Məhkəmə qərarları › İş №2(103)-1934/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1934/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1934/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1rşı zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında 327.1 İXP ******* 27.01.2021 il tarixli qərar nəticəsində, BDYİ-nin BDPŞ-nin qanuna zədd hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi, dayanacağa ödədiyi 5 manat məbləğində vəsaitin ona qaytarılması, 2-3 saat nəqliyyat vasitəsini və onu məşğul etdikləri üçün 400 manat maddi və 3000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-1319/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, mübahisələndirilən qətnamə İddiaçı ünvanına 21 oktyabr 2021-ci il tarixdə poçt vastəsilə rəsmi qaydada çatdırılmış, bu barədə müvafiq xəbərnamə imzalanaraq işə əlavə edilmişdir. İddiaçı ilkin apellyasiya şikayətini prosessual müddətə riayət etməklə 15 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Lakin apellyasiya şikayəti elektron kabinet vasitəsilə göndərilmədiyindən Səbail Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Sözügedən qərardad iddiaçıya 01 dekabr 2021-ci il tarixdə poçt vasitəsilə təqdim edilsə də, iddiaçı həmin qərardadı əldə etdikdən 1 (bir) ay 16 gün sonra elektron kabinet vasitəsilə apellyasiya şikayətini təqdim etmişdir. Beləliklə, qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüş, prosessual müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin prosessual müddətin ötürülməsi ilə verilməsi məsələsi rayon məhkəməsi tərəfindən araşdırılmamış, apellyasiya şikayəti baxılması üçün birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar