Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1924/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: artıq ödənilmiş pulun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh «Ekran-1” MTK-ya qarşı “artıq ödənilmiş pul” tələbinə dair mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə ünvan 1 ünvanda, İTRYŞ-nə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 (dörd) girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 86.6 kv.m olan 2 otaqlı 94 nömrəli mənzillə əlaqədar xx.xx.2012-ci il tarixdə 141 saylı müqavilə bağlanmış, müqaviləyə görə MTK, həmin mənzili müqavilədə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində İddiaçı verilməsini təmin etməyi, sonuncu isə bir kv.m-nin qiyməti 650 manat razılaşdırılan mənzilin cəmi dəyərini təşkil edən 56.290 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli 000141 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 94 nömrəli mənzilin dəyərini tam ödəmişdir.
2. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə ünvan 1 ünvanda, İTRYŞ-nə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 (dörd) girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 149.26 kv.m olan, 3 otaqlı 95 nömrəli mənzillə əlaqədar xx.xx.2012-ci il tarixdə 142 saylı müqavilə bağlanmış, müqaviləyə görə MTK, həmin mənzili müqavilədə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində İddiaçı verilməsini təmin etməyi, sonuncu isə bir kv.m-nin qiyməti 650 manat razılaşdırılan mənzilin cəmi dəyərini təşkil edən 97.019 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli 000142 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 3 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 95 nömrəli mənzilin dəyərini tam ödəmişdir.
3. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 94 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 421, M5, mənzil 2) xx.xx.2021-ci il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış, reyestr çıxarışında mənzilin ümumi sahəsi 74,10 kv.m göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasporta görə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 94 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 421, M5, 2) saylı mənzilin ümumi sahəsi 74.10 kv.m olmaqla dəhliz 10.8 kv.m, yaşayış otağı 25.3 kv.m, lociya 1.8 kv.m, mətbəx 17.5 kv.m, yaşayış otağı 15.3 kv.m və sanitar qovşağ isə 3 kv.m təşkil edir.
4. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 95 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 421, M5, mənzil 3) xx.xx.2021-ci il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış, reyestr çıxarışında mənzilin ümumi sahəsi 126,10 kv.m göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasporta görə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 95 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, 3) saylı mənzilin ümumi sahəsi 126,1 kv.m olmaqla hall 27,1 kv.m, yaşayış otağı 33.1 kv.m, lociya 1.9 kv.m, sanitar qovşağ 6.3 kv.m, sanitar qovşağ 3.7 kv.m, yaşayış otağı 17.6 kv, yaşayış otağı 16.3 kv.m, mətbəx 16 kv.m, balkon isə 1.1 kv.m təşkil edir.
5. xx.xx.2015-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 3 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 95 nömrəli mənzilə aid olan işıq, qaz və su sayğacları üçün MTK-ya 875 manat ödəmişdir.
6. xx.xx.2015-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 3 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 94 nömrəli mənzilə aid olan işıq, qaz və su sayğacları üçün MTK-ya 875 manat ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (iddiaçı) Cavabdeh MTK-ya (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) görə artıq ödədiyi 8.125 manatın və 15.054 manatın, ümumilikdə 23.179 (iyirmi üç min bir yüz yetmiş doqquz) manatın, habelə iddia ərizəsi üçün ödədiyi 160 (bir yüz altmış) manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanan xx.xx.2012-ci il tarixli 141 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 241E saylı ünvanda İctimai Televiza və Radio Yayımları Şirkətinə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 86,6 kv.m olan 2 otaqlı 94 nömrəli mənzili 1 kv.m-nın qiyməti 650 manat olmaqla 56.290 manata, xx.xx.2012-ci il tarixli 142 nömrəli müqaviləyə əsasən isə həmin binanın 3 nömrəli girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 149,26 kv.m olan 3 otaqlı 95 nömrəli mənzili 1 kv.m-nin qiyməti 650 manata olmaqla cəmi 97.019 manata almış, hər iki mənzilin dəyərini tam olaraq ödəmişdir. Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi ev 241 E, mənzil 94-ə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış və xx.xx.2021-ci il tarixli Texniki Pasport, mənzil 95-ə dair qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış və xx.xx.2021-ci il tarixli Texniki Pasport almışdır. Mənzillərə dair çıxarışları və texniki pasportları aldıqdan sonra məlum olmuşdur ki, müqavilələrdə 94 nömrəli mənzilin sahəsi 86,6 kv.metr qeyd olunsa da, əslində həmin mənzilin sahəsi 74,10 kv.m, 95 saylı mənzilin sahəsi 149,26 kv.m qeyd olunsa da, həmin mənzilin sahəsi 126,10 kvadrat metrdir. Göründüyü kimi cavabdeh müqavilədə həmin mənzillərin sahəsini həqiqi ölçülərindən daha çox qeyd etməklə ondan artıq pul almışdır. Belə ki, 94 saylı mənzilin şişirdilərək həqiqətdə mövcud olmayan 12,5 kv.m sahəsinə görə o, 8.125 manat, 95 saylı mənzilin şişirdilərək həqiqətdə mövcud olmayan 23,16 kv.m sahəsinə görə isə 15.054 manat, ümumilikdə 23.179 manat artıq ödəniş etmişdir. Nəticədə cavabdeh ondan ümumilikdə 23.179 manat artıq pul almışdır. Ödədiyi artıq puların geri qaytarılması üçün pretenziya qaydasına əməl edərək xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Yaranmış mübahisənin həlli üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisənin faktiki hallarına və qeyd olunan qanun normalarına əsaslanaraq hesab edir ki, cavabdehə mənzillərə görə artıq ödənilən 8.125 manat və 15.054 manat cavabdehdən tutularaq ona ödənilməlidir.
9. Sonradan iddiaçının nümayəndəsi (vəkili) bir-neçə dəfə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizələr təqdim etmiş, son olaraq Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) görə artıq ödənilən 8.125 manatın və 15.054 manatın, mənzillərdə quraşdırılmış qaz, işıq və su sayğaclarına görə alınan 1.750 manatın, yəni cəmi 24.929 manatın və 180 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanmış xx.xx.2012-ci il tarixli 141 saylı müqaviləyə görə, ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsindəki 2 otaqlı 94 saylı mənzilin ümumi sahəsi 86,6 kv.m., xx.xx.2012-ci il tarixli 142 saylı müqaviləyə görə 95 saylı mənzilin ümumi sahəsi 149,26 kv.m. qeyd edilmişdir. Müqavilə bağlanarkən həmin dövrdə tikinti sahəsində qanunvericilik təkmilləşmədiyi üçün formalaşmış işgüzar adətlərə görə satılan mənzillərin ümumi sahəsi oxdan-oxa hesablanmış, bu hal həm binanın lahiyəsini təsdiq edən müvafiq dövlət qurumlarına, həm də alıcılara bəlli olmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/6057 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində normativ-hüquqi baza kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinə istinad edilir. Lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 329-İVQ saylı xx.xx.2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən xx.xx.2013-cü il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, ekspert rəyində istinad edilən hər iki normativ akt hazırki mübahisə tərəflərinin müqavilələri imzaladığı tarixdən, yəni xx.xx.2012-ci ildən sonra qanuni qüvvədədir. Buna görə də həmin normalar əvvəl bağlanmış müqavilələrə şamil oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.2-ci maddəsinin tələblərinə əsasən, əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır. Tərəflər arasında bağlanmış 141 və 142 saylı xx.xx.2012-ci il tarixli müqavilələrin 4.2-ci maddəsinin 3-cü abzasına görə, podratçı mənzilin su və kanalizasiya xətlərinin(dayaqların) qurulmasını və sınanmasını öhdəsinə götürür. Su, qaz və işiq sayğaclarının quraşdırılmasına dair müqavilələrdə hər hansı öhdəlik yoxdur. Cavabdeh MTK tərəfindən sayğacların alınması və quraşdırılmasına tələb olunan vəsait müəyyən edildikdən sonra sakinlərin razılığı ilə zəruri işlər görülmüşdür. Beləliklə, iddia tələbin bu hissəsi də tam əsassızdır. İddiaçı iddia qaldırılması üçün iddia müddətini ötürmüşdür, istər müqavilədən irəli gələn öhdəliklərə, istərsə də pul tələbinə iddia üzrə. İddiaçı 2015-ci ildən həmin mənzilləri təmir edib orada yaşayır və ötən illər ərzində müqavilələrdə göstərilən və təmir zamanı ona məlum olan faktiki sahənin uyğun olmadığını bəhanə edərək kommunal ödənişlərdən yayınır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
11. Məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza əsasında verilmiş xx.xx.2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi ev 241 E, 94 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5 m2) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 70,2 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi ev 241 E, 95 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5 m3) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 122,4 kv.metr təşkil edir. Aparılmış hesablamalara əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki sahəsi 71,8 kv.metr, 95 saylı mənzilin faktiki sahəsi 126,8 kv.metr, 94 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 79,83 kv.metr, 95 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 136,2 kv.metr, 94 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 88,8 kv.metr, 95 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 146.6 kv.m müəyyən olunmuşdur.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh MTK-dan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5, m2 və m3) mənzillərinə görə artıq ödədiyi 12.889,50 (on iki min səkkiz yüz səksən doqquz manat əlli qəpik) manatın, sayğaclara görə ödənilmiş 1750 (bir min yeddi yüz əlli) manatın, cəmi 14.639,5 (on dört min altı yüz otuz doqquz manat əlli qəpik) manatın və 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. Məhkəmə tərəfindən bu halı yoxlamaq üçün təyin edilmiş tikinti-tekniki ekstizasının rəyindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 79,83 kv.metr, 95 saylı mənzilin sahəsi isə 136,2 kv.metr təşkil edir.
14. Həmçinin hesab etmişdir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
15. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya təhvil verilmiş mənzillərin ölçüləri divarların altındakı sahələrin nəzərə alınması ilə aparılmaqla, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı mənzilin sahəsi müqavilədə 86.6 kv metr olmalı olduğu halda 79.83 kv.m, 95 saylı mənzilin sahəsi isə müqavilə üzrə 149.26 kv.m olmalı olduğu halda 136.2 kv.metrdir (86.6-79.83=6.77; 149.26-136.2=13.06).
16. Yekunda məhkəmə hesab etmişdir ki, əksik verilmiş sahələrin cəmi hesablanmalı və hər kv.m 1 kv.m dəyərinə vurulmaqla artıq ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (6.77+13.06=19.83) (19.83kv.m*650 manat=12.889,50 manat).
17. Eyni zamanda məhkəmə iddia tələbinin digər hissəsinə-həmin mənzillərə qaz, su və elektrik sayğaclarının çəkilməsi üçün ödənilmiş 1750 manat pulunu ona geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddiaçı fiziki şəxs olduğundan ona məxsus əmlaka qazın, suyun və elektrik sayğacının quraşdırılması ödənişsiz həyata keçirilməli olduğundan iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.
18. İddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etmişdir, iddiaçının qeyd edilən mənzillər ilə bağlı çıxarışların aldığı tarixdən-xx.xx.2021-ci il tarixdən başlayır. Belə ki, 000141 nömrəli xx.xx.2013-cü il tarixli və 000142 nömrəli xx.xx.2013-cü il tarixli arayışlardan məlum olur ki, iddiaçı mənzilləri qəbul etdiyi dövürdə müqavilə üzrə nəzərdə tutulan mənzilin ölçülərindən məlumatı olmadığından, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Mənzilin ölçülərinin hesablanması qaydaları xüsusi texniki vaistələrlə hesablanmalı olduğundan, iddiaçı həmin məzillərə dair çıxarış və texniki pasport alamadan həmin mənzillərin faktiki ölçülərində məlumatı olması mümkün ola bilmədiyindən vəsatət təmin edilə bilməz.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1- ci, 21.2ci, 385.1-ci, 386.1-ci, 372.1-ci, 375-ci, 377-ci, 442-ci, 752-ci, 766-cı, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1092.2-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci, 59.3-cü maddələrinə, “Sudan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2012-ci il tarixli qərarının 6.5-ci hissəsinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarının 4.2-ci bəndinə, “Elektirik Enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2005-ci il tarixli qərarının 7.9- cu bəndinə, “R.Cavadov və digərlərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin ekspert rəyinə düzgün qiymət vermədiyi, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyini, tətbiq olunmalı normaları tətbiq etmədiyini, Tikinti və Şəhərsalma Məcəlləsinin 59.3-cü maddəsinin tələbini nəzər almadığını, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam aydınlaşdrmadığını qeyd etmişdir.
22. Həmin qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddiaya etiraz ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, Tikinti və Şəhərsalma Məcəlləsinin tərəflərin müqavilə bağlamasından sonra qüvvəyə mindiyinə və mənzillərin sahəsinin oxdan-oxa hesablanmalı olmasına əhəmiyyət vermədiyini, iddiaçının iddia müddətini ötürmüş olmasını nəzərə almadığını, işin hallarına uyğun olmayan nəticəyə gəldiyini qeyd etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
25. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3893/2023 saylı 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 saylı iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Kollegiya mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, mübahisəli hala dair sübut kimi daşınmaz əmlakın dövlət reyestrinin tərtib etdiyi çıxarışları və texniki pasportları təqdim etmiş, həmin sənədlər əsasında mənzillərin ölçüsünün müqavilələrdə nəzərdə tutulduğundan az olduğunu müəyyənləşdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü bu halı (mübahisəli halı) yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində müvafiq hala aydınlıq gətirilmişdir.
27. Kollegiya birinci instansiya məhkəməsinin həmin ekspert rəyinə verdiyi qiymət və rəyə istinadən gəldiyi nəticə ilə razılaşır; belə ki, həmin rəyin tədqiqat və nəticə hissələrinin qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçıya təhvil verilmiş mənzillərin ölçüləri divarların altındakı sahələrin nəzərə alınması ilə aparılmaqla, 94 saylı mənzilin sahəsi müqavilədə 86.6 kv metr olmalı olduğu halda 79.83 kv.m, 95 saylı mənzilin sahəsi isə müqavilə üzrə 149.26 kv.m olmalı olduğu halda 136.2 kv.metrdir (86.6-79.83=6.77; 149.26-136.2=13.06).
28. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz və birinci instansiya məhkəməsinin müvafiq iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
29. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya instasiyası məhkəməsində icraat
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3927/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş; Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3893/2023 saylı iş üzrə, 22 iyun 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş və həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir; qətnamə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə kollegiyası cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra edilməməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmış, lakin məhkəmə bu tələblər üzrə iddia müddətinin buraxılmaması barədə məhkəmələrinin mövqeyini düzgün hesab etməmişdir.
32. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə mənzilləri təmir edən iddiaçının mənzillərin real sahəsi barədə məlumatı olmuş, ən azı o, mənzilləri qəbul etdikdən sonra, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzillərin müqaviləyə uyğun ölçülərdə olmasını yoxlamaq imkanında olmuşdur.
33. Cavabdeh mübahisəli mənzillərin iddiaçıya təhvil verilərək, onun tərəfindən təmir edildiyini, 2015-ci ildən iddiaçının həmin mənzildə yaşadığını göstərmiş, iddiaçı bununla bağlı hər hansı mövqe bildirməmiş, məhkəmələr tərəfindən podrat müqaviləsi üzrə mənzilin iddiaçı tərəfindən nə vaxt qəbul edildiyi araşdırmadan həmin mənzilə dair çıxarış və texniki pasportun verildiyi vaxtı iddia müddətinin başlanğıcı kimi qəbul etmişdirlər. Bu isə Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə ziddir.
34. Eyni zamanda, mənzillərə quraşdırılmış qaz, su və elektrik sayğaclarına görə ödənişlər xx.xx.2015-ci il tarixdə ödənilmişdir. Həmin məbləğlərin geri tələb edilməsi üçün də Mülki Məcəllənin 1095-ci madəsində xüsusi iddia müddəti müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu tələb üzrə iddia müddətinin tətbiqi ilə bağlı ümumiyyətlə heç bir əsaslandırma aparmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsivəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, 16 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən biri 3 otaqlı və digəri 2 otaqlı olmaqla iki mənzil alınmışdır. Şəhərsalma və Tikinti Məcəlləsi 1 yanvar 2013-cü ildə qüvvəyə minir və eyni zamanda Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin 4 dekabr 2012-cu il 7 saylı qərarı var. Hər iki normativ akt tərəflər arasında müqavilə bağladıqdan sonra qəbul olunmuş və qüvvəyə minmişdir. Hərmin normativ aktların müddəalarının qüvvəsi geriyə şamil olunmadığı üçün hazırkı mübahisəyə tətbiq oluna bilməz. Müqavilə tərəflərin sərbəst iradəsi əsasında bağlanmışdır. Ekspertiza rəyində göstərildiyi kimi əvvəl çıxarışa uyğun ölçülər göstərilir, daha sonra isə divarların altındakı sahələr hesablanaraq digər rəqəm, daha sonra isə oxdan oxa, yəni müqaviləyə uyğun hesablanmışdır. Hesab edir ki, mənzil qarşı tərəfə müqavilədə göstərilən tam həcmə uyğun verilmişdir. Sayğacın quraşdırılması ilə bağlı vətəndaşlarla, MTK və dövlət orqanlarının razılığı əsasında, sayğac könüllü olaraq onlara verilmişdir. Qarşı tərəfə həmin mənzil 2014-cü ildə təhvil verilmişdir. Faktiki olaraq qarşı tərəf 2014-cü il axrı 2015-ci ilin əvvəlindən etibarən yaşamağa başlayıb. Qarşı tərəf birinci instansiya məhkəməsində bu faktı təsdiq etmişdir. Bundan başqa iddia müddətinin tətbiqi ilə bağlı vəsatət verilib. Əmlak qarşı tərəfə 2014-cü ildə təhvil verilib. Müqavilə 2012-ci il tarixində bağlanmışdır, müqavilə bağlanarkən mənzillərin ümumi sahəsi qeyd edilmişdir. Mənzillərin ümumi sahəsi tərəflərin qarşılıqlı razılığı əsasında çöldən çölə nəzərə alınmışdır. Qarşı tərəf 2015-ci il tarixində oraya köçmüşdür, bununla bağlı bildirdiyi fikrə qarşı tərəf hər hansı etiraz bildirməmişdir. 2012-ci il tarixində ev tikilmiş halda idi, hazır vəziyyətdə qarşı tərəfə təhvil verilmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını xahiş etmişdir. Təqribi 2017-ci ilin yay aylarında mənzilə köçmüşdür. Mənzilləri xırda-xırda təmir etmişdir. Mənzilləri nə zaman aldığı, nə zaman təmir etdirdiyi dəqiq yadında deyil.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq iddia müddətinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, əgər burada iddia müddətinin axımı nəzərdə tutulursa, onda bu müddət çıxarışın alındığı gündən hesablanmalıdır. Çıxarış, texniki pasport alınmayana qədər, mütəxəssis olmayan şəxs həmin mənzilin sahəsini dəqiq hesablaya bilməzdi. Çünki orada azalma əmsalları var, arakəsmə divarlar vardır.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
38. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
40. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və yayerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
41. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
42. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunubildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
43. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
45. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdətutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
46. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki,podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
47. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğungəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
48. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmişmüddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
49. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziyairəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir
50. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbuledildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
51. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqiəsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
52. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsası olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
53. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.
54. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olanaöz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin
55. 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
56. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
57. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
58. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura KomitəsininKollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçiotaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2012-ci il tarixli Qərarı
59. Bənd 6.5-ci. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.
“Qazda istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli Qərarı
60. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Elektirik Enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2005-ci il tarixli Qərarı
61. Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir
62. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
63. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
66. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
67. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.8-ci bəndinə görə, qətnamənin nəticə hissəsi baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
Apelyasiya baxışının hədləri
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
70. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
72. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin - iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə - iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
74. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən, iddiaçının sahibliyinə və istifadəsinə verilməli olan mənzillərin ümumi sahəsi 86,6 kv.metr və 149,26 kv.metr kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışlara əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus daşınmaz əmlakın (hər birinin müvafiq olaraq) ümumi sahəsi 74,10 kv.metr və 126,10 kv.metr kimi qeyd edilmişdir.
75. Sözügedən mənzillərin ümumi sahəsini müəyyən etmək məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi ev 241 E, 94 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5 m2) mənzilin ümumi sahəsinin normativ sənədlərə uyğun hesablanmaqla 70,2 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi ev 241 E, 95 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 421, M5 m3) mənzilin ümumi sahəsinin normativ sənədlərə uyğun hesablanmaqla 122,4 kv.metr təşkil etdiyi, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki sahəsinin 71,8 kv.metr, 95 saylı mənzilin faktiki sahəsinin 126,8 kv.metr, 94 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsinin 79,83 kv.metr, 95 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsinin 136,2 kv.metr, 94 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsinin 88,8 kv.metr, 95 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 146.6 kv.m təşkil etdiyi müəyyən olunmuşdur.
76. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6057 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmuş sahədən daha az sahənin təhvil verilməsini və bununla da, iddiaçının subyektiv hüququnun pozulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra edilməməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşır.
77. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri təşkil edir və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalıdır.
78. Belə ki, mübahisəli müqavilələrin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini icra etməməklə iddiaçını, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.
79. Beləliklə iddiaçıya cavabdeh tərəfindən müqavilələrdə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyi, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Bununla belə məhkəmə kollegiyası mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddətinin keçib-keçməməsi barədə məsələni araşdırarkən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələrin şərtlərinə əsasən cavabdeh tərəfindən hər iki daşınmaz əmlak iddiaçıya təhvil verilmiş, o, mübahisəli mənzilləri çıxarış alınmamışdan əvvəl 2015-ci ildən (tarix aralığı iddiaçının tam yadında olmasa da, kollegiya onun 2017-ci ildə köçdüyünü, təmiri də köçməmişdən əvvəl xırdaxırda apardığına dair izahatını, iddia müddətinin tətbiqi barədə ərizədə yazılanları digər məhkəmə iclaslarında təkzib etmədiyini və əksini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyini, sayğacların məhz 2015-ci ildə quraşdırıldığını nəzərə alır) təmir etməyə başlamışdır. Göründüyü kimi iddiaçı hazırkı iddianı mənzillərin ona təhvil verilməsindən 7 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzilləri təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olmuşdur.
80. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.
81. Məhkəmə kollegiyası iddiaçının mənzillərin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzillərə dair çıxarış aldıqdan sonra xəbər tutmasına dair dəlil ilə əlaqədar qeyd edir ki, iddiaçının özünün də bildirdiyi kimi, o, həmin mənzilləri 2015-ci ildə təmir etməyə başlamışdır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzillərin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzillərin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
82. Bundan başqa iddianın digər hissəsi ilə əlaqədar kollegiya, iddiaçıya məxsus mənzillərə quraşdırılmış qaz, su və elektrik sayğaclarına görə tərəfindən aparılmış ödənişin əsassız olması olduğunu, belə ki, qüvvədə olan qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların həmin sayğaclarla ödənişsiz təchiz olunmalı olduğunu qeyd edir. İddianın bu hissəsinin də əsaslı olmasına baxmayaraq, iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, rədd olunmalıdır.
83. Belə ki, iş materiallarında olan Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli arayışlardan görünür ki, iddiaçıya məxsus hər iki mənzildə quraşdırılmış işıq, qaz və su sayğacları üçün cəmi 1.750 manat ödənilmişdir. Sözügedən məbləğin ödənilməsi üçün hər hansı hüquqi əsas (qanundan və ya müqavilədən irəli gələn) müəyyən edilmədiyindən hazırda ödədiyi pulun qaytarılmasını tələb edən İddiaçı oğlunun irəli sürdüyü tələbə uyğun gələn qanuni əsas Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələri təşkil edir. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, mübahisəli məbləğin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Lakin qeyd edilməlidir ki, həmin məbləğin geri tələb edilməsinin mümkün olmasını tənzimləyən Mülki Məcəllənin 1095-ci madəsində xüsusi iddia müddəti müəyyən edilmişdir.
84. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
85. Göründüyü kimi əsassız varlanma hallarında əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İş materiallarından da müəyyən edildiyi kimi MTK-nın 2015-ci ildə onun hesabına əsassız olaraq varlandığı 1.750 manat məbləğində pulun qaytarılması barədə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə iddiaçı, mülki qanunvericilikdə bu cür iddialar üçün xüsusi olaraq müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
86. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi iddianın əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, iş üzrə maddi hüquq normalarının (düzgün) tətbiq etməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırımamış, bu da məhkəmə tərəfindən düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnmişdir.
87. Halbuki iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).
88. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).
89. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan hissədə iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir.
90. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
91. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilsin. İddianın bu hissəsi üzrə yeni qətnamə çıxarılsın. İddia bu hissədə (apellyasiya baxışının predmeti olan hissəsə) rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova