Məhkəmə qərarları › İş №2(103)-1921/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1921/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1921/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X12, Cavabdeh, onun nümayəndəsi və vəkili X16 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” ASC cəlb edilməklə Cavabdeh qarşı “pul” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “borcun tutulması” haqqında qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin və qarşılıqlı iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciəedərək Cavabdeh 158.000 manat məbləğində pul vəsaitinin və həmin pul vəsaitinin 80.000 manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün, 40.000 manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün, 38.000 manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün, iş üzrə qəbul ediləcək qətnamənin çıxarıldığı günə olan bank uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faizlərinin, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı «borc pulun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh olan 107011 manat məbləğindəki borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun da ödənilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə ilkin iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, ilkin iddia tələblərinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «borc pulun ödənilməsi» tələbinə dair qarşılıqlı iddias tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzr iddiaçı Cavabdeh aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 257,30 manatın ilkin iddia üzrə Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, yəni ilkin iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunması və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, ilk iddianın 158.000 (yüz əlli səkkiz min) manat məbləğinin 38.000 manat hissəsinin cavabdehdən tululması, 80.000 (səksən min) manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün. 40.000 (qırx min) manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün. 38.000 (otuz səkkiz min) manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün, iş üzrə qəbul ediləcək qətnamənin çıxarıldığı günə olan bank uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faizlərinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinin təmin edilməməsini birinci instansiya məhkəməsi aşağıdakı kimi əsaslandırmışdır: «İlk iddia ərizəsində İddiaçı tərəfindən şəxsi vəsaiti hesabına alınan avtomobilin digər firmanın adına rəsmiləşdirmək üçün 38.000 manat məbləğində pul vəsaitinin Cavabdeh verilməsi qeyd edilsə də bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən ilkin iddia bu hissədə təmin oluna bilməz». «Habelə, ilkin iddia tələbinin hesablanmış faizlərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən pul vəsaitindən faydalanması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən ilkin iddia həmin hissədə də təmin oluna bilməz». İlk iddia ərizəsindən görünür ki, ilk iddia tələbinin 38.000 manat hissəsi ilə bağlı o məhkəməyə aşağıdakıları bildirmişdir: Bir müddət sonra cavabdeh ondan ASC-nin vergiyə olan 1 58.000 (yüz əlli səkkiz min) borcunu tamamlamaq üçün əlavə olaraq 38.000 (otuz səkkiz min) manat borc pul istədi. Lakin, o bu dəfə cavabdehə pul verməkdən imtina etdi və ona bildirdi ki, o da səhmdar kimi qalar, qalan 38.000 (otuz səkkiz min) manat vergi borcunu da öz hesabına ödəyər, sonra da 158.000 (yüz əlli səkkiz min) manat vergiyə edənilmiş olan puldan ondan borc aldığı 120.000 manat pulu ona qaytarar, özünün də kassaya qoyduğu 38.000 (otuz səkkiz, min) manatı ASC-dən alar. Bundan bir neçə ay sonra o şəxsi vəsaiti hesabına, lakin, ASC-nin adına aldığı «xxxx» markalı avtomobilini ASC-nin adından çıxarıb başqa firmamın adına rəsmiləşdirmək istədiyini Cavabdeh zəng vuraraq ona bildirdi. O da ona cavab verdi ki, öz maşınınızdır, necə istəyirsiniz, elə də edin. Üstündən 1 gün keçəndən sonra Cavabdeh ona bildirdi ki, avtomobil müəssiənin balansındadır, qalıq dəyəri (təxminən sentyabr ayında) 38.000 (otuz səkkiz min) manat görsənir, siz həmin məbləği kassaya qoyun, kassa düz olsun, maşını da şəxsi firmanızın adına keçirin. Müəssisənin kassasında əksik yaranmaması üçün o 38.000 (otuz səkkiz min) manat pulu X11 (idarə heyətinin müavini) vasitəsi ilə Cavabdeh göndərdi. Lakin, onu aldatdı. Belə ki, Ə .Əliyev 38.000 (otuz səkkiz min) manat götürdükdən sonra maşının ASC-nin adından başqa firmanın adına keçirilməsinə razılıq vermədi, 38.000 (otuz səkkiz min) manat pulu da qaytarmadı. Bu hərəkətini də onunla izah etdi ki, 38.000 (otuz səkkiz min) manat pulu ASC-nin vergi borcunun çatışmayan hissəsinin ödənilməsinə yönəltmişdir. xx xxxxxx 2016-cı il tarixdə «xxxx» ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçirildi, ümumi yığıncağın qərarı ilə «xxxx» ASC-nin 2015- ci il arixinə maliyyətəsərrüfat fəaliyyəti qeyri-qənaətbəxş hesab edildi, əldə olunan xalis mənfəətin səhmdarlar arasında malik olduqları səhmlərə uyğun dividend şəklində bölüşdürülməsi. «xxxx» ASCnin Direktorlar (Müşahidə) Şurasının səlahi/yətlərinə vaxtından əvvəl xitam verilib və yenidən formalaşdırılması, «xxxx» ASC-nin İdarə Heyətinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, mövcud qanunvericiliyə və cəmiyyətin Nizamnaməsinə uyğun olaraq cəmiyyətin kollegial orqanı olan idarə heyətinin ləğv olunması və tək başçı (Baş direktor) icra orqanı ilə əvəz edilməsi. kollegial orqan olan idarə heyətinin səlahiyyətlərinin Baş direktora verilməsi, cəmiyyətin Baş direktorunun X1, sabiq İdarə X7 Əliyev ilə Baş direktor X10 arasında cəmiyyətə məxsus hüquqi sənədlərin, 1 (bır) ədəd dairəvi möhürün və künc ştampının təhvil-təslim işlərinin aparılması qərara alındı. 2017-ci ilin fevral ayında «xxxx» ASC-nin xx xxxxxx 2013-cü il tarixçən xx xxxxxx 2016-cı il tarixə kimi elan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması aparıldı və müəyyən olundu ki, auditlə əhatə olunan dövr ərzində cəmiyyətin maliyyələşməsi üçün səhmdar İddiaçı kassaya mədaxil edilmiş 91300 manat vəsait geri qaytarılmamışdır, kassadan vəsaitin silinməsi üçün İddiaçı adına tərtib olunmuş, lakin, alınması təsdiq olunmamış 58936 manatlıq məxaric orderləri şübhəlidir, müxtəlif xərclər adı ilə kassa məxaric orderi tərtib olunmaqla silinmiş 21145.46 manat (şübhəli əməliyyatlar), 2015 ci ilin yekununa görə müəyyən edilmiş və səhmdarların ümumi yığıncağında təsdiq edilmiş 27348,45 manat xalis gəlir dividend kimi səhmdarlara bölüşdürülərək verilməmişdir, icarə müqavilələri üzrə qarşılıqlı öhdəliklərin düzgün göstərilməməsi nəticəsində vergi orqanları tərəfindən hesablanmış 87223,34 manat ziyanlıq mövcuddur. Daha sonra 2018-ci ilin sentyabr ayında «xxxx» ASC-nin xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək olan dövr ərzində maliyyətəsərrüfat fəaliyyətinin audit yoxlaması aparıldı, yoxlama zamanı, o cümlədən müəyyən olundu ki. cavabdehə 24.02.201 5-ci il tarix lə verilmiş 80.000 (səksən min) manat və xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 (qırx min) manat məbləğlərində borc pul vəsait cəmiyyətin xəzinəsinə mədaxil edilməmiş, habelə cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi də göstərilməmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, xx xxxxxx 2015-ci il tarixinə Cəmiyyətin xəzinəsində 92855.55 manat məbləğində kassa qalığı olmuşdur, xx xxxxxx 2015-ci il tarixli 16 saylı kassa məxaric orderi ilə 87215 manat X22 Cavabdeh adına məxaric edilmiş və həmin tarixdə nağd yolla «xxxx» ASC-nin Xətai filialı vasitəsilə «Əmək haqqından gəlir vergisi» təyinatı ilə Bakı şəhər Vergilər Departamentinə ödənilmişdir. Müəyyən olunur ki, aktda əsasən İddiaçı adından X11 (idarə heyətinin müavini) tərəfindən Cavabdeh verilmiş 80.000 manat məbləğində nağd vəsait xəziı əyə mədaxil edilmədən. Cəmiyyətin xəzinəsində olan qalıq hesabına Bakı şəhər Vergilər Dcpt rtamentinə 87215 manat məbləğində pul ödənilmişdir. xx.xx.2015-ci il tarixdə Cavabdeh tərəfindən Məharət Hüseynlidən akta əsasən qəbul edilmiş 40.000 manata uyğun olaraq isə heç bir mədaxil-məxaric əməliyyatı aparılmamışdır. Müəyyən edilmişdir ki. Cavabdeh X3 xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli aktalara əsasən qəbul etdiyi 120.(XX) (80.000 + 40.000) manat və maşının ASC- nin adından başqa müəssisənin adına keçirilməsi üçün məndən X5 (idan heyətinin müavini) vasitəsilə əlavə aldığı 38.000 manat məbləğində, ümumilikdə məndən almış olduğu 80.000 + 40.000 + 38.000 olmaqla cəmi 158.000 manat məbləğində nağd pul vəsaiti Cəmiyyətin kassasına mədaxil edilməmiş, Cavabdeh tərəfindən ələ keçirilmişdir. İş materillarında olan «xxxx» MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli Auditor hesabatından (səh-13, sonuncu abzas) görünür kı, xx xxxx 2013-cü il tarixli «Nət liyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə» əsasən müəyyən edildi ki, «Mersedes Bens S 600» markalı avtomobilin əvvəlki sahibi X14 olmuş, avtomobilin dövlət qeydiyyat nömrəsi isə ** RG *** olmuşdur. Digər qeydiyyat şəhadətnaməsinə və Baş Dövlət Yol Polisi İdarəsinin 08.08.20) 8-ci il tarixli məktubuna əsasən «Mersedes Bens S 600» markalı avtomobil alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə «xxxx» ASC nin adına qeydiyyata alınmışdır. Avtomobil Cəmiyyətin adma xx.xx.2013-cü il tarixində sənədləşdirilsə də. avtomobilin sahibinin pulu həmin tarixdə verilməmişdir. Görünür ki, avtomobilin sahibinə pul Cəmiyyətin xəzinəsində uçota alınmayan pullar hesabına verilmiş və yalnız 4 aydan sonra Cəmiyyətin xəzinəsində sənədləşdirilmişdir. Audit yoxlamasına təqdim edilmiş «xxxx» ASC-nin 25.0 .2018-ci il tarixli 55, 56, 57 nömrəli məktublarından görünür kı. xx.xx.2008-xx.xx.2016-cı il müddəti ərzində Cəmiyyətin balansında avtomobillərə yol vərəqələri yazılmamış, xx.xx.2010- cu il tarixindən «xxxx» ASC-nin balansında olan «Hyundai Genesis» markalı ** PP *** lövlət qeydiyyat nömrə nişanlı və 28,06.2013-cü il tarixdən «xxxx» ASC-nin balaı sında olan «Mersedes Bens S 600» markalı ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər cəmiyyətin təsisçisi İddiaçı istifadəsində olmuş və həmin avtomobillərin saxlanma xərcləri, o cümlədən yanacaq xərcləri Cəmiyyətin xəzinəsindən ödənilməmiş və xx.xx.2008xx.xx.2016-cı il müddəti ərzində Cəmiyyətin balansında və xidməti istifadəsində dizel yanacağı ilə işləyən avtomobil olmamışdın. xx.xx.2014-xx.xx.2018-ci il müddətində Cəmiyyətin baş mühasibi işləmiş (yoxlamanın əhatə etdiyi dövrdə xəzinədar vəzifəsində işləmişdir) Tatyana Abasova audit yoxlamasına verdiyi xx.xx.2018-ci il tarixli izahatında bildirmişdir ki, cəmiyyətin balansında və xidməti istifadəsində xx.xx.2010-cu il tarixinə kimi yalnız bir - QAZ 241 İ markalı avtomobil olmuşdur. 2010-cu ildə «Hyundai Genesis» və «Mersedes Bens S 600» markalı avtomobillər alınsa da, həmin avtomobillər Cəmiyyətin təsisçilərindən biri olan İddiaçı şəxsi istifadəsində olmuş, avtomobillərin saxlanma xərcləri Cəmiyyətin vəsaiti hesabına aparılmamışdır. İzahatınının sonunda Tatyana Abasova bildirmişdir ki. bu günə kimi Cavabdeh Cəmiyyətin xəzinəsindən götürdüyü pulları geri qaytarmamışdır. Hesab edir ki, istinad edilən Auditor hesabatının qeyd edilən hissələri və bütövlükdə hesabatda göstərilən digər əsaslar da Cavabdeh onu aldadaraq avtomobilə görə ondan kassaya qoymaq adı ilə aldığı 38.000 manat pulu da götürdükdən sonra maşınıın ASC-nin adından başqa firmanın adına keçirilməsinə razılıq verməyib, ələ keçirməsini təsdiq edir. Buna görə də həmin məbləğ də faizləri ilə birlikdə Cavabdeh alınaraq ona qaytarılmalıdır. Faizlərin tutulması ilə bağlı hissədə məhkəmə kollegiyasının nəzərinə onu çatdırır ki, birinci insansiya məhkəməsi cavabdehdən 120.000 manat pulun tutulmasını qət etmiş, lakin hesab etmişdir ki, o cümlədən, həmin puldan Cavabdeh faydalandığına dair hər hansı sübut tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əgər birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixdən cavabdehdə olan 80.000 (səksən min) manat və xx.xx.2015-ci il tarixdən cavabdehdə olan 40.000 (qırx min) manat pulun cavabdehdən tutulmasını qət etmişdirsə, onda elə bununla da sübut olunmuşdur ki, həmin məbləğlər həmin dövrdə cavabdehdə qanunsuz olaraq olmuşdur. Aydındır ki, həmin məbləğlər cavabdeh tərəfindən öz ehtiyaclarına sərf edilmişdir. Bu da onu təsdiq edir ki. cavabdeh həmin vəsaitdən faydalanmışdır. Bu səbəbdən həmin məbləğlərin faizləri də cavabdehdən tutulmalıdır. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Nəsimi rayon məhkəməsi iş üzrə obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdirma aparmamış, işdə olan sübutları təhrif etmiş, onlara obyektiv qiymət verməmiş, işdə iştirak edən şəxslərin iş üzrə əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamamış, vəsatətlərini əsasız olaraq təmin etməmiş və qiymətləndirməmişdir. Bununla Azərbaycan Respublikası MPM-nin 88-ci və 106.1-ci maddələrinin tələbləri pozulmuş, məhkəmə prossesində müəyyən edilmiş hallar və sübutlara obyektiv deyil, qərəzli qiymət verilmişdir. Məhkəmə qətnaməsinin onunla əsaslandırmışdır ki. iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki. Aydın Hüseynox “xxxx” ASC-nin vergi borcunun ödənilməsi üçün 40000 manat məbləğində pulu ASC-nin kassasına qoyulması üçün göndərmiş (kassaya niyə qoymurdu ki) və bu barədə akt X11 və Cavabdeh arasında tərtib edilmişdir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli aktın surətindən görünür ki. X11 80000 manat məbləğində pulu İddiaçı adından Cavabdeh “xxxx” ASC-nin vergi borcunun ödənilməsi üçün vermişdir. (Beh bir borc vardırmı?) Məhkəmə həmçinin iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli auditor hesabatına istinad edərək göstərmişdir ki, audit yoxlaması zamanı xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə 80000 və 40000 olmaqla, ümumilikdə 120000 manat məbləğin “xxxx” ASC-nin xəzinəsinə mədaxil edilmədiyi və Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi göstərilmədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd olunan Audit hesabatını təhrif etmişdir. Audit tərəfindən belə bir halın olubolmaması müəyyən edilməmişdir. Sadəcə ilkin İddiaçı Auditə müraciət edərək məlumat verməklə həmin halların qeyd edilməsini xahiş etmişdir. Eyni zamanda ASC-nin Baş mühasib-xəzinədarı X13 Auditə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə 80 000 manat və xx.xx.2015-ci il tarixdə 40000 manat İddiaçı və ya X11 tərəfindən kassaya mədaxil edilməmiş, həmin məbləğlərin Cavabdeh verilməsindən məlumatı yoxdur. Həmən dövrdə bütün ödənişlər onun tərəfindən kassadan məxaric orderi əsasında yerinə yetirilmişdir. Audit rəy ində göstərilmişdir ki. xx.xx.2015-ci il tarixinə ASC-nin xəzinəsində 92 856,55 manat məbləğində kassas qalığı olmuş və həmin məbləğdən xx.xx.2015-ci il tarixli 16 saylı kassa məxaric orderi ilə 87 215 manat məxaric edilərək “Əmək haqqından gəlir vergisi” təyinatı ilə Bakı şəhər Vergilər Departamentinə ödənilmişdir. Məhkəmə bundan başqa, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)- 4292/2018 saylı qətnaməsinə istinad etmişdir ki. iddiaçılar Cavabdeh və X9 cavabdeh "xxxx" ASC-yə qarşı " xxxx” ASC-nin xx xxxx 2018-ci il tarixli "Səhmdarların ümumi illik yığıncağının" 03 saylı Protokolunun 3-cü məsələ üzrə qəbul edilmiş qərarının və həmin qərar əsasında keçirilərək tərtib edilmiş İİ sentyabr 2018-ci il tarixli özəl Audit Hesabatının etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə bu dəlili də təhrif etmişdir. Belə ki, həmin xüsusat üzrə birinci instansiya məhkəməsinin qətnaməsi vardır, qətnamə hal-hazıra kimi iddiaçı Cavabdeh verilməmiş və qanuni qüvvəsini almamışdır. Məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq qanuni qüvvəsini almamış qətnaməyə istinad edilmişdir.xx xxxxxxxx 2018-ci il tarixli Audit hesabatında göstərilən xüsusatlar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyya qarşı Mübarizə Baş İdarəsində ilkin iddiaçının ərizəsinə əsasən araşdırılmış, lakin həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Bununla müvafiq sənədlərin Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübuta hüquqi qiymət verməmiş, qərəzli qərar qəbul etmişdir. Daha sonra, Nəsimi rayon məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə istinad etmişdir ki. xx xxxxxx 2015-ci il tarixli Təhvil-təslim aktında "Təhvil aldı" və xx xxxxxx 2015-ci il tarixli Aktda " aldım" qrafalarındakı imzalar Cavabdeh İləsən oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə bu xüsusat üzrə də yanlış nəticəyə gəlmişdir, işin hallarını, cavabdehin izahatını və vəsatətlərini tam, hərtərəfli və obyektiv araşdırmamış, ilkin iddiaçının göstərdikləri ilə kifayətlənmiş, birtərəfli araşdırma aparmışdır. Belə ki, Cavabdeh həmin sənədlərdə olan imzaların onun tərəfində icra edildiyini ilk andan etiraf etmişdir. Həmçinin izahat vermişdir ki, işlədiyi dövrdə şəxsi işləri ilə bağlı arabir xarici ölkələrə getdiyindən, ASC-də iş prosesinin dayanmaması və pozulmaması üçün bir neçə ağ kağıza eyni yerdə imza edərək həmin kağızları Baş mühasibə vermiş və zərurət yarandıqda etibar etdiyi şəxsin vasitəsi ilə hənıin sənədi möhürlə təsdiq etdirmişdir. İşdən çıxanda həmin ağ kağızdan 8 ədədi baş mühasibin otağında qalmış və İddiaçı Məharət Hüseynli vasitəsi ilə həmin kağızları ələ keçirmiş və onlardan istifadə edərək xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli aktları tərtib etmişlər. Həmin aktların saxta olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə izahat verilmiş və həmçinin qeyd olunan aktlardakı mətnlərin sonradan yazılması, bunu təsdiqləmək üçün iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətlər verilmişdir ki, həmin xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli aktlarda imzaların eyni vaxtda və eyni yerdə icra edilməsi və Məharət Hüseynli ilə Cavabdeh imzalarının aktlar çap edildikdən əvvəl və ya sonra icra edilməsi müəyyən edilsin. İş üzrə obyektiv qərar qəbul edilməsi üçün bu vəsatətlər mühüm əhəmiyyət kəsb etdiyi halda, məhkəmə ilkin iddiaçının mənafeyindən çıxış edərək əsassız və qanunsuz olaraq ekspertizaların keçirilməsindən imtina edib vəsatətləri təmin etməmiş, qərəzli qərar qəbul etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/30 saylı, 25 mart 2O2O-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarının çap mətnlərinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə printerlərdə istifadə olunan eyni rəngləyici maddələrə aiddirlər. xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. xx.xx.2015-ci il tarixli təhvil-təslim aktındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 2015-ci ilin Səyyar Vergi yoxlaması zamanı ASC-nin vergiyə cəmi 87 215 manat məbləğində borcu olmuş və cavabdeh xx.xx.2015- ci il tarixli 20 nömrəli qəbzlə həmin məbləği ASC-nin kassasından məxaric orderi ilə götürərək tam ödəmişdir. Bu dövrdə ASC-nin nə borcu qalmamış, nə də 158 000 manat borcu olmamışdır. Bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Həm də. vergi orqanı ilə bütün danışıqları İddiaçı özü aparmışdır, belə olan halda, cavabdehə niyə pul verirdi? Bu həqiqəti əks etdirmir. Həmçinin, 2015-ci ilin avqust ayında aparılan vergi yoxlaması dövründə isə 87 223.43 manat vergi borcu olmuş, həmin pul da cavabdeh tərəfindən kassadan götürülməklə 2015-ci ilin oktyar ayında ödənilmişdir. Bu barədə vergi orqanının aktı məhkəməyə təqdim edilmişdir. İddiaçının cavabdehə bu məqsədlə 40 000 manat verməsi də həqiqəti əks etdirmir. Bundan başqa, xx.xx.2017-ci il tarixli “xxxx” MMC tərəfindən iddiaçının tələbi ilə keçirilən Audit yoxlama Aktında 2015-ci ildə iki dəfəyə vergiyə olan borcun 87 215 və 87 223.34 manat məbləğində kassadan ödənişin edilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda, 2018-ci il tarixli “X25” MMC tərəfindən iddiaçının tələbi ilə keçirilən Audit yoxlama Aktında 2015-ci ildə iki dəfəyə vergiyə olan borcun 87 215 və 87 223.34 manat məbləğində kassadan ödənişin edilməsi yenə də öz təsdiqini tapmışdır. Daha sonra, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə 80 000 manat və 40 000 manat cavabdehə pul verilməsinə dair tərtib edilmiş aktlar saxtadır, cavabdehin xaricə getməsi ilə əlaqədar zərurət olduqda müəyyən sənədlərin tərtib edilməsi üçün ağ kağıza etdiyi imzadan istifadə edilmişdir. Aktdan da bu görünür. Belə ki. 40 000 manat pulun göndərilməsi qeyd edilmişdir. Kimə göndərildiyi göstərilməmişdir. Cavabdeh tərəfindən alınması da yoxdur. Aktların yazılış forması düzgün deyil, təhvil təslimdə heç kim iştirak etməmişdir. Bundan başqa, M.Hüseynli öz imzası qarşısında işarə qoyub imza etmişdir. Əgər özü tərtib etmiş olsaydı, imzası qarşısında işarə qoymazdır.Daha sonra, bu sənədlərin heç biri qeydiyyatdan keçməmiş və təsdiq olunmamışdır. Əgər faktiki qeyd olunan pullar borc verilmiş olsaydı, ya bunun üçün qəbz alınardı, ya notarial qaydada təsdiq olunmuş müqavilə olardı. Bu sənədlərin heç biri yoxdur. Bu sənədlər cavabdehin mülahizəsinə görə Məhərat Hüseynli tərəfindən saxta tərtib edilmişdir, ona görə ki. M.Hüseynli bu sahədə təcrübəlidir. Belə ki. “xxxx” Kosmetika və Parfumeriya Şirkətinin sahibi X2 aldaraq dələduzluq yolu ilə özünü vəkil təqdim edərək həmin Şirkətdə ona məxsus olan 25% payı başqasına satıb mənimsəmişdir. Bununla bağlı Sosial şəbəkədən əldə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir.Məhkəmə isə bu dəlillərin heç birinə obyektiv hüquqi qiymət verməmişdir. Həm də “Kargüzarlıq haqqında Təlimatın” 77-ci maddəsinin tələbinə görə Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır.Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd olunan. xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli aktlarda isə bu tələblərin lıeç birinə əməl edilməmişdir. İddiaçının maşınla bağlı 38 000 manat cavabdehə pul verməsini isə ümumiyyətlə təsdiq cdəıı heç bir sənəd yoxdur. Məhkəmə buna görə ehtiyat edərək bu hissədə iddianı təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəmədə göstərmişdir ki, guya Cavabdeh ona ASC-nin vergiyə 158.000 manat borcun olmasını demiş və bununla bağlı ondan 80 000 və 40 000 manat pul istəmişdir. Bu tam yanlışdır. Belə ki, İddiaçı və Məhərət Hüseynli 2015-ci ilə qədər hər il vergiyə yoxlama vaxtı təxminən 25000 manat ödənildiyini yaxşı bilirdilər, ona görə ki, İddiaçı Müşahidə Şurasının sədri. M.Hüseynli isə Səhmdar Cəmiyyətinin sədr müavini olmuş və 158000 manat fantastik bir məbləğdir, iddiaçı heç vaxt bu məbləğlə razılaşmazdır. Bundan başqa, heç zaman İddiaçı müəssisənin kassasına borc pulu mədaxil ordersiz verməyib və bu dəfə də pulu verirdisə, mədaxil orderi almalı idi. Və nə səbəbə iddiaçının kassa mədaxil orderi tələb etmədiyi müəmmalıdır. Belə ki, həmin məbləğlər kassaya mədaxil edilməsi üçün verilmişdirsə. M.Hüseynli sədrin müavini olmaqla hər gün işdə olduğundan qeyd olunan pul vəsaitlərini birbaşa ASC-niıı kassasına mədaxil edərdi, cavbadchə nə üçün aktla verirdi? Bu dəlillər onun iddia tələbinin əsassız olduğunu təsdiq edir. Həm də əgər cavabdeh iddiaçıdan 158.000 manat pul istəmişsə, nə üçün 80.000 manat göndərirdi? 2015-ci ilin avqust ayında vergiyə qalıq borc olmadığı halda, növbəti səyyar yoxlama üçün cavabdehə guya 400(10 manat pul verməsinin heç bir əsası yoxdur. Həm də əgər cavabdeh iddiaçıdan 158 000 manat məbləğində pul istəmişdirsə, iddiaçı cavabdehə nə üçün 120 000 manat vermişdir? Bu dəlillər iddiaçının iddia tələbinin əsassız olduğunu açıq-aydın göstərir. Məhkəmə isə yuxarıda qeyd olunan dəlillərin heç birinə obyektiv hüquqi qiymət verməmiş, onları qəbul etməməsini və rədd etməsin əsaslandırmamışdır. Onu da qcvd edək ki, əgər doğurdanda iddiaçı tərəfindən cavabdehə xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə 120 000 manat pul verilmişdirsə, nə üçün xx.xx.2018-ci ilə kimi bu pul vəsaiti tələb edilməmişdir? Həm də xx.xx.2017-ci il tarixli Audit aktında ümumiyyətlə həmin pul vəsaiti ilə bağlı heç bir qeyd yoxdur. Yalnız xx.xx.2018-ci il tarixli akta bu barədə qeyd olmuş, o da iddiaçının müraciəti əsasında aktda qeydlər aparılmışdır. Audit ASC-nin təqdim olunmuş mühasibat sənədləri əsasında aparılır, mühasibat sənədlərində isə 120 000 manatla tağlı heç bir sənəd yoxdur. Məhkəmə yanlış və qərəzli olaraq İddiaçı Audit təşkilatına etdiyi müraciəti auditin nəticəsi kimi qəbul etmiş və buna istinad edərək iddiaçını cavabdehə 120 000 manat pul verməsinin təsdiq edildiyini göstərməklə əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, cavabdeh tərəfindən qeyd olunan mübahisəli xx.xx.2015 və 31.08. 2015-ci il tarixli aktlardakı imzaların icra edilməsi mexanizmi və müddətinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə dair verilmiş vəsatəti heç bir əsas olmadan müzakirə etm əyərək 10 gündən sonra onun təmin edilmədi) ini elan etmişdir. Bununla da məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdirma aparılması prinsipini kobud şəkildə pozmuşdur. Məhkəmə qətnaməsində qarşılıqlı iddia ilə bağlı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göstərdiyi dəlilləri araşdırmadan, həmin faktla bağlı məhkəmə müvafiq sübutların təqdim edilməməsini göstərməklə yen də əsassız və qanunsuz olaraq qarşılıqlı iddianı rədd etmişdir. Belə ki. qarşılıqlı iddia ilə bağlı cavabdeh Ə. Əliyev ASC-nin kassasından ayrı-ayrı vaxtlarda İddiaçı etibarnamə üzrə nümayəndəsi Fəxrətov İ'alıir Əşrəf oğlu vasitəsi ilə 107 011 manat pul vəsaitinin verilməsinə dair ASC-nin Baş mühasibi-xəzinədarı Tatyana Abbasova tərəfindən aparılmış və T.Fəxrətov tərəfindən imzası ilə təsdiq edilmiş qeydlər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, X17 və X8 iş üzrə sahid qismində dindirilməsi üçün məhkəməyə yazılı vəsatət verilmişdir. Lakin məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmiş, təqdim edilmiş qeydləri tədqiq etməmiş, birtərəfli qaydada araşdırma apararaq iddiaçının mənafeyindən çıxış edib qarşılıqlı iddianı rədd etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X18 apelyasiya şikayətini müdafiə etdi, qarşılıqlı iddia tələbinin tamamilə əsassız olduğunu bildirərək, qətnamənin qismən ləğv edilməsini və ilkin iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və vəkili X21 apelyasiya şikayətində göstərilənləri təsdiq edərək qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə, ilkin iddianın isə təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı “xxxx” ASC-nin vergi borcunun ödənilməsi üçün 40000 manat məbləğində pulu ASC-nin kassasına qoyulması üçün göndərmiş və akt X11 və Cavabdeh arasında tərtib edilmişdir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli aktın surətindən görünür ki, X11 80000 manat məbləğində pulu İddiaçı adından Cavabdeh “xxxx” ASC-nin vergi borcunun ödənilməsi üçün vermişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli auditor hesabatından müəyyən olunur ki, audit yoxlaması zamanı xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə 80000 və 40000 olmaqla, ümumilikdə 120000 manat məbləğin “xxxx” ASC-nin xəzinəsinə mədaxil edilmədiyi və Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi göstərilmədiyi müəyyən olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)4292/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh və X9 cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin xx xxxx 2018-ci il tarixli "Səhmdarların ümumi illik yığıncağının" 03 saylı Protokolunun 3-cü məsələ üzrə qəbul edilmiş qərarının və həmin qərar əsasında keçirilərək tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli özəl Audit Hesabatının etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, xx xxxxxx 2015-ci il tarixli Təhvil-təslim aktında "Təhvil aldı" və xx xxxxxx 2015-ci il tarixli Aktda "Aldım" qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 142 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/30 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarının çap mətnlərinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə printerlərdə istifadə olunan eyni rəngləyici maddələrə aiddirlər. xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. xx.xx.2015-ci il tarixli təhvil-təslim aktındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Ekspertiza tədqiqatının dəyəri 115,30 manat təşkil edir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixdə 80000 manat və xx xxxxxx 2015-ci il tarixdə 40000 manat olmaqla, ümumilikdə 120000 manat məbləğində pul vəsaitini X5 vasitəsilə “xxxx” ASC-nin vergi borcunun ödənilməsi üçün Cavabdeh vermişdir. Həmin məbləğlər Cavabdeh tərəfindən “xxxx” ASC-nin xəzinəsinə mədaxil edilməmiş və Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən “xxxx” ASCnin vergi borcunun ödənilməsi məqsədilə Cavabdeh ümumilikdə 120000 manat pul vəsaiti verilmiş, lakin Cavabdeh tərəfindən həmin pul vəsaiti təyinatı üzrə istifadə edilməmişdir. Bu hallar xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli aktlar, eləcə də "xxxx" MMCnin xx.xx.2018-ci il tarixli auditor hesabatı ilə təsdiq olunur. Ona görə dəKkollegiya hesab edir ki, İddiaçı tərəfindən xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli aktlarla Cavabdeh verilmiş 120000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir və birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyi düzgün və əsaslı olmuşdur. Apelyator - ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili aktların saxta olması və Cavabdeh xaricə getməsi ilə əlaqədar zərurət olduqda müəyyən sənədlərin tərtib edilməsi üçün ağ kağıza etdiyi imzadan istifadə edilməsini bildirsə də, bu barədə hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, xx xxxxxx 2019-cu il tarixli və 5/30 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyləri ilə bu dəlil təkzib olunur. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İlkin iddia ərizəsində apelyator İddiaçı tərəfindən şəxsi vəsait hesabına alınan avtomobilin digər firmanın adına rəsmiləşdirmək üçün 38.000 manat məbləğində pul vəsaitini Cavabdeh verilməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən ilkin iddia bu hissədə təmin oluna bilməz. Habelə, ilkin iddia tələbinin hesablanmış faizlərin ödənilməsi hissəsinə münasibətdə Kollegiya hesab edir ki, Cavabdeh tərəfindən pul vəsaitindən faydalanması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən ilkin iddia həmin hissədə də təmin oluna bilməz. Kolegiya birinci instansiya məhkəməsinin ilkin iddianın bu hissəsi ilə bağlı mövqeyi ilə razılaır və həmin qənaəti əsaslı hesab edir. Kollegiya qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının apelyasiya şikayətinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya, qarşılıqlı iddia tələbi üzrə apelyatorun dəlillərini əsaslı hesab etmir və onunla razılaşmır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı, İddiaçı “xxxx” ASC-dən ümumilikdə ayrı-ayrı vaxtlarda 107011 manat pul almasını və həmin pulun Cavabdeh tərəfindən “xxxx” ASC-yə ödənilməsini bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, iş üzrə, qarşılıqlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş və öz qənaətini maddi hüquq normaları ilə əsaslandıra bilmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Həmçinin, Kollegiya hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədiyindən apelyasiya şikayəti verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların hər birinin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənləri nəzərə alaraq, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, verilmiş apelyasiya şikayətləri əsaslı deyildir. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-cü maddəsinə əsasən qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-340/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar