Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1898/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim:TofiqSəmədoğluSəmədovunsədrliyivəməruzəsilə HakimlərİkramSabiroğluŞirinov, X1, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkil X2, Cavabdeh1 nümayəndəsi-Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, DƏDRX-nin Bakı X5, Cavabdeh3 qarşı qeydiyyatın etibarsızlığı və digər tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin Cavabdeh3 münasibətdə “alqısatqının və çıxarışın ləğv olunması hissəsində baxılmamış saxlanılması barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-41/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X3rşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-41/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, onun iddiasının təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9255/2019 saylı xx xxxx 2019cu il tarixli qərardadı ilə Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X3rşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya müvafiq olaraq inzibati orqana müraciət etdikdən sonra müraciəti müsbət həll olunmadığı təqdirdə müvafiq inzibati məhkəmədə iddia tələbi irəli sürmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardaddan cavabdehlərdən Cavabdeh1 verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6943/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının səlahiyyətli nümmayəndəsi Şirinli Tofiq məhkəməyə ərizə təqdim edərək, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd olunan tövsiyyələri nəzərə alaraq iddia tələbinin Cavabdeh3 münasibətdə “alqı-satqının və çıxarışın ləğv olunması hissəsində geri qaytarılmasını nəzərə alıb, iddia ərizəsinin həmin hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 və onun səlahiyyətli nümayəndəsi iddiaçının ərizəsinə eitrazlarının olmamasını və hazırkı işin həmin hissədə mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini bildirmişlər. Kollegiya işin hallarını müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən İddiaçı səlahiyyətli nümayəndəsinin iddia tələbinin Cavabdeh3 münasibətdə “alqı-satqının və çıxarışın ləğv olunması” hissəsində iddia ərizəsinin qaytarılması barəsində ərizəsi təmin olunmalı, qətnamə iddia tələbinin Cavabdeh3 münasibətdə “alqı-satqının və çıxarışın ləğv olunması” hissəsində ləğv edilməklə, iddia ərizəsinin həmin hissədə baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11.-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 263, 306.4 və 405-ci maddələrini rəhbər tutaraq kollegiya Q Ə R A R A A L D İ: İddiaçı səlahiyyətli nümayəndəsinin iddia tələbinin Cavabdeh3 münasibətdə “alqı-satqının və çıxarışın ləğv olunması” hissəsində iddia ərizəsinin qaytarılması barəsində ərizəsi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh3 münasibətdə “alqı-satqının və çıxarışın ləğv olunması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1898/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1898/2020
13.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver