Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1861/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının X2rşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sm oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının X2rşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-2978/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı X4 qardaşıdır. X7 xx.xx.2008-ci il tarixdən 2011-ci ilə qədər keçmiş DSMF-nin Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra etmişdir.
2. X4 barəsində Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri üzrə cinayət işi başlanılmış və məhkəmənin yekun qərarı ilə sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
3. X7 istintaq təcridxanasında olduğu müddətdə xx.xx.2011-ci il tarixdə İddiaçı Baş Dövlət Xəzinədarlığına 153.000 manat ödəmişdir. Ödənişin təyinatı - artıq ödənilmiş pensiyanın bərpası (Suraxanı DSMF X7) olmuşdur.
4. X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
5. X4 arvadı X3 hazırki iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
6. Bundan sonra İddiaçı eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə Cavabdeh1nun hesabına ödənilmiş 153.000 manat pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum qardaşı X7 2008ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə qardaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui istifadə), 313-cü maddəsi (vəzifə saxtakarlığı) ilə məhkum edilmişdir. Cinayət işinin istintaqı zamanı DSMF-nin vəzifəli şəxslərinin vədinə inanaraq artıq ödənilmiş pensiyanın bərpası üçün DSMF-yə qardaşının əvəzinə 153.000 manat ödəmişdir. Belə ki, mərhum qardaşına vəd edilmişdir ki, dövlət büdcəsinə vurduğu zərərin bir hissəsi ödənildiyi halda barəsində azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin ediləcəkdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 1(103)-1289/2014 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, X4 əməli Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edillmişdir. Göründüyü kimi, cinayət işi yekunlaşdıqdan sonra müəyyən olunmuşdur ki, Səfər Hüseynov tərəfindən dövlət büdcəsinə hər hansı zərər vurulmamış, həmin zərər şöbənin digər vəzifəli şəxsləri tərəfindən vurulmuşdur, həmin şəxslər də DSMF qarşısında notariat qaydasında təsdiq olunmuş razılaşma əsasında ziyanın ödənilməsini öhdələrinə götürmüşlər. Qardaşının əməli isə şöbə müdiri kimi səhlənkarlıqdan ibarət olmuşdur. Hazırda qardaşı Səfər Hüseynov vəfat etdiyindən, həmçinin pul iddiaçı tərəfindən ödənildiyindən qeyd edilən pulu tələb etmək hüququ vardır.
9. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu iddiaya etiraz verərək göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 1(103)-1289/2014 saylı qərarına əsasən Fondun büdcəsindən qanunsuz şəkildə israf olunan məbləğin 995.642,46 manat olmaqla ağır nəticəni təşkil etdiyi göstərilmişdir. İddiaçının qardaşı notarial qaydada təsdiqlənmiş birtərəfli əqd bağlayaraq dəymiş zərərin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Belə ki, qeyd edilən məbləğin cavabdeh orqana ödənilməsi həmin şəxsin törətdiyi cinayət əməli çərçivəsində (səhlənkarlığın ağır nəticələrə səbəb olması) cinayət prosessual vəzifə olmaqla yanaşı, götürdüyü birtərəfli öhdəliyə uyğun olaraq həm də mülki vəzifə olmuşdur. İddiaçı tərəfindən ödənilən məbləğin əsasını qardaşı X4 əməli nəticəsində cavabdehə vurduğu zərər təşkil etmişdir ki, buna görə də, həmin zərər iddiaçı tərəfindən könüllü olaraq ödənilmişdir. Mərhumun törətdiyi əməlin yalnız tövsifi dəyişdirilmişdir. İddiaçının iddiası yalnız mərhumun törətdiyi əməldə cinayət tərkibi aşkarlanmadığı və haqqında bəraət hökmü verildiyi təqdirdə əsaslı olardı. 153.000 manat könüllü şəkildə olmuşdur. Mərhuma və qardaşına hər hansı təzyiq, təhdid olunmamış və belə halın olması ilə bağlı əsaslı sübutlar təqdim olunmamışdır.
10. Cavabdeh Dövlət Xəzinədarlığı Agentliyi iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı tərəfindən ödənilən 153.000 manat məbləğində vəsait xx.xx.2011-ci il tarixində tam olaraq Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin hesabına köçürülmüşdür. Ona görə hazırki iddia tələbi üzrə cavabdeh qismində çıxış edə bilməz.
11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 2978/2022 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, İddiaçı mərhum qardaşı S.Hüseynovun DSMF qarşısında yaranmış öhdəliyini (vurulmuş zərər nəticəsində yaranmış) icra etmişdir. Bununla da DSMF-nin mərhum S.Hüseynova qarşı zərər tələbi iddiaçıya keçmişdir. S.Hüseynov vəfat etdiyindən ona qarşı tələb hüququnu iddiaçı onun vərəsələrinə qarşı irəli sürə bilər.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 431.1, 431.3, 1096.1, 1096.2, 1151.1, 1306.1, 1306.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tətbiq etdiyi hüquq normasında da, qətnamənin təsvir hissəsində də mərhum S.Hüseynovu zərərvuran qismində qələmə vermişdir. Halbuki, Bakı Ağır Cinayətlər məhkəməsinin icraatında olmuş cinayət işi üzrə qəbul edilmiş xx.xx.2012-ci il tarixli hökmlə mərhum S.Hüseynovun DSMFyə zərər vurmadığı müəyyən edilmişdir. Habelə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə S.Hüseynov barəsində seçilmiş cəza dəyişdirilmiş, 179.3.2, 308.2 və 313-cü maddələri hökmdən xaric edilmiş, onun dövlət vəsaitini mənimsəməməsi faktı öz təsdiqini tapmışdır. Lakin həmin cinayət işinin icraatı zamanı S.Hüseynova bildirilmişdir ki, o vurduğu zərəri ödədiyi təqdirdə onun barəsində heç bir məsuliyyət görülməyəcəkdir. Cinayət işinin istintaqı zamanı bu məbləğ hazırkı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə qanuni qüvvəsini almış məhkəmə hökmlərinə heç bir qiymət verməmişdir. Bundan başqa, daha öncə bu məbləği mərhumun vərərəsi (arvadı) məhkəmə qaydasında tələb etmiş, lakin məhkəmələr izah etmişdir ki, həmin şəxsin subyektiv tələb hüququ yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
18. Cavabdeh1 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014-ci il tarixli 1(103)-1289/2014 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, X4 əməli Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
26. X1 törədilmiş bu əməli ağır nəticələrə səbəb olmuşdur. Belə ki, hökmlə DSMFnin Suraxanı rayon şöbəsinin mühasibləri tərəfindən mənimsənilən pul vəsaitinin məbləği ümumilikdə 995.642,46 manat olduğundan ağır nəticəni təşkil etmişdir.
27. DSMF-nin aparat rəhbəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ə.Quliyevə xx.xx.2012-ci il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, icraatınızda olan cinayət işi üzrə təqsirləndirilən Səfər Hüseynovun oğlu ailəsi adından 2012-ci il 17 yanvar tarixdə DSMF-yə müraciət etmişdir. O, DSMF-yə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar S.H.Hüseynovun 153.000 manat ödədiyini bildirmiş və bu barədə qəbz əlavə etmişdir. S.Hüseynovdan fondun heç bir şikayəti yoxdur və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün seçilməsi xahiş edilir.
28. Bununla yanaşı, Bakı Apelyasiya Məhkəməsinin 13 noyabr 2014-ci il tarixli 1(103)-1289/2014 saylı qərarına əsasən məhkum S.Hüseynov ifadəsində “heç bir pul vəsaitit mənimsəmədiyini və bunda özünü təqsirli bilmədiyini, lakin işi bilən bir mütəxəssis kimi lazımi nəzarəti həyata keçirərək mühasiblərin bu əməllərinin vaxtında qarşısının alınmamasında özünü təqsirli bildiyini” qeyd etmişdir.
29. Göründüyü kimi, S.Hüseynov təqsirli əməlinin nəticəsində vurduğu zərəri özüözlüyündə də qəbul etmiş və hazırki iş üzrə iddiaçı, qardaşı S.Hüseynovun həmin zərərin aradan qaldırılması ilə bağlı öhdəliyini üçüncü şəxs kimi icra etmişdir.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, S.Hüseynov cəzasını çəkib qurtardıqdan sonra DSMF-dən ödənilmiş məbləğin qaytarılmasını tələb etməmişdir. Bu hal da onun vurduğu zərəri qəbul etdiyinə dəlalət edir.
31. Vurulmuş zərərin əvəzini ödəmiş şəxsin borcluya qarşı reqres qaydada tələb hüququ yaranır.
32. Belə olan halda, S.Hüseynov vəfat etdiyindən iddiaçının tələb hüququnu onun vərəsələrinə qarşı irəli sürə bilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2011-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilmiş 153.000 manat pul vəsatini hazırkı iş üzrə cavabdehlərə qarşı tələbi hüququ olmadığından iddia təmin edilə bilməz və rədd edilməlidir.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qeyd olunan məbləğ Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürüldüyündən hazırki iş üzrə digər cavabdehlər ümumiyyətlə iddiaya cavab verməli olan təşkilatlar deyillər.
35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
36. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 2978/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.