Məhkəmə qərarları › İş №2(103)-1856/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1856/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1856/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Məmmədova Arzu Qabil qızının vəkili Əliyev Həbib Əli oğlunun iştirakı ilə İddiaçı Bayramova Elnarə Şəvahət qızının cavabdehlər Məmmədova Arzu Qabil qızına və AR DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin ləğvi və çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1602/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bayramova Elnarə Şəvahət qızı cavabdehlər Məmmədova Arzu Qabil qızına və AR DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 95 saylı evin 59 saylı mənzilin Məmmədov Namik Şəfavət oğlunun adına özglləşdirilmənin və DƏDRX tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1602/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsas göstərilməklə işin icraatına xitam verilmişdir. İddiaçı həmin qərardaddan verdiyi şikayət Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Məmmədova Arzu Qabil qızının nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gələməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belkə ki, hazırkı iddia isə ilk olaraq qanunsuz olaraq həyata keçirilmiş bağışlanma müqaviləsi əsasında verilmiş çıxarışın etibarsızlığı mübahisələndirsə də, sonradan iddiaçı tələbini dəyişdirmiş və sonuncu tələblə bağlı müəyyən olunan hal ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Namik Şəfavət oğlunun adına aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında deyil, mənzilin özəlləşdirilməsi nəticəsində aparılmışdır. Mənzilin özəlləşdirilməsi isə yuxarıda qeyd olunduğu kimi mülki hüququn deyil, publik hüququn nizamasalma predmetinə aid məsələdir. Ona görə də, həmin özəlləşdirmənin qanunsuzluğunu və onun nəticəsində verilmiş çıxarışı yalnız inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə inzibati mübahisənin xüsusiyyətinə görə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “iş məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə və iddiaçıya aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1602/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar