Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1917/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1917/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 18 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 066 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin müraciəti, DƏDRX-nin MH seriyalı JN-0037 saylı çıxarışı nəzərə alınaraq Xırdalan şəhəri ərazisində 12,83 ha olan torpaq sahəsində ticarət və iaşə obyektlərinin tikintisinə icazə verilmiş, xx.xx.2008-ci il tarixli “Qeyri- Dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin” istismara qəbul edilməsinə dair aktla "xxxx" MMC tərəfindən inşaası başa çatmış ticarət və iaşə kompleksi istismara qəbul edilmişdir
2. "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2008-ci il tarixli 2 nömrəli protokoluna əsasən təsisçilər İddiaçı2 (NK-nın 50%), İddiaçı1 (NKnın 25), iştirakçı X5 iştirakları ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 066 №-li Sərəncamı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində MH seriyalı JN-0037 KOD 30801006 və JN-0119 KOD 30801006 saylı Dövlət Aktları ilə "xxxx" MMC-yə məxsus Xırdalan şəhəri ərazisində 12,83 ha torpaq sahəsində təsisçilər İddiaçı2 və İddiaçı1 şəxsi vəsaitləri hesabına "xxxx" ticarət mərkəzinin tikilməsi, tikintinin aparılması X5 rəhbərliyi ilə X6, X10, X7, X8, X2 tapşırılması qərara alınmışdır.
3. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133R nömrəli 129 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 91, 92, 95, 96, 97, 98, 99, 100 Cavabdeh3, 27 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza №93 Cavabdeh5, 27 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza №94 Cavabdeh4 qeyri-yaşayış sahələrini satmışdır.
4. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133V nömrəli 74 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 47, 49, 50, 60, 61, 62, 63, 64, 65 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 53, 54, 55, 56, 57, 58, 80, 81, 82, 83, 84, 85 hər biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 66, 67, 68, 69, 78, 79 qeyri-yaşayış sahələrini Şahbazlı X1.
5. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133Q nömrəli 30 girişli, 1620,0 kv.m. ümumi, 1620,0 kv.m. əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 qeyri-yaşayış sahələrini Şahbazlı X1.
6. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133S nömrəli 99 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 51, 52, 59, 60, 61, 62, 63, 64, 65 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 53, 54, 55, 56, 57, 58 Cavabdeh6, hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 46, 47, 48, 49 Cavabdeh2 qeyri-yaşayış sahələrini satmışdır.
7. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133AG nömrəli 81 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 41, 42, 43, 44, 45, 47, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 48, 49, 50, 51, 52, 53, 68, 69, 70, 71, 72, 73 qeyri-yaşayış sahələrini Cavabdeh6 satmışdır.
8. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133L nömrəli 72 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 31, 32, 33, 34, 35, 36, 37, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 64, 65, 66, 67, 68, 69, 70 biri 5 kv.m. ibarət olan və hər biri 400 manata mağaza № 38, 39, 40, 41, 42, 43, 58, 59, 60, 61, 62, 63 qeyri-yaşayış sahələrini İddiaçı2 satmışdır.
9. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133R nömrəli 129 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasından yalnız biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 91, 92, 95, 97, 98, 99, 100 Cavabdeh3, 27 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 93 X11, 27 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 94 Cavabdeh4 qeyri-yaşayış sahələrini satmışdır.
10. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133AF nömrəli 75 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız 54 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza №14 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
11. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133H nömrəli 72 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 31, 66 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
12. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133O nömrəli 77 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız 54 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 2 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
13. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133Y nömrəli 72 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız 54 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 42 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
14. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133T nömrəli 127 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 9, 11, 12 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
15. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133A nömrəli 72 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 4, 7 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
16. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133E nömrəli 89 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 69, 70 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
17. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133İ nömrəli 74 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 41, 42, 43, 60, 61, 64, 65 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
18. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133S nömrəli 99 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 26, 27, 66, 67, 68, 69 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 81, 82, 83, 84, 85 qeyriyaşayış sahələrini Cavabdeh1 satmışdır.
19. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133R nömrəli 129 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 103, 104, 106, 118, 83, 87, 88, 89, 90 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 75, 76, 77, 78, 79, 80, 109, 110, 111, 113, 114 qeyri-yaşayış sahələrini Cavabdeh1 satmışdır.
20. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133J nömrəli 119 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 27 kv.m. ibarət olan hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 52, 83, 109 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
21. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133AB nömrəli 71 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 13, 18 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
22. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133 nömrəli 88 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 43, 44, 45, 70, 72 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
23. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133AA nömrəli 71 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 75, 76, 77, 107, 108, 111, 112 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
24. Bağlanmış alqı-satqı müqavilələri əsasında alıcıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2009-cu ildə qeydə alınmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir.
25. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2011- ci il tarixli bağışlanma müqaviləsinə əsasən “Hədiyyə verən” "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində yerləşən 133A nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 54 kv.m. olan 9,13,16,22,23,24 nömrəli mağazaları; 133B nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 54 kv.m. olan 50,51,52,53,55 nömrəli mağazaları; 133C nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 54 kv.m. olan 44,46 nömrəli mağazaları; 133D nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 54 kv.m. olan 49,66 nömrəli mağazaları; 133V nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasından hər biri 27 kv.m. olan 17,18,19,30, 31,33,37,39,90,96 nömrəli mağazaları; 133G nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından 54 kv.m. olan 35 nömrəli mağazanı; 133Y nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 27 kv.m. olan 10,15,51, 57,66 nömrəli mağazaları; 133H nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasından 54 kv.m. olan 53 nömrəli mağazanı; 133X nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasından hər biri 27 kv.m. olan 34,56,57,82,96, 113, 120 nömrəli mağazaları; 133AA nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasından hər biri 27 kv.m. olan 38,42,60,66 nömrəli mağazaları “Hədiyyə alan” Cavabdeh1 mülkiyyətinə vermiş, «Hədiyyə alan» isə Cavabdeh1 qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etmişdir.
26. "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli Nizamnaməsinə (2-ci redaksiyada) əsasən "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 (100 manat, 2 pay, 50%, pul şəklində), İddiaçı1 (50 manat, 1 pay, 25%, pul şəklində) və Cavabdeh1dur (50 manat, 1 pay, 25%, pul şəklində). Cəmiyyətin Nizamnamə kapitalı 200 manat həcmində hər birinin dəyəri 50 manat olmaqla 4 paydan ibarətdir və təsisçilər tərəfindən bir dəfəyə pul şəklində ödənilmişdir.
27. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən "xxxx" MMC xx.xx.2002-ci ildə dövlət qeydiyyatına alınmış, İddiaçı2 –50% pay, İddiaçı1 – 25% pay, Cavabdeh1 – 25% pay hüququ ilə "xxxx" MMC-nin təsisçiləridir.
28. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən "xxxx" MMC xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyat idarəsində qeydiyyata alınmış, ona ********** saylı dövlət qeydiyyat nömrəsi (VÖEN) verilmişdir. Həmin tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə təsisçi kimi qeydiyyata alınmış Cavabdeh1 MMC-nin fəaliyyəti üçün investisiya, sair xərclərin ödənilməsi və digər sahələrin maliyyələşdirilməsi üçün heç bir pul vəsaiti "xxxx" MMC-yə daxil olmamışdır.
29. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh6 cavabdehlər X18 və "xxxx" MMC-nin mühafizə və təhlükəsizlik xidmətinə (3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı “daşınmaz əmlak üzərində istifadə etmə hüquqlarına edilən müdaxilələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, cavabdehlər tərəfindən delikt törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraat dayandırılmışdır.
30. Bakı şəhəri Nərimanov Rayon Məhkəməinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC-nin təsisçiləri Cavabdeh1 Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddianın qismən təmin edilməsi, Cavabdeh1 1.114.703 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması, iddianın qalan hissələrdə rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 aid edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
31. İddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Ticarət mərkəzində Cavabdeh1 adına DƏDRX tərəfindən verilmiş 70 mağazanın və yaxın qohumlarının - həyat yoldaşı Cavabdeh2 adına DƏDRX tərəfindən verilmiş 4 mağazanın, oğlu Cavabdeh6 adına DƏDRX tərəfindən verilmiş 98 mağazanın, Cavabdeh3 adına DƏDRX tərəfindən verilmiş 8 mağazanın, Cavabdeh4 adına DƏDRX tərəfindən verilmiş 1 mağazanın və Cavabdeh5 adına DƏDRX tərəfindən verilmiş 1 mağazanın, ümumi şəkildə verilmiş 182 mağazaların çıxarışlarının ləğv edilməsi, həmin mağazaların "xxxx" MMC-nin təsisiçiləri İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Sonradan iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Ticarət Mərkəzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına dəyəri ödənilmədən alqı-satqı müqaviləsi əsasında satılmış və həmin müqavilələr əsasında adlarına rəsmiləşən 182 mağazanın çıxarışlarının etibarsız hesab edilməsi, bu mümkün olmadığı halda Cavabdeh1 payına düşən 41.000.000 manat məbləğinin alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
33. İddiaçılar sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddia ərizəsində qeyd edilən əmlakların satışından əldə edilmiş pul vəsaiti iddiaçılara verilməmişdir. Göstərilənlərə əsasən mübahisəli əmlakların alqı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manat cavabdehlərdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
34. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Nizamnaməsinin 2-ci redaksiyası 3 nəfər təsisçi İddiaçı2, İddiaçı1 və Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. Lakin Cavabdeh1 müəssisənin nizamnamə kapitalından başqa "xxxx" ticarət mərkəzinin tikintisinə qoyulmuş investisiyadan, sərmayədən Cavabdeh1 üzərinə düşən payını nə pul, nə daşınmaz əmlak, nə də ki qeyri-əmlak formasında qoymamışdır. Buna baxmayaraq, onların ona inancları itməmişdir. Cavabdeh1 hər dəfə onları, yəni təsisçilər İddiaçı2 və İddiaçı1 söylədiyi saxta kəlmələrlə, verdiyi vədlərlə aldadaraq, tikintiyə qoyulmuş investisiyadan onun üzərinə düşən 25% təşkil edən 41.000.000 manatın verəcəyini söyləmiş və onları buna inandırmışdır. Onların ona olan etibarlarından sui-istifadə edərək, təkrarən hələ onlardan 2.000.000 manat nəğd pul da almışdır. Bu günədək Cavabdeh1 onların hesablarına varlanmaq məqsədi ilə və hüquqdan dolayı formada istifadə edərək, onları aldadaraq, özünün Cavabdeh1 adına 70 mağazaya və yaxın qohumları - həyat yoldaşı Cavabdeh2 adına 4 mağazaya, oğlu Cavabdeh6 adına 98 mağazaya, Cavabdeh3 adına 8 mağazaya, Cavabdeh4 adına 1 mağazaya və Cavabdeh5 adına 1 mağazaya, ümumi şəkildə 182 mağazaya mülkiyyət hüququ verən çıxışlar əldə etmişdir. Bu günə qədər Cavabdeh1 əldə etdiklərinin heç bir hüquqi əsası yoxdur və əldə etdiklərini qaytarmalıdır. Cavabdeh1 "xxxx" MMC-nin təsisçi olsa da, onun təsisiçiliyi formal xarakter daşıyır. Belə ki, Cavabdeh1 əsası iş yeri və fəaliyyəti əsası onlar “Riyad- Renta” şirkətinin təsisçiləri tərəfindən qoyulmuş “Nigar” adlı Klinikasına rəhbərlik etməsi olmuşdur. Lakin Cavabdeh1 onlar təsisçilərin ona göstərdikləri etimad və qayğılardan vicdansızcasına istifadə edərək “Riyad-Renta” şirkətinin “Nigar” adlı Klinikasının daşınar və daşınmaz əmlakını mənimsəmiş və əsassız varlanmışdır. Belə ki, Cavabdeh1 “Nigar Klinikası”na rəhbərlik etdiyi dövr ərzində ümumilikdə 14.417.160 manat məbləğini mənimsəmişdir. Eyni ilə də "xxxx" ticarət mərkəzindən yalancı vədlər verərək, onlar təsisçilərin etibarından sui-istifadə edərək 70 mağazanın öz adına, qalan hissəsini yaxın qohumlarının adına dəyəri ödənilmədən rəsmiləşdirməsinə nail olmuşdur. Belə ki, Cavabdeh1 həmin mağazaların dəyərini rəhbərlik etməsini ona həvalə və etibar etdikləri Nigar Klinikasından gələn gəlirlərdən ödəyəcəyini vəd vermişdir. Onlar da onun həmin dövrlərdə başına gələn ağır faciəni və s.nəzərə alaraq "xxxx" ticarət mərkəzindən Cavabdeh1 və onun yaxın qohumlarının adına mağazaların dəyəri ödənilmədən alqısatqı edilməsinə etiraz etməmişlər. Mübahisəli mağazaların alqı-satqısı Abşeron 1 saylı notariat kontorunda aparılmışdır. Həmin alqı-satqı müqavilələrindən də açıq-aşkar görünür ki, "xxxx" MMC ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi formal olaraq bağlanılmış və mağazaların dəyəri müəyyən edilməmişdir. Sözügedən alqı-satqı müqavilələrinin dəyərinin müəyyən edilməməsi ilə yanaşı həmin əmlakların dəyərinin ödənilməsi barədə "xxxx" MMC-nin hesabına heç bir mədaxil olmamışdır. Bundan əlavə, Cavabdeh1 "xxxx" ticarət mərkəzinin tikintisi ilə əlaqədar üzərinə götürdüyü və payına düşən 41.000.000 manat hal-hazıradək ödəməmişdir və bu yolla əsassız varlanmışdır. Cavabdeh1 onları aldatmış, qeyd edilən əmlakların pulu onlara ödənilməmiş, iddiaçılara pulun qaytarılacağı barədə müxtəlif vədlər vermiş, daha sonradan vermiş olduğu vədə əməl etmədiyindən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
35. Cavabdehlər Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən iddia müddəti keçdiyinə görə iddia tələbindən imtina olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddia ərizəsində iddiaçılar tərəfindən etiraf edilir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş bina və tikililər 2008-ci ildə istismara qəbul olunmuş və iddia ərizəsinə əlavə olunmuş çıxışların təqdim olunmuş çıxarışların təqdim olunma tarixləri 2009-cu ilə təsadüf edilir. Yəni 2009-cu ildə verilmiş çıxarışların təqribən 8 ildən sonra iddiaçılar tərəfindən mübahisələndirilməsi onlara əsas verir ki, iddiadan imtina barəsində qərar çıxarmasına dair ərizə ilə məhkəməyə müraciət edək. Belə ki, iddiaçıların formal mülahizələrinə əsaslanan iddia tələbi təqribən 8 ildən sonra irəli sürülmüş və eləcə də ərizədə göstərilən dəlillər həqiqəti əks etdirmir. Yalnız və yalnız fərziyyələrlə əsaslandırılmışdır. Odur ki, iddiaçıların formal mülahizələrinə əsaslanmış tələbləri ilə razı olmayaraq qeyd edirlər ki, iddiaçılar qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. İddia müddətinin keçməsi barədə cavabdeh tərəfin verdiyi ərizə məhkəmə üçün iddiadan imtina edilməsinə dair qərar çıxarmasına qeyd şərtsiz əsas yaradır. Göstərilənlərə əsasən iddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti keçməklə verildiyi üçün həmin iddiadan imtina barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
36. “Premium Legal Services” MMC-nin xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahələrinin (mağazaların) qiymətləndirilməsi barədə hesabatına əsasən toplanmış məlumatlar nəzərə alınmaqla, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, mülkiyyətçilər Cavabdeh1 məxsus 70 sayda və ümumi sahəsi 1503 kv.m təşkil edən, Cavabdeh6 məxsus 98 sayda və ümumi sahəsi 3660 kv.m təşkil edən, Cavabdeh3 məxsus 8 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən, Cavabdeh2 məxsus 4 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən, Cavabdeh4 məxsus 1 sayda və ümumi sahəsi 27 kv.m təşkil edən və Cavabdeh5 məxsus 1 sayda və ümumi sahsi 27 kv.m təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında 12.83 ha torpaq sahəsi üzərində yerləşən, cəmi 182 sayda olan, ümumilikdə 5649 kv.m təşkil edən qeyri - yaşayış sahələrinin (mağazaların) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiymətinin 1 kv.m = 1300 manat x 5649 kv.m. = 7.343.700 (yeddi milyon üç yüz qırx üç min yeddi yüz) manat, likvid qiymətinin 1 kv.m = 1100 manat x 5649 kv.m. = 6.213.900 (altı milyon iki yüz on üç min doqquz yüz) manat müəyyən edilmişdir.
37. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 02 mart 2022-ci il tarixli, 2(006)-4/2022 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında 12.83 ha torpaq sahəsi üzərində yerləşən və Cavabdeh1 məxsus 70 sayda və ümumi sahəsi 1503 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 1.953.900 (bir milyon doqquz yüz əlli üç min doqquz yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh6 məxsus 98 sayda və ümumi sahəsi 3660 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 4.758.000 (dörd milyon yeddi yüz əlli səkkiz min) manat məbləğində pul Cavabdeh6, Cavabdeh3 məxsus 8 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 980.800 (doqquz yüz səksən min səkkiz yüz) manat pul Cavabdeh3, Cavabdeh2 məxsus 4 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 280.800 (iki yüz səksən min səkkiz yüz) manat pul Cavabdeh2, Cavabdeh4 məxsus 1 sayda və ümumi sahəsi 27 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 35.100 (otuz beş min yüz) manat pul Cavabdeh4, Cavabdeh5 məxsus 1 sayda və ümumi sahsi 27 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri olan 35.700 (otuz beş manat yeddi yüz) manat pul Cavabdeh5 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 27.300 (iyirmi yeddi min üç yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutulub «Premium Legal Services» MMC, VÖEN: **********, hesablaşma hesabı «Unibank» KB-nin 11 saylı Dərnəgül filialına köçürülməsi qət olunmuşdur.
38. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiçılar "xxxx" MMC-nin təsisçiləri olmuş, daha sonradan yuxarıda qeyd olunan əmlakların çox hissəsi alğı-satqı müqavilələri əsasında qiymətləri göstərilməməklə, nağd şəklində cavabdehlərə satılmışdır. "xxxx" MMC-nin maliyyə çıxarışına əsasən isə cavabdehlər tərəfindən Cəmiyyətə hər hansı bir vəsait daxil olmamışdır. İddiaçılar hal-hazırda mülkiyyətində olmuş əmlakların satışından əldə olunmalı pul vəsaitinin onlara geri qaytarılmasını xahiş edir.
39. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından aydın görünür ki, iddiaçılar təsisçisi olduqları "xxxx" MMC-nin mülkiyyətinə olan daşınmaz əmlakları cavabdehlərin mülkiyyətinə keçirmiş, lakin cavabdehlər isə əldə etdikləri əmlakların qarşılığında "xxxx" MMC-nin xəzinəsinə hər hansı bir vəsait daxil etməmişdir. Bunun əksini sübut edən isə hər hansı bir ödəmə qəbzi və s. mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçılar hal-hazırda mülkiyyətində olmuş əmlakların satışından əldə olunmalı pul vəsaitinin onlara geri qaytarılmasını xahiş edir.
40. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfindən hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilmiş, lakin iddiaçıların tələbləri mülkiyyətlərində olduqları pul vəsaitin geri qaytarılması tələbi olduğundan məhkəmə hesab etmişdir ki, qeyd olunan iddiaya iddia müddəti tətbiq edilə bilməz.
41. Məhkəmə həmçinin iddianın tutulan pul məbləğinin 10.000.00 manat məbləğində olmaması hissəsində qeyd etmişdir ki, iddiaçılar iddiasına 10.000.000 manat məbləğini iddia etsələr də məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəydə bu hal öz əksini tapmamışdır.
42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560, 567, 646.1, 646.2, 385.1, 425.1, 448.1, 384.0.4, 375.1, 375.2, 377.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4, 217.3, 119.1, 216220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
43. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətləri verərək, qətamənin tam ləğv olunması və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
44. Cavabdeh1 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlərə qarşı belə bir iddia tələbinin qaldırılması üçün iddiaçıların subyektiv hüququnun olub-olmaması, eləcə də iddiaçıların qaldırdığı tələblər açıq-aşkar korporativ münasibətlərdən irəli gələn mübahisələrə aid olduğundan məhkəmə aidiyyatının kommersiya məhkəməsinə aid olması məsələləri- ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçılar tərəfindən həm iddianın predmeti, həm də əsası dəyişdirilsə də, yəni nəticə etibarı ilə yeni bir iddia tələbi təqdim olunmasına baxmayaraq, məhkəmə həmin halı ümumiyyətlə dəyərləndirməmişdir. İddianın predmetini- mübahisəli əmlakların alğı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manat cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi təşkil etsə də, məhkəmə bilə-bilə qanunsuz olaraq iddia predmetindən kənara çıxmış və məhkəmə işində tərəf olmayan "xxxx" MMC-nin xeyrinə əsassız olaraq pul vəsaitinin tutulmasını qət etmişdi. İddiaçılarla cavabdehlər arasında başa çatmış və hazırkı iş üçün zəruri əhəmiyyət kəsb edən və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4055/2019 saylı, xx.xx.2019cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)757/2020 saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1217/2021 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5707/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarları- müəyyən edilmiş faktlara, hallara və tərəflərin hüquq münasibətlərinə isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Qanunvericiliyə əsasən-başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə isə, qanunla müəyyən edilmiş iddia müddətin keçməsi ilə bağlı iddiadan imtina edilməsi barədə ərizəni əsassız və qanunsuz olaraq təmin etməmişdir. İddiaçıların dəlillərinə görə, Cavabdeh1 25% payına düşən 41.000.000 (164 000 000 x 25%) manat məbləğ ilə şərt olaraq razılaşsaq (əlbəttə ki, biz bununla razı deyilik), müəyyən olunur ki, təsisçilər tərəfindən MMC-yə ümumilikdə 164.000.000 manat investisiya qoyulmalı idi. Digər tərəfdən, şahid ifadələri ilə müəyyən olunmur ki, digər təsisçilər həqiqətən öz paylarına uyğun 50% paya görə 82.000.000 manat və 25% paya görə isə 41.000.000 manat, toplam 123.000.000 manat investisiya qoymuşlar. Eyni qayda ilə cavabdehlər ilə MMC arasında müqavilələr imzalansa da, məhkəmə heç bir mötəbər əsas və səbəb qeyd etmədən cavabdehlər ilə bağlanmış müqavilələrdə qiymətlərin göstərilməməsini və onlar tərəfindən pul vəsaitinin ödənilməməsini müəyyən etmişdir. Qeyd olunur ki, mübahisələndirilən müqavilələr üzrə iddiaçılar ümumiyyətlə tərəf olmamışlar. Eləcə də, müqavilədə tərəf olan MMC isə hazırkı məhkəmə işində nə iddiaçı, nə cavabdeh, nə də 3-cü şəxs kimi tərəf deyildir. Bir sözlə, iddiaçılar fiziki şəxs olaraq MMC-nin hüquq və öhdəliyinə görə cavabdeh olmadıqları halda, hüquqi şəxsin hüquq və öhdəliklərindən yaranmış iddiaları öz adlarından verilməsi qəbul edilən deyildir.
45. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılıb ki, Cavabdeh6 Azərbaycan Respublikasından kənarda olduğundan, məhkəmə iclaslarından xəbərdar olmamış və işdə iştirak edən vəkilə və nümayəndəyə isə məhkəmə iclasları barədə lazımi qaydada məhkəmə bildirişləri təqdim edilməmişdir. Eləcə də, vəkilin məhkəmə informasiya sistemində şəxsi kabineti olmasına baxmayaraq, məhkəmə onu hazırkı iş üzrə qeydiyyata almamışdır. Odurki, ondan aslı olmayan səbəbdən-Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4055/2019 saylı, xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-757/2020 saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1217/2021 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5707/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarlarının; 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülməsi barədə arayışların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. 46. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin (2-ci redaksiyada) xx.xx.2014-cü il tarixdə təsdiqi onu sübut edir ki, həmin dövrdə təsisçilər arasında hər hansı bir mübahisə olmamış, tərəflərin qarşılıqlı razılıqları əsasında onların MMC-nin nizamnamə kapitalındakı paylarına hər hansı bir dəyişiklik edilmədən yenidən təsdiq edilmişdir. Bu fakt,elecə də, iş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli 04 nömrəli və xx.xx.2014-cü il tarixli 05 nömrəli protokolları ilə bir daha sübut olunur. Belə ki, həmin potokollardan müəyyən olunur ki, MMC-nin təsisçiləri qarşılıqlı razılıq əsasında öz paylarına uyğun bölgülər aparmış və həmin protokolları notariat qaydada təsdiqləmişlər. Qeyd edilir ki, 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülmüşdür.
46. Cavabdeh5 apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin (2-ci redaksiyada) xx.xx.2014-cü il tarixdə təsdiqi olunması; notariat qaydada təsdiqlənmiş "xxxx" MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli 04 nömrəli və xx.xx.2014-cü il tarixli 05 nömrəli protokollarında göstərilən pay bölgüləri; 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülməsi və həmin dövrədək tərəflər arasında ümumiyyətlə hər hansı bir mübahisənin olmaması-faktlarının məhkəmə tərəfindən araşdırılmaması və dəyərləndirilməməsi onu sübut edir ki, məhkəmə cavabdehlərə qarşı qərəzli olmuş və nəticə etibarı ilə iş üzrə əhəmiyyətli halları müəyyən etməmişdir. Göründüyü kimi, hazırkı iddiaçılarla cavabdehlər arasında bir sıra məhkəmə mübahisələri olsa da, həmin məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində müəyyən edilmiş faktlar və hüquq münasibətləri nəzərə alınmamış və nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, ümumiyyətlə maddi və prosessual hüquq normlarının pozulması ilə nəticələnin qətnamə qəbul etmişdir. Bakı şəhəri Nəsini Rayon Məhkəməsinin 2(006)- 4\2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddianın predmetini isə mübahisəli əmlakların alqı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manatın cavabdehlərdən tutularaq iddiaçılara, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsi təşkil edir. Açıq-aşkardır ki, məhkəmə biləbilə qanunsuz olaraq iddia predmetindən kənara çıxmaqla yanaşı, həm də məhkəmə işində tərəf olmayan "xxxx" MMC-nin xeyrinə pul vəsaitini tutmaqla, qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsini sübut edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
47. İddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətlərinə etiraz ünvanlayaraq, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
48. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 05 aprel 2023-cü il tarixli, 2(103)-2686/2023 nömrəli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdiyev və F.H.Qasımov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və müəyyən etmişdir ki, iddiçılar "xxxx" MMC-nin təsisçiləri olmuş, daha sonradan yuxarıda qeyd olunan əmlakların çox hissəsi alğı-satqı müqavilələri əsasında qiymətləri göstərilməməklə, nağd şəklində cavabdehlərə satılmışdır. "xxxx" MMC-nin maliyyə çıxarışına əsasən isə cavabdehlər tərəfindən Cəmiyyətə hər hansı bir vəsait daxil olmamışdır. İddiaçılar mülkiyyətində olmuş əmlakların satışından əldə olunmalı pul vəsaitinin onlara geri qaytarılmasını xahiş etmişlər.
50. Kollegiya hesab etmişdir ki, iddiaçılar təsisçisi olduqları "xxxx" MMC-nin mülkiyyətində olan daşınmaz əmlakları cavabdehlərin mülkiyyətinə keçirmiş, lakin cavabdehlər isə əldə etdikləri əmlakların qarşılığında "xxxx" MMC-nin xəzinəsinə hər hansı bir vəsait daxil etməmişdir. Bunun əksini sübut edən isə hər hansı bir ödəmə qəbzi və s. mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.Buna görə də, idida işdə olan sübutlara əsasən düzgün olaraq qismən təmin edilmişdir.
51. Kollegiya apellyatorların prosessual məsələlərlə bağlı dəlillərini əsassız hesab edərək göstərmişdir ki, işdə olan sübutlara əsasən cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışlar. İddia ərizəsi xx.xx.2017-ci il tarixdə verilmiş, həmin vaxtı qüvvədə olan Mülki Prosessual Məcəllənin tələblərinə uyğun işə aidiyyəti üzrə düzgün olaraq ümumi məhkəmədə baxılmışdır.
52. Kollegiya məhkəmənin iddia müddəti ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, apellyatorların dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, iddiaçıların tələbləri mülkiyyətində olduqları pul vəsaitin geri qaytarılması tələbi olduğundan qeyd olunan iddiaya iddia müddəti tətbiq edilə bilməz.
d)Kassasiya instansiya məhkəməsində icraat
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-26/2024 nömrəli 06 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (məruzəçi), E.Şamayev və Ə.Xıdırov) cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2686/2023 nömrəli iş üzrə 05 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
54. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr tərəfindən Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edilməsi düzgün olmamışdır. Belə ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır.
55. Kollegiyanın mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehlərin ərizəsi üzrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətini tətbiq etməklə işi yenidən araşdırmalı və maddi hüquq normalarının tələblərinə cavab verən qətnamə qəbul etməlidir.
56. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin apellyasiya şikayətinin işin nəticəsi üçün əhəmiyyətli olan dəlilləri, yəni iddianın qaldırılması üçün iddiaçıların subyektiv hüququnun olmaması, həmçinin iddianın iddia tələbindən kənara çıxmaqla təmin edilməsi və işdə iştirak etməyə cəlb edilməyən hüquqi şəxsin xeyrinə pul tutulması, həmçinin iddia tələbinin Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinin tələbləri pozulmaqla dəyişdirilməsi barədə dəlilləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və bu dəlillərə hər hansı hüquqi qiymət verilməmiş, bununla da cavabdehlərin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
Proses iştirakçılarının izahatı
57. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
58. İddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
59. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 60.Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 61.Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 62.Maddə 87.1 Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
63. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
64. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
65. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
66. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
67. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
68. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
69. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
70. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
71. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
77. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
78. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
79. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
80. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməklə, qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
82. Kollegiya hesab edir ki, mübahisənin həlli, ilk növbədə, tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olmasından asılıdır. Belə ki, yalnız müqavilələrin etibarlılığı təsdiq olunduğu təqdirdə müqavilədən irəli gələn öhdəliklərin kimin tərəfindən pozulması halına hüquqi qiymət verilə bilər.
83. Hazırki işdə iddiaçılar olan "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 MMC-nin digər təsisçisi olan Cavabdeh1 və onun yaxın qohumları olan cavabdehlərlə 2009-ci ildə bağlanmış alqı-satqı müqavilələri üzrə alınmış qeyri-yaşayış sahələrinə görə alıcılar tərəfindən hər hansı ödəniş edilməməsinə əsaslanaraq həmin əmlakların bazar dəyərinin tutlmasını cavabdehlərdən tələb edirlər. Cavabdehlər isə mübahisəyə daşınmaz əmlak müqavillələri üzrə tələb hüququ üzrə 6 illik iddia müddətinin keçməsinə istinad edərək iddianın rədd edilməsini xahiş edirlər.
84. İşin hallarından da göründüyü kimi, iddiaçılar 2009-cu ilin müxtəlif vaxtlarında cavabdehlərə daşınmaz əmlakın satılması barədə müqavilələr notarial qaydada bağlanmış və müqavilələrdə satılan əşyanın tam dəyəri göstərilməsə də, həmin müqavilələrdə ilkin razılaşma müqaviləsindən qalıq məbləğlər göstərilmiş, həmin əmlak cavabdehlərin istifadəsinə verilmiş və bu əmlaklara dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin bəzi daşınmaz əmlaklar isə bağışlama müqaviləsi əsasında əvəzsiz olaraq cavabdeh Ş Şahbazovun mülkiyyətinə keçmişdir.
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fomalaşdırdığı mövqeyə görə iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).
86. Hazırda iddiaçılar müqavilələri mübahisələndirməmişlər, ondan əmələ gələn öhdəliklərin icra edilməsini tələb edirlər.
87. Hazırki halda iddiaçılar tərəfindən iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, iddia müddəti bu kimi işlərdə 6 il təşkil etdiyi halda, iddiaçılar iddia ərizəsi müqavilələr bağlandıqdan 8 il sonra məhkəməyə müraciət etmişlər.
88. Bundan əlavə kollegiya qeyd edir ki, yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
89. Hazırki işdə bütün müqavilələrin tərəfi iddiaçılar yox, "xxxx" MMC olmuşdur. Bu isə o deməkdir ki, hazırki iddia ilə yalnız həmin MMC müracəit edə bilərdi.
90. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
92. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 93.Kollegiya hesab edir ki, hazırki halda iddiaçılar olan təsisçilərin məhkəmədə müstəqil iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, MMC ləğv edilməmiş və mülki hüquq qabiliyyətini itirməmişdir. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 94.Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 95.Beləliklə müəyyən olunur ki, iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqları olmamış, eləcə də həmin tələb üzrə iddia müddəti keçmişdir. 96.Belə olan halda apelyasiya şikayətinin digər dəlillərinin yoxlanılmasına ehtiyac qalmır.
97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4/2022 nömrəli mülki iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.