Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1883/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 saylı 26 yanvar 2022ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Land Rover Range Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ömərov Alim Novruz oğlunun adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir.
2. xx.xx.2019-cu il tarixdə verilmiş Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Ömərov Alim Novruz oğlu Land Rover Range Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2026-ci il tarixədək 6 il 6 ay 27 gün müddətinə etibar edilmişdir.
3. xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, Land Rover Range Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilə 22350 manat məbləğində maddi zərər dəymişdir.
4. "xxxx" MMC-nin 0xx.xx.2021-ci il tarixli, İEM-44/21 №-li rəyindən görünür ki, rəyin “Tədqiqatın təsviri” hissəsində göstərilən hüquqi aktlar üzrə təsbit edilmiş metodlardan istifadə etməklə və baxış zamanı aşkarlanmış xüsusatlar nəzərə alınmaqla, İddiaçı istifadəsində olan “Land Rover RangiRover” markalı, qara metallik rəngli, 2015-ci il buraxılışlı, **-TS-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD № 541531) avtomobilin bərpasına (“original”, yəni kontrafakt olmayan detallarla) - detallar üzrə orta bazar qiyməti 19.400 (on doqquz min dörd yüz) manat, işçilik üzrə 2.000 (iki min) manat olmaqla, cəmi çəkiləcək xərcin ümumi dəyəri (ƏDV xaric) -21.400 manat məbləğində müəyyən edilir.
5. Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir.
6. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8146-8/2818 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mürnWin deyildir; Həmçinin qeyd olunur ki baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları təhqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "Land Rover Range Rover" markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18950,0 manat müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Abbasov Nəriman Sərdar oğlunun xeyrinə Cavabdeh 22.350 (iyirmi iki min üç yüz əlli) manat maddi ziyanın və vurulmuş mənəvi ziyana görə isə 10.000 (on min) manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021- ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, iddiaçı Nəriman Abbasovun istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı Land Rover Range Rover markalı avtomobil ilə Cavabdeh məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırma başlanılmış və araşdırma müddətində Abşeron RPİ-nin DYPŞ-nin BDAM tərəfindən müvafiq ekspertiz təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2124 nömrəli, 03.09 2021-ci il tarixli Ekspert rəyinə əsasən, baş vermiş hadisədə təqsirli tərəf kimi Cavabdeh müəyyən edilmişdir. Belə ki, Ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərilir ki, təqdim olunan məlumatlara əsasən Volskvagen Tiguan markalı, 10CF025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, hadisə nəticəsində iddiaçının istifadəsində və sahibliyində olan Land Rover Range Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 22.350 (iyirmi iki min üç yüz əlli) manat müəyyənləşdirilmişdir. Belə ki, iddiaçıya məxsus həmin avtomobilin təmiri ilə bağlı çəkilmiş xərlərə dair “Real Avto MMC tərəfindən xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktı verilmişdir. Onu da qeyd edək ki, təmirlə bağlı iddiaçıya məxsus avtomobilin markasının aid olduğu rəsmi servis mərkəzinəmüraciət edilsəydi şüphəsiz vurulmuş və çəkilmiş xərclər əhəmiyyətli dərəcədə yüksək olacaqdı. Ziyanın ödənilməsi ilə bağlı qarşı tərəfə bir neçə dəfə müraciətlər olunsa da, bununla bağlı heç bir müsbət nəticə əldə olunmamışdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıya vurulan maddi ziyanın məbləği faktiki olaraq. 22.350 (iyirmi iki min üç yüz əlli) manat təşkil edir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 saylı 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi kimi 18.950 (on səkkiz min doqquz yüz əlli) manat İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni yalnız 21.1, 1096, 1097, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iş üzrə baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən 29 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP4511168 nömrəli qərarından məhkəməyə müraciət olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həmin qərar ləğv olunaraq, araşdırılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bu kimi, hal mübahisəli haldır. Belə ki, Abşeron Rayon Məhkəməsi qərarı ləğv etdiyi halda, onun avtoqəzada heç bir təqsirinin olmadığı yetirir. Belə bir halda da İddiaçı tərəfindən ondan dəymiş ziyanın tələbi əsassızdır. Buna əsasən tərəfindən ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur ki, Abşeron Rayon Məhkəməsində qətnamənin çıxıb qanuni qüvvəsini almayınca iş üzrə icraatı müvəqqəti dayandırsın. Lakin hakim bu kimi vacib hal nəzərə alınmayaraq qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
16. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
18. Maddə 1097 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir;
19. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.
21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
22. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
23. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
24. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin baxılmamış saxlanılması xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 saylı 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
34. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Hazırda iş üzrə İddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir.
36. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qənaətinin onunla əsaslandırmışdır ki, İddiaçı istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı Land Rover Range Rover markalı avtomobil ilə Cavabdeh məxsus **-CF- *** dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisədə təqsirli tərəf kimi Cavabdeh müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı Land Rover Range Rover markalı avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinə dair Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/8146-8/2818 nömrəli əmtəəşünaslıq ekspertizası rəyi ilə, 2015-ci il buraxılışlı “Land Rover Range Rover” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 18950 (on səkkiz min doqquz yüz əlli) manat məbləğində müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
38. Belə ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
39. Hazırkı işin hallarından görünür ki, birinci istansiya məhkəməsinin istinad etdiyi və Cavabdeh təqsirli hesab olunduğu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə ləğv edilmiş və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materiallar Abşeron Rayon DYPŞ-yə göndərilmişdir.
40. Göründüyü kimi, hazırkı halda ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması sübuta yetirilmədiyindən, iddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi əsassızdır.
41. İddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə kollegiya hesab edir ki, qeyd edilən tələb iddianın digər hissəsindən (maddi zərərin vurulması) asılı olduğundan və məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə görə maddi zərərin vurulması hissəsində rədd edildiyindən, mənəvi ziyan hissəsində əlavə araşdırmaya lüzum yoxdur. Ona görə də iddia tələbi mənəvi ziyan hissəsinə də əsassızdır və təmin edilə bilməz.
42. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırmanın nəticəsindən aslı olaraq cavabdehin təqsiri müəyyən olunacağı halda hazırkı qətnamənin mövcudluğu iddiaçının eyni tələblə məhkəməyə müraciət hüququnu istisna etmir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat İddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 saylı 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçın özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat İddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.