Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1868/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, «X3 Mərkəzi» MMC-yə və Cavabdeh3 BOKT ASC-yə qarşı «hərracın və müqavilənin etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)-767/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə, «X3 Mərkəzi» MMC-yə və Cavabdeh3 BOKT ASC-yə qarşı «hərracın və müqavilənin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 sifarişi ilə İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, mənzil 7-nin «X3 Mərkəzi» MMC tərəfindən keçirilmiş hərracda Cavabdeh3 BOKT ASC-yə satılmasına dair xx xxxxxxxx 2019-cu il tarixli, Y-230/1 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh3 BOKT ASCnin xeyrinə cavabdeh İddiaçı1 17607,18 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında mənzilə yönəldilməsi, həmin mənzilin 70000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 sifarişi əsasında xx xxxxxxxx 2019-cu il tarixdə «X3 Mərkəzi» MMC tərəfindən hərrac keçirilmiş və mənzil 44625 manata Cavabdeh3 BOKT ASC-yə satılmışdır. Aşağıda göstərilənlərə əsasən xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş hərrac etibarsız hesab olunmalıdır. Hərracdan sonra əmlak aşağı qiymətə təklif olunmalı olduğu halda, cavabdeh mənzilin dəyərini daha da aşağı salaraq satmaqla onun hüququnu pozmuşdur. Məhkəmə kollegiyası «İpoteka haqqında» Qanunun aşağıdakı müddəasına istinad edərək göstərir ki, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə təklif edilməlidir. Müəyyən olunur ki, hazırkı işdə cavabdeh ipotekaya qoyana əmlakı təklif edərkən ilkin hərracda müəyyən olunmuş qiymətin deyil, təkrar hərracda olan qiymətin 25 faiz az olmayan dəyərini təklif etməmişdir. Bu halda cavabdeh tərəfindən hərracda müəyyən edilmiş qiymətlə bağlı tələbləri pozulmuşdur. İddiaçı digər dəlil kimi göstərir ki, keçirilmiş hərracla bağlı onlara bildiriş göndərilməmiş və həmin hərracla bağlı onlar məlumatlandırılmamışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 767/2020 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin olunmamışdır. İddiaçı1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın qanun pozuntuları ilə keçirilməsi, ilk hərrac barədə ümumiyyətlə kütləvi informasiya vasitələrində elan verilməməsi, elanın ilk hərrac keçirilməsindən iki gün sonra verilməsi, bildirişlərin gec göndərilməsi göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilmiş, vaxtında kütləvi informasiya vasitələrində elan verilmiş, tərəflərə bildirişlər göndərilmiş, iddiaçı tərəf kifayət qədər məlumatlı olduğu halda hərracda iştirak etməmişdir. İddiaçı apellyasiya şikayətində ilk hərrac barədə ümumiyyətlə kütləvi informasiya vasitələrində elan verilməməsi göstərsə də, «Market» qəzetinin xx xxxx 2019-cu il tarixli buraxılışından görünür ki, ilk hərracın xx xxxxxx 2019-cu il tarixdə keçirilməsi ilə bağlı müvafiq elan verilmişdir. «Market» qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışında isə ilk hərracın baş tutmaması, təkrar hərracın xx xxxxxx 2019-cu il tarixdə keçiriləcəyi və s. barədə olmuşdur. Hesab edir ki, iddiaçı tərəfin məqsədi işi süni yolla uzatmaqdır, qanuni qüvvədə olan məhkəmə qərarının icrasından yayınmaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçısına rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)-457/2018 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)- 457/2018 saylı qətnaməsindən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-11358/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 BOKT ASC-nin xeyrinə cavabdeh İddiaçı1 14060,10 ABŞ dolları əsas borc, 3347,08 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 17607,18 ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89,5 kv.m, yaşayış sahəsi 63,15 kv.m, yardımçı sahəsi 26,35 kv.m olan 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin 70000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh3 BOKT ASC-yə ümumilikdə17607,18 ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdehlər İddiaçı1 və İddiaçı2 mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində mənzildən çıxarılması qət edilmişdir. Həmçinin, işdə olan sübutlardan (sifariş, qəzet elanları, bildirişlər, protokol və s.) görünür ki, qanuni qüvvədə olan məhkəmə qarının icrası sahəsində ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzilin açıq hərracdan satılması üçün ilk hərrac xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş və bununla bağlı işdə iştirak edən şəxslərə (həmçinin, iddiaçı tərəfə) xx xxxx 2019-cu il tarixli bildiriş göndərilmiş, həmçinin «Market» qəzetinin xx xxxx 2019-cu il tarixli buraxılışında müvafiq elan verilmiş, lakin həmin tarixə təyin olunmuş hərrac baş tutmamış, bu səbəbdən də təkrar hərrac xx xxxxxx 2019-cu il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə xx xxxxxx 2019-cu il tarixli bildiriş (həmçinin, iddiaçı tərəfə) göndərilmiş, eyni zamanda «Market» qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışında ilk hərracın baş tutması və təkrar hərracın təyin olunması ilə bağlı müvafiq elan verilmişdir. Lakin, qeyd edilən tarixdə də hərrac baş tutmamış, «Market» qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışında hərracının baş tutmaması barədə elan verilmiş, bundan sonra əmlak qanunvericiliyin tələblərinə əsasən tələbkara təklif olunmuşdur. İşdə olan «X3 Mərkəzi» tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx xxxxxxxx 2019-cu il tarixli Y-230/1 saylı protokolun surətindən görünür ki, İddiaçı1 məxsus olan ünvan 2 Cavabdeh3 BOKT ASC-yə 44625 manata satılmışdır. İşdə olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzil Cavabdeh3 BOKT ASC-nin xüsusi mülkiyyətindədir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 26A, 7 saylı mənzillə bağlı hərracın keçirilməsinə dair tərəflərə bildiriş göndərilmiş və iddiaçılar tərəfindən imza edilərək həmin bildirişlər qəbul edilmişdir. İddiaçı tərəfin məhkəmə iclasında vermiş olduğu izahatından görünür ki, hərracın keçirilməsi ilə bağlı əsas mübahisə kütləvi informasiya vasitələrində dərc edilmiş elan və əmlak ipotekaya qoyana təklif edilərkən qoyulan qiyməti ilə bağlıdır. İşdə olan «Market» qəzetindən çıxarışlardan görünür ki, iddiaçının irəli sürdüyünün əksinə, xx.xx.2019-cu il tarixli elan mübahisəli mənzilin xx xxxxxx 2019-cu il tarixli hərracının baş tutmaması və təkrar hərracın 59500 manat ilkin satış qiyməti ilə xx xxxxxx 2019-cu il tarixdə keçiriləcəyi barədə, xx.xx.2019-cu il tarixli elan isə həmin mənzilin xx xxxxxx 2019-cu il tarixli hərracının baş tutmaması barədədir. Eyni zamanda, cavabdeh tərəfindən ipotekaya qoyana əmlak təklif edilərkən təkrar hərracda olan qiymətin 25 faizdən az olmayan dəyərinin təklif edilməməsi barədə iddiaya münasibətdə məhkəmə bildirir ki, «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Əmlak təkrar hərraca 59500 manat (ilkin satış qiymətindən 15 faiz aşağı) satış qiyməti ilə çıxarılmış, hərrac baş tutmadıqdan sonra tələbkar tərəfindən həmin məbləğin 25 faiz aşağı qiymətinə, yəni 44625 manata satılmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satışüsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri «İpoteka haqqında» Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. «Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. İddiaçı apellyasiya şikayətində ilk hərrac barədə kütləvi informasıya vasitələrində elanın verilməməsini göstərsə də, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, «Market» qəzetinin xx xxxx 2019-cu il tarixli buraxılışında ilk hərracın xx xxxxxx 2019-cu il tarixdə keçirilməsi ilə bağlı müvafiq elan verilmişdir. Bununla yanaşı, işdə olan digər sübutlardan (bildirişlər, bildirişlərin çatdırılması ilə bağlı rabitə orqanının məlumatları, elanlar, protokol, alqı-satqı müqaviləsi və s.) aydın olur ki, hazırki mübahisə obyekti üzrə iki hərrac (ilk və təkrar) keçirilmiş, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə bildirişlər göndərilmiş, qəzetdə elanlar verilmiş, lakin hərrac baş tutmamış, nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş, sonuncunun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda işdə olan xx xxxxxxx 2019-cu il tarixli ödəniş tapşırığının surətindən görunür ki, tələbkar Cavabdeh3 BOKT ASC tərəfindən 14663 manat pul vəsaiti (əmalkın dəyəri ilə qətnaməyə əsasən ödənilməli olan borc arasında olan fərq) Cavabdeh1 hesabına ödənilmişdir. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə baxışı zamanı mübahisə obyekti olan yaşayış evi üzrə keçirilmiş hərracın iddiaçının iddia etdiyi əsaslar üzrə qanunsuzluğu müəyyən edilməmişdir. Bu səbəbdən, iddia qalan hissələrdə də əsasızdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, «X3 Mərkəzi» MMC-yə və Cavabdeh3 BOKT ASC-yə qarşı «hərracın və müqavilənin etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)-767/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 767/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1868/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1868/2021
09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver