Məhkəmə qərarları › İş №2(103)-1897/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1897/2021

02.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1897/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçı X2 vəkili X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbi barədə mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(010)-10733/2016 saylı qətnaməsindən İddiaçı Natiq oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(010)-10733/2016 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddiası təmin edilmiş, cavabdeh “xxxx” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən sahəsi 68,0 kv.m olan, 1 otaqdan ibarət 170 saylı mənzilinə dair bağlanmış 15.12.2009-cu il tarixli, 43 saylı, həmin yaşayış binasının 4-cü blok 15-ci mərtəbəsində yerləşən sahəsi 73,0 kv.m olan 1 otaqdan ibarət 318 saylı mənzilinə dair bağlanmış 15.12.2009-cu il tarixli, 44 saylı və həmin yaşayış binasının 4-cü blok 6-cı mərtəbəsində yerləşən sahəsi 111,4 kv.m olan 3 otaqdan ibarət 267 saylı mənzilinə dair bağlanmış 15.12.2009-cu il tarixli 45 saylı müqavilələrin ləğv edilməsi barədə verilmiş 26 dekabr 2011-ci il tarixli 16 saylı əmrin etibarsız hesab edilməsi və əmrin nəticələrinin ləğv edilməsi, iddiaçı X3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 13 M saylı evin 1 otaqdan ibarət ümumi sahəsi 68,0 kv.m olan 170 saylı, həmin yaşayış binasının 1 otaqdan ibarət ümumi sahəsi 73,0 kv.m olan 318 saylı və həmin yaşayış binasının 3 otaqdan ibarət ümumi sahəsi 111,4 kv.m olan 267 saylı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 13 M saylı evin 1 otaqdan ibarət ümumi sahəsi 68,0 kv.m olan 170 saylı, həmin yaşayış binasının 1 otaqdan ibarət ümumi sahəsi 73,0 kv.m olan 318 saylı və həmin yaşayış binasının 3 otaqdan ibarət ümumi sahəsi 111,4 kv.m olan 267 saylı mənzillərin cavabdeh “xxxx” MTK tərəfindən iddiaçı X4 təhvil verilməsi və onun həmin mənzillərdən sərbəst istifadə etməsinə cavabdeh “xxxx” MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Maraqlı şəxs İddiaçı Natiq oğlu apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bununla yanaşı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(010)-10171/2016 saylı digər qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddiası qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 13 M saylı evin 3 otaqdan ibarət ümumi sahəsi 111,4 kv.m olan 267 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzildən sərbəst istifadə etməsinə cavabdeh “xxxx” MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, məhkəmə xərclərinin - 10 (on) manat dövlət rüsumunun cavabdeh “xxxx” MTK-dan alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. X5 maraqlı şəxs kimi həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı X2 vəkili ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamələrdən verilmiş apelyasiya şikayətləri üzrə icraatların birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququnun bərpası” tələbinə dair 2(103)-1897/2021 saylı mülki iş X2 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair 2(103)-939/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar