Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1896/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4860/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhsil haqqı olaraq, hər ay sabit pul məbləğində 500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4860/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadı ilə MPM-in 152.1.3-cü maddəsinə (aidiyyət qaydalarının pozulması) əsaslanmaqla, iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 29 dekabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona əsaslanmışdır ki, iddia ərizəsində cavabdehin Ukrayna Respublikası, Suminski vilayəti, Suminski rayonu, Stepanovka qəsəbəsi, Sentralnı küçəsi, ev 72, mənzil 15 ünvanı üzrə pasport qeydiyyatına alındığı (yaşadığı) göstərilmişdir. Bu qəbildən olan iddialara iddiaçının rəsmi qeydə alındığı yerin məhkəməsində baxılması da nəzərdə tutulmamışdır. Bu da öz növbəsində hüquqi baxımdan hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş iddiaçı X1 (hazırkı iş üzrə iddiaçının anası) Cavabdeh (hazırkı iş üzrə cavabdeh) qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia vermiş, həmin iddia tələbinə Binəqədi Rayon Məhkəməsində baxılaraq müvafiq məhkəmə aktı qəbu edilmişdir (Binəqədi Rayon Məhkəməsinin 2(001)-524/2021 saylı, 02.03.2021-ci il tarixli qətnamə- i/v 18-20). İddiaçının hazırkı tələbində məlum olur ki, o, atasından maddi yardım istəyir, belə olan halda isə onun iddia tələbi MPM-in 36.3-cü maddəsinin təsiri altına düşdüyü görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə görə alimentin alınması ... haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Belə olan halda aydın olur ki, rayon məhkəməsi tərəfindən hazərkı iddai ərizəsinin geri qaytarılması zamanı prosessual qanunvericiliyin qeyd olunan tələblərinə diqqət yetirilməmiş və qərarda yetərincə əsaslandırılmamışdır. Buna görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və yuxarıda göstərilən məsələrlərin araşdırılması və iddiaçının ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-4860/2021 saylı, 04 iyun 2021ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələ yenidən baxılması üçün iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1896/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1896/2022
10.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver