Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1945/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e- 2(008)-521/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin 26 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, cinayət işinin başlanılmasına səbəb və əsas 07 avqust 2021-ci il tarixdə Bakı-Kənar-Dairəvi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 14- cü kilometrində İddiaçı Bakı istiqamətinə idarə etdiyi “Honda CRV” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Cavabdeh2 arxa-arxaya idarə etdiyi “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması olmuşdur. 06 noyabr 2021-ci il tarixdə Cavabdeh2 CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərar Cavabdeh2 tətbiq edildiyindən, barəsində aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və İddiaçı dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
2. "xxxx" MMC tərəfindən 12 avqust 2021-ci il tarixli qüsur aktına əsasən, İddiaçı məxsus “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və ehtiyat hissələrinə 13039,59 manat xərc tələb olunur.
3. “Elektron-məhkəmə” informasiya sistemindən görünür ki, “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 04 may 2024-cü il tarixli məktubuna əlavə olunmuş “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobil 26 iyul 2016-cı il tarixdə X3 adına qeydiyyata alınmış, 17 sentyabr 2021-ci il tarixdə alqı – satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X4 adına rəsmləşdirilmişdir. Etibarnamə əasında Cavabdeh1 22 may 2021-ci il tarixdən 22 may 2022-ci il tarixə kimi, Cavabdeh2 isə 22 iyun 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə kimi həmin avtomobili idarə etmək hüququ olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 13100 manat məbləğində maddi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 07 avqust 2021-ci ildə Şıxov çimərliyindən evinə “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qayıdarkən, Salyan şossesindən Dairəvi küçəyə dönərkən, əsas yolla birləşən köməkçi yolun çıxışında Cavabdeh2 tərəfindən etibarnaməsiz idarə olunan “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin gün Bakı Dairəvi küçəsində təmir işləri ilə əlaqədar tıxac yaranmışdır. Daha sonra hadisə şahidlərinin verdiyi ifadələrə görə, Cavabdeh2 arxa-arxaya hərəkət etməklə, köməkçi yoldan Salyan şossesinə qayıtmaq istəmiş, lakin köməkçi yolun təktərəfli istiqamətdə olması, habelə onun istifadə etdiyi avtomobillə Cavabdeh2 sürdüyü avtomobil arasında başqa bir avtomobil olması səbəbilə, aradakı avtomobil qəfil sola çəkildikdə, o, təqsirkar Cavabdeh2 gördükdə onun sürdüyü avtomobil ona çox yaxın olmuş və o, əyləcə bassa da, avtomobili **-XJ-*** nişanlı avtomobilə dəymişdir. Nəticədə, avtomobilinin qabaq hissəsi tamam yararsız hala düşmüş, təhlükəsizlik yastıqları açılsa da, sağ qabırğasında çat meydana gəlmişdir. Cavabdeh2 qardaşına aid olan və Cavabdeh2 etibarnaməsiz idarə etdiyi avtomobildə mülki məsuliyyətin icbari sığortası mövcud deyildi. Həmin avtomobil Cavabdeh2 qardaşı Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh2 həmin avtomobili bir tərəfdən etibarnaməsiz idarə etmiş, digər tərəfdən də həmin avtomobilin üçüncü şəxslərə vura biləcəyi zərərlərə qarşı icbari sığortası aparılmamışdır. Halbuki, avtomobilin sığortasını həyata keçirmə öhdəliyi Cavabdeh1 olmuşdur. Hadisə ilə bağlı təhqiqat başlanılmış, ekspertiza Cavabdeh2 törədilmiş hadisədə təqsirli bildiyi üçün, 24 noyabr 2021-ci ildə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı tərtib edilmiş, işin istintaqı davam edərkən, təqsirləndirilən şəxs “8 Noyabr– Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qanuna və amnistiya aktına əsasən onun barəsində cinayət işinə xitam verilmişdir. Qərarda ona izah etmişdir ki, məruz qaldığı ziyanı mülki qaydada rayon məhkəmələrində qaldıra bilər. Yapon avtomobillərin satışı və təmiri üzrə ixtisaslaşan “Honda-servis”dən aldığı müayinə aktına görə, avtomobilinə dəymiş zərərin məbləği 13000 manatdan çox hesablanmışdır. Zərər hesablanarkən, avtomobil salonunda olan və açılan hər hava yastığı, sensorlu kəmərlərin xərci bu qiymətə daxil edilməmişdir. Hadisədən də görünür ki, ona zərər vuran avtomobilin mülkiyyətçisi X2r və o, avtomobilinin idarə olunması üçün öz qardaşına etibarnamə verməmişdir. Üstəlik, öz avtomobilinin icbari sığortanı da etdirməmiş və icbari sığortası olmayan avtomobili etibarnaməsiz öz qardaşına vermişdir. Başqa sözlə o, üçüncü şəxslərə öz avtomobili ilə vurula biləcək zərərin qarşısını almaq üçün heç bir tədbir almamışdır. Bu səbəbdən, Cavabdeh2 ona təqsirli olaraq vurduğu zərərə görə şəxsən və öz əmlakı ilə məsuliyyət daşıyır. Cavabdehlərdən Cavabdeh2lə daha əvvəl görüşüb ona güzəşt olaraq avtomobilin qeyri-original ehtiyat hissələrinin pulunun ödəməsi ilə zərərin qarşılamasını tələb etmişdir. Lakin sonuncu sadəcə 2500 manat verə biləcəyini, ondan daha yüksək məbləğdə zərərin kompensasiyasını istəməyinin əsassız olduğunu qeyd etmişdir. Məsələn o, avtomobilinin kapotunu niyə təmir etməyib dəyişdiyinə və çin istehsalı deyil, türk istehsalı olan kapotu qoydurduğunu qəbul etməmiş, etiraz etmişdir. Habelə, Cavabdeh2, avtomobili rəngləməyin çox bahalı olduğuna etiraz etmişdir, məsələn kapotun boyasının 200 manat olduğunu qəbul etməmiş, halbuki kapot hissəsinin boyanması daha çətindir və daha çox boya sərf olunur. Başqa sözlə, cavabdehin bütün bu qeydləri onun başdan xoş niyyətli olmadığını, məsuliyyətdən yayınmaq istədiyini sübut edir. Qabırğası zədələndiyi üçün rentgen müayinəsinə ödədiyi xərc 50 manat təşkil etmiş, ATU terapevtik klinikasında etdirmişdir. 18 manata ağrıkesici krem, 20 manata da korset almışdır. Bu da toplamda 88 manat maddi zərər meydana gətirmişdir. Habelə gecələr yatanda əziyyət çəkmiş, çünki həmişə sağ tərəfində yatdığı halda, uzun müddət sağ tərəfində yatması mümkün olmamışdır. Qəzadan sonra avtomobilində ciddi nasazlıqlar yaranmış və onların tamamilə düzəltdirə bilməmişdir. Məsələn hava yastıqlarının qabaq sol sensoru dəyişdirilməlidir, onun ədədi 80 manatdır, üstəlik sifarişlə gətirilir, onu hələ də dəyişdirə bilməmişdir.
7. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1950 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9517 manat müəyyən edilmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e- 2(008)-521/2023 nömrəli qətnaməsi ilə iddia qismən olunaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 9517 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,17 manat məbləğində pul vəsaiti tutulması qət edilmiş, qalan hissədə isə iddia rədd olunmuşdur.
9. Qətnamə onunla əsaslandırılmışdır ki, mülki hüqüq pozuntusu (delikt) “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 tərəfindən törədilsə də, o, avtomobili qanuni əsas (etibarnamə) olmadan idarə etdiyindən, həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1 ilə birlikdə maddi məsuliyyət daşıyır. İş üzrə alınmış 23 may 2023-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1108.1 və 1108.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamə ilə razılaşmayan cavabdehlər apellyasiya şikayətləri verərək, qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsi, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Cavabdeh2 şikayətinin dəlillərinə görə, mülki iş üzrə ekspertiza iddiaçının təqdim etdiyi qüsür aktına əsasən hesablanmışdır. Halbuki, həmin avtomobilin şəkilindən görünür ki, avtomaşına o qədər ziyan dəyə bilməz. O, avtomobil təmiri ustasıdır və maşından da kifayət qədər anlayışı vardır. Avtomobil detallarının qiyməti faktiki bazar qiymətinə uyğun deyildir. Bəzi avtomobil detalları isə ümumiyyətlə həmin toqquşma zamanı zərər görə bilməzdi. Lakin iddiaçı istədiyi kimi siyahi tərtib etmiş və məhkəmədə bu sahədə xüsusi biliyə malik olan şəxs olmadığından həmin nüansları gözdən qaçırmışdır. İş üzrə ekspert isə avtomaşını görmədən ona təqdim edilmiş siyahi üzrə müəyyən hesablama apararaq məlum qənaətə gəlmiş və nəticədə məhkəmə ekspertizanın göstərdiyi rəqəmi təmin etməklə məlum qənaətə gəlmişdir. Halbuki, həmin avtomaşına maxsimum dəymiş ziyan 2000-2500 manat ola bilərdi. İddiaçı ilkin olaraq o məbləği tələb etdikdə maddi imkanı olmadığı üçün verə bilməmişdir. Bundan başqa cinayət işi üzrə istintaq hərəkətləri belə düzgün aparılmamışdır. Məhkəmə sadəcə iş üzrə xitam verilməsini müəyyən etsədə hansı əsaslarla xitam verilməsini və cinayət işi materiallarını ətraflı araşdırmamışdır. Belə ki, cinayət işi üzrə keçrilmiş ekspertizanın nəticələrinə baxan zaman yol nəqliyyat hadisəsi zamanı iddiaçının da səhvi olduğu aşkar olunur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqatlar İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən “sürücü İddiaçı idarə etdiyi Honda CRV markalı 90DV710 dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü Cavabdeh2 idarə etdiyi X5 **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması üzrə” aparılan araşdırma üzrə 20 avqust 2021-ci il tarixli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Ekspert qarşısında 2 sual qoyulmuşdur: 1. Honda CRV markalı 90DV710 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanununun tələblərinə uyğunsuzluq olmuşdurmu və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 2.X5 **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanununun tələblərinə uyğunsuzluq olmuşdurmu və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Lakin Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9 sentyabr 2021-ci il tarixli 8/2008-ci il tarixli ekspert rəyində yalnız 2-ci suala cavab verilmiş, 1 sual üzrə göstərilmişdir ki, “istintaq hərəkətində təqdim edilmiş məlumatlara əsasən Honda CRV markalı 90DV710 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərin texniki nöqteyi-nəzərdən təhqiq etməyə lüzum yoxdur. Ekspertin bu rəyi tamamilə qanunsuzdur. Belə ki, ekspert heç bir konkret hüquqi əsas göstərmədən suala cavab verməmişdir. Belə ki, qanunvericilikdə ekspertin hansısa suala cavab verməyi lüzum görməməsi kimi müddəa yoxdur. Halbuki araşdırma zamanı və ekspertiza təyin edilməsi haqqında qərarda göstərilmişdir ki, F. Mehdiyev 30-40 metr məsafədən qarşıdakı nəqliyyat vasitəsini görərək tormozlama əməliyyatı aparsada, Honda CRV markalı avtomobilin qabaq hissəsi ilə X5 avtomobilin arxa hissəsi toqquşmuşdur. Göründüyü kimi təxminən 30- 40 metr məsafədən İddiaçı qarşıdakı avtomobilin arxaya doğru hərəkətini görsə də, lakin idarə etdiyi nəqliyyat vasitəsini digər zolağa keçirməmiş və qəzaya səbəb olmuşdur. Halbuki adicə 5-6 metr ara məsafəsi həmin anda qəza vəziyyətinin qarşısının alınması üçün kifayət edir. Bundan başqa ekspertiza təyin edilməsi haqqında qərarda göstərilir ki, İddiaçı 70 km/saat sürətlə hərəkət etmişdir. Deməli adi riyazi hesablama aparmaqla qəzadan əvvəl təkcə ara məsafəsini deyil, həmçinin qəzadan yayınma üçün tələb olunan vaxtı da təyin etmək olar. 70 kilometr 7000 metrə bərabərdir. 1 saat 3600 saniyədir. Deməli məsafəni vaxta böldükdə, müəyyən olunur ki, 70km/m sürətdə avtomobil 1 saniyədə 1.94 metr məsafə qət edir. Qərara əsasən ilkin olaraq nəqliyyat vasitələri arasında ara məsafələri 40 metr olduğu üçün 40 : 1.94=20.61. Deməli İddiaçı qəzadan yayınmaq üçün 20.61 saniyə vaxtı olmuşdur. Lakin o qəzadan yayınmaq üçün heç bir tədbir görməmişdir. Bu isə İddiaçı diqqətinin yolda olmamasının və nəticədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud pozmasının göstəricisidir. Bundan başqa ekspert rəyində göstərir ki, X5 avtomobilin sürücüsü avtomobili arxaya sürməsi ilə əlaqədar Honda CRV markalı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin texniki nöqteyi-nəzərdən təhqiq etməyə lüzum yoxdur. Lakin ekspertin bu mövqeyi tamamilə qanunsuzdur. İlkin olaraq nəzərə alınmalıdır ki, suala cavab vermək ekspertin vəzifə borcudur. İkincisi bir tərəf qanunu pozubsa, digər tərəf barədə araşdırmamam aparılmaması ilə bağlı qanunda tələb yoxdur. Ekspertin məntiqi ilə götürülsə, deməli əgər kimsə qaydanı pozaraq piyada keçidindən kənar yolu keçəndə sürücü onu nəqliyyat vasitəsi ilə vurursa, deməli sürücünün hadisənin qarşısının alması imkanı ilə bağlı araşdırma aparılmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 267.3-cü maddəsinə əsasən təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Xüsusi olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 265.3-cü maddəsinə əsasən mürəkkəb və təkrar ekspertizalar eyni ixtisasdan olan ekspertlər komissiyası tərəfindən aparılır. Məcəllənin 265.4-cü maddəsinə əsasən Komisyon ekspertiza aparılması haqqında qərarın icrası ekspert idarəsinin rəhbəri üçün məcburidir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmişdir. Halbuki, avtomaşını idarə etmək üçün etibarnamənin olmasını araşdırmamışdır.
13. Cavabdeh1 apellyasiya şikayətini Cavabdeh2 şikayətində göstərilən dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almayıb ki, həmin hadisənin törədilməsində onun heç bir təqsiri olmamışdır. O, qanunvericiliyə uyğun olaraq həmin avtomobili etibarnamə əsasında istifadə etməsi üçün qardaşıma vermişdir. Ən azından sorğu verilib onun adından qardaşı Cavabdeh2 adına həmin avtomobili idarə etmək üçün etibarnamənin mövcud olub-olmamasını müəyyən etmək olardı. Beləliklə iddiaçının şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, əvəzi onun tərəfindən deyil, zərərvuran tərəfindən ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətləri ilə eyni məzmunlu izahat verərək təmin olunmasnı xahiş etmişlər.
16. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətlərin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. ... ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. ... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. ... Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.”.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətləri ilə qətnamə qismən – iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, mübahisənin predmeti bölünən olduğu, cavabdeh iddianın rədd olunduğu hissəsi ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamənin bu hissədə onun tərəfindən mübahisələndirilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın təmin olunan və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyən hissələrində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün iddianın təmin olunan hissəsində və apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnaməsi qismən - Cavabdeh1 qarşı iddianın təmin olunan hissəsində ləğv edilməli, ləğv olunan hissədə iş üzrə yeni qətnamə çıxarılmalıdır.
23. Hər 2 apellyasiya şikayətinin dəlillərindən birini hadisənin baş verməsində Cavabdeh2 təqsirinin olmaması və iddiaçının da təqsirinin olması təşkil edir. Bu dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan xüsusatlar hazırkı məhkəmə araşdırmasının predmeti ola bilməz. Belə ki, cinayət prosesini həyata keçirən orqanın qərarları ilə təqsirli bilinən şəxs Cavabdeh2dur, araşdırmanın nəticəsi olaraq əməlin törədilməsində təqsirli bilinmiş, bəraətverici əsaslar olmadan – amnistiya aktına əsasən məsuliyyətdən azad olunmuş və qərar onun tərəfindən mübahisələndirilməmişdir.
24. Şikayətlərin digər dəlilini zərərin məbləği təşkil edir. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, zərərin məbləği ekspert rəyinə əsasən, həmçinin, köhnəlmə faizi tətbiq edilməklə müəyyən olunub və bu rəyin əsassızlığını təsdiq edən hər hansı bir sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmayıb.
25. Cavabdehlər tərəfindən məhkəmə araşdırması zamanı yenidən ekspertizanın keçirilməsi xahiş olunsa da, bu barədə vəsatət məhkəmənin qərardadına əsasən təmin olunmamışdır. Həmin qərardadda əsas kimi qeyd olunmuşdur ki, vəsatətdə ekspertiza təyin oluqması xahiş edilsə də, işin hallarından görünür ki, zərərin məbləğinin müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin olunaraq rəy alınmışdır. Buna görə də yenidən keçiriləcək ekspertiza ya təkrar, ya da əlavə ekspertiza ola bilər və bunun üçün də vəsatət əlavə sualların tədqiqinə ehtiyac yaranması, əvvəlki rəyin əsassızlığı və digər xüsusatlar baxımından əsaslandırılmalıdır. Lakin vəsatətin məzmunundan görünür ki, bu istiqamətdə hər hansı bir əsaslandırma aparılmamışdır.
26. Cavabdeh1 apellyasiya şikayətinin əsası kimi qeyd olunan xüsusatlar hadisənin törədilməsində onun heç bir təqsirinin olmaması, qardaşının adına etibarnamənin mövcud olması və zərərin əvəzinin zərərvuran tərəfindən ödənilməli olması ilə bağlı məhkəmə kollegiyası qeyd olunan hallarla bağlı araşdırma apararkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobil üzərində mülkiyyət hüququ olmamışdır. Həmin avtomobil 26 iyul 2016-cı il tarixdə X3 adına qeydiyyata alınmış, 17 sentyabr 2021-ci il tarixdə alqı – satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X4 adına rəsmləşdirilmişdir, etibarnamə əasında Cavabdeh1 22 may 2021-ci il tarixdən 22 may 2022-ci il tarixə kimi, Cavabdeh2 isə 22 iyun 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə kimi həmin avtomobili idarə etmək hüququ olmuşdur. Hadisə 07 avqust 2021-ci il tarixdə baş verdiyindən həmin vaxt hadisəni törədən şəxs avtomobili qanuni əsaslarla idarə etmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olması, digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Kollegiya bu nəticəyə gəlir ki, hadisə törədilərkən avtomobilin mülkiyyətçisi tamamilə başqa şəxs olduğundan, həmin avtomobili idarə etmək üçün hər 2 cavabdehin etibarnaməsi olduğundan, hadisə Cavabdeh2 tərəfindən törədildiyindən və Cavabdeh1 məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan normalar baxımından hər hansı bir əsas mövcud olmadığından iddianın sonuncuya münasibətdə qismən təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsassızdır.
28. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayətləri təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia Cavabdeh1 münasibətdə rədd olunmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(008)- 521/2023 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(008)- 521/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(008)- 521/2023 nömrəli qətnaməsi qismən – Cavabdeh1 İddiaçı xeyrinə müştərək qaydada 9517 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev