Məhkəmə qərarları › İş №2(103)-185/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-185/2025

12.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-185/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evin və torpaq sahəsinin tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi barədə ilkin, Cavabdeh İddiaçı qarşı qarşı əmlakın naturada bölünməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (açar sözlər: payın naturada ayrılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X16 və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin və torpaq sahəsinin tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi barədə ilkin, Cavabdeh İddiaçı qarşı qarşı əmlakın naturada bölünməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(003)-64/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyət növü dövlətə mənsub olan, istifadə üçün verilmiş, 216,30 ha torpaq sahəsində yerləşən, daşınmaz əmlakın mülkiyyət növü daşınmaz əmlak üzərində hüquq növü xüsusi mülkiyyət olan fərdi yaşayış evi üzrə 1/2 hissədə X2 adına 27 avqust 2008-ci ildə, 1/24 hissədə Cavabdeh adına 25 iyun 2011-ci ildə, 3/8 hissədə X11 adına 12 aprel 2007-ci ildə, 2/24 hissədə X6 adına 27 avqust 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində **********02-10301 nömrə ilə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********02-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyət növü Dövlətə mənsub olan, istifadə üçün verilmiş, 0,034090 ha torpaq sahəsində yerləşən, daşınmaz əmlakın mülkiyyət növü daşınmaz əmlak üzərində hüquq növü xüsusi mülkiyyət olan fərdi yaşayış evi üzrə 1/2 hissədə X2, 4/24 hissədə açıq saxlanılan X11, 4/24 hissədə İddiaçı və 4/24 hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində **********02-10301 nömrə ilə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır.

3. “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X20, X3, X12, Cavabdeh, Məmmədşəfi oğlu, X25, X13, X17, X26, X21 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 sentyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, payın yerləşdiyi “A” literli fərdi yaşayış evi bir dam altında yerləşir. Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam örtüyündən ibarət olduğu üçün iki əsas tikiliyə bölünə bilməz. Bundan əlavə, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlkin iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövləy Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, 48 saylı ev və torpaq sahəsi 4/24 hissədə ona, 4/24 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Digər paylar X4 və X11 adına açıq qalmışdır. Sonuncuların adları həmçinin evə dair texniki passport tərtib olunmuş, əmlak onlardan miras olaraq qalmışdır. O, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 06 sentyabr 2022-ci il tarixli məktubundan da göründüyü kimi, əmlakın naturada bölünməsi üçün müraciət olunmuş, lakin əmlaka texniki baxış keçirmək və inventarlaşma işlərinin aparılması üçün şərait yaradılmamışdır.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanı üzrə fərdi yaşayış evindən və torpaq sahəsindən 4/24 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ev və torpaq sahəsi babasından miras qalmışdır. Həmin əmlakın 4/24 hissədə Rətailə, 4/24 hissədə ona məxsus olmaqla paylı mülkiyyətdədir. Digər paylar mərhum X7 və X11 adına açıq qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunmuşdur. Torpağın natura şəklində bölünməsinə dair aralarında dəfələrlə mübahisə olmuş, qarşı tərəflə indiyə qədər razılığa gələ bilməmişlər.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli, 10/3521 nömrəli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 48 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin payçıların paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı, lakin, tədqiq olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgü qaydası mülkiyyətçilərin paylarından qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X8 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(003)- 64/2024 nömrəli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddiaların rədd olunması qət edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə X2, 4/24 hissədə açıq saxlanılan X11, 4/24 hissədə İddiaçı və 4/24 hissədə Cavabdeh adına daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********02-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində, yaşayış evləri is tərəflərin xüsusi mülkiyyətdədir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdeh hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. İlkin iddianın torpaq sahəsinin onun tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi və qarşılıqlı iddianın torpaq sahəsinin 4/24 hissədə payına uyğun naturada bölünməsi hissəsində ilkin və qarşılıqlı iddia tələbllərinə qiymət verərərək hesab edirki iddia tələbləri torpaq sahəsinə münasibətdə təmin edilə bilməz. Belə ki qanunvericiliyin tələbindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin hazır ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi tərflərin istifadəsində olmaqla dövlətin mülkiyyətindədir. Məhkəmə ilkin iddianın daşınmaz əmlakın tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi hisəssində qeyd edir ki, ilkin iddia həmin hissədə də təmin edilə bilməz. Qanunvericilikdə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında olan razılaşmaya əsasən onlar arasında bölünməsi nəzərdə tutulmuşdur ki, bu da mülkiyyətçilərin alarındakı razılaşma əsasında mümkündür. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi qanunvericilik məhkəmənin tərəflərin arasında razılıq olmadıqda payların mülkiyətçilərin paylarına uyğun naturada bölünməsini nəzərdə tutmuşdur. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-220.6-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması, mülkiyyətçinin razılığı əsasında onun payına uyğun kompensasiyanın verilməsin, razılıq olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilərin arasında onların payına mütənasib bölüşdürülməsi qaydaları müəyyən edilmişdir. Həmin normalarda ümumi mülkiyyətdən çıxmaq istəyən mülkiyyətçinin ümumi əmlakdakı payının naturada ayrılması, bu mümkün olmadıqda isə mülkiyyətçinin razılığı ilə pul və ya digər kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi, belə razılıq olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilərin arasında onların payına mütənasib bölüşdürülməsi zəruri şərt kimi müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakın payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyində öz əksini tapmışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, ilkin iddia bu hissədə də, əsassızdır və təmin edilməməlidir. Məhkəmə Cavabdeh İddiaçı qarşı əmlakın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanı üzrə fərdi yaşayış evindən 4/24 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Belə ki, mübahisəli əmlakdan payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyi ilə öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3521 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyatzadə küçəsi 5-ci keçid ev 11 saylı fərdi yaşayış evinin naturada paylara uyğun təcrid mənzillər şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213 və 220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilkin iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəflərin mülkiyyətində olan fərdi yaşayış evini naturada bölməyə dair iddianı təmin etməməklə tərəflərin mülkiyyət hüquqlarını da pozmuşdur. Məhkəmə iddianı təmin etməməklə şəxslərin paylarını ayıraraq ayrıca mülkiyyət sahibləri olmaq imkanlarından da məhrum edir. Həmçinin iddiaların təmin olunmağı heç kəsin hüququnu pozmur. Belə ki, digər açıq pay üzrə hər hansı vərəsə müraciət etmədiyindən bölünmənin faktiki vəziyyətə uyğun ekspert rəyində göstərilən formada bölünməsi heç kəsin hüquqlarını pozmur. Həmçinin qeyd edir ki, tərəflər arasında hazırkı faktiki bölgü 30 ildən artıqdır ki, mövcud vəziyyətdədir. Bundan başqa ümumi əmlak sənədləşmə üzrə bölünərkən vərəsələrin saylarına uyğun bölündüyündən, faktiki istifadə və sahiblikdə olan torpaq sahəsi və ya mülkiyyətdə olan fərdi yaşayış evi texniki cəhətdən eynilə saya uyğun olmur. Texniki cəhətdən bölgünün mümkün olmamasına görə tərəflərin hüquqlarının pozulması düzgün yanaşma deyildir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, tərəflər arasında ekspert rəyində göstərilən fornmda naturada bölgüyə razılığın olmasını, digər açıq paylar üzrə isə heç bir vərəsənin mirasın qəbul etmədiyini nəzərə almamışdır. Məhkəmənin düzgün nəticəyə gəlməməsinə görə sözü gedən qətnamə qənuni qüvvəyə mindikdən sonra tərəflər mülkiyyət hüquqlarından tam istifadə edə bilməyəcəklər. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, tərəflər arasında ekspert rəyində göstərilən formada naturada bölgüyə razılığın olmasını, digər açıq paylar üzrə isə heç bir vərəsənin mirasın qəbul etmədiyini nəzərə almamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli, 10/3521 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgü qaydası mülkiyyətçilərin paylarından qismən kənara çıxmaqla “İnşaat və norma qaydaların müvafiq bəndlərində göstərilənlərə və məhkəmə-tikinti X8 metodlarında göstərilənlərə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ünvan 3ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi xahiş etmiş, qarşı tərəf isə buna etiraz etməməklə yanaşı iddianın rəydə göstərilən qaydada təmin edilməsini xahiş etmişdir. Torpağın istifadədə olunmasını naturada bölgünün həyata keçirilməsi üçün maneə ola bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

17. Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirdi.

18. Bölünmənin faktiki vəziyyətə uyğun ekspert rəyində göstərilən formada bölünməsinin açıq qalmış paylara münasibətdə digər payçıların hüquqlarının pozulub – pozulmamasının aydınlaşdırılması üçün yenidən ekspertiza təyin olunmuşdur.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli, 10/5348 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki bölgü vəziyyətinə uyğun naturada bölünməsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən açıq saxlanılmış X2 və X11 paylarının qismən azaldılmasına səbəb olacaqdır. Lakin payların qismən azalması həmin mirası qəbul etməli olan şəxslərin hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına səbəb olub-olmamasının müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın ikinci hissəsi üzrə tədqiqat aparılmamışdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər; Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir; Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir;

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək ilkin iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə tərəflərin mülkiyyətində olan fərdi yaşayış evini naturada bölməyə dair iddianı təmin etməməklə tərəflərin mülkiyyət hüquqlarını da pozmuşdur. Məhkəmə iddianı təmin etməməklə şəxslərin paylarını ayıraraq ayrıca mülkiyyət sahibləri olmaq imkanlarından da məhrum edir. Həmçinin iddiaların təmin olunmağı heç kəsin hüququnu pozmur. Belə ki, digər açıq pay üzrə hər hansı vərəsə müraciət etmədiyindən bölünmənin faktiki vəziyyətə uyğun ekspert rəyində göstərilən formada bölünməsi heç kəsin hüquqlarını pozmur. Həmçinin qeyd edir ki, tərəflər arasında hazırkı faktiki bölgü 30 ildən artıqdır ki, mövcud vəziyyətdədir. Bundan başqa ümumi əmlak sənədləşmə üzrə bölünərkən vərəsələrin saylarına uyğun bölündüyündən, faktiki istifadə və sahiblikdə olan torpaq sahəsi və ya mülkiyyətdə olan fərdi yaşayış evi texniki cəhətdən eynilə saya uyğun olmur.

25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyasında baxılarkən ekspert qarşısında qoyulan sualın mahiyyəti ondan ibarət olmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki bölgü vəziyyətinə uyğun naturada bölünməsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən açıq saxlanılmış X2 və X11 paylarının azaldılmasına və gələcəkdə həmin mirası qəbul etməli olan şəxslərin hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına səbəb ola bilərmi?

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli, 10/5348 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki bölgü vəziyyətinə uyğun naturada bölünməsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən açıq saxlanılmış X2 və X11 paylarının qismən azaldılmasına səbəb olacaqdır. Lakin payların qismən azalması həmin mirası qəbul etməli olan şəxslərin hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına səbəb olub-olmamasının müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın ikinci hissəsi üzrə tədqiqat aparılmamışdır.

27. Ekspert rəyinin nəticəvi hissəsinin 2-ci cümləsində payların qismən azalması həmin mirası qəbul etməli olan şəxslərin hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına səbəb olub-olmamasının müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmaması qeyd olunsa da, 1-ci cümlənin (fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki bölgü vəziyyətinə uyğun naturada bölünməsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən açıq saxlanılmış X2 və X11 paylarının qismən azaldılmasına səbəb olacaqdır) məzmunu ilə təsdiq olunur ki, payın azalması digər mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırır.

28. İşin hallarından görünür ki, ilkin və qarşılıqlı iddiaların mahiyyəti eynidir və tərəflər faktiki bölgüyə uyğun olaraq payların naturada ayrılmasına razıdırlar. Lakin MPMnin 52.5-ci madəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir, belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

29. Hazırkı vəziyyətdə də ekspert rəylərinə əsasən müəyyən olunur ki, tərəflərin ilkin və qarşılıqlı iddiaların təmin olunmasına razı olması digər mülkiyyətçilərin hüquqlarını və qanunla qorunan mənafeyini pozur.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(003)-64/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(003)-64/2024 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə sərf olunan 100 manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar