Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1936/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, apelyatorun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobilin Cavabdeh2 alınıb ona qaytarılması, avtomobilin qanunsuz sahiblikdə olduğu dövr ərzində amortizasiyası nəticəsində dəymiş 10000 manat maddi zərərin və 10000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5259/2019 saylı 23.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobil alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 06.12.2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim Ş.Əliyev, iş № 2(011)-5259/19) apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayət vermişdir. Şikayətdə Xətai Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli qərardadının ləğv edilməsi, qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında olan xəbərnamədə sənədi 24.08.2019-cu il tarixdə “şəxsən Cavabdeh2 verildi” sözləri qeyd edilsə də, həmin xəbərnamədə Cavabdeh2 imzası mövcud deyildir. Belə olan halda, qətnamə Cavabdeh2 rəsmi qaydada verilməmiş hesab edilməlidir. Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir və buna görə də apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət əlavə edilməmişdir. Qətnamə rəsmi qaydada təqdim edilmədiyindən vəkil 28.07.2021-ci il tarixdə iş materialları ilə tanış olaraq sənədlərin surətini götürmüşdür. Bundan sonra 29.07.2021ci il tarixdə Cavabdeh2 nümayəndəsi olaraq qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Lakin hakim qətnamənin ona təqdim edilməsindən əsassız imtina etmiş, yalnız 22.11.2021-ci il tarixdə qətnamənin surəti ona təqdim olunmuşdur. Prosessual müddət ötürülməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, apelyatorun nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, Cavabdeh2 Xətai Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsini 24 avqust 2019-cu il tarixdə xəbərnaməyə imza etməklə almış, lakin həmin qətnamədən şikayəti nümayəndəsi vasitəsilə 04 dekabr 2021-cu il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da o, qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində şikayət verilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi şikayət vermə müddətini ötürmüş, prossesual müddətin bərpası barədə vəsatət isə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyator şikayətində göstərdiyi halları sübuta yetirə bilməmişdir. Şikayətin qətnamədən apelyatorun xəbəri olmaması, apelyatorun qətnamənin surətini 24.08.2019-cu il tarixdə almaması barədəki dəlilləri iş materialları ilə təkzib olunduğundan məhkəmə kollegiyası tərəfindən qəbul edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, qətnamənin surəti Cavabdeh2 24.08.2019-cu ildə təqdim olunmuşdur və bu, işdə olan xəbərnaməli bildirişlə təsdiq olunur. Bununla yanaşı, qətnamə icraya yönəldikdən sonra icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş icra məmuru tərəfindən ona 05.02.2020-ci il tarixdə təqdim olunmuş və Cavabdeh2 həmin bildirişin üzərində imza etməklə bu faktı təsdiq etmişdir. Apelyator qətnamənin surətini 24.08.2019-cu ildə almasını təsdiq etməsə belə, onun ən azından 05.02.2020-ci il tarixdə qətnamədən xəbəri olmuş, lakin apellyasiya şikayəti verməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1936/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1936/2022
09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver