Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1929/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu, X1 ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi qismində iştirak edən X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı işi üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ona məxsus ünvan 1 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı işi üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında, 1 -ci mərtəbənin 1 -ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə "Sahil-D Kompani” MMC tərəfindən yaradılan maeələrə son qoyulması, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri yaşayış sahəsinə buraxılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir.Sonradan icraat zamanı Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixində məktubla müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı işi üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən X6 tərəfindən apellyasiya şikayətinin daxil olması bildirilmiş və mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 qarşı tərəfin apellyasiya şikayətinin səlahiyyəti olmayan şəxs tərəfindən verildiyini, cavabdehin qanuni təmsilçisinin Cəfərov Məzahir olduğunu və həmin şəxsin vəfat etdiyini, vəkilə etibarnamə verən şəxsin isə belə bir səlahiyyətinin olmadığını, şəxsin direktor təyin edilməsinə əsas olan əmrin Əmək Müfəttişliyində və yaxud Dövlət Vergi Xidmətində səlahiyyəti təsdiq edilmədiyindən həmin əmri əhəmiyyətsiz sənəd hesab etdiyini bildirmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi qismində çıxış edən X4 əlavə sənədləri təqdim etdiklərini və onun səlahiyyətlərini təsdiq edən protokol, əmr və məhkəmə qərarının olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məcəllənin 402.2.5ci maddəsinə əsasən, Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qərardadından kassasiya şikayəti verilə bilər. Kollegiya hesab edir ki, iş üzrə X5 şikayətinin məzmun tələblərinə riayət edilməsinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün cavabdehin apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Cavabdehin şikayətinin mümkünlüyünə hazırki prosessual münasibətlər zamanında qiymət verilməsi zəruriliyi barədə iddiaçının nümayəndəsinin mövqeyinə dair bildirilməlidir ki, cavabdehin apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edildiyindən və birinci instansiya məhkəməsi tərəfindən müvafiq prosessual hərəkətlər edildikdən sonra apellyasiya instansiya məhkəməsi tərəfindən şikayət(lər)in mümkünlüyünə yenidən qiymət verilməli olduğundan hazırki mərhələdə buna prosessual zərurət müəyyən edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1929/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, X5 apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1929/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1929/2023
13.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver