Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1891/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “əmlakın naturada bölünməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2023 saylı, 13 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1970-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,084010 ha torpaq sahəsindən ibarətdir, onun vərəsələri X2, İddiaçı, X4r hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Miras əmlakın 2/10 hissəsi isə Cavabdeh münasibətdə açıq saxlanılmışdır.
2. Miras payın bağışlanması barədə xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən X10 və X9 adından X10 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,084010 ha torpaq sahəsi üzrə hər birinə düşən 1/10 hissə payı, X6 və X2 həmin daşınmaz əşya üzrə hər birinə düşən 2/10 hissə payı İddiaçı bağışlayıblar.
3. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qurtuluş küçəsi, döngə 4 ünvanında yerləşən 11 saylı ev, habelə yerləşdiyi 0,084010 ha torpaq sahəsi 8/10 hissədə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır, qalan 2/10 hissə isə X3 adındadır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiada göstərilib ki, cavabdeh mərhum atası X3 varisi kimi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qurtuluş küçəsi, döngə 4 ünvanında yerləşən torpağın 2/10 hissəsinə pay hüququ əldə etmiş dövlət reyestrindən çıxarış verilmişdir. Lakin həmin pay vərəsə olan Cavabdeh tərəfindən qəbul edilmədiyi üçün mülkiyyətçi kimi mərhum atası X3 adına qeydiyyata alınmışdır. Rəsmi qaydada qəbul edilməməsinə baxmayaraq, qardaşı həmin ünvanda faktiki yaşamaqla mirası qəbul etmiş hesab edilir. Bununla bağlı dəfələrlə cavabdehə payının ayrılması və həmin payın qəbul edilməsi ilə bağlı təkliflərinin təqdim edilməsi bildirilsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbinin təmin edilərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,084010 ha olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 8/10 hissəsi - 672 kv.m torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan 2/10 hissədən - 168 kv.m torpaq sahəsindən naturada ayrılması (cavabdehin faktiki istifadəsində olan kombi aparatının yeri dəyişdirilməklə) və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərinin isə cavabdehdən tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,084010 ha torpaq sahəsi X1 miras qalmış, həmin əmlakın 8/10 hissəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2/10 hissə isə Cavabdeh münasibətdə açıq saxlanılmışdır. Bununla belə, sonuncu həmin evdə faktiki yaşayır. Hazırda iddiaçı miras əmlakın mülkiyyətində olan 8/10 hissəsinin qalan 2/10 hissədən naturada ayrılmasını məhkəmədən xahiş edir, cavabdeh isə payların naturada ayrılmasına etiraz edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3065 nömrəli ekspert rəyindən göründüyü kimi, Cavabdeh tərəfindən ön hissədə evə bitişik şəkildə olmaqla, ümumi sahəyə əlavə edilməyən əlavə köməkçi sahənin inşa edildiyi, ümumilikdə mübahisəli evin Cavabdeh istifadəsində olduğu, mübahisəli evə bitişik şəkildə ümumi sahəyə aid edilməyən, Arif Salahovun istifadəsində olan fərdi yaşayış evinin inşa edildiyi, həmin evin yaxınlığında, yola tərəf hissədə Cavabdeh istifadəsində olan bir qaraj tikilisinin inşa edildiyi, eyni zamanda mübahisəli evdən təxminən 16 metr aralıda torpaq sahəsinin künc hissəsində Arif Salahovun istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi, torpaq sahəsinin iki tərəfdən qonşularla əhatə olunduğu, iki tərəfdən isə yola çıxışının olduğu müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsi üzrə 2/10 və 8/10 hissələrə uyğun düşən sahə aşağıdakı kimi müəyyən edilir: Torpaq sahəsi üzrə, ümumi sahə üzrə 0.084 ha (840 m2), 2/10 hissə üzrə: 168,0 m2 (840,0:10)x2; 8/10 hissə üzrə: 672,0 m2 (840,0 :10)x8. Tədqiq olunan həyətyanı torpaq sahəsində tərəflərin faktiki istifadələrində olan tikililərin yerləşmə vəziyyətini, torpaq sahəsinin iki tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq mülkiyyətçilərin payına düşən sahəni, həmin paya uyğun sahələrin mövcud olmadığını nəzərə alaraq, 0,084010 ha torpaq sahəsinin İddiaçı payına uyğun 8/10 hissədə, üzərində inşa edilmiş tikili(lər) nəzərə alınmaqla naturada ayrılmasının “Məhkəmə tikinti-X7 metodları”-nın tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur (cavabdehin faktiki istifadəsində olan kombinin yeri dəyişdirilməklə). Torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Məhkəmə, xx.xx.2023-cü il tarixli, 10/3065 nömrəli ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edib ki, iş üzrə alınmış həmin ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə həmin ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçının payının naturada ayrılması tələbi rəyin nəticə və tədqiqat hissəsində göstərilən ayrılma variantına uyğun qaydada təmin edilməlidir. Yəni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,084010 ha olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 8/10 hissəsi – 672 kv.m torpaq sahəsi, Cavabdeh faktiki istifadəsində olan 2/10 hissə - 168 kv.m torpaq sahəsindən naturada ayrılmalıdır (cavabdehin faktiki istifadəsində olan kombi aparatının yeri dəyişdirilməklə).
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərib ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3995 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, fərdi yaşayış evinin yerləşmə vəziyyətini, yaşayış otağının yuxarıda qeyd olunan şəkildə bölgüsünün “İnşaat Norma və Qaydaları”na uyğun olmadığını, texniki pasportda mətbəx və sanitar qovşağı tikililər nəzərdə tutulmadığını, torpaq sahəsində əlavə tikililərin inşa edildiyini, əlavə inşa edilmiş tikililərə əsasən ayrıca giriş-çıxışın olmadığını və rəyin təsvir hissəsində qeyd olunanları nəzərə aldıqda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qurtuluş küçəsi, döngə 4 ünvanında yerləşən 11 saylı evin İddiaçı 8/10 hissə olmaqla payının təcrid mənzillər şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Lakin sonradan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdim edilmiş xx.xx.2023- cü il tarixli, 10/3065 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanının yerləşdiyi 0,084010 ha torpaq sahəsinin İddiaçı payına uyğun 8/10 hissədə, üzərində inşa edilmiş tikili(lər) nəzərə alınmaqla naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunmuş, torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Lakin ekspert rəyi ilə razı deyil. Hesab edir ki, tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3995 nömrəli rəyi əsaslıdır, mübahisəli torpaq sahəsində payların naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Əmlakda payların naturada ayrılması texniki cəhətdən mümkün olmadığı halda, təkrar iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi əsas götürülməklə iddianın təmin edilməsi hissəsində məhkəmənin mövqeyi əsaslı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
9. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi etirazda apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib etirazında göstərir ki, 2021-ci ildə o, cavabdehə qarşı fərdi yaşayış evinin naturada bölünməsinə dair iddia qaldırmışdır. Həmin iddia üzrə ekspertiza ilə mənzillər şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Lakin 2023cü il tarixində torpaq sahəsinin naturada bölünməsinə dair iddia tələbi ilə müraciət edib. Həmin iddia tələbi əsaslı olduğu üçün onun mülkiyyət hüququ və ona düşən pay hissə tam olaraq cavabdehin payından ayrı olduğu üçün məhkəmə tikinti-ekizpertiza düzgün rəy vermişdir Həmin rəy əsasında da düzgün qətnamə qət olunmuşdur. Bu mübahisə başlamamışdan əvvəl o, cavabdehə bütün məsələləri öz aralarında həll etməyi təklif etdi, lakin cavabdeh ona qarşı haqsızlıq edərək qərəzli mövqe tutdu. Lakin haqq-ədalət öz yerini tapdı. Hazırda mübahisələndirilən qətnamə tam olaraq əsaslıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, cavabdeh qardaşı olduğu üçün ona məxsus torpaq sahəsindən hər iki tərəfdən güzəşt edə bilər. Belə ki, cavabdehin yaşadığı evin zirzəmisinə girmək üçün 1 metr enində, 19-20 metr uzunluğunda, təxminən 20 kv. metr torpaq sahəsi, eləcə də cavabdehn özünə tualet inşa etmək üçün qeydə alınan fərdi yaşayış evinin qarşısında, yaradılmalı olan 4.04 metr enində sərhəd hasarını ona məxsus torpaq sahəsinə doğru 3 metr arxadan çəkilməsinə etiraz etmir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissəsində ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə bölgünün ölçüsü istisna olmaqla düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün, torpaq sahəsinin bölgüsünün ölçüsü istisna olmaqla iddia haqlı sayılırdı.
21. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları tərəflərin tam istəyinə uyğun təmin etməməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
22. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia tələbinin həcminin azaldılması hissəsində tələbin qeyd olunan formada göstərilməsi və torpağın naturada bölünməsi hissəsi üzrə iddianın sırf ekspertiza rəyində göstərilən qaydada naturada bölünməsi üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də tələbin faktiki əsasını, əslində tərəflərin həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəflərə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əslində iddiaçının niyyəti əvvəlcədən də torpağın paylara uyğun naturada bölünməsinə cavabdeh olan qardaşının mənafeyi və istəyi nəzərə alınmaqla nail olmaq olmuşdur. Bunun başqa cür olması da mümkün deyildir. Çünki münasibətləri heç də xoş olmayan paylı mülkiyyətçilər onu eyni anda istifadə və istismar edə bilsəydilər hazırki iddiada ortaya çıxmazdı. Deməli, onsuzda bu cür iddianın təmin olunması nəticəsində torpaq sahəsi naturada tərəflər arasında bölünməli olur.
23. Belə ki, mülki iş apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli, 10/3065 nömrəli ekspert rəyinə əlavə edilmiş ünvan 1 ünvanının yerləşdiyi 0,084010 ha. torpaq sahəsinin 2/10 və 8/10 hissələrə uyğun bölgü sxemi iddiaçının məhkəmə iclasında etdiyi təkliflərə uyğun yeni qaydada naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsi üçün əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir.
24. Keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının 3-16-16/2-10/2434 saylı, 06 avqust 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,084010 ha. torpaq sahəsinin, cavabdehin yaşadığı evin zirzəmisinə gedib-gəlmək üçün (iddiaçıya aid 2 mərtəbəli fərdi yşayış evi istiqamətindən) 1 metr enində, 19-20 metr uzunluğunda, təxminən 20 kv. metr torpaq sahəsinin, eləcə də qeydə alınan fərdi yaşayış evinin qarşısında, (bölgü sxemində köməkçi tikili kimi qeyd olunan tikili istiqamətindən) yaradılması nəzərdə tutulan 4.04 metr enində sərhəd hasarını 3 metr (yaxud texniki cəhətdən mümkün ola bilərsə daha çox məsafədən-göstərməklə) arxadan (iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsindən) çəkilməsinin Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Lakin bu zaman, 2/10 hissəyə uyğun 168 m2 olmalı olan hissə 198,85 m2, 8/10 hissəyə uyğun 672 m2 olmalı olan hissə isə 641.15 m2 olur (rəyə sxem əlavə olunur).
25. Apellyasiya baxışı zamanı iddiaçı cavabdehin 2/10 hissəyə uyğun 168 m2 olmalı olan hissənin 198,85 m2-dək artacağı, özünün 8/10 hissəyə uyğun 672 m2 olmalı olan hissəsinin isə 641.15 m2 dək azalacağı(rəyə əlavə olunmuş sxemə uyğun olaraq) təqdirdə qətnamənin qalan hissəsinin onu qane edəcəyini, cavabdehin isə torpaq sahəsi üzərində mülkiyyət payının artacağına(30,85 kv.m) baxmayaraq yenə də etiraz etdiyini və bu nəticənin onu qane etmədiyini bildirərək bu barədə qətnamə qəbul edilməsinə etiraz etdi. Göründüyü kimi, bu cür bölgü və nəticə, cavabdeh etiraz etsə də tərəflərin mənafeyinə uyğun olmaqla, həm də mübahisənin lüzumsuz olaraq davam etdirilməsinin də qarşısını almış olur.
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilməli və ünvan 1 ünvanında yerləşən 0.084010 ha. ölçüdə, paylı mülkiyyətdə olan torpaq sahəsi məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/2434 saylı, 06 avqust 2024-cü il tarixli rəyi və onun əlavəsi olan bölgü sxeminə uyğun Cavabdeh 2/10 hissəyə uyğun payının 168 m2 olmalı olan hissəsinin 198,85 m2, İddiaçı 8/10 hissəyə uyğun payının 672 m2 olmalı olan hissəsinin isə 641.15 m2 olmaqla naturada bölünməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-229/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 0.084010 ha. ölçüdə, paylı mülkiyyətdə olan torpaq sahəsi məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/2434 saylı, 06 avqust 2024-cü il tarixli rəyi və onun əlavəsi olan bölgü sxeminə uyğun Cavabdeh 2/10 hissəyə uyğun payının 168 m2 olmalı olan hissəsinin 198,85 m2, İddiaçı 8/10 hissəyə uyğun payının 672 m2 olmalı olan hissəsinin isə 641.15 m2 olmaqla naturada bölünsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri – 150 (yüz əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.