu Liseyi MMC Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin müəssisə və təşkilatları və digər sifarişçilər üçün ixtisaslı fəhlə kadrları hazırlayan təhsil müəssisəsidir. Lisey Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yenidən təşkil edilir və ləğv olunur. Lisey dövlət büdcəsindən maliyyələşdirilir və bilavasitə Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabedir. Liseyin maddi-texniki bazasına bina, təlim tədris-maddi bazasının (tədris kabinetləri, laboratoriyaları, emalatxanaları və s.) təşkili, qurulması və təchizatı AR Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş normativ sənədlər əsasında təmin edilir. Liseyin nizamnamə kapitalı 17954 paydan ibarətdir və 100 faiz pay AR Təhsil Nazirliyinə məxsusdur. 27.09.2007-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət A mərtəbəli qeyri-yaşayış binası ilə bağlı AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında birincinin Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında 300 saylı sərəncamı ilə 6243 saylı icarə müqaviləsi bağlanılıb və bundan sonra həmin ərazi iddiaçının icarəsinə verilib. 08.10.2007-ci ildə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında 05.10.2007-ci il tarixli 306 saylı sərəncamına əsasən, İddiaçı icarəsində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyriyaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında 1888 saylı dəyəri 125.766 manat olan alqı-satqı müqaviləsi bağlanıb. 04.12.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 151 1.0 kv.m olar qeyriyaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m torpaq sahəsi ilə bağlı AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında birincinin Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında 369 saylı sərəncamı ilə 247 saylı icarə müqaviləsi bağlanılıb və bundan sonra həmin ərazi iddiaçının icarəsinə verilib. 07.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m torpaq sahəsi ilə bağlı, birincinin 373 saylı sərəncamı əsasında 1047 saylı dəyəri 5950 manat olan alqısatqı müqaviləsi bağlanılıb. Alqı-satqı müqavilələri əsasında İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********* olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarış verilib. Mübahisə predmeti olan daşınmaz əmlak obyektləri iddianın mübahisələndirildiyi tarixə kimi iddiaçıya məxsus olub və bu dövrdə əmlakın özəlləşdirilməsinin qanunsuzluğu ilə bağlı iddiaçıya heç bir dövlət orqanından, eləcə də, AR Təhsil Nazirliyindən şikayət və s. daxil olmayıb. Özəlləşdirmədən 8 il sonra 2015-ci ildə AR Təhsil Nazirliyi Nərimanov rayon məhkəməsinə müraciət edərək İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci ci il tarixli, reyestr nömrəsi **********96- 06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın etibarsız hesab edilməsi, həmçinin çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın ləğv olunması barədə tələb irəli sürüb. Nərimanov rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə təmin olunub və Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 03 iyun 2016-cı il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 marı 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb. Dövlətdaxili instansiyalar öz. qərarlarında iddiaçıya əmlakın geri alınması nəticəsində dəymiş zərərlə bağlı hər hansı kompensasiya ödənişinin həyata keçirilməsini müəyyən etməyiblər. İddiaçı qeyd edir ki, dövlət orqanlarının təqsirli hərəkətləri nəticəsində o, maddi və mənəvi zərərə məruz qalıb. Belə ki, dövlət orqanları ilə bağladığı müqaviləyə etimad edərək əldə etdiyi Çıxarış və şəhadətnamə 8 il sonra etibarsız hesab edilib və iddiaçının zərəri ödənilməyib. İddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29. Maddəsi və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi hacıumda Avropa Konvensiyasının 1 savlı Protokolunun 1ci maddəsi ilə təminat altına alınan Mülkiyyət hüququna müdaxilə olunub. İddiaçı qeyd edir ki, o, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnaməni və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi 08032955 olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin müvafiq sərəncamları və həmin orqan ilə arasında bağlanan 1888 saylı dəyəri 125.766 manat olan və 1047 saylı dəyəri 5950 manat olan alqı-satqı müqavilələri əsasında əldə edib. Azərbaycan Respublikası İnzibati-icraat haqqında Qanunun 57.5-ci maddəsində göstərilir: Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. İddiaçı bildirir ki, o, mübahisə predmeti olmuş daşınmaz əşyaları Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 306 və 373 sərəncamları ilə əldə etmişdi, bu aktlar əlverişli inzibati akt idi və hətta qanunsuz olsa belə həmin aktla mübahisələndirilmədən sərəncam əsasında bağlanılmış alqı-satqı müqavilələri etibarsız hesab edilə bilməzdi. İddiaçı əlavə edir ki İİHQ-un 67.5-ci maddəsindən açıqca görünür ki, həmin daşınmaz əşyaların özəlləşdirilməsi ilə bağlı prosedur dövlət orqanları tərəfindən mübahisələndirilə bilməzdi. Digər tərəfdən, belə qanunsuz əlverişli inzibati aktların ləğv olunmasının zəruri hesab edildiyi hallarda belə (İnzibati-icraat haqqında qanunun 67.8-ci maddəsində göstərilir ki, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.) İnzibatiicraat haqqında Qanunun 67.12-ci maddəsi inzibati orqana bununla bağlı 1 illik xüsusi iddia müddəti müəyyən edir. Bu da təbii ki, şəxsin etimadının qanunla qorunması ilə bağlı hüquq yanaşmasından irəli gəlir. Lakin Azərbaycan Respublikası Təhsil Nazirliyi müqavilədən 8 il sonra Nərimanov rayon məhkəməsinə müraciət edərək mübahisə predmeti olan daşınmaz əmlak obyektlərinin onun balansında olduğunu əsas göstərmişdir. Halbuki Təhsil Nazirliyinin və AR Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, dövlətdən ayrı şəxs kimliyi mövcud deyildi. Digər tərəfdən digər cavabdeh olan Azərbaycan Dövlət Dəmir Yol Liseyi MMC şəklində təşkil olunsa da bilavasitə Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabedir və dövlət büdcəsindən maliyyələşir. MMC-nin yüz faiz payları Təhsil Nazirliyinə məxsusdur. İddiaçı bildirir ki, alqı-satqı müqavilələri etibarsız hesab edilmiş daşınmaz əşyaların hansı dövlət orqanının balansında olmağı, b.ı daşınmaz əşyaların yekunda dövlətə məxsus olduğunu istisna etmirdi. İddiaçı da bu əşyaları məhz dövlətdən tamamilə legitim bir gözləntiyə əsaslanaraq, müqavilə əsasında əldə etmişdi. Bu müqavilələrdən sonra həmin əşyalara dair Çıxarış və şəhadətnamə də əldə edilmişdi. Digər bir sözlə, dövlət tamamilə öz iradəsi əsasında həmin əşyalarla bağlı sərəncamvermə səlahiyyətini istifadə etmiş, İddiaçı da bu əşyaları əldə etmişdi. Bildirir ki, inzibati-icraat haqqında Qanun qanunsuz inzibati aktın əlverişli mahiyyətdə olduğu vəziyyətlərdə, həmin aktın ləğvi imkanını məhz şəxslərin maraqlarını qorumaq məqsədi ilə məhdudlaşdırır. Çünki şəxslər dövlətə və onun səlahiyyəti iləri qismində gördükləri dövlət orqanlarına, eləcə də onların iradə ifadəsini göstərən inzibati orqanların qəbul etdiyi aktlara etimad edir və dövlət də öz növbəsində bu etimadın hər cür qorunmasına təmin verir. Dövlətdaxili məhkəmələr Çıxarış və şəhadətnamənin hesab edilməsi ilə bağlı Azərbaycan Respublikasında Dövlət əmlakının özəl əşdiıilməsi haqqında Qanuna istinad etdi. Lakin “Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında" Qanunun, təməldə məhz dövlət orqanlarının həmin əmlaklarla bağlı sərəncam vermə səlahiyyətini məhdudlaşdırmaq olduğunu, elə bu səbəblə də əgər dövlət orqanları hətta bu qanunları pozaraq əlverişli mahiyyətdə inzibati aktlar qəbul edirlərsə (qanunsuz əlverişli inzibati akt), qanuna və bu aktlara istinad edərək bundan yararlanan şəxslərin hüquqlarının qanunda göstərilən istisnalar xaricində (hətta həmin istisnaların belə 1 il ərzində mübahisələndirilməsi şərti ilə) əllərindən alınması mümkün olmadığını nəzərə almadı. İddiaçı təkrar edir ki, o dövlət orqanlarının hərəkətləri nəticəsində zərərə məruz qalıb. İddiaçı bildirir ki, o, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 306 və 373 sərəncamlarına, həmçinin alqı-satqı müqaviləsindən sonra iddiaçının adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas. 414,6 m2 köməkçi sahədən ibarət ½ mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışa, yəni dövlət orqanlarının hərəkətlərinə etimad edib, lakin bu etimadın ziddinə olaraq, ona məxsus olan daşınmaz əşyalar 8 il sonra əlindən alınıb və müqavilələr, şəhadətnamə və Çıxarış və s. etibarsız hesab edilib. Yuxarıdakı maddədən də göründüyü kimi, qanunvericilik dövlət orqanlarının vurduğu zərər üçün obyektiv məsuliyyət halını müəyyən edir. Yəni dövlət orqanlarının hərəkətləri nəticəsində fiziki və hüquqi şəxslərə zərər vurulubsa, bununla bağlı dövlət orqanının təqsirinin olub-olmadığı araşdırılmır və dövlət bu zərərin ödənilməsinə təminat verir. İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanan 1888 saylı və 1047 saylı alqı-satqı müqavilələrinə əsasən 125.766 manat və 5950 manat ödəyib. İddiaçı təkrar edir ki, hazırda AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanan 1888 saylı və 1047 saylı alqı-satqı müqavilələri əsasında İddiaçı adına AR Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 ceydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas. 414.6 m2 köməkçi sahədən ibarət ½ mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarış Nərimanov rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ləğv olunjb. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2016-cı il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb. İddiaçı bildirir ki, hər nə qədər dövlətdaxili instansiyalar Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında bağlanan 1888 saylı və 1047 saylı alqısatqı müqavilələrini mübahisələndirmədən, həmin müqavilələr əsasında verilmiş Çıxarışı və şəhadətnamə etibarsız hesab etsələr də, həmin alqı-satqı müqaviləsi ilə əmlakın özəlləşdirilməsi mümkün olmadığından tərəflər arasındakı müqavilə münasibətləri faktiki olaraq, xitam olunub. Lakin iddiaçı müqavilə bağlanarkən 125.766 manat və 5950 manat olmaqla cəmi 131.736 manat ödəsə də, ona dəymiş zərər dövlət orqanları tərəfindən bu günə kimi ödənilməyib. İddiaçı bildirir ki, 2Ü07-ci ildə ödədiyi bu məbləğ 2019-cıı ilə kimi külli miqdarda qiymətdən düşüb. Nərimanov rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ləğv edilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyriyaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın aid olduğu ərazidəki daşınmaz əmlak obyektlərinin qiyməti 1.000.000 manatdan daha çoxdur. İddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində hazırda bu gəliri əldə etməkdən məhrum olub və faktiki əldən çıxmış faydası 3.200.000 manatdan daha çoxdur. Belə ki, həmin əmlak banka girov qoyulan zaman qiymətləndirilmiş və qiymətləndirmə dövrü üçün əmlakın dəyəri 4.000.000 ABŞ Dolları təşkil etmişdir. Dövlət orqanları iddiaçının real zərərini və ya əldə çıxmış faydasını bu günə kimi ödəməyiblər. İddiaçı dövlət orqanlarının təqsirli hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalıb. İddiaçı təkrar edir ki, o, dövlət orqanlarının hərəkətləri nəticəsində zərərə məruz qalıb. Bu zərər onunla bağlı həm maddi, həmçinin mənəvi nəticələr meydana gətirib. Belə ki, ona məxsus olan daşınmaz əşyalar 8 il sonra məhkəmə qərarı ilə əlindən alınıb və qarşılığında heç bir kompensasiya ödənişi edilməyib. AR Mülki Məcəlləsi 1100-cu maddəsi dövlət orqanlarının vurduğu zərər üçün obyektiv məsuliyyət halını müəyyən edib. Bu səbəblə hazırki iş üzrə dövlət orqanlarının hətta heç bir təqsirləri olmasa belə, meydana gələn zərərin mənəvi tərəfini qarşılamaq öhdəlikləri qanunvericilikdə müəyyən olunub. İddiaçı əlavə edir ki, o məruz qaldığı zərərin əvəzini ala bilmək üçün məcbur qalıb hüquqlarının məhkəmə müdafiəsi üçün vəkillə müqavilə bağlayıb. Belə ki, tərəflər arasındaki 05 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı nümayəndəsi və vəkili Vəkil1 1000 (min) manat məbləğində xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ilə iddiaçının tələbi “dövlət orqanlarının hərəkətləri səbəbilə əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməmiş, məhkəmənin eyni saylı, eyni tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində iş üzrə icraata xitam verilmişdir. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1238/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1412/2021 saylı 29.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ləğv edilərək mülki iş iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində mahiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək qeyd etmişdir ki, mübahisə predmeti olan qeyri- yaşayış sahəsi və torpaq sahəsi alqı-satqı edilən zaman 133000 manat təşkil etsə də, 14 ilə qeyri-yaşayış sahəsinin dəyəri dəfələrlə artmışdır. Belə ki, mübahisə predmeti əmlak girov qoyulmaqla "xxxx" ASC-dən kredit götürülmüş, həmin vaxt əmlakın dəyəri ******* (üç milyon iki yüz min) manat dəyərləndirildiyini bildirmiş və İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı “İddiaçı adına Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş ******* manat məbləğində əsas pulun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2097/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli əlavə qətnaməsi ilə iş üzrə əlavə qətnamə çıxarılmış, “Dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş zərərin tutulması”na dair hissədə iddia qismən təmin edilməsi, İddiaçı tərəfindən ödənilmiş 131.716 manat məbləğində pul vəsaitinin 75 %-i, yəni 98.787 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə, qalan 25%-i, yəni 32.929 manat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Əlavə qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissədə ləğv edilməsi, 6.700.000 (altı milyon yeddi yüz min) manat məbləğində əldən çıxmış faydanın, 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin və hüquqi yardım müqaviləsinə əsasən vəkilə ödənilən 1000 (min) manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddiaçının iddiasının təmin edilmədiyi hissədə qanuni və əsaslı olmadığı, qanunvericilik aktlarının tələbləri düzgün tətbiq edilmədən və hüquq normaları pozulmaqla qəbul edildiyi üçün həmin hissədə ləğv edilməlidir. Məhkəmə qərarlarında iddiaçıdan əmlakın geri alınması nəticəsində dəymiş zərərlə bağlı hər hansı kompensasiya ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Dövlət orqanlarının təqsirli hərəkətləri nəticəsində iddiaçı maddi və mənəvi zərərə məruz qalmışdır. Belə ki, dövlət orqanları ilə bağladığı müqaviləyə etimad edərək əldə etdiyi çıxarış və şəhadətnamə 8 il sonra etibarsız hesab edilmiş və nəticədə iddiaçıya vurulmuş zərər ödənilməmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnaməni və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi 08032955 olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyriyaşayış binasının mülkiyyətə verilməsi barədə çıxarışı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin müvafiq sərəncamları və həmin orqan ilə arasında bağlanan 1888 saylı dəyəri 125.766 manat olan və 1047 saylı dəyəri 5950 manat olan alqı-satqı müqavilələri əsasında əldə etmişdir. İddiaçı 2007-ci ildə ödədiyi 131.736 manat 2019-cı ilə kimi əhəmiyyətli dərəcədə dəyərdən düşmüşdür. İddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində gəlir əldə etməkdən məhrum olub və faktiki əldən çıxmış faydası 6 700.000 (altı milyon yeddi yüz min) manatdan daha çoxdur. Belə ki, həmin əmlak banka girov qoyulan zaman qiymətləndirilmiş və qiymətləndirmə dövrü üçün əmlakın dəyəri 4.000.000 ABŞ dolları təşkil etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışının təxirə salınaraq, obyektlərin qiymətləndirilməsi ilə bağlı ekspertiza keçirilməsi ilə bağlı vəsatət verilsə də əsassız olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən qiymətləndirmə aparılması üçün qiymətləndirmə şirkətinə müraciət edilmişdir. Lakin məhkəmə qətnaməsi qəbul edildiyi üçün qiymətləndirmə rəyi birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Qeyd olunan qiymətləndirmə rəyi apcllyasiya instansiya məhkəməsinə təqdim olunacaqdır. Hətta 2013-cü ilə aid Nərimanov icra şöbəsi tərəfindən qeyri-yaşayış obyekti hərraca çıxarılarkən əmlakın ilkin satış qiyməti ******* (üç milyon iki yüz min) manat müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-2097/2021 saylı, 26.05.2021-ci il tarixli qətnaməsi ilə dövlət orqanlarının qanunsuz əməlləri müəyyən olunaraq əmlakın əldə olunmasına görə 2007-ci ildə ödənilmiş məbləğin iddiaçıya ödənilməli olması müəyyən edilsə də, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq, vurulmuş ziyan-əldən çıxmış fayda ilə bağlı məsələlər nəzərə alınmamışdır. Göründüyü kimi məhkəmə yalnız iddiaçının ödədiyi vəsaitin qaytarılmasına qərar vermiş, vurulmuş zərər məsələsini nəzərə almamışdır. Məhkəmə heç bir konkret hüquqi əsası olmadan qətnamədə göstərir ki, “əmlakın hazırkı bazar qiymətinə uyğun zərərin ödənilməsinə münasibətdə iddia tələbi əsassız hesab edir”. Lakin məhkəmə bu mövqeyini əsaslandırmır və nəyə görə bu qənaətə gəldiyi qətnamədə aydın deyil. Nəzərə alınmalıdır ki, iddiaçı əmlakı əlindən alındığı üçün ona xeyli məbləğdə əldən çıxmış fayda şəklində maddi ziyan vurulmuşdur. Halbuki əmlak iddiaçıda qaldığı zaman o kifayət qədər gəlir əldə edə bilərdi, əmlakın dəyərində əhəmiyyətli dərəcədə artımlar baş vermişdir. Əgər iddiaçı məhrum edildiyi əmlakların alınmasına xərclənmiş vəsaiti 2007-ci ildə həmin ərazidə analoji əmlakın alınmasına sərf etsə idi, o hazırda xeyli məbləğdə gəlir əldə edə bilərdi. Göründüyü kimi iddiaçının əldə çıxmış faydası məhkəmə tərəfindən nəzərə alınmamış və düzgün hüquqi qiymət, ümumiyyətlə qətnamədə toxunulmadan qiymət verilməmişdir. Məhkəmə tərəfindən iş üzrə bütün faktlara düzgün hüquqi qiymət verilmədən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, əhəmiyyətli hallara hüquqi qiymət verilmədən iddianın əldən çıxmış faydanın, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsini əsassız və qanunsuz olaraq təmin etməmişdir. Nəticədə məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla əsassız qətnamə qəbul etmişdir. Əlavə qətnamədən həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlavə qətnamənin təsviri hissəindən göründüyü kimi İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi arasında ikincinin daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında sərəncamları əsasında Komitə ilə iddaçı arasında sonuncunun xeyrinə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr nəticəsində əldə olunmuş daşınmaz əmlaka verilən Çıxarış Azərbaycan Respublikası Təhsil Nazirliyinin həmin əmlakın onun balansında olması səbəbindən qaldırdığı iddia nəticəsində üç instansiya məhkəmə proseduru keçirilərək etibarsız hesab edilmiş və həmin məhkəmələr tərəfindən təmin edilmiş qərarlarda əmlakın geri qaytarılması nəticəsində iddiaçıya dəymiş zərərlə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. üqavilə tərəfləri İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Belə ki, qeyri-yaşayış sahələrnə iddiaçı tərəfindən mülkiyyyət hüququ hazırkı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamları əsasında bağlanmış alqı-satqı müqavilələri nəticəsində yaranmışdır Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə tam şəkildə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən heç bir sərəncam qəbul edilmədiyi, yuxarıda sözügedən alqı-satqı müqavilələri ilə bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi müqavilə tərəfi olmadığı və həmçinin məhkəmə iddia ərizəsinə təkcə müqavilə tərəfi olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə baxmalı olduğu halda, bu prosedura əməl etmədən Maliyyə Nazirliyini faktiki olaraq cavabdeh qismində tanıyaraq, iddianın təmin edilməsi üçün iddia tələbini faiz nisbətinə bölməklə vəsaitin 75%-ni “dövlət büdcəsi" nə yönəltmişdir ki, bununla da sözügedən maddənin tələblərindən kənara çıxmışdır. Həmçinin məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, hər hansı sübut tədqiq olunmamışdır. Belə ki, iş materiallarına əmlakın alınması ilə bağlı təsdiqedici sənəd kimi ödəniş qəbzi əlavə edilməmişdir. Bununla belə bu cür sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) her bir xərci ayrıca göstərməli idi. Eyni zamanda, Nərimanov Rayon Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət ProqramTnın 13-cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (hazırda Xidmətin) hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsinin 1.1-ci yarımbəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olması qeyd olunur. Göründüyü kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsində dövlət orqanı ilə bağlı qeyd olunan norma hazırkı iddia predmetinə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid edlməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcədən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatları hər ilin dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin istiqamətləri üzrə maliyyələşdirir. Nazirliyin digər təşkilatların əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc istiqamətləri qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə Maliyyə Nazirliyinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı (bu halda Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Həmçinin bildiririk ki, məhkəmə tərəfindən aidiyyəti qaydaları pozulmaqla əlavə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7- ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu o deməkdir ki, sözügedən mübahisəyə rayon məhkəməsində deyil, inzibati məhkəmədə baxılmalı idi. Belə ki, İddiaçı hazırkı Azərbaycan Respublikasının İqtisadiyya: Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qəbul etdiyi sərəncamları və aralarında bağlanmış müqavilənin etibarsızlığı ilə əlaqədar olaraq kompensasiyanın ödənilməsi ilə əlaqədar iddia qaldırmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Xalıqova Əfsanə Şahid qızı məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və digər cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd edilən tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2097/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarından görünür ki, 08.10.2007-ci ildə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyriyaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında 05.10.2007-ci il tarixli 306 saylı sərəncamına əsasən, İddiaçı icarəsində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında 1888 saylı dəyəri 125.766 manat olan alqı-satqı müqaviləsi bağlanıb. İş materiallarından görünür ki, 07.12.2007-ci il tarixdə AR Dövlət əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m torpaq sahəsi ilə bağlı, 373 saylı sərəncam əsasında 1047 saylı dəyəri 5950 manat olan alqı-satqı müqaviləsi bağlanılıb. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, 2015-ci ildə AR Təhsil Nazirliyinin Nərimanov rayon məhkəməsinə müraciəti əsasında Nərimanov rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008- ci ci il tarixli, reyestr nömrəsi **********96-06301 qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarış etibarsız hesab edilmiş, həmçinin çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyat ləğv olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 03 iyun 2016-cı il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, əmlakın geri alınması nəticəsində dəymiş zərərlə bağlı hər hansı kompensasiya ödənişinin həyata keçirilməsi müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddianın təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yuxarıda göstərildiyi kimi, iddiaçının tələbi Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş ******* manat məbləğində maddi zərərin cavabdehlər tərəfindən ona ödənilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1 -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Mülki Məcəllənin 421-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 1100-cü maddəsinə əsasən Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları”nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ DövlətProqramı”nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidentinin 09.02.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunan normativ hüquqi aktların tələblərindən göründüyü kimi özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsi) hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ədalət mühakiməsi səmərəli olmalı, prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlənməlidir ki, nəticədə konstitusion əhəmiyyətə malik dəyərlərə xələl gətirilməsin və şəxsin qanunvericiliyin müddəasından irəli gələn qanuni hüququ pozulmasın. Qeyd edilən tələb həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Çıxarışın etibarsız hesab edilməsi, həmçinin çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın ləğv olunması nəticəsində tərəflər əvvəlki vəziyyətə qayıtdığından birinci instansiya məhkəməsi əmlak üzrə ödənilmiş məbləğin geri qaytarılması hissəsində haqlı olaraq iddianı əsaslı hesab etmişdir. Məhkəmə həmçinin qeyd edilmiş hüquq normalarına əsaslanaraq, əmlakın hazırki bazar qiymətinə uyğun olaraq zərərin ödənilməsinə münasibətdə iddia tələbini əsassız hesab etmiş və təmin edilməməsi qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən icarəsində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair 1888 saylı alqı-satqı müqaviləsinə əsasən 125.766 manat, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1511.0 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m torpaq sahəsi ilə bağlı, 373 saylı sərəncam əsasında 1047 saylı alqı-satqı müqaviləsinə əsasən 5950 manat olmaqla, ümumilikdə, 131.716 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə müəyyən edilən 131.716 manat məbləğində pul cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətindən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Apellyasiya şikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2097/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2097/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar