Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1921/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cinayət əməli nəticəsində dəymiş ziyanın geri tələb edilməsi” tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-299/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cinayət əməli nəticəsində dəymiş ziyanın geri tələb edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qətnamədən iddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-7673/2023 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Satyadxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən (şikayətlərin qeyrimümkünlüyünə səbəb olan) hallara qiymət verilmədən iş iddiaçının apellyasiya şikayətinə baxılması üçün 02 fevral 2024-cü il tarixində yenidən apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilən qanunvericiliyin müddəaları ilə apellyasiya şikayətinin (Məcəllənin 361ci maddəsinin tələblərinə) uyğunluğunun yoxlanılma və qaytarılmasını birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid etmişdir. Bundan əlavə, müəyyən edilmiş əsaslarla qaytarılmış şikayətlər üzrə göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxsin yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi əsası ilə müraciət etmək hüququ təsbit edilmişdir. Beləliklə, apellyasiya instansiyası tərəfindən şikayətin qeyri-mümkün (yolverilməz) hesab edilməsi onun qaytarılması üzrə birinci instansiya məhkəməsi tərəfindən sonrakı prosessual hərəkətləri nəzərdə tutduğundan, bu prosedurlara riayət edilmədən iddiaçının apellyasiya şikayətinə baxılması mümkün deyildir. Diqqətə çatdırılmalıdır ki, Məcəllənin 372.6 və 385.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam (maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə) yoxlayır. Məhkəmə aktının qanuniliyinin hansı hissədə və ya hansı əsasla (dəlillərə əsasən) mübahisələndirilməsinin qeyd edilənlər baxımından mümkünlüyü üçün əsaslar müəyyən edilmədiyindən təsbit edilmiş prosedurlara riayət edilməsi zəruridir. Qeyd edilən prosessual hərəkət və gözləntilər həyata keçirildikdən sonra iddiaçının apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər davam edilə bilər. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ) X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Binəqədi Rayon Məhkəməsinin 2(001)-299/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1921/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1921/2024
08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver