Məhkəmə qərarları › İş №2(103)-1862/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1862/2025

24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1862/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, 21 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə qanunsuz hərəkətlərinə son qoymasının həvalə olunması, cavabdehdən 25,95 manat maddi ziyan məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi, cavabdehdən 10.000 manat mənəvi ziyanın məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehə qanunsuz hərəkətlərinə son qoymasının həvalə olunması, cavabdehdən 25,95 manat mənə onun təqsiri üzündən dəymiş maddi ziyan məbləğinin məcburi qaydada tutularaq, ona ödənilməsi, cavabdehdən 10.000 (on min) manat mənəvi ziyanın məcburi qaydada tutularaq, ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(004)-5497/2024 saylı qətnaməsi ilə (hakim K.B.Xudayev) iddianın təmin olunmaması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-5497/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayətinin verilməsi müddəti üzürlü səbəbdən 1 (bir) gün buraxılmışdır. Belə ki, o apellyasiya şikayətini 07 yanvarda vermək istəmiş, lakin həmin gün apellyasiya şikayətini Elektron Kabinetə yükləyərkən bilmişdir ki, Asan İmzası bağlanmışdır. Asan İmzası əslində 08 yanvarda bağlanmalı idi. Bu barədə ona iki dəfə mesaj da gəlmişdir. Lakin mesajlarda Asan İmzasının vaxtının 08 yanvarda qurtaracağının göstərilməsinə baxmayaraq, Asan İmzası 07 yanvarda bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5497/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməməsi, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, qərardadda göstərilir ki, o, ASAN İmzanın bərpa olunması ilə əlaqədar xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər heç bir tədbir görməmişdir. Lakin müddət bərpası barədə ərizəyə əlavə etdiyi sənədlərdən məlum olur ki, ona həm xx.xx.2024-cü ildə, həm də sonradan göndərilmiş mesajlarda bildirilib ki, Asan İmzası 08 yanvarda bağlanacaq. Lakin mesajlarda Asan İmzanın vaxtının 08 yanvarda qurtaracağının göstərilməsinə baxmayaraq, Asan İmzası 07 yanvarda bağlanmışdır. Deməli, bu hallar nəzərə alınmaqla, apellyasiya şikayətinin verilməsi müddəti bərpa olunmalı idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, 21 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-m 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmasın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki- Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə iddiaçı tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası üçün isə yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Hazırki halda isə iş üzrə İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası üçün göstərilən səbəblərin, yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti Asan İmzanın müddətinin 07 yanvar 2025-ci il tarixində bitməsi səbəbindən ötürməsi halını məhkəmə kollegiyası, üzürlü səbəb kimi qəbul etməməklə şikayətin təmin edilməsi üçün əsas hesab etmir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə xx.xx.2024cü il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Belə olduğu təqdirdə, iddiaçının qətnaməni rəsmi qaydada alması vaxtı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qətnamənin iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirildiyi vaxt, yəni xx.xx.2024-cü il tarixi hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, İddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmış və iddiaçı qətnaməni rəsmi qaydada aldığı 06 dekabr 2024-cü il tarixdən 1 ay müddətində apellyasiya şikayəti verməmişdir. Yəni, iddiaçı 06 dekabr 2024-cü il tarixdə məhkəmə qətnaməsini rəsmi qaydada aldığına görə, o, ən geci 07 yanvar 2025-ci il tarixdə (saat iyirmi dördə qədər) apellyasiya şikayətini elektron qaydada göndərməli idi. Lakin, yuxarıda qeyd edildiyi kimi, İddiaçı apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir ki, bununla da o, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti 1 gün müddətə ötürmüşdür. Kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Ərizəçinin müddətin buraxılmasının üzrlü səbəbi kimi qeyd etdiyi hal üzrlü hesab edilmir. Belə ki, iddiaçı tərəfindən verilmiş şikayətdən görünür ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməsinin səbəbi kimi 07 yanvar tarixində Asan İmzasının vaxtının qutarmasını qeyd etmişdir. Belə ki, qeyd edilənlərdən də görünür ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi olan müddət ərzində apellyasiya şikayəti verməmiş, məhz şikayətinin son günü yəni 07 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti verən zaman müəyyən olmuşdur ki, ASAN imzanın vaxtı bitmişdir. İş materiallarında olan SMS bildirişlə də təsdiq olunur ki, İddiaçı Asan İmza sertifikatının xx.xx.2025-ci il tarixdə qüvvədən düşməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə SMS xəbərdarlıq göndərilmiş və qeyd olunan tarixədək www.e-taxes.gov.az saytına müraciət etməsi tövsiyə olunmuşdur. Buna baxmayaraq İddiaçı Asan İmza sertifikatının qüvvədən düşməsi ilə bağlı xəbərdarlığı aldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək heç bir tədbir görməmişdir. Bu baxımdan buraxılmış prosessual müddətin bərpa edilməsi üzrlü hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, 21 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5497/2024 saylı, 21 yanvar 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar