Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1870/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiası üzrə (Açar sözlər: yalan əqd, uydurma əqd, hüquqdan sui-istifadə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Lexus LX 570” markalı, ban nömrəsi JTJHY00W804084672 olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə iddiaçının, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçının qızı Cavabdeh1 (bundan sonra – cavabdeh) adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə komisyon mağazada satılması üçün onun adından qeydiyyatdan çıxarılmışdır.
2. Hazırkı iş üzrə mübahisə predmeti olan “Lexus NX 200” markalı, 2018-ci il buraxılışlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) xx.xx.2018-ci il tarixdə hesabarayış əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, avtomobilə **-SJ-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. 18 iyul 2018-ci il tarixdə cavabdeh avtomobili idarə etmək üçün iddiaçıya etibarnamə vermişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə (bundan sonra - BDYPİ) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlərin və sənədləşmə işlərinin etibarsız hesab edilməsi, habelə BDYPİ tərəfindən verilmiş AD seriyalı, 285001 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sözügedən avtomobilə dair nəqliyyat vasitələrinin reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və avtomobilin onun adına rəsmiləşdirilməsinin BDYPİyə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonla barter razılaşması apararaq, aralarındakı şifahi razılığa əsasən mülkiyyətindəki avtomobili artıq köhnəldiyindən və təmir xərcləri artdığından üzərində əlavə pul məbləği verməklə həmin avtosalona verib əvəzində onlardan mübahisəli avtomobili almışdır. Qeyd olunan faktı həmin avtosalonun sahibi və əməkdaşları təsdiq edə bilər. Mübahisə predmeti olan avtomobil alınarkən ona təhkim edilən dövlət nömrə nişanı (**-SJ-***) onun barter üçün avtosalona verilən əvvəlki avtomobilinin dövlət nömrə nişanı olmuş və xahişi ilə yeni avtomobilə təhkim edilmişdir. Lakin ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma və s. hallarla müşayiət olunduğundan sözügedən avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün avtomobili şərti olaraq qızı olan cavabdehin adına rəsmiləşdirmişdir. Qızı heç vaxt həmin avtomobili idarə etməmişdir. Bu fakt şahid ifadələri və zərurət yarandığı halda BDYPİ-dəki məlumatlarla da təsdiq edilə bilər. Avtomobil daim onun istifadəsində və faktiki sahibliyində olmuşdur. Qeyd olunan avtomobillə bağlı aparılmış əqd əsl əqdi, yəni onunla həmin avtosalon arasındakı barter və alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımışdır. Qızının heç vaxt həmin avtomobili idarə etməməsi, faktiki sahibliyində saxlamaması, əmlakın dəyərini ödəmək üçün zəruri maddi imkana malik olmaması, əmlakın dəyərinin avtomobil və pul müqabilində məhz özü tərəfindən ödənilməsi, həmçinin avtomobilə qeydiyyat şəhadətnaməsi verilərkən ona təhkim edilən dövlət nömrə nişanının məhz əvvəlki avtomobilinin nömrə nişanı olması, habelə avtomobilin ötən müddətdə məhz onun faktiki sahibliyində və istifadəsində olması, yalnız tərəfindən idarə olunması qeyd olunan halları və mübahisələndirilən əqdin həqiqətən də yalan əqd olmasını təsdiq etmişdir. Mübahisəli avtomobilin alqı-satqısını qızının adına rəsmiləşdirməklə, əslində özü ilə bağlanmış alqı-satqını bu formada pərdələməkdə iddiaçının əsas motivi və məqsədi həmin nəqliyyat vasitəsini borclu qismində müştərək borclu olduğu ödənilməmiş kredit öhdəliyi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrası çərçivəsində həyata keçirilən məcburi icra tədbirlərindən yayındırmaq olmuşdur. Belə ki, iddiaçının deməsinə görə öz mülahizələri əsasında kredit müqaviləsi üzrə pulu özü deyil, məhz dostunun götürməsini, dostuna onun xahişi ilə zamin durmasını, bununla bağlı heç bir maddi marağının olmamasını, götürülən məbləğdən yalnız dostunun bəhrələnməsini və belə olan halda borcu da onun qaytarmalı olmasını əsas gətirərək, prinsipial olaraq məhkəmə əmri üzrə borcu ödəməmiş, lakin əmlakının da məcburi icra tədbirlərinə - siyahıya alınmaya, üzərinə həbs qoyulmasına, tələbkara təklif olunması və s. məruz qalmaması üçün aldığı yeni avtomobil üzrə sənədləşmə işlərini qızının adına aparmış, bununla da faktiki olaraq özü ilə bağlı olan alqı-satqını qeyd olunan məqsədlə qızının adına bağlanmış əqd kimi pərdələmişdir. Kredit borcu yalnız 17 sentyabr 2019-cu il tarixdə ödənilmişdir. Təsadüfi olmamışdır ki, mübahisəli nəqliyyat vasitəsinin alqı-satqısı məhz 14 iyul 2018-ci il tarixdə, yəni qeyd olunan məhkəmə əmrinin icrası üzrə icra məmuru tərəfindən başlanmış icraatdan, könüllü icra müddətinin başa çatmasından və məcburi icra tədbirlərinin başlanmasından sonra (25 mart 2018-ci il tarixdən sonra) aparılmışdır.
5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qanunsuz sahibliyində olan mübahisəli avtomobilin işlək vəziyyətdə ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil alınarkən atasının nikahı olmamış və babası X2 olduğundan hansısa vərəsəlik məsələsindən və ailədaxili problemdən söhbət gedə bilməzdi. Mübahisəli avtomobil ona və **-SV-*** dövlət nömrə nişanlı, 2019-cu il buraxılışlı, “MAZDA 3” minik avtomobili xx.xx.2019-cu il tarixdə bacısı X3 mərhum babaları X4 tərəfindən hədiyyə kimi alınmışdır. Babası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atası onun avtomobilini sürmək istədiyi üçün ona etibarnamə vermişdir. Hal-hazırda bacısı öz avtomobilini idarə edir. Lakin bir müddət keçdikdən sonra onun evinin yaxınlığında yerləşən və onlara məxsus olan qeyri-yaşayış sahəsini (obyekti) icarəyə götürən şəxs anasına zəng vuraraq atasının avtomobili idarə etmədiyini və baxımsız vəziyyətdə həyətə atdığını bildirib. Bundan sonra atasının onun mülkiyyətində olan avtomobilin beynini və ötürücü qutusunu satdığına görə məcburiyyət qarşısında qalaraq xx.xx.2021-ci il tarixdə ona verdiyi etibarnamǝni ləğv etdirərək, avtomobilin işlək vəziyyətə gətirilməsini ondan tələb etmiş, atası isə maşını təmir etdirmək əvəzinə yaşadığı evdən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, hətta avtomobilin həmin vəziyyətdə evdən götürülməsinə razılıq verməmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-371/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) ilkin iddia təmin edilərək, mübahisəli avtomobilin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlər və sənədləşdirilmələrin etibarsız hesab edilməsi, həmin avtomobilin iddiaçının adına rəsmiləşdirilməsinin BDYPİyə həvalə edilməsi; qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirdiyi “Lexus LX570” minik markalı, 10- SJ-400 nömrə nişanlı avtomobili xx.xx.2018-ci il tarixdə Kadir Kuzu adlı şəxsə satmış və həmin tarixdə faktiki olaraq onun vasitəçiliyi ilə “Lexus” rəsmi servisi ilə alqı-satqı müqaviləsi əsasında mübahisəli avtomobili qızının adına rəsmiləşdirmişdir. Yenə eyni tarixdə özünə avtomobili idarə etmək üçün cavabdehdən etibarnamə almışdır. Göründüyü kimi, iddiaçının Kadir Kuzunun vasitəçiliyi ilə “Lexus” rəsmi servislə bağladığı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi (faktiki olaraq Kadir Kuzu ilə dəyişdirmə və "xxxx" MMC ilə alqı-satqı müqaviləsi) cavabdehlə “Lexus” rəsmi servisi arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ilə pərdələnmişdir. Məhkəmə cavabdeh tərəfin mübahisəli avtomobilin əslində babası tərəfindən ona hədiyyə edildiyi və avtomobili idarə etmək niyyəti ilə atasına verdiyi barədə etirazının dəlillərini hər hansı sübuta söykənməyən formal mülahizə hesab etmişdir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157, 337, 340, 405-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əqdin yalan əqd hesab edilməsi üçün, oxşar olsa da, məhz iki ayrı əqd mövcud olmalı və bu əqdlərdən biri digərini pərdələməli idi. Məhkəmə tərəfindən “Lexus” rəsmi servisinə aidiyyəti aydınlaşdırılmayan Kadir Kuzu adlı şəxsin iddiaçı ilə hər hansı ikinci əqd bağlamaları, sonuncuların izahatlarından başqa heç bir sübutla təsdiq olunmamışdır. Əslində, iddiaçı da, öz tələbləri ilə onun qeyd etdiklərini təsdiq etmiş, sonuncu öz doğma qızı ilə bağlanmış əqdin etibarsızlığını tələb etsə də, əslində məhz həmin əqdin, yəni eyni alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsini xahiş etmişdir. Hakim də eyni əqdin iddiaçı ilə bağlanmış hesab edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. İddianın əsaslarının həqiqətə uyğun olmadığını təsdiq edən mühüm hallardan biri də, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirildiyi gündən 4 ildən artıq vaxt keçdikdən sonra, 2022-ci ilin sentyabr ayında iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi olmuşdur. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata xitam verilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən 2 ildən artıq müddət keçdikdən sonra əqdin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi belə vəziyyətdə müddətlərlə, xüsusən kəsici müddətlə bağlı qanunvericiliyin və məhkəmə təcrübəsinin tələblərini diqqətdən kənarda qoymuşdur.
12. Apellyasiya baxışı zamanı "xxxx" MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2721/2023 nömrəli mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə qismən ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, ilkin iddia qismən təmin edilmiş, mübahisəli avtomobilin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı tərtib edilmiş 745458 nömrəli, 14 iyul 2018-ci il tarixli arayış-hesabın etibarsız hesab edilməsi və BDYPİ tərəfindən rəsmi reyestrdə onun adına aparılmış qeydiyyat, habelə verilmiş AD seriyalı, 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Mülki Məcəllə
Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı:
Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur...subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
21. F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: . ...əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
22. Mülki Prosessual Məcəllə
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verdiyindən, qətnamənin əsaslılığı ilkin iddianın təmin olunan və qarşılıqlı iddianın rədd edilən hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi eyni faktiki hallar əsasında baxılan iş üzrə cavabdehin mübahisəli avtomobili əldə etməsinə dair müqavilənin yalan əqd olmadığını qeyd etməklə düzgün nəticəyə gəlsə də, onu uydurma əqd hesab etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin mübahisəli avtomobilin cavabdeh tərəfindən əldə edilməsinə dair əqdin uydurma olduğu barədə gəldiyi qənaət Mülki Məcəllənin 340.1-ci maddəsinin düzgün olmayan tətbiqi ilə nəticələnmişdir. Hazırkı işin düzgün həlli, yuxarıda sadalanan hallarla yanaşı, həmçinin iddiaçının bu cür davranışlara istinadla əqdin etibarsızlığını tələb etməsinin hüquqdan sui-istifadə olubolmadığı və vicdanlılıq prinsipinə uyğun olub-olmadığı barədə məsələlərə aydınlıq gətirilməsini tələb edir.
26. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
27. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılmaqla ilkin iddia rədd olunmalı, qarşılıqlı iddia isə qismən təmin edilməlidir.
28. Kollegiya bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
29. Baxılan iş üzrə birinci instansiya məhkəməsi mübahisəli avtomobilin cavabdehin adına qeydə alınmasına əsas olmuş əqdi subyektə görə yalan əqd hesab etməklə etibarsız (əhəmiyyətsiz) hesab etmiş və Mülki Məcəllənin 340.2-ci maddəsinə istinadla ilkin iddianı təmin etmişdir.
30. İşin əvvəlki apellyasiya baxışı zamanı, apellyasiya instansiyası məhkəməsi həmin əqdin yalan əqd olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmamış və mübahisələndirilən əqdi uydurma əqd sayaraq mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə mübahisələndirilən əqddə yalan əqdin bütün əlamətləri (tərəflərin özləri üçün hər hansı hüquqi nəticə yaratmaq niyyətində olmaları, onların pərdələmək istədikləri əqdin mövcud olması) müəyyən edilməmişdir. Çünki yalan əqdin etibarsızlığının əsas səbəbi müqavilə tərəflərinin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Halbuki iş üzrə müqavilə tərəfi olan "xxxx" MMC-nin tərəflərin güddükləri məqsəddən məlumatlı olması faktı öz təsdiqini tapmamışdır. Bu da əslində razılaşmanın tərəflərinin - iddiaçı ilə cavabdeh olmasına, MMC tərəfindən verilmiş hesab-arayışın həmin razılaşmanın nəticəsi olmasına dəlalət etmişdir.
31. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halları üzrə gəldiyi yuxarıdakı nəticəni Mülki Məcəllənin 340.2-ci maddəsinin məzmununa və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olması ilə razılaşmışdır.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. 59. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
60. ...subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
33. Mülki Məcəllənin 340.1- ci maddəsinə müvafiq olaraq, başqa əqdi pərdələyən yalan əqddən fərqli olaraq, uydurma əqdin bağlanması zamanı tərəflərin həmin əqdə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmur və əqd yalnız görünüş üçün bağlanır.
34. Uydurma əqd zamanı tərəflər əqdlə bağlı müəyyən hərəkətləri icra etsələr də, onların müvafiq hüquqi nəticələri əldə etmək məqsədləri olmur. Yalan əqdlərdə olduğu kimi uydurma əqdlərdə də müqavilənin qarşı tərəfi uydurmalıq niyyətindən xəbərsizdirsə və öz öhdəliklərini vicdanla yerinə yetirməyə çalışırsa, belə əqd uydurma hesab edilə bilməz.
35. Baxılan işin müəyyən edilmiş halları isə ondan ibarətdir ki, mübahisəli avtomobilə dair "xxxx" MMC ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış (hesab-arayış tərtib edilmiş), avtomobilin dəyərinin bir hissəsi digər avtomobillə, qalan hissəsi pulla ödənilmiş, bundan sonra avtomobil satıcının mülkiyyətindən çıxaraq, rəsmi reyestrdə cavabdehin adına qeydə alınmış və cavabdehin verdiyi etibarnamə əsasında uzun illər iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Müqavilə tərəfi olan (satıcı) "xxxx" MMC-nin tərəflərin həmin əqd bağlanarkən iddiaçı və cavabdehin güddükləri məqsəddən məlumatı olmamışdır.
36. İddiaçı mübahisəli avtomobilin əldə olunmasına dair cavabdehlə bağlanmış əqdin etibarsızlığını ilkin olaraq onunla əsaslandırmışdır ki, ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma və s. hallarla müşayiət olunduğundan sözügedən avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün avtomobili şərti olaraq qızı olan cavabdehin adına rəsmiləşdirmişdir. Sonradan iddiaçı (onun səlahiyyətli nümayəndəsi) iddianın əsasını dəyişərək, mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobilin alqı-satqısını qızının adına rəsmiləşdirməklə, əslində özü ilə bağlanmış alqı-satqını bu formada pərdələməkdə iddiaçının əsas motivi və məqsədi həmin nəqliyyat vasitəsini borclu qismində müştərək borclu olduğu ödənilməmiş kredit öhdəliyi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası çərçivəsində həyata keçirilən məcburi icra tədbirlərindən yayındırmaq olmuşdur. Belə ki, iddiaçı müəyyən səbəblərdən prinsipial olaraq qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə borcu ödəməmiş, lakin əmlakının da məcburi icra tədbirlərinə - siyahıya alınmaya, üzərinə həbs qoyulmasına, tələbkara təklif olunması və s. məruz qalmaması üçün aldığı yeni avtomobil üzrə sənədləşmə işlərini qızının adına aparmışdır.
37. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məcəllənin 560-cı maddəsinə müvafiq olaraq mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə hesab edilən əsas hərəkətlər Mülki Məcəllənin 560.3-cü maddəsində sadalanmışdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; (560.3.1), şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (560.3.2.) və s.
38. F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
39. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi).
40. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
41. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
42. Bu mənada iddiaçı alqı-satqı müqaviləsinin etibarsız əqd olduğunu bəyan etsə də mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməli və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
43. İddiaçı alqı-satqı müqaviləsini yalan əqd hesab edir. Əvvəla, satılan avtomobilin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun. İddiaçı iddia edir ki, alqı-satqı müqaviləsi əslində özü ilə bağlanmış alqı-satqını pərdələmək məqsədilə bağlanıb. Başqa sözlə pərdələyən əqdin etibarsızlığını tələb etdiyi əqd, pərdələnən əqdin isə özü ilə bağlanmış alqı-satqı müqaviləsi olduğunu qeyd edir.
44. Avtosalonun avtomobili cavabdehə satmaq niyyəti olmamışdırsa, alqı-satqı müqaviləsi iddiaçı ilə də bağlana bilərdi. İddiaçının bu hüququndan istifadə etməməsi, alqısatqı müqaviləsinin onun razılığı ilə qızı ilə bağlanması, başqa icra sənədi üzrə tutmanın avtomobilə yönəldilməsini yayındırmaq niyyəti hüquqdan pis niyyətlə sui-istifadə etməsi də yolverilməzdir.
45. Digər tərəfdən, iddiaçının zamin kimi borclu olduğu təxminən 3000-4000 manat civarında öhdəliyə görə “Lexus NX 200” minik markalı avtomobili öz adına deyil, qızının adına rəsmiləşdirməsi ilə bağlı verdiyi izahat da nə inandığrıcı, nə də həqiqətəuyğun deyil. Belə ki, həmin avtomobilin dəyəri onun icra sənədi üzrə borclu olduğu məbləğdən dəfələrlə yüksəkdir.
46. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı və cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
47. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Bu isə MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır.
48. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı "yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi" tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin olunsun. “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobili işlək vəziyyətdə İddiaçı alınıb Cavabdeh1 qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.