Məhkəmə qərarları › İş №2(103)-188/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-188/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-188/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh9, Cavabdeh8, İddiaçı, Bakı şəhəri 50 saylı Notariat ofisi və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən çıxarılma; alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), nın katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh (birləşmiş iş üzrə iddiaçı) Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-4891/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti; birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh9, Cavabdeh8, İddiaçı, Bakı şəhəri 50 saylı Notariat ofisi və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-4095/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 45, 49 nömrəli mənzilə Cavabdeh5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

2. xx.xx.2021-ci il tarixli ərizəyə əsasən Cavabdeh4 birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh5 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 45 ünvanında yerləşən 49 nömrəli mənzilin satılmasına və istənilən banka ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmiş, həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

3. xx.xx.2021-ci il tarixli digər ərizəyə əsasən Cavabdeh4 birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh5 məxsus olan həmin mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh5 xx.xx.2021-ci il tariхli, rеyеstrdə 6044 nömrəsi ilə qеyd еdilmiş AR- İİ № 531338 nömrəli еtibarnamə ilə 3 il müddətinə Cavabdeh7 harada yеrləşməsindən asılı olmayaraq, mülkiyyətində olan bütün əmlakları üzərində sərəncam vеrmək və digər səlahiyyətləri vеrmişdir.

5. Daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli, AN-İ №1000637 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh5 (satıcının əvəzinə xx.xx.2021-ci il tariхli etibarnamə əsasında Cavabdeh7 imza etməklə), Bakı şəhəri, Sabunçu rayonu, Bakıхanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi 45 nömrəli еvin tam mülkiyyət hüququ üzrə özünə məхsus olan 49 nömrəli mənzilini 75.000 manata alıcı Cavabdeh9 satmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh5 xx.xx.2022-ci il tarixədək həmin evi alıcı Cavabdeh9 sahibliyinə verməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh9 xx.xx.2022-ci il tariхli, rеyеstrdə 3158 nömrəsi ilə qеyd еdilmiş AR- İİ № 671303 nömrəli еtibarnamə ilə Cavabdeh8 harada yеrləşməsindən asılı olmayaraq, mülkiyyətində olan bütün əmlakları üzərində sərəncam vеrmək və digər səlahiyyətləri vеrmişdir.

7. Sözügedən mənzil xx.xx.2022-ci il tariхdə tam mülkiyyət hüququ üzrə Cavabdeh9 adına daşınmaz əmlakın dövlət rеyеstrində qеydiyyata alınmışdır.

8. Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, AN-İ №1040617 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh9 (satıcının əvəzinə xx.xx.2022-ci il tariхli еtibarnamə əsasında Cavabdeh8 imza etməklə), Bakı şəhəri, Sabunçu rayonu, Bakıхanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi 45 nömrəli еvin tam mülkiyyət hüququ üzrə özünə məхsus olan 49 nömrəli mənzilini 137.500 manata alıcı İddiaçı satmışdır.

9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, 137.500 manat məbləğində pul vəsaiti alıcı İddiaçı tərəfindən Bakı şəhəri 50 saylı Notariat ofisinin depozit hesabına köçürülmüşdür.

10. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh9 (onun əvəzinə xx.xx.2022-ci il tariхli еtibarnamə əsasında Cavabdeh8 imza etməklə), həmin mənzildə qeydiyyatda olan köhnə sakinlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qeydiyyatdan çıxarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür.

11. ünvan 1 ünvanında yerləşən 49 nömrəli mənzilə İddiaçı Ayət qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Sabunçu rayon icra şöbəsinin icra məmurları, 147 saylı MKİS-in nümayəndəsi, mütəxəssis və hal şahidlərinin imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4891 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə dəfələrlə icra yerinə getməyə baxmayaraq qapını açan olmamış, 147 saylı MKİS-dən verilən məlumata və qapının üzərində olan su idarəsinin hesab fakturasındanda evdə yaşayışın olmaması müəyyən edilmiş, mənzilin qapısı bağlı olduğundan mütəxəssis dəvət edilmiş, mütəxəssis və icrada iştirak edən digər şəxslərin iştirakı ilə mənzilə daxil olmuşlar. İlkin baxış zamanı evin bütün əşyaları evdə saxlanmış, lakin soyuducuda olan ərzaq məhsulları məhv olduğundan və hər yerin toz-torpaq olmasından mənzildə uzun müddətdir yaşayış olmadığı görünürdü. Mənzilə hal şahidlərinin iştirakı ilə bağlı yerlərə və ümumi mənzilə baxış keçirilmiş, mənzldə qızıl və pul aşkar olunmamışdır. Siyahıya alınmış əmlaklar tələbkarın etibarnamə üzrə nümayəndəsinə təhvil verilmiş və məsuliyyət barədə xəbərdar olunmuşdur.

13. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarına əsasən Cavabdeh5 sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə giriş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4-dan çıxarılmaları və həmin mənzilin boşaldırılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-746 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Alqı satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh9 ünvan 1, mənzil 49-u satın almışdır. Həmin mənzilə dair iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat tarixli çıxarış verilmişdir. Mənzili satan keçmiş mülkiyyətçisi Cavabdeh9 mənzili təhvil versə də, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qanunsuz və əsassız olaraq mənzildə yaşamaqda davam edirlər və mənzildən çıxmırlar. Bununla da iddiaçının mənzilə dair mülkiyyət hüququnu pozurlar. Cavabdehlər mənzildən çıxmadığı üçün iddiaçı xüsusi mülkiyyətində olan mənzilə dair sərbəst şəkildə, sərəncam və sahiblik etmə hüquqlarını həyata keçirə bilmir.

16. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 4891/2022 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia tələbi təmin edilmiş, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 4-dan çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mülkiyyətçi öz evindən istədiyi kimi istifadə edə bilmir. Cavabdehlər xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyi götürsələr də, bu günədək bunu etməmişdilər.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Birləşdirilmiş mülki iş üzrə:

19. İddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh9, Cavabdeh8, İddiaçı, Bakı şəhəri 50 saylı Notariat ofisi və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 ilə (nümayəndə kimi Cavabdeh7) Cavabdeh9 arasında bağlanmış xx.xx.2021ci il tarixli, AN-İ №1000637 Daşınmaz Əmlakın Alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh9 adına qeydiyyata alınmış **********82-05101-093020 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında aparılmış Cavabdeh9 ilə (nümayəndə kimi Cavabdeh8) İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ- 1040617 nömrəli Daşınmaz Əmlakın Alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh İddiaçı adına olan **********82-05101-093020 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın еtibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən 49 nömrəli evin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri Cavabdeh5 sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, mebel satışı, o cümlədən bina tikintisində müvafiq layihələrin həyatakeçirilməsində iştirak etmişdir. Sonradan ərinin baş verən pandemiya fonunda sahibkarlıq fəaliyyəti ciddi şəkildə zədələnmiş, o cümlədən müflis olmasına gətirib çıxarmışdır. Cavabdeh5 işgüzar münasibətləri dövründə ona məlum olmayan şəkildə Cavabdeh8 borcu yaranmışdır. Belə ki, ərinin sonradan ona dediyinə görə bu borc hansısa müvafiq ev alğı-satqısı və torpaq alğı-satqısı üzrə olan barter münasibətləri nəticəsində yaranmış, həmin vaxt qeyd edilən əmlak münasibələrində Cavabdeh8, soyadını xatırlamadığı digər Anar adlı şəxs, o cümlədən sosial şəbəkələrdə verilən məlumata görə “kriminal aləmdə” avtoritet kimi “qardaş oğlu” ləqəbi ilə tanınan və sonradan Turkiyə Respbulikasında öldürülən Elnur Qasımov adlı şəxs iştirak etmişdir. Sonradan həmin münasiblət nəticəsində əri Cavabdeh5 aldadılmış, onun Cavabdeh8 Novxanıda 10 sot torpaq borcu qalmışdır. Ondan 30.000 manatını vermiş, qalan borcu isə maddi vəziyyəti ilə əlaqədər ödəyə bilməmişdir. Bundan sonra münasibətlərdə iştirak edən Anar adlı şəxs Cavabdeh8la sövdələşməyə gedərək, onun ətrafı ilə o cümlədən “qanunu oğrular ” kimi təqdim edilən şəxslər vasitəsi ilə zəng edib, qapını döyməklə, habelə əri Cavabdeh5 aparıb bir neçə saat saxlayıb, ona müxtəlif təhdid və hədələr gəlməklə təzyiqlər göstərmiş, borcun ödənilməsinə nail olmağa çalışmışlar. Buna görə də soyadını xatırlamadığı Anar adlı şəxs ərini dəvət edərək, Cavabdeh7 adlı şəxslə tanış etmişlər. Həmin vaxtı özünü iş adamı kimi təqdim edən Cavabdeh7 guya ərinə köməklik edilməsi məqsədi ilə təklif etmişdir ki, “mən sənə Memar Əcəmi metrosunun yanında ev verim, sən onu satarsan, Cavabdeh8 adlı şəxsə olan borcunu ödəyərsən, sonra həmin satılmış evin pulun hissəhissə mənə ödəyərsən.” Buna görə əri Cavabdeh5 öz evini müvəqqəti olaraq həmin borcu ödəyib qutarana kimi girov niyyəti ilə etibarnamə verməyi təklif etmiş, əri isə həmin dövrdə buna görə məcbur qalıb borcunu ödəmək üçün həmin təkliflə razılaşmış və nəticədə Cavabdeh7 xx.xx.2021-ci il tarixdə 38 nömrəli Notariat kontorunda 3 il müddətində müvafiq etibarnamə vermişdir. Bundan 2 gün sonra isə onun tərəfindən eyni tarixdə 16 nömrəli Notariusda müvafiq olaraq mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən 49 nömrəli mənzilin girov qoyulması və satılması üçün razılıq ərizəsi verilmiş, həmin vaxtı əri ona bildirmişdir ki, bu müvəqqətidir və sadəcə girov üçün razılıq ərizəsi vermək lazımdır. Həmin ərizələrdə sonradan soyadını bilmədiyi Anar adlı şəxsə əri tərəfindən həmin ərizələr təqdim edilmişdir. Sonradan Cavabdeh7 tərəfindən ərinə vəd edilən ev bahalı olduğu üçün satıla bilməmiş və nəticədə həmin borcun ödəməsi barədə Cavabdeh7 tərəfindən edilən təklif həyata keçməmişdir. Bu müddətdə yəni etibarnamə verilən qısa bir müddət sonra təxminən xx.xx.2021-ci il tarixdə isə həmin evləri, yəni Cavabdeh9 formal olaraq satılmışdır. Bundan ünvan 2 ünvanında yerləşən 49 nömrəli mənzil Cavabdeh7 tərəfindən sosial şəbəkələrdə “kriminal aləmdə” avtoritet kimi “qardaşoğlu” ləqəbi kimi təqdim edilən və sonradan Turkiyə Respublikasında öldürülən Elnur Qasımov adlı şəxsin qardaşı olan Cavabdeh9 adlı şəxsə Bakı şəhəri 27 nömrəli Notariat kontorunda evin bazar dəyərindən qat-qat aşağı qiymətə yəni 75.000 manata Bakı şəhəri 27 nömrəli Notariat kontorunda AN-İ № ******* daşınmaz əmlakın formal alqı-satqı müqaviləsini bağlamışdır. Lakin həmin alqı-satqıdan onun və ərinin heç bir məlumatı və xəbəri olmamışdır. Buna görə həmçinin bizim xəbərimiz olması üçün həmin evə dair hər hansı bir çıxarış almamışlar. Təxminən sonradan ərinə yenidən təyziq edildiyi üçün, yəni əvvəlki edilən həmin təhdidlər davam etdiyi üçün əri öz mülkiyyətlərində olan evlərini girov qoyub borc pul götürmək istəmiş, buna görə də, sənədləri soyadını xatırlmadığı Anar adlı şəxsdən geri tələb etmiş, bundan sonra isə onlar bildirmişdir ki, evi Elnur Qasımov adlı şəxsin qardaşı olan Cavabdeh9 adlı şəxsin adına keçirmişlər, bundan sonra isə əri dərhal həmin etibarnaməni gedib ləğv etdirmiş və evin öz adına qayıtmasını tələb etmişdir. Lakin onlar evi satıb borclarını qaytarmağı tələb etmiş və evi boşaltmağı tələb etmişlər. Lakin onlar isə bundan imtina etmişlər. Sonuncular isə borcun ödəniləcəyi halda evi geri qaytaracağını demişlər. Bir müddət keçdikdən sonra isə həmin evi onların əvvələr tanıdığı və münasibətlərinin olduğu qonşuluqda yaşayan X1 və həmin evin satılması üçün Cavabdeh9 tərəfindən 13 may 2022-ci il tarxidə Cavabdeh8 adlı şəxsə yəni ərinin borclu olan şəxsə 27 nömrəli Notariat kontorunda etibarnamə verilmiş, sonuncu da həmin etibarnamə ilə həmin evə dair 18 may 2022-ci il tarixdə alğı-satqı müqaviləsi bağlamışdır. Evə dair ərinin Paşa banka borcu olduğu halda borcla bağlı həbs qoyulmuş, İddiaçı əri olan Niyaz Bağırov tərəfindən ümumiyyətlə əri Cavabdeh5 borcu mübahisəsi ilə bağlı məlumatlı olmuş, belə bir halda həmin evin həbsindən də məlumatlı olmuş, hələ də evin Cavabdeh5 adında olmasından məlumatlı olduğu halda yenə də həmin mübahisənin olmasına və onların həmin evdə yaşamalarına baxmayaraq onlardan gizli şəkildə evi almışlar. İş üzrə əldə edilmiş notariat işi ilə də bu hal tam təsdiqini tapmışdır. Belə ki, məhz Cavabdeh9 adına çıxarış 17 may 2022-ci il tarixdə alınaraq həmin evə dair bir gün sonra qeyd edilən tarixli alğı-satqı müaviləsinin bağlanması da bu halı bir daha təsdiq edir. Belə ki, 13 may 2022-ci il tarxidə ərinin borcu olduğu iddia edilən Cavabdeh8 adlı şəxs etibarnamə aldıqda həmin ev əri Cavabdeh5 adına olmuş, belə bir halda cavabdeh İddiaçı bu barədə məlumatı olmuşdur. Belə ki, həmin evi hələ qeyd edilən mübahisələrdən əvvəl əri Cavabdeh5 tərəfindən satılmaq niyyəti olmuş, bunla bağlı müvafiq satış mərkəzlərinə müraciət etmiş, o cümlədən tanışları olan Niyaz Bağırov da həmin qonşuluqda olan digər ev alış verişi ilə məşğul olan Tapdıq adlı şəxs vasitəsi ilə təxminən 2021-ci ilin ortalarında həmin evə baxmağa gəlmiş, həmin evin satış qiymətinin 170.000 manat olması bildirilmiş, Niyaz Bağırov isə evi almaqdan imtina etmişdir. Belə bir halda evin bazar dəyərindən dəfələrlə aşağı olduğu halda Niyaz Bağırov tərəfindən alınması da həmin mübahisədən məlumatlı olduğunu bir daha təsdiq edir. X19 tərəfindən alınandan sonra isə onun evdən çıxmasını tələb etmiş, dəfələrlə polislə bağlı müraciət etmiş, onlar isə bundan imtina edərək, evdən çıxmamış və 2022-ci ilin dekbar ayına kimi orada yaşamışlar, lakin sonradan evdə olmamalarından istifadə edərək icra məmuru tərəfidinən onların xəbəri olmadan keçirilmiş məhkəmə qərarının icrası ilə əlaqədar həmin evdə gələrək evin açarlarını dəyişdirmiş, onları evə buraxmamış, əşyaları hazırkı vaxta kimi həmin evdə qalmışdır. Bundan dərhal sonra isə onlar həmin qətnamədən məlumatı olan kimi şikayət vermişlər və hazırda iş apellyasiya icraatındadır. Etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətnamədir. Etibarnamənin əsas təyinatı üçüncü şəxs qarşısında etibar edilənin əsas səlahiyyətini təsdiq etməkdən ibarətdir. O üçüncü şəxs qarşısında məhz etibar edilənin səlahiyyətini sübut etmək funkisyasını yerinə yetirir. Başqa sözlə deyilsə etibarnamə ilə bağlı verilmiş səlahiyyətlər nümayəndə tərəfindən məhz etibar edilənin mənafeyi üçün həyata keçirilməli, öz mənafeyi üçün ona verilmiş səlahiyyətdən istifadə edilməməlidir. Hazırkı iş üzrə də məhz qeyd edilən etibarnamələrdən Cavabdeh8, Cavabdeh7 yəni iddiaçının marağını və onların mənafeyinə uyğun hərəkət etməməklə etibarnamədən sui-istifadə edərək iddiaçının məlumatı olmadan həmin əmlakları formal əqd əsasında və bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla, bunla da etibar edənlərin maraqlarını təmsil etməsi müəyyən edilməmişdir. Belə ki, məhz cavabdeh qeyd edilən əmlakın cavabdehə satması bunla bağlı iddiaçının maraq və mənafelərinin müəyyən şəkildə ifadə edilmədiyi halda bunun hansı zərurətdən irəli gələrək iş üzrə cavabdeh tərəfindən həyat keçirilməsi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış etməsi sübut etməmişdir. Əksinə işin müəyyən edilmiş həqiqi halları ilə müəyən edilir ki, cavabdeh tərəfindən qeyd edilən müqavilələr bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. İstər zahri ifadə baxımından istərsədə, başqa hallara görə verilmiş etibarnamədə iradənin məzmunu dəqiq müəyyənləşməmiş, belə bir vəziyyədə məhkəmələrin qeyd edilən iradəni müəyyənləşdirmədən mövcud olmayan əqd (hazırkı iş üzrə etibarnamələr) üzrə keçirilən təmsilçilik təmsil olunanların formalaşdırdığı iradənin vasitəçisi qismində qəbul edilə bilməz. Bundan əlavə hesab edir ki, adına etibarnamə verilmiş şəxsin buna olan güvən və etimadlarına zidd şəkildə öz səlahiyyətlərindən istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 mart 1999-cu il tarixli qərarında Roman-alman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Bu mənada iş üzrə cavabdeh tərəfindən bağlanmış əqdlər özlüyündə hüquqdan sui istifadə edərək, etibarnamə verənin heç bir maraq və iradəsinə uyğun olmayan hərəkət etməsi özlüyündə hüquqdan sui istifadə olmaqla ədalət və insaf prinsipləri baxımdanda yol verilməzdir. Digər tərəfdən hesab edir ki, hazırkı mübahisəyə tapşırıq münasibətləri kontekstində qiymət verilməli və yanaşılmalıdır. Nəzərə almaq lazımdır ki, tapşırıq müqaviləsi mülki hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Tapşırıq müqaviləsi, hər şeydən əvvəl, bir şəxsin (vəkalət verənin) digər şəxs (vəkalət alan) tərəfindən təmsil edilməsi haqqında ikitərəfli, kosensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Tapşırıq müqaviləsinin spesifik xüsusiyyəti ondadır ki, bu münasibət etimad və inam əsasında formalaşır və vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Ona görə də, Cavabdeh5 ilə (nümayəndə kimi Cavabdeh7) Cavabdeh9 arasında bağlanmış xx.xx.2021ci il tarixli, AN-İ №1000637 Daşınmaz Əmlakın Alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh9 adına qeydiyyata alınmış **********82-05101-093020 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında aparılmış Cavabdeh9 ilə (nümayəndə kimi Cavabdeh8) İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ-1040617 nömrəli Daşınmaz Əmlakın Alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh İddiaçı adına olan **********82-05101-093020 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın еtibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən 49 nömrəli evin onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi vəkil X8 xx.xx.2023-cü il tarixdə etiraz ünvanlayaraq, iddia tələbini qəbul etmədiyini bildirmiş, iddia tələbinə еtirazını onunla əsaslandırmışdır ki, iddia qanunsuz və əsassız, heç bir sübuta söykənmir. Mübahisə predmeti olan mənzil tam qanuna uyğun alqı-satqı edilmişdir. Anar adlı şəxs Cavabdeh8la sövdələşməyə gedərək, onun ətrafı ilə o cümlədən “qanunu oğrular” kimi təqdim edilən şəxslər vasitəsi ilə zəng edib, qapını döyməklə, habelə əri Cavabdeh5 aparıb bir neçə saat saxlayıb, müxtəlif təhdid və hədələr gəlməklə təzyiqlər göstərməsi, borcun ödənilməsinə nail olmağa çalışmaları barədə iddia ərizəsində göstərilənlər tam uydurma və cəfəngiyatdır. Əyər kimsə kiminsə iradəsinin ziddinə olaraq harasa aparırsa, təzyiqlər və təhdidlər edirsə bu cinayət məsuliyyəti yaradır. Lakin bu hallar olduğu halda nə iddiaçı nə də onun əri Cavabdeh5 hüquq mühafizə orqanlara şikayət etməmişdirlər. Azərbaycan Respublikası hüquqi dövlətdir və kiminsə əmlakının cinayət yolu ilə alınması mümkün deyil. İşdə olan notariat işindən də göründüyü kimi Cavabdeh5 və Cavabdeh4 heç bir maneə olmadan etibarnaməni imzalamışlar, bu etibarnamədəki fotoşəkillərlə də təsdiq olunur. İddiaçı ərizə verərək mənzilin satılmasına etirazının olmadığını da bildirmişdir. Notariat işindən də göründüyü kimi alqı-satqı müqaviləsi tam qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Etibarsızlıqla bağlı heç bir əsas yoxdur. Əgər həqiqətən də mabahisə predmeti olan alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd idisə hansı səbəbdən bu iddianı əvvəl yox, 2 il sonra qaldırmışdır. Yuxarıda göstərdiyi kimi alqı-satqı müqaviləsi xx.xx.2021-ci ildə bağlanmış, iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə üzərindən 2 ildən artıq müddət keçdikdən sonra, yəni alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı müddəti ötürməklə müraciət etmişdir. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

22. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 4095/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Mirzəliyev) iddia tələbi rədd edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mənzili satmaq niyyətlərinin olmadığına dair bildirdiklərini, iddia ərizəsinin dəlilləri təkzib еdildiyini nəzərə alaraq işin hallarına uyğun saymır. Bеlə ki, iddiaçı iddia ərizəsində, mənzili satmaq niyyətində olduqlarını, hətta İddiaçı ərinin bu məqsədlə əvvəllər mənzilə baхdığını, qiymətdə anlaşmadıqlarını göstərmişdir. Məhkəmə iddiaçının mənzilin dəyərindən aşağı qiymətə satılması barədə bildirdikləri üzrə onu qеyd еtməyi zəruri sayır ki, iddiaçının mənzilin dəyərinin daha baha olması, lakin aşağı qiymətə satılması barədə bildirdikləri yanaşı yoхlanılmış hər hansı sübutla tamamlanmır.

24. Bundan başqa, iddia ərizəsinin dəlillərindən də göründüyü kimi, iddiaçının mənzili daha baha qiymətə satmaq istəyi müştərinin olmaması səbəbindən baş tutmamışdır. Bеlə olan halda isə mənzilin iddiaçının arzuladığı qiymətə satılmaması mübahisəli əqdlərin еtibarsız sayılmasına əsas ola bilməz. İddiaçı, tələbini ərinin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, ərinin əqdi bağlamağa məcbur еdilməsi ilə əsaslandırsa da, bu barədə hər hansı sübut təqdim еtməmişdir. İş üzrə sübutlarla iddiaçının bu barədə bildirdikləri təsdiq еdilməmişdir. İddiaçının tələbinin əsası kimi istinad еtdiyi halların biri digərinin mövcudluğunu istisna еtsə də, iddiaçı bu ziddiyyətli məqamları izah еdə bilməmişdir.

25. Beləliklə, iş üzrə sübutlarla mübahisəli əqdlərin еtibarsız sayılmaları üçün qaununvеriciliklə nəzərdə tutulmuş əsaslar müəyyən еdilməmişdir. Еyni zamanda iddiaçı əqdləri mübahisələndirmək hüququnu həyata kеçirmək müddətini ötürmüşdür.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 339.1, 339.4, 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tariхli Qərarına, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

27. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 4891/2022 nömrəli qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqə ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə həmin nəticəyə gələrkən yəni cavabdehlərin xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxması barədə öhdəlik götürməsi ilə bağlı qeyd etdiyi nəticəni hansı iş materiallarına istinadən qeyd etməsi ümumiyyətlə anlaşılan deyildir.Belə ki, cavabdehlərin əvvəllər mülkiyyətində olmuş həmin ev üzrə müvafiq olaraq özləri şəxsən alğı-satqı müqaviləsində iştirak etməmiş və onlar adından alınmış, təyinatı başqa olan etibarnamə əsasında həmin ev qanunsuz olaraq cavabdehlərin xəbəri olmadan satılmışdır. Lakin həmin evin satılmasından cavabehlər məlumatlı olmamış və ümumiyyətlə qeyd edilən mənzil iddia ərizində qeyd edildiyi kimi həmişə cavabdehlərin sahibliyində və istifadəsində olmuşdur. Həmçinin qeyd edilən ev üzərində cavabdeh olaraq mülkiyət hüququndan xəbəri və razılığı olmadan məhrum edilmiş, nəticədə həmin mülkiyyət hüququnun ləğvi əsaslarına dair müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə sözügedən qətnaməni qəbul etməklə AR Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 157, 228-ci, MPM-in 217-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, qeyd edilən mənzil alınarkən onlar mübahisəli mənzilin istər xəbərləri olmadan satılması zamanı, istərsə də sonradan həmin evi tərk edəcəkləri barədə hər hansı bir razılıq verməmişlər, belə bir razılıq mülki iş materialları ilə də təsdiqini tapmır. Belə bir halda məhkəmə tərəfindən nəyə əsasən cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ olduğu halda onların çıxarılması nəticəsinə gəldiyi aydın deyildir. Hesab etsək ki, müvafiq olaraq həmin ev alğı-satqı əsasında iddiaçının mülkiyyətinə keçmişdir, amma Mülki Məcəllənin 228.4-cü maddəsinin tələbləri baxımından cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ hər bir halda qalmışdır və yeni mülkiyyətçinin olması onların istifadə hüququnun itirilməsinə heç bir halda əsas vermir.

29. Birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-4095/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın faktiki əsası mübahisəli mənzilin ucuz satılması ilə bağlı yox, onların iradəsinə zidd olaraq, həmin mənzilə dair mülkiyyət hüquqlarının pozulması ilə həyata keçirilməsi ilə bağlıdır. Hansı ki, mənzilin satmaq niyyətlərinin olması, həmin mənzilə İddiaçı ərinin bu məqsədlə əvvəllər baхdığını bildirməsi onunla bağlıdır ki, həmin mənzilin məhz ona aid olduğunu, yəni iddiaçıya və həyat yoldaşına aid olduğunu bilməsi ilə bağlı qeyd etmişdir. Məhkəmə sözügedən qətnaməni qəbul etməklə AR Konstitusiyasının 13, 29-cu, MM-nin 359, 362, 324, 337, 340, 560, 777-ci və iddia ərizəsində göstərilən plenum qərarındakı mövqeyinin tələblərini pozmuşdur. Hazırki işin faktiki hallarından görünür ki, məhz mübahisələndirilən alğı–satqı müqavilələrinin həyata keçirilməsi zamanı alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu təmin edilməmiş, habelə tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını, bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək),və s. kimi hallar nəzərə alınmamışdır. Belə ki, hazırkı iddiaçının mülkiyyətində olmuş mənzilə dair alqı-satqı müqavilələri iddiaçının xəbəri olmadan təxminən 6 ay içərisində və çox ucuz qiymətlərə satılmaqla həyata keçirilmişdir. Hazırkı iş üzrə də məhz qeyd edilən etibanamələrdən Cavabdeh8, Cavabdeh7, yəni iddiaçının marağı və onların mənafeyinə uyğun hərəkət etməməklə etibarnamədən sui-istifadə edərək iddiaçının məlumatı olmadan həmin əmlakları formal əqd əsasında və bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla, bununla da etibar edənlərin maraqlarını təmsil etməsi müəyyən edilməmişdir. Məhz cavabdeh qeyd edilən əmlakı cavabdehə satması ilə bağlı iddiaçının maraq və mənafelərinin ifadə edilməsi müəyyən edilmədiyi halda bunun hansı zərurətdən irəli gələrək iş üzrə cavabdeh tərəfindən həyata keçirilməsi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış etməsini sübut etməmişdir. Əksinə, işin müəyyən edilmiş həqiqi halları ilə müəyən edilir ki, cavabdeh tərəfindən qeyd edilən müqavilələr bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələblərini pozmuşdur. Eləcə də, həmin alqı-satğının digər tərəfi olan İddiaçı münasibətdə alqı-satqı tam etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi icraatında araşdırma zamanı cavabdehin özünü izahatları iddia ərizəsində göstərilən işin faktiki halları ilə eynilik təşil etmişdir. Belə ki, həmin evi hələ qeyd edilən mübahisələrdən əvvəl satmaq niyyəti olmuş, tanışı olan Niyaz Bağırov da həmin qonşuluqda olan digər ev alış-verişi ilə məşğul olan Tapdıq adlı şəxs vasitəsi ilə evə baxmağa gəlmiş, həmin evin satış qiymətinin 170.000 manat olması bildirilmiş, Niyaz Bağırov tərəfindən isə həmin evi almaqdan imtina etmişdir. Belə bir halda həmin evin bazar dəyərindən dəfələrlə aşağı olduğu halda, qısa bir müddət sonra digər bir şəxsdən etibarnamə əsasında Niyaz Bağırov tərəfindən alınması da həmin mübahisədən məlumatlı olduğunu bir daha təsdiq edir. Belə ki, Niyaz Bağırov evə gələrkən orada həmişə onların yaşadığını bilmiş və uşaqlarının eyni məktəbdə oxuması və hazırlıqlarda olması səbəbi ilə ortaq tanışlıqları olmuşdur. Buna baxmayaraq, Niyaz Bağırovun mübahisəli mənzilin mübahisəli və iddiaçıya aid olduğunu bildiyi halda mənzili qat-qat aşağı qiymətə alması onun vicdanlılığını istisna edir. Çünki o, mənzilin mübahisəli olmasından məlumatlı olmuş və bu vəziyyətdən öz xeyrinə sui-istifadə etmişdir. Bundan sonra isə Niyaz Bağırov tərəfindən alandan sonra onun evdən çıxmağını tələb etmiş, dəfələrlə polislə bağlı müraciət etmiş, onlar isə bundan imtina edərək, evdən çıxmamış və 2022-ci ilin dekabr ayına kimi orada yaşamışlar. İş üzrə cavabdeh tərəfindən bağlanmış əqdlər, etibarnamə verənin heç bir maraq və iradəsinə uyğun olmayan hərəkət etməsi özlüyündə hüquqdan sui-istifadə olmaqla ədalət və insaf prinsipləri baxımdan da yol verilməzdir. Eyni zamanda Xanım Bağıorovanın da həmin mənzili çox aşağı qiymətə almaqla qeyri-bərabər fayda əldə etmiş, ağlabatmayan tərzdə həmin mənzili almışdır.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 997/2024 nömrəli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.

32. 28.04.2024-cü il tarixdə cavabdeh (birləşmiş iş üzrə iddiaçı) Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, işin birinci instansiya və apellyasiya baxışındakı müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının satmaq niyyəti olmadan və yalnız girov qoyulması üçün müvafiq razılıq ərizəsi öz ərinə etibar edərək vermiş və həmin mənzilin istər iddiaçıya, istər həyat yoldaşına münasibtədə göstərilən şəxslərə satmaq niyyəti olmamışdır. Hazırkı haldan görünür ki, iddiaçı tərəfindən ümumiyyətlə qeyd edilən mənzilin girov qoyulmasına dair iddiaçının verdiyi razılıq ərizəsi və bunla bağlı bağlı işin faktiki halları və mübahisəli mənzilin satılması halları məhz X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 18 noyabr 2020-ci il tarixli qərarınının Konustitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilən hallarla tamamilə eynidir. Belə ki, hazırkı iş üzrə də, iddiaçı tərəfindən mənzil satmaq niyyəti olmamış və həmin ərizəni satmaq niyyəti ilə verməmiş, ümumiyyətlə mənzilin ilkin və sonrakı satılmasından xəbəri olmamış, habelə mənzilin satılması barədə vəziyyət iddiaçının iradəsi olmamış və iddiaçı qeyd edilən mənzildə 2022-ci ilin dekabr ayına qədər həmin mənzilə yaşamışdır (işin bu halları müvafiq olaraq evdən çıxarma barədə qətnamə ilə təsdiqini tapır ki, həmin qətnamədə 20 gün müddətinə baxımaqla iddiaçıya və həyat yoldaşına hər hansı bir rəsmi məlumat verilməmişdir). Hazırkı iş üzrə də, iddiaçının həqiqi iradə ifadəsinin məzmunu aydınlaşmamış, qeyd edilən razılıq ərizəsini vermək niyyəti araşdırılmamış, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 adlı şəxsləri ümumiyyətlə tanımamış və onlardan Cavabdeh7 iddiaçının yoldaşı tərəfindən verilmiş etibarnamə əsasında mənzilin hazırkı dəyərindən 3 dəfə aşağı olaraq tanımadıqları şəxsə onların xəbəri olmadan satılması ilə məhz qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız olması tam təsdiqini tapır. İş üzrə Cavabdeh7 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində də, bunla bağlı məsələlərə aydınlıq gətirilməmiş və yalnız etibarnamənin mövcudluğu qeyd edilmişdir. Hansı ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən ərizə girov təminatı kimi Cavabdeh8 adlı şəxsə iddiaçının həyat yoldaşı tərəfindən verilmiş və həmin mənzilin Cavabdeh8 adlı şəxs tərəfindən iddiaçının həyat yoldaşının borcunun əvəzi kimi satılması tam sübut edilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözgedən mənzili almasına dair İddiaçı həyat yoldaşı Niyaz Bağırov tərəfindən qeyd edilən mənzilin alınması faktiki aparılmış və onun ifadələrindən tam müəyyən edilir ki, həmin mənzilin sahibi kimi məhz o Elşən Atakişiyevi tanımış və mənzilin alğı-satqısı danışıqlarını onunla aparmışdır. Məhz işin apellyasiya baxışında məhkəmə kollegiyası iclasında məhkəmə tərkibi tərəfindən verilmiş suallara cavabında da qeyd etmişdir ki, o bütün hallarda evin mülkiyyətçisi və sahibi Elşən Atakişevi tanımış, onun həmin mənzildə ailəsi ilə yaşadığını görmüşdür. Ama hansı səbəbdən qeyd edilən mənzili Cavabdeh8 adlı şəxsdən aldığına və həmin dövrdə artıq alqı-satqı üzrə mənzil sahibi olmuş Cavabdeh9 almadığına aydınlıq gətirə bilməmiş, həmçinin evin sənədinin də məhz Elşən Atakişiyev adlı şəxsin adına olduğunu bildiyini qeyd etmişdir. Əksinə, işin birinci instansiya baxışında və apellyasiya baxışında araşdırılmış və müəyyən edilmiş halları ilə tam aydın olur ki, Niyaz Bağırov sözügedən mənzili alarkən və bununla bağlı danışıq apararkən mənzilin məhz Elşən Atakişiyevin adına olduğundan məlumatlı olmuş və yalnız müvafiq alğı-satqıdan bir gün əvvəl həmin evin Cavabdeh9 adına müvafiq çıxarışın alınmasından sonra alqı-satqı həyata keçmişdir. Məhz belə bir şəraitdə İddiaçı vicdanlı alıcı olması və bunla bağlı qanunverciliyin müəyyən etdiyi tələblərə cavab verən vicdanlı alıcı statusunda dəyərləndirə bilməz. Hazırkı işdən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin dispozisiya şərtləri mövcud deyildir, üçüncü şəxs mənzili daşınmaz əmlakı dövlət reyestrində aparılmış qeydə əsaslanaraq əldə etməmişdir. Belə ki, iş üzrə İddiaçı qeyd edilən mənzili məhz Cavabdeh9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd əsasında yox, məhz ilkin mülkiyyətçi Cavabdeh5 borclu olduğu şəxs Cavabdeh8 və orada müvafiq ilkin mülkiyyətçilərin yaşadığı, həmin mənzilin 17 may 2022ci il tarixli alqı-satqıya qədər müvafiq çıxarışın və evin Cavabdeh5 aid olduğu bir şəraitdə əldə etmişdir ki, o da sonuncunun vicdanlı alıcı olmasını istisna edir. Belə ki, Niyaz Bağırovun öz izahatından görünür ki, sonuncu mənzilin Cavabdeh9 aid olduğunu bilməmiş, habelə E.Atakişiyevi mənzilin sahibi kimi tanımış, lakin mənzili sonuncunun nümayəndəsi A.Tağyevdən, yəni Cavabdeh5 borclu olduğu şəxsdən borcun əvəzində əldə etmişdir. İddiaçı əşyanın mülkiyyətçisini Cavabdeh9 olmadığını bildiyi halda həmin əmlakı əşyanın mülkiyyətçisindən yox, digər şəxsdən alması onun vicdanlığını istisna edir. Hazırkı iddiadan görünür ki, iddiaçı birgə nikah dövründə əldə ediyi əmlakın satmaq fikri olmadığını və bu məqsədlə razılıq ərizəsi vermədiyini bildirmişdir. Yəni, iddiaçı birgə nikah dövründə əldə etdiyi əmlakı onun razılığı olmadan və onun aldadaraq əmlakın özgəninkiləşdirildiyini idda etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

33. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-4891/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi icra olunması Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktldan görünür ki, “İcra sənədinin icrasını təmin etmək məqsədilə dəfələrlə icra yerinə gəlməyimizə baxmayaraq qapını açan olmadı. Mənzilin aid olduğu 147 saylı MKİS-dən verilən məlumata və qapının üzərində olan su idarəsinin hesab fakturasından da evdə yaşayışın olmaması müəyyən olunmuşdur. Öncədən təyin olunmuş icra tədbiri ilə əlaqədar icra yerinə gəldik. Qapı bağlı olduğundan qapıaçan mütəxəssis dəvət olundu. Mütəxəssisin və icrada iştirak edən digər şəxslərin iştirakı ilə mənzilə daxil olduq. İlkin baxış zamanı evin bütün əşyaları evdə saxlanmışdır, lakin soyuducuda olan ərzaq məhsulları məhv olduğundan və hər yerin toz-torpaq olmasından mənzildə uzun müddətdir yaşayış olmadığı görünürdü. Tələbkarın və mülkiyyətçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) X3 iştirak etdiyi icra tədbirində mənzildə olan əmlaklar siyahıya alındı. Mənzildə hal şahidlərinin iştirakı ilə bağlı yerlərə və ümumi mənzilə baxış keçirildi. Mənzildə qızıl-zinət və pul aşkar olunmadı. Siyahıya alınmış əmlaklar tələbkarın etibarnamə üzrə nümayəndəsi X5 təhvil verildi və AR CM-nin 303-cü maddəsinin tələbləri izah olundu və məsuliyyət barədə xəbərdarlıq edildi (Aktın surətini etiraza əlavə edir). Bundan başqa, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2- 1(112)-11256/2022 saylı qərarına əsasən, üçüncü şəxslər - xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh5, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh4, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh6 və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 4 ünvanında qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar icra edilməsi üçün Sabunçu rayon Polis İdarəsinə göndərilmiş və icra edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur.

34. Birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-4095/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşmiş iş üzrə iddiaçı) Cavabdeh4 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi, ona verilmiş suallara cavab olaraq bildirdi ki, yoldaşı Cavabdeh5 müəyyən işlərlə əlaqədar problemləri olduğu üçün bir il yarımdır ki Azərbaycanda deyil. Bank tələb etdiyi üçün evi ipotekaya qoymaq istəmişlər, ona görə də iki dəfə notariusda ərizələr vermişdir. Yoldaşı ona bildirmişdir ki, hər iki məzmunda ərizə versin ki, banka qoyub pul götürə bilsinlər. Ev əvvəl də ipoteka kreditində olub. O, həyat yoldaşına etibar edib imza çəkmişdir. Hiss edirdi ki, onu çox incidirdilər. Evin alqı-satqısı barədə 2022-ci ilin dekabr ayında Niyaz Bağırov ona zəng edəndə məlumatı olmuşdur. Onları tanımamış, İddiaçı onu tanımışdır. Niyaz Bağırov ona zəng edəndən sonra yoldaşı Cavabdeh5 bu məsələni soruşmuş, o isə belə bir məsələ olmadığını, onu təhdid etdikləri üçün evi girov qoyduqlarını bildirmişdir. Evdə pul da, qızıl da var. Evdən birdəfəlik çıxmamışdır. Niyaz Bağırov heç vaxt evə gəlməmişdir, onu indi görmüşdür. Yoldaşının borcunun məbləğini bilmir, lakin borcu hissə-hissə ödəyirdi. Birgə nikah dövründə əldə edilmiş əmlakın girov qoyulmasına razılıq vermişdir. 2022-ci ilin avqust ayında rayona getmiş, 2022-ci ilin avqust ayına qədər o evdə yaşamışdır. Sonra da evlə əlaqəsi olmuş, gedib-gəlmiş, kommunal ödənişlər etmişdir. Novxanı bağ evindən xəbəri yoxdur. Hazırda Cavabdeh5 xaricdədir, sərhədi necə keçdiyi barədə məlumatı yoxdur. Münasibətləri yaxşıdır.

36. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşmiş iş üzrə iddiaçı) Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri və şikayətə əlavənin məzmununa uyğun izahat verərək, şikayətlərin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin həyat yoldaşı Cavabdeh5 Cavabdeh8 borcu olmuşdur. Ortada ikinci Anar adlı şəxs olmuşdur. Cavabdeh həmin Anarı tanımır, lakin həyat yoldaşı Elşən Tağıyev tanıyır və onun dedikləri əsasında məlumatlıdır. Həmin borcun ödənilməsi məqsədilə Anar vasitəçilik etmiş və Cavabdeh7 adlı şəxs olduğunu bildirmişdir. Nə cavabdeh, nə də Cavabdeh5 Cavabdeh7 tanımamış, cavabdeh ümumiyyətlə onun üzünü belə görməmişdir. Cavabdeh5 cavabdehi notariusa aparıb. İş materiallarında iki ərizə var. Onlardan biri 21 noyabr tarixli 38 saylı notarius ofisində verilmiş evin satılmasına etiraz etməməsi barədə ərizədir, digəri isə iki gün sonra evin girov qoyulması və satılmasına dair verilmiş etibarnamədir. Əslində evi alqı-satqı etmirlər, Cavabdeh5 cavabdehə - borcları ilə bağlı evin sənədlərini müvəqqəti girov qoymalı olduqlarını, borcu ödədikdən sonra isə evin sənədlərini geri alacaqlarını bildirir. İkinci etibarnamədən də aydındır ki, cavabdehdə evin girov qoyulması ilə bağlı təsəvvür olmuşdur. Bir ay sonra isə Cavabdeh7 tərəfindən həmin mənzil Elnurun qardaşı Cavabdeh9 75.000 manata formal satılmışdır. Bu alqı-satqıdan nə cavavabdehin, nə də həyat yoldaşı Cavabdeh5 məlumatı olmamışdır. Evin sənədləri girov məqsədi ilə verilmiş və şifahi razılıq belə olmuşdur ki, əgər evin borcu ödənilməzsə, evi sənədləşdirsinlər. Əgər onların evi satmaq niyyətləri olsaydı, xx.xx.2021-ci il tarixli Cavabdeh9 adına alqı-satqı olduqdan sonra da orada yaşamazdılar. Evin satılmasından məlumatlı olsa idilər, evi satışa qoymazdılar. Cavabdeh7 vəd etdiyi ev məsələsi alınmadığı üçün öz evlərini satmağa və Anar adlı şəxsin borcunu ödəməyə məcbur qalıblar. Sonradan İddiaçı həyat yoldaşı Bağırov Niyaz tərəfindən Tapdıq adlı əmlakçı vasitəsi ilə mənzilə baxış keçirilib və həmin vaxt razılaşmayıblar. Sonradan Anar adlı şəxs təcili borcunun qaytarılmasını tələb edib. Bu səbəblə Elvindən etibarnamə alır və evi satmaq istədiyini bildirir. Anar adlı şəxs isə Cavabdeh5 evin satılması üçün hansı əmlakçıya müraciət etdiyini soruşur. Tapdıq adlı əmlakçını tapırlar və evlə maraqlanan şəxsin Niyaz Bağırov olduğunu öyrənirlər. X14 dəvət edirlər. Görüşüb, 140.000 manata razılaşırlar. xx.xx.2021-ci il tarixli Cavabdeh9 adına alqı-satqı olunmasına baxmayaraq, Anar adlı şəxsə etibarnamə isə 11 may tarixində verilmişdir. Niyaz Bağırov evə baxış keçirən zaman həqiqətən orada iddiaçını və onun ailəsini görüb. Anar bildirib ki, evi özü satacaq, Cavabdeh9 mayda etibarnamə alır. Cavabdeh5 adına olduğu üçün evi sata bilməyib. 18 mayda alqı-satqı olanda, 17 mayadək evin çıxarışı Cavabdeh5 adına olmuşdur. Əgər Cavabdeh9 evi almışdısa, nə üçün evdə Cavabdeh5 yaşayırdı? Eyni zamanda nə üçün fevral ayında Tapdıq adlı əmlakçı evi Cavabdeh5 evi kimi satmaq istəmişdir? Şəxsin evi satmaq niyyəti olmamışdır. Cavabdeh5 hərbi hissələrdə ev tikintisi ilə məşğul olub, vergi borcları olduğundan özü iddia qaldırmayıb. Cavabdeh5 həyat yoldaşının dediyinə görə borcu olduğundan Elşəni gecə saat 2-3-də gəlib aparırmışlar. Şəxs həmin vaxt polisə müraciət edəcək halda olmayıb. Habelə həmin vaxt o ,“YouTube” kanalından onu təhdid edən şəxsin kimliyini öyrənir və polisə müraciət etməyin çarə olmayacağını düşünürlər. Əgər şəxs təhdid və təziq altında olmayıbsa, mənzilini necə xəbərsiz 75.000 manata satıb? İddiaçı Cavabdeh4 birgə nikah dövründə əldə etdiyi əmlakın onun razılığı olmadan və aldadılaraq özgəninkiləşdirildiyini iddia etmişdir. İddiaçı vicdanlı alıcı sayıla bilməz, çünki daşınmaz əmlakın dövlət reyestrinin qeydinə əsaslanaraq əmlak əldə etməmişdir. Dekabr ayında iddiaçının nümayəndəsi Ayət xanıma zəng edərək əşyalarını götürmədiyi təqdirdə əşyaları çölə atacağını bildirmişdir.

37. Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, evin alqı-satqısı üçün notariusa gedəndə çıxarış olduğunu bilirdi. O, evi aldığı şəxslər də bu evi 2021-ci ilin noyabr ayında notariusda alqı-satqı müqaviləsi bağlamaqla almışlar, alqı-satqı müqaviləsi var. O, 2022-ci ilin aprel ayında razılaşmış, evi may ayında almışdır. Evin alqı-satqısı yubananda onun borc münasibətlərindən xəbəri olmuşdur. Birinci dəfə əmlakçı ilə evə baxmağa gedəndə Elşən müəllim və onun ailə üzvləri evdə olmuş, ona görə bütün otaqlara baxsa da, mətbəxə baxmamışdır. Çünki onun ailəsi mətbəxdə idi. Elşən ona deyənə qədər evin sahibinin Elşən olduğunu düşünmüşdür. Sonda Elşəndən evin qiymətini soruşduqda ona evin qiyməti barədə onunla deyil, birinci dəfə Tapdıqla, sonrakı dəfə isə Anarla danışmalı olduğunu bildirmiş, o isə səbəbini soruşmamışdır. O, evin qiyməti ilə razı olmamışdır. Bu hadisə fevral ayında baş verib. Ev sahibi kimi Elşəni bilmişdir. Aprel ayında təsadüfən əmlakçı Tapdıqla rastlaşanda ona bildirmişdir ki, sata bilmədikləri üçün həmin evin qiymətini endiriblər. Evin qiymətinin kim tərəfindən endirildiyini bilməmişdir. Anarı aprel ayında ikinci dəfə gedəndə tanımışdır. İkinci dəfə öz ailəsi ilə birgə gedəndə şərait yaradılmış, bütün otaqlara baxılmışdır. Elşən və ailəsi evdə idilər. Evin iki uşaq otağı var. Qapıdan girəndə ikinci uşaq otağına gedəndə Cavabdeh4 və iki uşağını görmüşdür. Onun uşaqları evə daxil olduqda böyük övladı girişdəki şəkili gördü və Cavabdeh4 xalasını tanıdı. Belə ki, o, böyük övladına beşinci sinifdən on birinci sinifədək dərs deyib. Evə baxmağa getdikdə övladı onuncu və ya on birinci sinifdə oxuyurdu. Daha sonra evin qiyməti barədə danışmaq üçün əmlak ofisində görüşmüşlər. Orada Anar adlı bir şəxs var idi, hansı ki, o evi ona satdı və başqa bir Anar adlı şəxs də var idi. Orada söhbət edəndə onlar bildirdilər ki, iki əmlak ofisi var və onlara pul verilməlidir və onlara ödənilməli pulu, evin satılması ilə bağlı 1.500 manat vergi və alqısatqını ödəməlidir. Onlar xaricində 140.000 manata razılaşmışlar. 140.000 manat onlara çatacaq təmiz pul idi. Qalan digər xərclər isə 5.000 manatdan çox olmuşdur. Mənzili alanda Elşən ona demişdir ki, mənzilin sahibi Anardır. Evin çıxarışına baxmamışdır. 1990cı ildə tikilmiş ev olduğundan əminliklə bilmişdir ki, evin sənədi var. Elşənlə 18 may tarixinədək üç dəfə görüşləri olmuşdur. Elşənlə evin qiyməti barədə danışmamışlar. Çıxarış Elşənin adına olduğu üçün, onun isə Paşabanka borcu olduğu üçün evin üzərində həbs olmuşdur. Məhkəməyə müraciət olundu, alqı-satqı müqaviləsi həbsdən əvvəlki müddətə aid olduğu üçün məhkəmənin qərarı ilə həbs götürüldü. Sonradan o, Elşənlə bir dəfə də görüşmüşdür. Üçüncü dəfə isə Anar ona zəng etmiş, Bakıxanov ərazisində o, Anar və Elşən görüşmüşlər, onda artıq alqı-satqı olmuşdu. Orada Elşən ona evdən çıxmaq üçün məktəb qurtaranadək vaxt verməyini xahiş etmişdir. Evin açarı dəyişiləndə Ayət xanım nömrə qoymuş, o, zəng etsə də, cavab verilməmişdir. Evin içində pul, qızıl əşyaları yoxdur. Hazırda ev faktiki olaraq ondadır, lakin köçməmişlər. 2022-ci ilin iyun ayında çıxarış almışlar. Ayət xanımgil yayda o evdə olmayıblar. Suya görə axırıncı dəfə may ayında 2 manat ödənilib. İyun ayından sonra onlar evə gəlib-gediblər. Dekabr ayında icra məmuru vasitəsilə açar dəyişiləndən sonra onu axtarmışdır. Açar dəyişiləndən sonra bu məsələlər ortaya çıxmışdır. Evi boşaltmamışdılar, açarı təhvil verməmişdilər. Yoldaşı Cavabdeh5 demişdi ki, iyun ayın 15-i açarı verəcək, ayın 14-ü uşaqları rayona aparıb, həftənin birinci günü evi boşaldıb, həftənin ikinci günü açarı verəcək. Bununla bağlı onun səs yazısı da var. xx.xx.2023-cü ildə Cavabdeh4 zəng etmiş, bir saata yaxın onunla telefonda danışmışlar. O, bildirmişdir ki, evi alanda problem var idisə nə üçün deməyib. Onun əşyaları olduğu üçün evə girə bilmədiyini bildirmişdir. O isə bildirdi ki, onun əri yanında deyil və bu səbəblə əşyalarını götürə bilmir, yeri yoxdur, Elşən gələndə apellyasiya instansiya məhkəməsinə gələcəklərini bildirmişdir. Müqaviləni Anarla bağlamışlar. Evi satan adamla da, evdə qalan adamla da oturub söhbət etmişdir. Alqı-satqı müqaviləsindən verilən 145.000 manat pulun 135.000 manatının borc əvəzi veriləcəyini alqı-satqı yubananda, evin üzərində həbs çıxanda bilmiş, evin behini verəndə isə Elşənin borcu olduğunu bilməmişdir.

38. Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əgər evi girov qoymuşdularsa, alqı-satqıdan söhbət getmirdisə, iddiaçı iki dəfə ailəsi ilə həmin mənzilə gedəndə, cavabdeh və ailəsi hər hansı bir etiraz bildirərdi.

39. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

40. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh8 apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İzahatında bildirdi ki, Cavabdeh5 Anar adlı şəxslə onun yanına gəlmişlər, Anar Elşənə zamin durduğundan, o, Cavabdeh5 165.000 manat dəyərində Novxanıda yerləşən evi vermişdir. Səbəbi o idi ki, Cavabdeh5 kiməsə borcu olmuşdur. Cavabdeh5 özünə etibarnamə verilmişdir və Elşən Novxanıdakı evi borc əvəzi başqa şəxsə vermişdir. Biraz vaxt keçdikdən sonra o, borca verdiyi 165.000 manat pulu tələb etmişdir. Cavabdeh5 30.000 manat ödəmişdir, 135.000 manat borcu qalmışdır. Borcu ödəmək üçün ona tarix demiş, lakin 135.000 manatı ödəməmişdir. X18 razılaşmışlar, Elşən öz evini Ayət xanımın razılığı ilə Anarın Kənan adlı dostuna vermişdir. Sonra evin üzərində həbs olduğu ortaya çıxmışdır. Bu məsələni həll etmişlər. Elşən demişdir ki, ev onun adında qalmasın. Məqsədi o idi ki, Elşən deyirdi bu evi və qaynının obyektini banka qoyub, onlara olan borcunu ödəyəcək. Elşənin çox adama borcu var idi. Ev Elşənin adından çıxsın deyə formal alqı-satqı ediblər. Elşən hazırda axtarışdadır. Evin üzərinə yenə həbs qoyacaqdılar. Kənana etibarnamə veriblər, evi formal olaraq dostu Elvinin adına keçiriblər, amma çıxarış sifariş verməyiblər. Bir müddət sonra Anar, Elşən və o görüşmüş, Elşən demişdir ki, onun evi satışa qoyulub, satıldıqdan sonra borcu qaytaracaq. Daha sonra Elvinin adından ona etibarnamə vermişlər. Anarla birlikdə evə baxmağa getmiş, üzbəüzdəki əmlakçı demişdir ki, bu evi istəyən var, evə fərqli qiymət qoyulub. Elşənə zəng edib çağırmışdır. Elşən özü gəlib demişdir ki, evi əvvəlcə 130.000 manata, sonra 140.000 manata satmaq istəmişdir. Son qiymət kimi 145.000 manat demişdir. Evi istəyən şəxsə zəng etdiklərində Bağırov Niyaz gəlmişdir. Bağırov Niyazı tanımırdı. Orda ilk dəfə söhbət edəndə qiymətlə bağlı narazılıq da eləmişdi. Ordakıların iştirakı ilə ona 500 manat beh vermişdir. Sonra dedi ki, yoldaşıyla bir dəfə də evə baxandan sonra görüşərik. X6 zəng etmiş, görüşmüşlər. Əmlakçıların otağında 500 manat beh almışdır. Alqı-satqı müqaviləsi əsasında ödənilən 145.000 manatdan 135.000 manatı ona ödənilmişdir. 10.000 manat da artıq qalan pul Elşənə ödənilmişdir. Elşən kirayə ev tutduğunu demiş, 5 ayın pulu olan 10.000 manatı həmin ev sahibinin kartına ödəmişlər. Sonradan evi boşaltmadılar. Behi aldıqdan 1-2 gün sonra alqı-satqı müqaviləsi bağlamaq üçün görüşmüşlər. Evin üzərində yenə həbs olduğu müəyyən edilmişdir. Çünki reyestrdə mülkiyyətçi kimi Cavabdeh5 adı qalmışdı. Məhkəməyə müraciət olundu, həbs götürüldü. Bağırov Niyazın bu söhbətlərdən xəbəri var idi. Niyaz müəllim evə baxandan sonra Nərimanovda “Alibaba” adlı restoranda Elşən, Bağırov Niyaz və o görüşmüşlər, X15 izah etmişdir ki, bu qədər borc müqabilində evi bu şəxsə vermişəm. Daha sonra evin alqısatqısı həyata keçirilmişdir. Elşən söz vermişdir ki, 3-4 günə açarı təhvil verəcək.

41. 06.05.2024-cü il tarixdə cavabdeh (birləşmiş iş üzrə iddiaçı) Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə yazılı izahat verərək bildirmişdir ki, iş üzrə iddiaçının həyat yoldaşı Cavabdeh5 iş üzrə cavabdehlərdən Cavabdeh8 adlı şəxsə borcu olmuş və həmin borc münasibəri Cavabdeh8 özünün apellyasiya baxışında verdiyi izahatı ilə tam təsdiq edilmişdir. Həmçinin iddiaçı tərəf və həyat yoldaşının Cavabdeh8 70 min manat borcu olmuş və bundan başqa hər hansı bir şəxsə borcu olmamış, borc münasibəti ümumiyyətlə yaranmamışdır. Hazırkı iş üzrə məhz mübahisələndirilən ilkin alqı-satqı müqaviləsindən iddiaçının və həyat yoldaşının heç bir halda məlumatı olmamış və onlar sadəcə Cavabdeh8 adlı şəxsə olan borcuna görə (red –Cavabdeh8 məhkəmə iclasında Cavabdeh5 kimlərəsə borcu olması barədə verdiyi məlumat tam yalandır) onun iddiaçının həyat yoldaşına etdiyi “kriminal aləmdə” avtoritet kimi “qardaş oğlu” ləqəbi ilə tanınan və sonradan Türkiyə Respbulikasında öldürülən Elnur Qasımov adlı şəxsin təzyiqi altında girov məqsədi ilə qeyd edilən mənzilə dair sənədləri təqdim etməyə məcbur qalmış və bundan sonra iddiaçının və həyat yoldaşının xəbəri olmadan həmin şəxsin doğma qardaşı Cavabdeh9 adına sənədləşmişdir. Bundan sonra Cavabdeh8 qeyd edilən mənzilə dair müvafiq sənədləri girov adı ilə iddiaçılardan alıb Cavabdeh9 adına sənədləşdirdikdən sonra isə üçüncü şəxslə sövlədələşməyə girərək həmin borcun əvəzində xanım Bağırovun adına sənədləşdirilmişdir (Cavabdeh8 adlı şəxsə görə həmin evin borca görə sənədləşməsindən xəbəri olduğu halda həmin evi iddiaçının həyat yoldaşının xəbəri olmadan alması məhkəmə iclasında Niyaz Bağırov və Cavabdeh8 adlı şəxsin izahatları ilə tam təsdiq edilmişdir). Belə bir halda sonuncuların guya həmin mənzilin alqı-satqısında iddiaçının həyat yoldaşının şifahi iştirakı və onun razılığının olması barədə dəlilləri tam absurddur və yalandır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı öz ailəsi ələ birlikdə sözgedən mənzildə 2022-ci ilin dekabr ayına qədər fasiləsiz yaşamışdır. Bu həm də müvafiq olaraq həmin mənzilin kommunal ödənişlərini əks etdirən Abonent saldolarından açıq aydın görünür. Belə ki, qaza dair abonent saldosunda 2022-ci ilin iyul ayında qaza 5 manat ödəniş olması, su sayğacının xarab olması səbəbindən qeyd edilən dövrdə digər ödənişlərinin qeydə alınmaması, Azərişıq tərəfindən verilmiş abonent saldosundan isə görünür ki, xx.xx.2022-ci il tarixdə 16,96 manat, xx.xx.2022-ci il tarixdə isə 15,20, xx.xx.2022-ci il tarixdə 15,92, xx.xx.2022-ci il tarixdə 6,96, xx.xx.2022-ci il tarixdə 5,12, xx.xx.2022-ci il tarixdə isə 4,96 manat ödəniş edilmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, qeyd edilən mənzilin istər ilkin, istərsə də sonrakı satışlarından iddiaçının və həyat yoldaşının məlumatı olmamış, mənzildə fasiləsiz yaşamış və qeyd edilən mənzilə görə Cavabdeh5 Cavabdeh8 yaranmış borcu fonunda iddiaçının xəbəri və razlığı olmadan Niyaz Bağırov tərəfindən bildiyi halda qeyd edilən mənzili borc məbləğindən iki dəfə çox miqdarda (evin real bazar dəyərindən isə qat –qat aşağı qiymətə) sataraq pulu Cavabdeh8 adlı şəxs götürmüşdür. Məhkəmə iclasında verilmiş suala cavab olaraq isə N.Bağırov bildirmişdir ki, qeyd edilən mənzilə görə borcdan məlumatlı olmuş və həmin borcun əvəzində Cavabdeh8 evi satdığını bildiyi halda, baxmayaraq ki, evin mülkiyyətçisi Cavabdeh5 bilmiş və orada yaşadıqlarını bildiyi halda başqa şəxsdən evi almışdır. Ona görə də, apellyasiya şikayətini və şikayətə verilmiş əlavəni, işin yuxarıda qeyd edilən faktiki hallarını, məhkəmə kollegiyasının iclasında müəyyən edilmiş işin hallarını və üçüncü şəxsin izahatını əsas götürərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

42. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil3 qarşı tərəfin izahatına etiraz verərək qeyd etmişdir ki, qabaqcadan mənzilin mübahisəli olduğundan xəbərləri olmamışdır. Əgər mənzilin mübahisəli olduğunu bilsəydilər, mənzilin dəyərini ödəyib almazdılar. 2022-ci ilin iyul ayından sonra mənzildə yaşayış olmamışdır, mənzilə quraşdırılmış su və işıq sayğaclarının göstəriciləri ilə də yaşayışın olmaması sübut olunur.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

44. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı: Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

45. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı: Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

46. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli Qərarı: Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.

47. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli Qərarı: Qeyd edilməlidir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququna dair dövlət reyestrindəki rəsmi qeydiyyat, xeyrinə qeydiyyat aparılmış şəxsin həmin daşınmaz əşyanın sahibi olduğuna dair qanuni ehtimal və əsas verir (Mülki Məcəllənin 166.3-cü maddəsi). Yəni o şəxslər daşınmaz əşyanın sahibi hesab olunur ki, həmin şəxslərin xeyrinə dövlət reyestrində müvafiq qeydiyyat vardır. Mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. Görünüş üçün yazılı olaraq əmələ gətirilən öhdəlik münasibətindən irəli gələn hüququn başqasına verilməsi halında tərəflər əldə edənə qarşı həmin öhdəlik münasibətinin görüntü yaratmaq üçün olduğunu əsas göstərib kreditorun tələbini yerinə yetirməkdən imtina edə bilməzlər.

48. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı: Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Hazırkı işdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-4891/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edildiyindən, eyni zamanda birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-4095/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmadığından və Cavabdeh4 hər iki qətnaməni bütövlükdə mübahisələndirdiyindən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslığı yalnız Cavabdeh4 və uşaqları - Cavabdeh3 və Cavabdeh6 aid hissədə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamənin əsaslığı isə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin və verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.

53. Belə ki, işdən müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli ərizələrə əsasən yoldaşı Cavabdeh5 məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 45 ünvanında yerləşən 49 nömrəli mənzilin satılmasına və istənilən banka ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmiş, həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh5 xx.xx.2021-ci il tariхli еtibarnamə ilə mülkiyyətində olan bütün əmlakları üzərində sərəncam vеrmək səlahiyyətini Cavabdeh7 vеrmiş, sonuncu həmin еtibarnamə əsasında Cavabdeh5 təmsil edərək mübahisəli mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh9 satmışdır. Mənzil xx.xx.2022-ci il tariхdə tam хüsusi mülkiyyət hüququ üzrə Cavabdeh9 adına daşınmaz əmlakın dövlət rеyеstrində qеydiyyata alınmışdır.

54. Cavabdeh9 xx.xx.2022-ci il tariхli еtibarnamə ilə mülkiyyətində olan bütün əmlakları üzərində sərəncam vеrmək səlahiyyətini Cavabdeh8 vеrmiş, sonuncu həmin еtibarnamə əsasında Cavabdeh9 təmsil edərək mübahisəli mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Mənzil xx.xx.2022-ci il tariхdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət rеyеstrində qеydiyyata alınmışdır.

55. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı Cavabdeh4 Akif qızı iddia ərizəsində mübahisəli mənzil ilə bağlı Cavabdeh7 tərəfindən sosial şəbəkələrdə “kriminal aləmdə” avtoritet kimi “qardaşoğlu” ləqəbi kimi təqdim edilən və sonradan Turkiyə Respublikasında öldürülən Elnur Qasımov adlı şəxsin qardaşı olan Cavabdeh9 adlı şəxsə Bakı şəhəri 27 nömrəli Notariat kontorunda evin bazar dəyərindən qat-qat aşağı qiymətə, yəni 75.000 manata formal alqı-satqı müqaviləsini bağladığını, lakin həmin alqı-satqıdan onun və ərinin heç bir məlumatı və xəbəri olmadığını bildirsə də, kollegiyanın iclasında Cavabdeh8 verdiyi izahatında bildirmişdir ki, Cavabdeh5 ilə dostu Cavabdeh9 arasında mənzilin dəyəri 75.000 manat müəyyən edilməklə bağlanmış xx.xx.2021-ci il tarixli birinci alqı-satqı müqaviləsi həqiqətən formal xarakter daşımış, Cavabdeh5 məqsədi onun borclarına görə tutmanın mənzilə yönəldilməməsi, mənzilin onun adından çıxarılması olmuş, həmin dövrdə Cavabdeh5 ailəsi ilə mənzildə yaşamağa davam etmişdir. Lakin sonrakı Cavabdeh9 (еtibarnamə əsasında Cavabdeh8) ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi isə Cavabdeh5 ona olan borcunun ödənilməsi niyyəti ilə həyata keçirilmişdir.

56. Məhkəmə kollegiyası müqavilələrin etibarsız hesab edilməsi tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh4 heç bir məlumatı və xəbəri olmadan mənzilin satılmasını bildirsə də, onun tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin hər ikisində mənzilin satılmasına razılıq verdiyi göstərilmişdir. Cavabdeh4 həyat yoldaşı Cavabdeh5 müxtəlif təhdid və hədələr gəlməklə təzyiqlər göstərilməsi, borcunu ödəyib qutarana kimi sözügedən mənzilin girov qoyulması kimi istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim еtməmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh5 İddiaçı ona qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə cavabdeh olduğu təqdirdə və ona məhkəmə iclasları barədə məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh4 məhkəmənin iclasında ona verilmiş suala cavab olaraq həyat yoldaşı Cavabdeh5lə münasibətlərinin yaxşı olduğunu, hazırda Cavabdeh5 xarici ölkədə olduğunu bildirmişdir. Halbuki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarına əsasən Cavabdeh5 sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə giriş etmiş və bundan sonra ölkə hüdudlarını tərk etməmişdir.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən xəbərdar olmaması ağlabatan deyil. Kollegiya qeyd edir ki, həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh4 ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa davam etməsi Cavabdeh8 bildirdiyi kimi, həqiqətən həmin müqavilənin formal olaraq bağlandığına dəlalət edir. Bundan əlavə, mənzili alan şəxs Cavabdeh9 da Cavabdeh4 və onun ailə üzvlərinə qarşı mənzilin boşaldılması ilə bağlı iddia qaldırmamışdır.

59. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hər iki tərəfin məqsədli şəkildə görünüş üçün bağladıqları əqdin (Cavabdeh8 bildirdiyinə əsasən Cavabdeh5 borclarına görə tutmanın mənzilə yönəldilməməsinin qarşısının alınması məqsədilə) sonradan mübahisələndirilməsi hüquqdan sui-istifadədir.

60. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tariхli mənzilin alqı-satqı müqaviləsinə əsasən İddiaçı vicdanlı alıcı olub-olmamasına münasibət bildirərək qeyd edir ki, onun həyat yoldaşı (hazırki iş üzrə nümayəndəsi) Niyaz Bağırov iki dəfə həmin mənzilə baxış keçirmiş, Cavabdeh5lə, Cavabdeh8lə və ev alqı-satqısı ilə məşğul olan şəxslərlə bir neçə dəfə görüşmüş, razılıq əldə etdikdən sonra mənzilin dəyərini ödəməklə notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmışdır.

61. Kollegiya qeyd edir ki, mənzilə baxış keçirərkən və sonrakı görüşlər zamanı Cavabdeh5, Cavabdeh8 və digər şəxslər tərəfindən Niyaz Bağırova mənzilin satışının Cavabdeh5 tərəfindən zorakılıq, hədə təsiri altında və ya aldatma yolu ilə həyata keçirildiyi barədə məlumat verilməsi, Niyaz Bağırovun bunu bilə-bilə mənzilin alqısatqısını həyata keçirməsi iş materialları ilə öz təsdiqini tapmır. Mənzilin Cavabdeh5 Cavabdeh8 olan borcunun ödənilməsi məqsədilə satılması isə alıcının vicdanlı olmamasına əsas ola bilməz.

62. Kollegiya onu da qeyd edir ki, Cavabdeh4 mənzilin İddiaçı sonradan satılmasından xəbərdar olmadığını, mübahisəli mənzildə 2022-ci ilin dekabr ayına kimi yaşadığını bildirsə də, təqdim olunmuş "xxxx" ASC tərəfindən hesab-fakturadan görünür ki, mübahisəli mənzildən sudan istifadəyə görə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 3 manat ödəniş edilmiş, həmin tarixdən bir il sonra isə xx.xx.2023-cü ildə sudan istifadəyə görə borc cəmi 2 manat olmuşdur. Cavabdeh4 su sayğacının işləmədiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

63. Bundan başqa, "xxxx" ASC-nin abonent saldosu göstəricilərinə əsasən 2022ci ilin yanvar ayından avqust ayına qədər elektrik enerjisindən istifadəyə görə aylıq sərfiyyat 16-25 manat aralığında olduğu halda, avqust ayından sonra kəskin azalaraq 5-7 manat aralığında olmuşdur ki, bu da mənzildə artıq əvvəlki qaydada yaşayış olmadığı, mənzildə qalan elektrik avadalığının (soyuducu və s.) sərfiyyatı ilə izah oluna bilər. O da qeyd edilməlidir ki, 2021-ci ilin avqust-dekabr ayları üçün elektrik enerjisindən istifadəyə görə aylıq sərfiyyat 17-38 manat aralığında olmuşdur.

64. Təbii qazdan istifadə ilə bağlı abonent məlumatlarından isə görünür ki, sonuncu dəfə qazdan istifadəyə körə karta 2022-ci ilin iyul ayında 5 manat vəsait yüklənmiş, bundan sonra hər hansı ödənişlər olmamışdır.

65. Həmçinin, iş materiallarında olan Sabunçu rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan aydın olur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə dəfələrlə icra yerinə getməyə baxmayaraq mənzilin qapısını açan olmamış, 147 saylı MKİS-dən verilən məlumata və qapının üzərində olan su idarəsinin hesab fakturasındanda evdə yaşayışın olmaması müəyyən edilmiş, mənzilin qapısı bağlı olduğundan mütəxəssis dəvət edilmiş, mütəxəssis və icrada iştirak edən digər şəxslərin iştirakı ilə mənzilə daxil olmuşlar. İlkin baxış zamanı evin bütün əşyaları evdə saxlanmış, lakin soyuducuda olan ərzaq məhsulları məhv olduğundan və hər yerin toz-torpaq olmasından mənzildə uzun müddətdir yaşayış olmadığı görünürdü. Hal şahidlərinin iştirakı ilə bağlı yerlərə və ümumi mənzilə baxış keçirilmiş, mənzildə qızıl və pul aşkar olunmamışdır.

66. O da qeyd edilməlidir ki, məhkəmə iclasında Cavabdeh4 ona məxsus qızılların və pulların həmin mənzildə qaldığını bildirsə də, 2022-ci ilin dekabr ayından sonra həmin qızılların və pulların qaytarılması ilə bağlı İddiaçı qarşı hər hansı tələb irəli sürməmişdir.

67. Apellyasiya araşdırması zamanı dinlənilmiş səs yazısında Cavabdeh5 1-2 günə qədər məktəblər bağlanacağından uşaqları rayona göndərib evin açarlarını təhvil verəcəyini səsləndirmişdir.

68. Məhkəmə kollegiyası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(008)-4891/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixli ərizələrində Cavabdeh4 mübahisəli mənzil satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

69. Şərh olunanlara əsasən məhkəməsi kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamələrin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 4891/2022 nömrəli qətnaməsi Cavabdeh4 və uşaqları - Cavabdeh3 və Cavabdeh6 aid hissədə dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 4095/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar