Məhkəmə qərarları › İş №2(103)-1892/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1892/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1892/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: müqavilənin və çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namik Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(004)-5344/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2013-cü il tarixli mənzil tikintisinə və satışına dair müqavilədən görünür ki, icraçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 33 ünvanında inşa etdiyi 19 mərtəbəli “İzmir” yaşayış kompleksinin 1-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88,4 kv.m olan 2 otaqlı 40 nömrəli mənzili 12 ay müddətinə tikib başa çatdırmaqla müqavilənin tərkib hissəsi olan 1 saylı əlavəyə müvafiq surətdə “sifarişçiyə” təhvil verir. "xxxx" MTK tərəfindən verilmiş 21 iyul 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 33 ünvanında yerləşən “İzmir” yaşayış kompleksinin "xxxx" MTK–ya məxsusdur. Bu binanın 1-ci girişi, 12-ci mərtəbəsində, ümumi sahəsi 88,4 kv.m olan 2 otaqlı 40 nömrəli mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir. Onun müqaviləyə əsasən "xxxx" MTK-a borcu yoxdur. Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”dən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzil Cavabdeh tərəfindən İddiaçı bağışlanmışdır. Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”dən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzil İddiaçı tərəfindən Cavabdeh bağışlanmışdır. ƏMDX DƏDK və RPHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82.7 kv.m olan mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., giriş 123, M 12, m4) xx.xx.2024-cü il tarixli qeydiyyatla X10 xüsusi mülkiyyətindədir. Yasamal RPİ-nin İŞ-nin 16 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq və icraata qəbul edilməklə ibtidai araşdırma aparılması qərara alınmışdır. Qərardan müəyyən olunur ki, X14 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33 ünvanında yerləşən “İzmir Recidence” binasının giriş hissəsində qaynanası Cavabdeh ayaqla zərbə endirərək zərəçəkmiş şəxsin sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK-nin yaında DƏDRXİ-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı verilmiş **********30- 05301-093004 reyetr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzili cavabdeh X12 bağışlamasından imtina edilməsi və Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu E.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin və həmin akt qeydinin əsasında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın və işlənmiş texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yəni İddiaçı xx xxxxxx 1990-cı il tarixdə doğulmuşdur. Cavabdeh şəxs X16 onun doğma anasıdır. Cavabdehlə münasibətləri əvvəllər normal olmuşdur. Ona məxsus ƏMDK-nin yanında DƏDRXİ-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ona, yəni, İddiaçı verilmiş **********30-05301- 093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 82.7 kv/m, 2 otaqlı, hazırki mübahisənin predmeti olan mənzili anası, hazırki mülki iş və ya mülki iddia tələbi üzrə cavabdeh şəxs X13 notariat qaydasında bağışlama müqaviləsi ilə bağışlamışdır. O iki dəfə ailə qurmuş, əvvəlcə 2011-ci ildə Nərgiz İsmayılbəyli ad və soyadlı bir qadınla ailə həyatı qurmuş, onunla birgə nikahdan bir övladı doğulmuş, 2021-ci iln yanvar ayında hazırki iddia ərizəsi ilə qeyd edilməsi mümkün olmayan səbəbdən (xəyanət faktoru) həmin qadınla ailə münasibətləri pozulmuş və məhkəmənin qətnaməsi ilə nikah münasibətlərinə xitam verilmişdir. 25 avqust 2023-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla Sevda Ağazadə ad və soyadlı bir xanımla ailə həyatı qurmuş və hazırda da birlikdə çox xoşbəxt yaşayırlar. Sevda Ağazadə ilə ailə həyatı qurandan sonra, anası, hazırki iş üzrə cavabdeh şəxs kimi anası Afət Ağazadə əvvəlcə həyat yoldaşı Sevdaya, sonra isə ona düşmən kəsilmiş hər ikisinin könüllü şəkildə, qarşılıqlı sevgi hissləri arasında qurduğu bu xoşbəxt ailə və ər-arvad münasibətlərinə qarşı çıxmış, bu ailəni bütün neqativ vasitələrlə dağıtmağa çalışmış, bütün çirkin üsul və vasitələrdən istifadə etmiş, yaşadığı ünvana və ya evə hücum etməklə əlbayaxa dava-dalaş salmış, həyat yoldaşına xəsarətlər yetirmiş, özü tərəfindən və başqalarını öyrətməklə tanımadığı həmin başqa şəxslər tərəfindən müxtəlif orqan və idarələrə şantaj, təhdid, şər və böhtan xarakterli şikayətlərə müraciət etməklə, o cümlədən guya onun və həyat yoldaşının narkoloji xəstəlikdən əziyyət çəkməklə narkoman olmaqları barədə yalan informasiyalar və s. həqiqətə uyğun olmayan məlumatlar yaymaqıa müqəddəs ana adına yaraşmayan hərəkətlər etmişdir. Hazırda da cavabdeh şəxs anası sayılan bu qadın tərəfindən ona və ailə üzvü olan həyat yoldaşına qarşı ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması ilə müşayiət edilən yuxarıda qeyd etdiyi, sözü gedən qeyri-etik, neqativ əməllərini israrla davam etdirilir. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu E.Ə.İsmayılov tərəfindən təsdıq edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə ƏMDK-nin yanında DƏDRXİ-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı verilmiş **********30-05301-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzil X13 bağışlanmışdır. Cavabdeh şəxs X16, onu və həyat yoldaşını yuxarıda qeyd etdiyi neqativ hərəkətləri ilə zor tətbiq etməklə, yaşadığı sözü gedən mənzilin qapısının qıfılını sındırmaqla dəyişib həmin mənzilə daxil olmaqla onları qovub çıxarmışdır. Cavabdeh şəxs, anası X1 ona şərt qoymuşdur ki, “əgər, həyat yoldaşın (rəsmi nikahlı arvadı) X14 ilə ailə münasibətlərini bundan sonra sakit şəraitdə sürdürmək və aralarında mehribançılıq və nizam-intizamlı ailə düzəni yaratmaq istəyirsənsə, mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 82.7 kv.m. 2 otaqlı mənzili mənə bağışlamalısan.” Bundan sonra, tərəfindən, yuxarıda qeyd edilən sözü gedən bağışlama müqaviləsi ilə cavabdeh şəxs, anası X11 tələbinə əsasən, onun vədinə inanaraq, həyat yoldaşı X14 ilə ailə münasibətlərini bundan sonra daha sakit şəraitdə sürdürmək və aralarında mehribançılıq və nizam-intizamlı ailə düzəni yaratmaq məqsədi ilə, mülkiyyətindəki ünvan 5 ünvanında yerlaşan, ümumi sahəsi 83.7 kv.m 3 otaqlı mənzili anası, hazırki mülki iddia taləbi üzrə cavabdeh şəxs X13 bağışlamışdır. Cavabdeh şəxs X17 isə vədinə əməl etməyərək, sözü gedən mənzil tərəfindən ona bağışlandıqdan sonra, onları aldatmış, əvvəlki neqativ ailə- mental dəyərlərinə zidd hərəkətlərini davam etdirmişdir. Vaxtı ilə mülkiyyətində mənzilinin olmasına baxmayaraq və aldadılaraq hazırda əlverişsiz həyat yoldaşıyla birlikdə kirayələrdə yaşayır, yaşayış və mənzil vəziyyətiylə bağlı çətinliklərlə üzləşir. Bu səbəbdən hazırki bağışlanmadan imtina həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin və həmin akt qeydi əsasında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın və işlənmiş Texniki Pasportun ləğv edilməsi tələbinə dair iddia ilə birinci instansiya məhkəməsinə müraciət edir və hesab edir ki, bağışladığı həmin mənzili mülkiyyətinə qaytarılmalıdır. Sözügedən mülkiyyət hüququ ilə adına qeydiyyata alınmış və mülkiyyətində olmuş mənzilin bağışlama müqaviləsi ilə cavabdeh şəxsin mülkiyyətinə keçirilməsi onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bir sıra hüquqlarını, o cümlədən mülkiyyət və s. hüquqlarını pozur. Bağışlama müqaviləsinin ləğv olunmasına dair cavabdehin könüllü razılığını almaqdan ötrü əvvəlcə ona yazılı təkliflə poçt vasitəsi ilə müraciət etdi. Heç bır reaksiya vermədi. Daha sonra ərizə ilə Bakı 13 saylı Mediasiya təşkilatına müraciət etdi. Lakin cavabdeh Mediasiya Təşkilatının çağırışı üzrə gəlməkdən imtina etdi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, o, Cavabdeh ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı mənzili 30 aprel 2013-cü il tarixdə "xxxx" MTK-dan almışdır. Oğlu İddiaçı birinci nikahdan olan həyat yoldaşı Nərgiz İsmayılbəyli ilə nikahları pozulduqdan sonra (nikahın pozulmasına səbəb onun hazırda nikahdan olan arvadı həmin zaman Cəbrayıl adlı şəxslə ailəli olan və Süleymanova soyadını daşıyan Sevda Alibekovna səbəbkar olmuşdur) oğlunun ailəsini bərpa etmək niyyətilə bacıları ona oğlu Rüstəmə qeyd edilən mənzili və avtomobil hədiyyə etməyini məsləhət görmüşlər. Bəlkə bundan sonra Rüstəm ailəsi ilə nikahı bərpa edər. O da bacılarının məsləhətinə qulaq asaraq qeyd edilən mənzili və avtomobili oğluna hədiyyə etdi. Bundan sonra Rüstəm ailəsindən ayrılaraq əvvəllər onun yanında asistant kimi işləmiş X4 yanına gedərək onunla bir yerdə yaşamağa başlamış və sonradan nikaha daxil olmuşdur. Sonralar ona məlum olmuşdur ki, Sevda Alibekovna onun yanında asistant işləyən zaman hələ 2019-cu ildən başlayaraq, Rüstəm ilə görüşmüş və Sevda Rüstəmin ailəsinin dağılmasına səbəb olmuşdur. İddiaçı iddia ərizəsində mənzilin onun mülkiyyətində olmasını və ona bağışlamasını qeyd etsə də, işin əsl həqiqqətini və mahiyyətini bilərəkdən gizlətməkdədir, bununla da məhkəməni yanıltmaq niyyətindədir. Əslində isə ünvan 5 ünvanda yerləşən 82,7 kv.m olan 2 otaqlı mənzil 12 sentyabr 2021-ci il tarixdə onun tərəfindən 23 saylı notariat ofisində bağışlama müqaviləsi əsasında oğlu İddiaçı bağışlanmışdır. İddiaçının iddia ərizəsində qeyd etmişdir ki, ...“cavabdeh şəxs, anam Ağa-X9 mənə şərt qoymuşdur ki, əgər həyat yoldaşın X14 ilə ailə münasibətlərinizi bundan sonra sakit şəraitdə sürdürmək və aramızda mehribançılıq və nizam intizamlı ailə düzəni yaratmaq istəyirsənsə, mülkiyyətindəki ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı mənzili mənə bağışlamalısan”. Bununla bağlı qeyd etmək istəyir ki, o, qeyd edilən mənzilin ona qaytarılması ilə bağlı oğluna heç bir zaman şərt qoymamış, sadəcə olaraq oğluyla münasibətini tamamilə kəsmiş və mənzili ona qaytarılmasını istəmişdir. Bundan sonra oğlu İddiaçı ona bildirdi ki, “məni və yoldaşım Sevda Alibekovnanı qəbul etmirsənsə sənin bağışladığın ev də heç mənə lazım deyil, gedək notariusda evini özünə qaytarım və bundan sonrada bütün münasibətlərə son qoyaq”. 09 aprel 2024-cü il tarixdə onun oğlu Rüstəmə bağışladığı mənzili, oğlu İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisində ona bağışlamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(004)- 5344/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticənin onunla əsaslandırmışdır ki, mübahisə predmetini təşkil edən mənzil Cavabdeh tərəfindən tam ödəniş edilməklə "xxxx" MTK-dan alınmışdır. 2021ci il tarixdə cavabdeh əmlakı oğlu İddiaçı bağışlamışdır. Bir müddət sonra, İddiaçı anasının ona bağışladığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., bina 33, 40 saylı mənzili təkrar anasına bağışlamışdır. Hazırda iddiaçı həmin müqaviləni mübahisələndirib bağışlama müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyə görə hədiyyə verənin bağışlamaqdan imtina etmə əsasları kimi hədiyyə alanın hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməsini, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmasını; hədiyyə alanın bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməməsini göstərmişdir. Göründüyü kimi, hazırki mübahisə üzrə bağışlamaqdan imtina etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar müəyyən edilməmiş, əksinə cavabdehin iddiaçının həyat yoldaşı X14 tərəfindən döyülməsi səbəbindən cinayət işinin başlanması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğvi üçün hüquqi əsaslar mövcud deyildir. Ona görə də İddiaçı Cavabdeh qarşı "bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 673.1, 673.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5344/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, X8 xx.xx.2024-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, bina 33, mənzil 40, giriş 1 ünvanında yerləşən, ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzilin İddiaçı tərəfindən X13 bağışlanması ilə bağlı zamnışaD“ əmlakın bağışlanması müqaviləsi” və çıxarışın ləğv edilməsi haqqında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, iddiaçı Ağazadə Rüstəm Rasim oğlu cavabdeh Ağa-Zadə Afət Rəşid qızına qarşı amnalşığab" müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK-nin yaında DƏDRXİ -nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Ağazadə Rüstəm Rasim oğluna verilmiş **********30-05301-093004 reyestr ömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., bina 33, mənzil 40, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzili cavabdeh Ağazada Afət Rəşid qızına bağışlamasından imtina edilməsi və Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu E.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli zamnışaD“ Əmlakın bağışlanması müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin və həmin akt qeydinin əsasında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın və işlənmiş texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 avqust 2023-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla Sevda Ağazadə ilə ailə həyatı qurduqdan sonra Rüstəmin anası, cavabdeh şəxs anası Afət Ağa-Zadə əvvəlcə Ağazadə Sevdaya, sonra isə İddiaçı qəsdən müxtəlif yollarla zərər vurmağa çalışmış, onların ailə münasibətlərinə qarşı çıxmış, bütün çirkin üsul və vasitələrdən istifadə etmiş, yaşadığı evə hücum etməklə əlbayaxa insident yaratmış, Sevda Ağazadəyə xəsarətlər yetirmiş, özü tərəfindən və yaxını tərəfindən dövlət orqanlarına şikayətlər ünvanlamışdır. ünvan 8n təsdiq edilmiş xx.xx.2024-cü il tarixli zamnışaD“ əmlakın bağışlanması müqaviləsi” ilə ƏMDK-nin yanında DƏDRXİ -nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Ağazadə Rüstəm Rasim oğluna verilmiş **********30-05301-093004 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, bina 33, mənzil 40, giriş 1 ünvanında yerləşən, ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzil Ağa-Zadə Afət Rəşid qızına bağışlanmışdır. Cavabdeh şəxs Ağa-Zadə Afət Rəşid qızı, onu və həyat yoldaşını yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə zor təbiq etməklə, yaşadığı sözü gedən mənzilin qapısının qıfılını sındırmaqla dəyişib həmin mənzilə daxil olmaqla onları qovub çıxarmışdır. Cavabdeh şəxs, anası Ağa-Zadə Afət Rəşid qızı sonradan ona şərt qoymuşdur ki, “əgər, həyat yoldaşın (rəsmi nikahlı arvadı) Ağazadə Sevda Alibekovna ilə münasibətlərini bundan sonra sakit şəraitdə sürdürmək və aralarında mehribançılıq və nizam-intizamlı ailə düzəni yaratmaq istəyirsənsə, mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, bina 33, mənzil 40, giriş 1 ünvanında yerləşən, ümumi sahəsi 82.7 kv.m. 2 taqlı mənzili mənə bağışlamalısan”. Bundan sonra, tərəfindən, yuxarıda qeyd edilən sözü gedən bağışlama müqaviləsi ilə cavabdeh şəxs, anası Ağa-Zadə Afət Rəşid qızının tələbinə əsasən, onun vədinə inanaraq, həyat yoldaşı Ağazadə Sevda Alibekovna ilə ailə münasibətlərini bundan sonra daha sakit şəraitdə sürdürmək və aralarında mehribançılıq və nizam-intizamlı ailə həyatı yaşamaq məqsədi ilə, sözügedən mənzili hazırki mülki iddia tələbi üzrə cavabdeh şəxs Ağa-Zadə Afət Rəşid qızına bağışlamışdır. Cavabdeh şəxs Ağa-Zadə Alət Rəşid qızı isə vədinə əməl etməyərək, sözü gedən mənzil tərəfindən ona bağışlandıqdan sonra, onları əvvəlki qanunsuz və ailə-mental dəyərlərinə zidd hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən hazırki bağışlanmadan imtina həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin və həmin akt qeydi əsasında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini tələb etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2 sentyabr 2021-ci il tarixli zamnışaD“ Əmlakın bağışlanması müqaviləsi”dən görünür ki, sözügedən ünvandakı mənzil Ağa-Zadə Afət Rəşid qızı tərəfindən Ağazadə Rüstəm Rasim oğluna bağışlanmışdır. xx.xx.2024-cü il tarixində İddiaçı, Sevda Ağazadə və Cavabdeh arasında kəskinləşmiş münasibətlərin normaya düşməsi və Cavabdeh onları narahat etməməsi barədə Cavabdeh İddiaçı verdiyi vəddən sonra mübahisə olunan ünvandakı ev İddiaçı tərəfindən anasına bağışlanmışdır. X30-Zadə verdiyi vədə əməl etməmiş və İddiaçı ilə Sevda Ağazadənin ailə həyatlarına müxtəlif müdaxilələr etmişdir. Cavabdeh Ağa-Zadə Afət Rəşid qızı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Afət Ağazadə qohumlarının tövsiyəsi əsasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 40, giriş 1 ünvanda yerləşən 82,7 kv.m olan 2 otaqlı mənzil 12 sentyabr 2021-ci il tarixdə onun tərəfindən 23 saylı notariat ofisində bağışlama müqaviləsi əsasında oğlu Rüstəm Ağazadəyə bağışlamışdır. Cavabdeh bildirmişdir ki, oğlu İddiaçı onların ailə həyatına qarışmaması şərti ilə yox, onunla olan əlaqələrini köklü olaraq kəsmək niyyəti ilə Cavabdeh evi bağışlamışdır. Yasamal Rayon Məhkəməsi iş materiallarına nəzər yetirərək Yasamal RPİ -nin İŞ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət iṣi başlanılaraq barəsində ibtidai araşdırma aparılan X14 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33 ünvanında yerləşən rimzİ“ Recidence” binasının giriş hissəsində qaynanası Ağa-Zadə Afət Rəşid qızına ayaq zərbə endirərək zərəçəkmiş ṣəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməsi faktını bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi üçün hüquqi əsas qismində qəbul edərək, iddia tələbini təmin etməmişdir. Yasamal Rayon Məhkəməsi iddiaçı Ağazadə Rüstəm Rasim oğlunun cavabdeh Ağa-Zadə Afət Rəşid qızına qarşı amnalşığab" müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli e-2(004)-5344/2024 nömrəli qətnamə qəbul etmişdir. Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2(004)-5344/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.3, 668.1, 673.1 və 673.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 327.4, 337.5, 339.3, 339.5, 9.6, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarının tələbləri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 7.1,14.2, 76.1, 77.1, 88, 217.1, 217.3, 217.4-cü madəllərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli Qərarının, Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, Ṣirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları və Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 100-cü maddələrinin tələbləri, Mülki Prosessual Məcəllənin 9-cu, 185-ci maddəsinin və Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarıda qeyd olunur ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin qanunda göstərilmişdir ki, ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Sözügedən qanunun şərhinə görə, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MMdə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., bina 33, mənzil 40, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzil İddiaçı və Ağazadə Sevdanın birgə yaşadığı ünvan olmuşdur. Məhkəmə qətnaməsində Sevda Ağazadə tərəfindən Cavabdeh qarşı cinayət törədilməsi qənaətinə gəlmişdir. Bu əsasla da, iddia ərizəsini rədd etmişdir. Hesab edir ki, məhkəmənin bu qənaəti əsassızdır. Belə ki, hal-hazırda Yasamal RPİ-in istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ********* saylı cinayət işinin ibtidai istintaqı aparılır. Lakin, cinayət işi yekunlaşmamış, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Məhkəmənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış təqsirsizlik prezumpsiyasına zidd olaraq qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan X23-Zadə Afətə qarşı cinayət törətməkdə təqsirli bilməsi tamamilə yanlışdır. Onu da qeyd edir ki, Yasamal Rayon Məhkəməsinə təqdim olunmuş sübutlardan da görünür ki, Cavabdeh bu günədək bir çox yolla, əsasən də şər-böhtan atmaqla oğlu Rüstəmin Sevda ilə olan münasibətinin bitməsinə çalışmışdır. Lakin, Cavabdeh hüquq-mühafizə orqanlarına Ağazadə Sevda barədə ünvanladığı şikayətlər həqiqəti əks etdirmədiyinə görə rədd edilmişir. Bundan başqa, xx.xx.2024-cü il tarixində baş vermiş hadisədə sonra İddiaçı anası Cavabdeh ilə görüşmüş və onların ailə həyatına müdaxilələri, elcə də onlara qarşı şər-böhtanların dayandırması şərti ilə mübahisəli mənzili anası Afət Ağazdənin adına keçirməklə bağlı razılaşmışlar. Lakin, Afət Ağazadə verdiyi vədə əməl etməmiş, bağışlama müqaviləsindən sonra dərhal Sevda Ağazadə barəsində Yasamal RPİ-nin 27-ci PB-ə şikayət etmişdir. Yuxarıda qeyd olunduğu kimi, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Odur ki, İddiaçı mübahisələndirilən mənzili onu və ailəsini narahat etməməsi şərti ilə bağışlamışdır. Buna baxmayaraq Cavabdeh yenidən öz qanunsuz əməllərinə davam etmişdir. Qeyd edir ki, Ağa-X28 Rüstəmi və həyat yoldaşı Ağazadə Sevdadan qorxu yaradaraq ayırmaq məqsədi ilə 04 aprel 2024-cü il tarixində Ağa-X24 Rüstəm və Sevdanın birgə yaşadıqları ünvana hücum edilməsi, qapısının kilidinin sındırılması və əşyalarının talanması ilə bağlı Yasamal RPİ-nə İddiaçı tərəfindən şikayət ərizəsi ünvanlanmışdır. Cavabdeh ailə həyatlarına müdaxilələr və digər qaunusuz hərəkətlərinin razılaşma yolu ilə həll olunmayacağını gördükdən sonra, Cavabdeh barəsində törətdiyi cinayət əməllərinə görə hüquq-mühafizə orqanlarına müxtəlif şikayət ərizələri ünvanlanmışdır. Bakı şəhər Prokurorunun müavini Mobil Şəfiyevin cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi və icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərarında istintaq zamanı təyin olunmuş təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli T 392/2024 nömrəli rəydə Ağa-X5 qalça tini nahiyəsinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətin olması təsbir olunduğu qeyd olunmuşdur. Lakin, xx.xx.2024-cü il tarixli 370 nömrəli rəyin təsviri hissəsində Ağa-X6 qalça nahiyəsində və sol bud nahiyəsində xəsasrətlərin olması göstərilsə də həm qeyd olunan rəyin nəticə hissəsində həm də ki, təkrar ekspertizası rəyində Cavabdeh 1 xəsarətinin olduğu qeyd olunmuşdur. Mövcud ziddiyyətin aradan qalxması üçün Bakı şəhər Prokurorunun müavini komisyon-məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmalı olduğunu vurğulamışdır. Bundan əlavə, sözügedən qərarda qeyd olunmuş xüsusatlardan biri cinayət işi materiallarından Cavabdeh İddiaçı ilə birgə yaşadığı ünvan 11 ünvanında yerləşən yaşayış binasındakı mənzilin kilidini özbaşına sındıraraq evə daxil olması və qapının açarını dəyişməsi görünsə də, qeyd olunan istiqamətdə hər hansı bir araşdırma aparılmamış, həmin mənzilə dair sənədlər əldə olunaraq cinayət işinin materiallarına əlavə edilməmiş, Cavabdeh əməlində CM-nin 156-cı və ya 322-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına aydınlıq gətirilməmişdir. Həmçinin, Bakı şəhər Prokurorluğunun qərarında qeyd olunmuş məqamlardan biri odur ki, xx.xx.2024-cü il tarixində o və Cavabdeh arasında baş vermiş insidentin ictimai qaydanı kobud surətdə pozulub-pozulmaması aydınlaşdırılmalı, şəxslərin əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmaması aydınlaşdırılmalıdır. Önəmli məqamlardan biri də budur ki, Cavabdeh ilkin ərizə və izahatında X2 qarnına və sinəsinə təpiklə zərbə endirdiyini bildirsə də zərərçəkmiş şəxs qismində dindirilən zaman onun baldır və diz nahiyəsinə zərbələr endirdiyini bildirdiyindən qeyd olunan ziddiyyətlərlə bağlı Cavabdeh əlavə ifadəsi alınmalı və ziddiyyətli məqamlarla bağlı suallar verilməli olduğunu qeyd etmişdir. Bu səbəbdən də İddiaçı ailə münasibətlərində sakitliyi və nizamı bərpa etmək məqsədi ilə Cavabdeh bağışladığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., bina 33, mənzil 40, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzil barəsində xx.xx.2024-cü il tarixli zamnışaD“ Əmlakın bağışlanması müqaviləsi”nin və çıxarışın ləğv olunması tələbi ilə bağlı Yasamal Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır. İddianın təmin edilməməsi ilə bağlı qətnaməni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özluyundə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, huquqi nəticələrə səbəb olmur. Bu cur əqd baglandıgı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlıgının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd uzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaga, alınanları eyni ilə qaytarmaq mumkun olmadıqda isə (o cumlədən alınanlar əmlakdan istifadədə, gorulmus isdə və ya göstərilmiş; xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə baglanmıs əqdin mubahisələndirilməsi ucun tərəfin yanlıs məlumat verərkən fayda goturmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüs oldugunun əhəmiyyəti yoxdur. Ücuncu səxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda göturən səxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmiṣsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mubahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan basqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurdugu real zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-ci maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4cü maddələrində göstərilən əsaslar uzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli səkildə ṣərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayısı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləsdirilmiṣ ṣərtləri pozmaqla bağlanmıs əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmisdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması onun qanunvericilikdə nəzərdə tutulmuṣ sərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaṣdırılmıṣdır: əqdin subyekt tərkibinə dair ṣərtlər; əqdin məzmununa dair ṣərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair ṣərtlər; əqdin formasına dair ṣərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması ücün hər bir kateqoriyadan olan ṣərtlərə əməl edilməlidir. Qeyd edilməli önəmli məqamlardan biri də, Cavabdeh yalan vəd etmə yolu ilə razılığa gələrək müqavilə bağlaması Mülki Məcəllənin 339.3-cü maddəsinin tərkib əlamətlərini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı islərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin ozünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmus ṣərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Belə ki, xx.xx.2024-cü il tarixli ünvan 12 ünvanında yerləṣən, ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanması ilə bağlı “Dasınmaz əmlakın bağşlanması müqaviləsi”nin bağlanma anına qədərki danışıqlar Ağa-X24 Rüstəm və Ağazadə Sevdanın ailə münasibətlərinə müdaxilə etməməsi, onlara qarşı şər-böhtan atmaqdan çəkinməsi və diğər qanunsuz əməllərini dayandırmaq olmuşdur. Buna baxmayaraq, Cavabdeh həm müqaviləyə qədərki danışıqlara əməl etməmişdir. Cavabdeh əqd bağlanarkən İddiaçı aldadaraq ona həyat yoldaşından və onun şəxsi həyatına etdiyi müdaxilələri dayandıracağını yalandan vəd etmiş və əqd bağlandıqdan sonra isə verdiyi vədə əməl etməyərək Sevda Ağazadə barəsində polisə şikayət etmişdir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı iṣlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özüıun deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmus ṣərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Məhkəmə qətnamədə iddiaçının göstərdiyi hüquq münasibətlərin düzgün qiymət verməmiş, düzgün əsaslandırma aparmamış, maddi və prosessual normaları pozmuş nəticədə qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli qərarının tələbləri pozulmuşdur. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Bildirir ki, Yasamal Rayon Məhkəməsinə bağışlanma müqaviləsinin və çıxarışın ləğvi ilə bağlı iddia ərizəsinə əlavə olunmuş Afət Ağa-Zadənin və onun təkid etdiyi digər şəxsin etdiyi əsassız şikayət və ya müraciətlərlə bağlı müvafiq sənədlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, həmin sənədlər Cavabdeh evi bağışlanma üsulu ilə əldə etməsi İddiaçı və Sevda Ağazadəni boşanma həddinə çatdırmaq üçün atılmış növbəti addımın olduğunu deməyə əsas verir. Belə ki, hakimin ədalət mühakiməsini düzgün şəkildə icra etmək üçün sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanması iş üzrə obyektiv həqiqəti öyrənməyə zəmin yarada bilərdi. Qeyd olunan xüsusat məhkəmənin yuxarıda qeyd olunmuş Yasamal Rayon Məhkəməsi qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, çəkişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir. E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Bildirir ki, İddiaçı vəkili olaraq özü və digər vəkili Vəkil1 xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə” sisteminə əlavə etdiyi üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmələri barədə ərizə məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddaçı kimi məhkəmə baxışı onların iştirakı ilə keçirilsə idi, məhkəmə iclasında iş üçün əhəmiyyətli olan və yekun qərar qəbul edilməsinə təsir edəcək dəlilləri məhkəməyə təqdim edəcəkdi. Bununla da, Yasamal Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 9-cu maddəsində və Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş çəkişmə prinsipinin hakimlər tərəfindən təmin olunması tələbi pozulmuşdur. Yasamal Rayon Məhkəməsi e-2(004)-5344/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı xx.xx.2024-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, bina 33, mənzil 40, giriş 1 ünvanında yerləşən, ümumi sahəsi 82.7 kv.m, 2 otaqlı mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanması ilə bağlı zamnışaD“ əmlakın bağışlanması müqaviləsi” və çıxarışın ləğv edilməsi haqqında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlə iddiaçı arasındakı razılaşmaya əsasən Rüstəm mənzili anasına bir şərtlə bağışlamışdır ki, gələcəkdə anası onun özü ilə və həyat yoldaşı ilə bağlı hüquq-mühafizə orqanlarına, məhkəmələrə və digər təşkilatlara müraciət etməsin. Lakin cavabdeh həmin şərti pozmuşdur. Bundan sonra İddiaçı aldadıldığını başa düşmüş və məhkəməyə və hüquq-mühafizə orqanına müraciət etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin dəlillərinin əsassız olmasını bildirib, birinci instansiya məhkəməsinə təqdim etdikləri etirazın məzmununa uyğun izahat verib şikayətin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli Qərarı 1.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

3. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində baş vermiş hadisədən sonra o, arvadı Sevda Ağazadə ilə anası Cavabdeh arasında kəskinləşmiş münasibətlərin normaya düşməsi üçün əvvəllər anası tərəfindən ona hədiyyə olunmuş mənzili xx.xx.2024-cü il tarixdə anasına, sonuncunun onun ailə həyatına müdaxilələri, elcə də onlara qarşı şər-böhtanların dayandırması şərti ilə, bağışlamış, X30-Zadə verdiyi vədə əməl etməmiş, bağışlama müqaviləsindən sonra Sevda Ağazadə barəsində Yasamal RPİ-nin 27-ci PB-ə şikayət edərək yenidən öz qanunsuz əməllərini davam etdirmiş, beləliklə cavabdeh yalan vəd etmə yolu ilə onunla razılığa gələrək müqavilə bağlamaqla onu aldatdığından daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın ləğv edilməsi xahiṣ olunur. Kollegiya qeyd edir ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Lakin qanunverici Mülki Məcəllənin 670.1-ci maddəsində bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini də mümkün saymışdır. Həmin maddəyə uyğun olaraq, bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinin nəticələri Məcəllənin 670.3-cü maddəsi ilə tənzimlənir. Qeyd edilməlidir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən, yəni real bağışlama müqaviləsi bağlanandan sonra edilən imtinanı ehtiva edir. Bu maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.2-ci maddəsi isə konsensual bağışlama müqaviləsinin, yəni hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarını tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarı). Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi ilə cavabdehdən hədiyyə olaraq qəbul etdiyi ünvan 11, mənzil 40, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 82.7 kv.m. olan 2 otaqlı mənzili notariat qaydasında təsdiqlənmiş xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən anası olan cavabdehə bağışlamışdır. İddiaçı əqd bağlanarkən cavabdeh tərəfindən aldadıldığını, tərəflər arasında şərtlə bağışlama müqaviləsi bağlanmasını bildirsə də bu halı sübuta yetirəcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında real bağışlama müqaviləsi bağlanmış, hədiyyə verən mülkiyyətində olan daşınmaz əmlakı hədiyyə alana bağışlayarkən hər hansı bir şərt müəyyən etməmiş, yəni bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hədiyyəni aldıqdan sonra hədiyyə alan cavabdeh hədiyyə verən iddiaçı və ya onun yaxın qohumu barəsində qanunla müəyyən olunmuş, bağışlamadan imtina edilməsinə əsas ola biləcək hər hansı bir hərəkəti etməmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(004)- 5344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar