Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1860/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyinə qarşı “tikilidə olan pozuntuların aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-36/2024 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyinə qarşı “tikilidə olan pozuntuların aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Səfərov küçəsi, 124 saylı evdə həyətinə bitişik sahədə cavabdeh tərəfindən qanunsuz qaydada tikilən tikintidəki qanunsuzluqlara son qoyulması və inşa edilən binanın ölçülərinin təsdiq edilmiş layihəyə və qanunvericiliyin tələblərinə uyğun vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyünü təsdiq etmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsi və onun tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinə 8000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra layihə üzrə nəzərdə tutulmuş hündürlüyü olan bina üçün lazımi bünövrə inşa edilməsini tələbi barədə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə "UNİPRİCE” Məhdud Məsuliyyətli Cəmiyyətindən mütəxəssis rəyinin alınması qərara alınmış, İddiaçı qeyd olunan qərardaddan şikayəti ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından İddiaçı tərəfindən şikayət verilmiş, məhkəmənin xx.xx.2023-cü il qərardadı ilə İddiaçı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6627/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonradan xx.xx.2023cü il tarixli qərardadla İddiaçı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş və şikayətində qeyd etmişdir ki, o, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından şikayət versə də, məhkəmə həmin şikayəti xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayət kimi qəbul etmiş və geri qaytarmışdır. Bu səbəbdən də xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini və xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətinə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayətin qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi, İddiaçı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 267.1, 395-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Mütəxəssis rəyinin alınmasına dair ayrıca qərardadın qəbul edilməsi nəzərdə tutulmasa da, bu hüquqi təbiətinə görə ekspert rəyinin alınmasına yaxın xarakterlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı mütəxəssis rəyinin alınmasına dair olduğuna görə ondan şikayət prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır və ondan şikayət verilə bilməz. Belə ki, Mülki Prosessual Qanunvericilikdə ekspertiza təyin olunması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərlə yanaşı verilmiş şikayət həmçinin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş forma və məzmuna dair MPM-ə Əlavə 2-də göstərilən qaydada verilməmişdir. İddiaçı şikayət verərək Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəlləsinin 385, 389, 394, 395; Korrupsiyaya qarşı mübarizə haqqında” AR-nın Qanunun 9.2.1, 9.3.8, 9.3.12, 111-1; “Məhkəmə-Hüquq Şurası haqqında” AR-sı Qanunun 19.3cü maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki halda hakim xx.xx.2023-cü il tarixli qəradadını ləğv etdiyi təqdirdə eyni zamanda şikayətinin geri qaytarılmasına dair qərarın burada verilməsinə haqlı deyil. Prosessual qanunun sadalanan tələblərinə yenə də zidd qaydada, 28.11. 2023-cü il tarixli qərardadın ləğv edilməsinin səbəbləri və sübutları hakim tərəfindən burada ümumiyyətlə göstərilmir (yagin ki, orada edilən açıq saxtakarlıqlara görəbax:xx.xx.2023 tarixli qərardaddan verilən şikayətinə). xx.xx.2023-cü il tarixli qərardaddan verilən şikayətinin geri qaytarılması üçün hakim tərəfindən istifadə edilən dəlilə gəldikdə ki, guya “mütəxəssis rəy”in alınması üçün işin "xxxx" şirkətinə göndərilməsi barədə ayrıca çıxarılmış qərardaddan şikayətin verilməsi nəzərdə tutulmayıb. Hazırki qərardadında hakim "Mütəxəssis rəyin alınmasına dair ayrıca qərardadın qəbul edilməsi nəzərdə tutulmamasını” etiraf etsə də, (!),bundan sonra öz qanunsuz hərəkətini əsaslandırmaq məqsədilə,“məhkəmə ekspertiza rəyi” anlayışı ilə “mütəxəssisin izahatları" anlayışına dair mülki prosessual qanunvericilikdə onların hüquq-vəzifələrinə aid konkret göstərişlərinin qeyd edilməsinə baxmayaraq, analoji münasibətlərə dair müddəaları tədbiq etməyə cəhd edir (ətraflı bax: xx.xx.2023 tarixli qərardaddan verilən şikayətinə və ona əlavəyə). Bundan başqa onun sözügedən şikayətinin geri qaytarılmasına dair hakim tərəfindən qəbul edilmiş xx.xx.2023 tarixli qərardadda və onu qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qərardadında da bu səbəb göstərilməyib. Göründüyü kimi qanunsuz “mütəxəssis rəyi”nin alınması adı ilə mülki işin adı çəkilən şirkətə göndərilməsi süni surətdə işin sonrakı hərəkətinə mane olmasına baxmayaraq, qərardadda bu hərəkətin qanunla nəzərdə tutulmaması etiraf edilsə də, yenə də prosessual hüquq normalarının təhrif olunmasına yol verilir. Qeyd etmək lazımdır ki, xx.xx.2023 tarixli qərardaddan verilən şikayəti qanunla müəyyən olunmuş müddətdə “e-məhkəmə” İS-də yerləşdirilməsinə baxmayaraq (xx.xx.2023 tarixində), hazırda şikayət edilən qərardad bundan ancaq 16 gün sonra burada dərc olunub (xx.xx.2023 tarixində) - qanunla müəyyən edilmiş müddəti xeyli pozaraq. Onu da qeyd etmək lazımdır ki, məhkəmə qərardadına təhrif olunmuş məlumatların daxil edilməsi əsassız dəlillərlə bu qərardaddan şikayət verilməsinə dair qanuni hüquqlarının məhdudlaşdırılması ilə bağlı cəhdlər hüquq-mühafizə orqan sayılan AR FHN-nin inzibati məhkəmə tərəfindən ləğv olunmamış qərarında cavabdehin iddia tələbinin predmeti ilə rəsmi razılaşmasına baxmayaraq, hakim tərəfindən ona qarşı heç bir tədbirin görülməməsi və məhkəmənin yekun qərarının çıxarılmasının suni üsullarla uzadılması qanunverici tərəfindən ciddi qanun pozuntular kimi qiymətləndirilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(003)-36/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Kollegiya diqqətə çatdırır ki, qanunvericiliklə şikayət verilməsi nəzərədə tutulmayan məhkəmə aktından şikayət verilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 97-103, 263, 267-269, 357-366, 385- 390-cı maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayət verən tərəfindən işin mahiyyəti üzrə qiymət verilməsi zərurəti kimi təfsir edilməsi və hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan, ədalət mühakiməsinin prinsiplərinə zidd və sübutlara qabaqcadan qiymət verilməsinə yönəlik hal kimi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-36/2024 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1860/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1860/2024
19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver