Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-195/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi, tapşırıq) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5373/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 4 iyun 2018-ci il tarixli etibarnamə ilə İddiaçı (bundan sonra, iddiaçı) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətində olan mansard mərtəbəsinin 296,5 kv.metr hissəsinə dair sərəncam verməyi, o cümlədən alqı-satqı müqaviləsini imzalamağı Cavabdeh (bundan sonra, cavabdeh) oğluna etibar etmişdir.
2. Daşınmaz əmlakın alqı-satqı müqavilələrindən və “Elekton notariat” X1 çıxarışlarına əsasən satıcı olan iddiaçı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissədən 72,6 kv.metr hissəni 14500 manata X9, 72,6 kv.metr hissəni 20000 manata X8, 72,6 kv.metr hissəni 30000 manata X2, 72,6 kv.metr hissəni 12000 manata X3. Alqı-satqı müqavilələri bağlanarkən satıcı olan iddiaçını etibarnamə əsasında cavabdeh təmsil etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-1280/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 04 iyun 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 04 dekabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 120.000 manat borc pul vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(001)-5892/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı qeyd edilən kredit müqaviləsinə əsasən 120000 manat əsas borcun, 18000 manat bank uçot dərəcəsi, əldən çıxmış fayda kimi 50000 manat, dəbbə pulu 60000 manat, cəmi 248000 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddiası qismən təmin olunmuş, cavabdehdən 120000 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi qət olunmuşdur. Həmçinin, Cavabdeh İddiaçı qarşı “04 iyun 2018-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda aralarında bağlanmış, reyestrdə 3M-447 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-1684/20 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Hər iki qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmiş, sonda apellyasiya şikayətləri təmin olunmamış, qətnamələr dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(102)-5498/2022 saylı qərarından görünür ki, Cavabdeh İddiaçı qarşı “04 iyun 2018-ci il tarixli kredit müqaviləsinin ləğv olunması, həmn kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi və 120000 manat pulun cavabdehdən onun xeyrinə tutulması” barədə iddiası təmin olunmamışdır.
5. X10 ilə İddiaçı arasında bağlınmış 5 mart 2016-cı il tarixli torpaq salqı-satqısına dair ilkin müqaviləyə əsasən - X10 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən 310 kv.metr ölçüdə torpaq sahəsinə dair daşınmaz əmlakın dövoət reyestrindən çıxarış aldıqdan sonra, onu 23000 manata İddiaçı satmağı öhdəsinə götürmüşdür.
6. İddiaçının şikayəti əsasında cavabdehin hərəkətləri barəsində Binəqədi Rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırmalar aparılmış və əməldə cinayət tərkibi olmaması əsasına görə 10 iyun 2023-cü il tarixli qərarlarla (əvvəllər 28 may 2020, 26 aprel 2021, 19 fevral 2022, 24 fevral 2023-cü il tarixli qərarlarla analoji qərarlar qəbul edilmiş, lakin sonradan ləğv olunaraq araşdarma davam etdirilmişdir) cinayət işinin başlanması rədd edilmiş, mübahisə mülki xarakterli olduğundan tərəflərə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan şifahi razılaşmaya əsasən cavabdehdən ünvan 2 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 135.000 manat və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 100.000 manatın, cəmi 235.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2015-ci ildə ev tikib satmaqla məşğul olmaq qərarına gəlmişdir. Buna görə də 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 0,03 ha torpaq sahəsini etibarnamə əsasında alıb həmin torpaq sahəsində 4 ədəd ev tikib satışa qoymuşdur. Bu evlərdən birini satsa da, digər üçünü sata bilməmişdir. Bundan başqa Abşeron rayonu Digah qəsəbəsi Zaur Həbibov küçəsində tikilmiş 5 mərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 296,5 kv. metr ölçüdə olan 4 ədəd mənzili alıb satışa qoymuş, lakin həmin mənzilləri də sata bilməmişdir. Ev satmağı barədə bir neçə tanışına demiş və 2016-cı ildə tanışı Zakir adlı şəxs onu əvvəllər tanımadığı cavabdehlə tanış edib həmin şəxsin ev alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, cavabdehlə Binəqədi qəsəbəsində yerləşən evlərə baxmışlar, həmin mənzilləri satıb bir il müddətində 120.000 manat ödəyəcəyini, həmin pulun bir hissəsini, yəni 20.000 manatı qabaqcadan verməli olduğunu razılaşmışlar. Razılaşdıqdan 3-4 gün sonra cavabdeh ofisə gəlib ona 20.000 manat pul vermiş və o həmin evlərin açarlarını cavabdehə vermişdir. Bundan bir neçə gün sonra o həmin evlərə baxmağa getmiş və cavabdehin hər üç evdə təmir işləri apardığını görmüşdür. O, Elmarın bu hərəkətlərini bəyənmiş, Elmara Digah qəsəbəsində olan mənzillərini də satmağı təklif etmişdir. Bundan sonra onlar birlikdə Digah qəsəbəsində yerləşən mənzillərə baxmış, o həmin mənzillərin 1 kv.metrini 500 manata satdığını bildirmiş, Elmara həmin mənzilləri satıb 1 ilə pulu ona qaytarmasını təklif etmişdir. Elmarla birlikdə həmin evlərə baxarkən yolda Elmar ona Mehdiabad qəsəbəsində özünə məxsus torpaq sahəsində ev tikib satdığını, beləliklə pul qazandığını demiş, ona həmin evlərin tikintisinə pul qoymağı və həmin puldan əlavə qazanc əldə etməyi təklif etmişdir. Belə olan halda o, Elmarla razılaşmış və Elmara 120000 manat pul verməyi təklif etmişdir. Elmar da 120000 manatın əvəzində evləri tikib satdıqdan sonra 150000 manat qaytaracağını demişdir. Beləliklə, Elmarla Digah qəsəbəsindəki evlərin 1 kv.metrini 450 manata razılaşdıqdan sonra həmin mənzillərin çıxarışı olduğuna görə 11 saylı notariat kontoruna gedib mənzillərə dair ona etibarnamə vermiş, həmçinin arvadı da bu mənzillərin satılmasına razılıq ərizəsi vermişdir. Əlavə get-gəl olmasın deyə həmin vaxt Mehdiabad qəsəbəsindəki torpaqla bağlı Elmarla aralarındakı işbirliyinə görə ona 120000 manat pul verməsinə dair borc müqaviləsi bağlanmış, müqavilə bağlanarkən notarius pulun notariat kontorunda verilib-verilməməsinin ona önəmli olmadığını bildirmiş və o, notariat kontorundan çıxdıqdan sonra avtomobildə həmin 120000 manatı cavabdehə vermişdir. 2017-ci ilin dekabr ayında Elmarın Binəqədi qəsəbəsində yerləşən evləri artıq satmasını bilmiş və bundan sonra Digah qəsəbəsində yerləşən mənzillərlə də maraqlanmış, həmin mənzillərin də artıq satıldığını öyrənmişdir. Cavabdehlə danışıb pulunu istədikdə, lakin bir manat da olsun pul verməmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2017-ci ilin dekabr ayından başlamışdır. Belə ki, təsadüfi tanışlıq zəminində iddiaçı cavabdehin tikinti materialları satdığını bilmiş, ondan özünə məxsus evlərin satılmasında köməklik istəmişdir. Sonradan cavabdeh iddiaçı ilə birlikdə iddiaçıya məxsus, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 ədəd evə baxmış, cavabdeh evlərin satılmasında köməklik edəcəyini demişdir. 04 iyun 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh notariat kontoruna getmişlər, iddiaçı sözügedən evlərin satışını həyata keçirməsi üçün cavabdehə etibarnamə vermişdir. Etibarnamının şərtlərinə əsasən, cavabdehə həmin evlərlə bağlı iddiaçı tərəfindən sərəncam hüququ verilmişdir. Lakin, iddiaçı cavabdehlə gələcəkdə aralarında yarana biləcək anlaşmazlığın təminatı olaraq həmin tarixdə notariat ofisində cavabdehlə borc müqaviləsi bağlamışdır ki, həmin müqaviləyə əsasən, güyə iddiaçı cavabdehə 6 ay müddətə geri ödəmək şərti ilə 120000 manat pulu borc kimi vermişdir. Halbuki, həqiqətən də 120000 manatın iddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı heç bir sübut mövcud deyil, evlərlə bağlı sərəncam hüququnu özündə əks etdirən etibarnamənin təminatı kimi bağlanmışdır. İkinci, yəni 120000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Yəni, iddiaçı Digah qəsəbəsindəki, iddia ərizəsində göstərilən 4 ədəd evin təminatı kimi müəyyənləşdirdiyi 120000 manatın cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiası təmin olunmuşdur. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilsə də, şikayət təmin olunmamışdır. Hazırda cavabdeh tərəflər arasında 120000 manatlıq borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iş Binəqədi Rayon Məhkəməsinin icraatındadır. İddia tələbi Digah qəsəbəsindəki evlərin alğı-satqısından əldə edilmiş 135000 manatın ödənilməsi hissəsində tamamilə əsassızdır, ona görə ki, həmin evlərin cavabdeh tərəfindən 135000 manata satılmasını təsdiq edən heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdeh iddia ərizəsinə əlavə edilmiş 26 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan hazırki iddia ərizəsi məhkəməyə verildikdən sonra məlumat almış, həmin qərarla tanış olarkən müəyyən etmişdir ki, İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun izahatı təhrif olunmuşdur. Buna görə də, cavabdeh tərəfindən sözügedən qərardan şikayət verilmiş, izahatının yenidən, düzgün alınması tələb olunmuşdur. Tərəflər arasında Digah qəsəbəsindəki evlərdən başqa iş birliyi olmamışdır.
10. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5373/2021 saylı işi üzrə 11 noyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə tərəflər arasında mübahisəli məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı hər hansı müqavilənin mövcudluğu iş üzrə müəyyən edilməməklə yanaşı, iddiaçı tələbinin əsası kimi digər mötəbər sübuta əsaslanmamış, yalnız cavabdehin Binəqədi rayon Polis İdarəsinin 5- ci Polis Bölməsində verdiyi izahatına istinad etmişdir ki, həmin izahat cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmasını sübut etmir (26 aprel 2021-ci il tarixli Qərar). Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Əksinə, həmin qərarda qeyd olunan, tərəflərin verdikləri izahatdan görünür ki, həm İddiaçı, həm də Cavabdeh Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 ədəd mənzillə bağlı etibarnamənin 2017-ci ilin yay aylarında verildiyini göstərmişlər. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)-5892/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, tərəflər arasında 120000 manatlıq müqavilə 2018- ci ilin iyun ayında bağlanmışdır. Hazırki məhkəmə iclasında iddiaçı izahatında bildirmişdirki, Digah qəsəbəsindəki evlərlə bağlı notariat kontorunda cavabdehə etibarnamə verərkən əlavə get-gəl olmasın deyə, həmin vaxt aralarında 120000 manat borc müqaviləsi də bağlanmışdır. Beləliklə, müəyyən olunur ki, sözügedən 120000 manatlıq borc müqaviləsinin bağlanma tarixi qanuni qüvvəyə minmiş qətnamədə 2018-ci ilin iyun ayı kimi, iddiaçının həm istintaq şöbəsində, həm də hazırki məhkəmə iclasındakı izahtında isə 2017-ci ilin yay ayları kimi göstərilmişdir. Yaranmış ziddiyyətlə əlaqədar məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi sübut kimi qəbul edilməlidir, istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş qərarda göstərilən izahatların isə hazırki işdə sübut kimi qəbul edilməsi qeyrimümkündür. Belə olan halda tərəflər arasında iddia tələbində qeyd olunduğu kimi Binəqədi qəsəbəsində iddiaçıya məxsus 3 ədəd evin alğısatqı münasibətlərini təsdiq edən hərhansı sübut aşkar olunmur. Digər tərəfdən, iddia öz tələbində cavabdehdən ünvan 4 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alğı-satqısına görə əldə olunmuş 135000 manatın və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alğısatqısına görə 100000 manatın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir ki, hazırki iş materialları ilə cavabdehin sözügedən mənzillərin satışından müvafiq olaraq 135000 və 100000 manat əldə etməsini təsdiq edən heç bir sübut müəyyən edilmir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmiş, iddiaçının öhdəlik hüquq münasibətləri əsasında cavabdehdən pul tələb etməsi öz təsdiqini tapmamış və bunun əsası kimi hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.2, 21.2, 385.1,425.1, 442, Mülki Prossesual Məcəlləsinin (MPM-nin) 14.2, 77.1, 78.1-ci maddələri ilə əsaslandırmışdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı cavabdehin iddiaçıya məxsus Binəqədi qəsəbəsində yerləşən 3, Digah qəsəbəsində yerləşən 4 mənzili satıb pul əldə etməsi və aralarındakı şifahi razılaşmanı pozub iddiaçıya 235000 manat pulu ödəməməsi müəyyən olunsa da, məhkəmə əsassız olaraq iddianı rədd etmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov, E.C.Kazımov) 2(103)-1596/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, cavabdehdən 76500 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıya məxsus 4 mənzili X9, X8, X2 və X4 satışdan 76500 manat məbləğində pul əldə etmiş (14500+20000+30000+12000=76500), əldə olunan pulu iddiaçıya verməyərək tapşırıq müqaviləsindən irəli gələn öhdəliyini qəsdən vicdanla icra etməmişdir.
18. Apellyasiya instansiya məhkəməsi Binəqədi qəsəbəsində yerləşən 3 mənzilə münasibətdə qeyd etmişdir ki, həmin mənzillərin mövcudluğu, habelə iddiaçıya məxsus olması, mənzillərin satılaraq cavabdeh tərəfindən pul əldə olunması barədə iş materiallarında kifayət qədər mötəbər və tutarlı sübut yoxdur. Belə ki, Binəqədi RPİ-də araşdırma zamanı cavabdehin istintaq orqanına verdiyi və doğruluğu cavabdeh tərəfindən sonradan inkar olunan izahatda adları çəkilən şəxslərin şəxsiyyətini müəyyən edib ifadələrini almaq mümkün olmamış, iddiaçı həmin evlərin satışı barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir.
19. Məhkəmə öz mövqeyini MM-nin 21.1, 21.2, 385.1, 425.1, 442, 777.1, 772.2, 778.1, 779.1 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir
21. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və ya yenidən araşdırlması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023cü il tarixli 2(102)-282/2023 saylı qərarı (hakimlər X22 (məruzəçi), X12 və X6) ilə kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1596/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
23. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tələbin rədd edilmiş hissəsində iddiaçının dəlilləri, təmin olunan hissədə isə cavabdehin etirazları lazımi şəkildə araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. İlk olaraq, Binəqədi rayonunda yerləşən evlərin satışı ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçı həmin hissədə tələbinin faktiki əsası (buna dair sübut) kimi cavabdehin istintaq orqanında verdiyi izahata istinad edir. İş materiallarına əlavə olunmuş həmin izahatdan görünür ki, cavabdeh, Binəqədi rayonunda iddiaçının tikdiyi evləri kimlərə və hansı qiymətlərə satdığını dəqiq şəkildə göstərmişdir. Cavabdeh izahatın müstəntiq tərəfindən təhrif olunduğunu bildirsə də, bu faktın sübuta yetirilib-yetirilmədiyi aydınlaşdırılmamışdır. Bu məlumatlar dövlət orqanına cavabdehin özü tərəfindən verildiyi, izahatın hüquqi qüvvədən salınması təsdiqlənmədiyi halda hazırkı mülki işdə onların hansı səbəbdən sübut kimi qiymətləndirilməməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Odur ki, məhkəmə tərkibi iddianın təmin olunmamış hissəsində iddiaçının kassasiya şikayətini haqlı sayır və hesab edir ki, onun əsaslandığı həmin sübuta mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymət verilməlidir. Bununla yanaşı, hazırkı işdə cavabdehin də etirazları lazımi şəkildə yoxlanılmamış və onlara qiymət verilməmişdir. Belə ki, cavabdehin etirazına əsasən, evlərin təminatı kimi iddiaçı ondan 120.000 manatlıq borc müqaviləsi almışdır. Cavabdeh kredit borcunun məhz təminat olaraq ondan alınmasını onunla əsaslandırır ki, müqavilə evlərin satışına dair ona etibarnamənin verildiyi gün və eyni notariusda təsdiqlənmişdir. Bu məbləğ artıq məhkəmə qətnaməsi ilə ondan tutulmuşdur. Odur ki, daşınmaz əmlakın satılmasına görə 120.000 manatdan əlavə 76.500 manat ödəməsi ədalətsizlikdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin dəlillərin tam və hərtərəfli araşdırılması üçün tərəflərə lazımi şərait yaratmamış, ağlabatan bir təminat olmadığı (almadığı) halda iddiaçının cavabdehə həm küllü miqdarda dəyəri olan daşınmaz əşyalar üzərində sərəncam vermək səlahiyyəti, həm də 120000 manat məbləğində borc verməsinin səbəblərini, müqavilənin etibarnamə ilə eyni gündə və yerdə təsdilənməsinin əslində daşınmazların satışından əldə oluncaq pul vəsaitinin təminatı olmasına dəlalət edib-etməməsini, bu sahədəki işgüzar adətlərdə belə bir sənədləşmənin aparılıbaparılmadığını və digər əhəmiyyətli halları aydınlaşdırmamış, məsələyə münasibət bildirməmişdir. Halbuki, cavabdehin bu etirazı iddia tələblərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, əgər cavabdehin kredit borcu iddiaçı qarşısında məhz sözügedən tapşırıq müqavilələrindən irəli gələn öhdəliyinin təminatı kimi yaranmışsa və onun tutulmasına dair məhkəmə qərarı qanuni qüvvəsini almışsa, bu halın iddiaçının hazırkı iş üzrə tələblərini həmin həcmdə aradan qaldırıb-qaldırmadığına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
24. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı cavabdehin iddiaçıya məxsus Binəqədi qəsəbəsində yerləşən 3, Digah qəsəbəsində yerləşən 4 mənzili satıb pul əldə etməsi və aralarındakı şifahi razılaşmanı pozub iddiaçıya 235000 manat pulu ödəməməsi müəyyən olunsa da, məhkəmə əsassız olaraq iddianı rədd etmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, əvvəlki izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
30. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
37. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
38. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
39. Maddə 402. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
40. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
41. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
42. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
43. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
44. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
45. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
50. MPM-in 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
51. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
52. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
Apelyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ediməli, iddia qismən təmin edilməlidir.
56. Qeyd edilməlidir ki, iddiaçının tələbi müxtəlif ünvanlarda (Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 0,03 ha torpaq sahəsində yerləşən 3 ədəd fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mansard mərtəbəsində yerləşən 296,5 kv.metr ümumi sahədən ibarət olan 4 ədəd mənzil) yerləşən daşınmaz əmlaklarla bağlı cavabdehlə aralarında yaranmış tapşırıq və ondan irəli gələn mülki münasibətlərdən irəli gələn öhdəliklərə əsaslanmışdır.
57. Məhkəmə kollegiyası ilkin olaraq Binəqədi rayonunda yerləşən evlərlə bağlı iddia tələbinə hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçının dəlillərinə görə 2016-cı ildə cavabdehlə aralarında olan razılaşmaya görə, sonuncu Binəqədi rayonunda yerləşən 3 ədəd evi satıb, bir il müddətində ona 120000 manat pul ödəyəcəyini vəd vermiş, 3-4 gün sonra 20000 manat pul vermiş, 2017-ci ilin dekabr ayında isə cavabdehin həmin evləri artıq satmasını bilmiş, lakin qalıq qalmış 100000 manat pulu ona ödəməmişdir.
58. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd edərkən, iddiaçının müvafiq sübut etmə yükünü həyata keçirə bilməməsinə (həmin mənzillərin mövcudluğu, habelə iddiaçıya məxsus olması, cavabdehlə razılığa gəlməsi, mənzillərin satılaraq cavabdeh tərəfindən pul əldə olunması və s.) əsaslanmışdır.
59. Qeyd edilən hissədə kassasiya instansiyasının mövqeyinə görə, Binəqədi rayonunda yerləşən evlərin satışı ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçı həmin hissədə tələbinin faktiki əsası (buna dair sübut) kimi cavabdehin istintaq orqanında verdiyi izahata istinad edir. İş materiallarına əlavə olunmuş həmin izahatdan görünür ki, cavabdeh, Binəqədi rayonunda iddiaçının tikdiyi evləri kimlərə və hansı qiymətlərə satdığını dəqiq şəkildə göstərmişdir. Cavabdeh izahatın müstəntiq tərəfindən təhrif olunduğunu bildirsə də, bu faktın sübuta yetirilib-yetirilmədiyi aydınlaşdırılmamışdır. Bu məlumatlar dövlət orqanına cavabdehin özü tərəfindən verildiyi, izahatın hüquqi qüvvədən salınması təsdiqlənmədiyi halda hazırkı mülki işdə onların hansı səbəbdən sübut kimi qiymətləndirilməməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.
60. Göründüyü kimi, kassasiya instansiyasının da mövqeyinə görə, Binəqədi rayonunda yerləşən evlərin satışı ilə bağlı iddiaçı tələbinin faktiki əsası (buna dair sübut) kimi cavabdehin məhz istintaq orqanında verdiyi izahatına istinad edir. Cavabdeh isə həmin izahatda qeyd olunan ifadələrin onun sərbəst iradəsini əks etdirməməsini, izahatın müstəntiq tərəfindən tərtib olunmasını, məzmunundan tam məlumatlı olmadan onu imzalamasını bildirmişdir. Belə olan halda, kassasiya instansiyasının da göstərişinə əsasən həmin izahatın mötəbərliliyi yoxlanılmalıdır.
61. Məhkəmə kollegiyası Binəqədi rayonunda yerləşən evlərin satışı ilə bağlı hissədə kassasiya instansiyasının göstərişlərinin tam, hərtərfli və obeyktiv yoxlanılması istiqamətində iddiaçının şikayəti üzrə Binəqədi RPİ-nin İŞ-də aparılmış araşdırma materiallarını tələb edərək, tərəflərin də iştirakı ilə ona baxış keçirmiş, müəyyən edilmişdir ki, iddiaçı ilk dəfə 20 sentyabr 2019-cu il tarixli şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət edərək, “ona məxsus olan ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 296,5 m2 olan 4 mənzilini həyat yoldaşının razılıq ərizəsi ilə etibarnaməsi əsasında 2017-ci ilin yay aylarından əvvəllər tanıdığı Cavabdeh ilə razılaşraq ona satmağı tapşırmasını, qarşılıqlı razılığa əsasən sonuncunun ona hər m2-nə görə 450 manat ödəməli olmasını, ona inanmasını, Cavabdeh evləri 2018-ci ilin may ayından gec olmayaraq satıb pulunu ona verəcəyini bildirməsini, sonradan mənzilləri 130000 manat satmasını, lakin pulunu ona verməməsini bilməsini, onu aldatmasını, külli miqdarda ziyan vurmasını göstərmişdir”
62. Bundan sonra, iddiaçının Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-də verdiyi 27 sentyabr 2019-cu il tarixli izahatından da görünür ki, o, şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, yalnız ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 296,5 m2 olan 4 mənzili ilə bağlı cavabdehin qanunsuz hərəkətlərini qeyd etmişdir.
63. Eyni zamanda, cavabdeh də Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-də verdiyi izahatında ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 296,5 m2 olan 4 mənzili ilə bağlı iddiaçının şikayətində göstərdiyi hallara etirazlarını qeyd etmişdir (sonda, təhqiqat orqanı tərəfindən müvafiq arayışla iddiaçıya mübahisənin mülki xarakterli olması səbəbindən mülki məhkəmə icraatı qaydasında müraciət etməsi tövsiyyə olunmuşdur).
64. Rədd materialından həmçinin müəyyən olunur ki, iddiaçı növbəti dəfə 18 fevral 2020-ci il tarixdə müxtəlif dövlət orqanlarına (Baş Prokurorluq, Binəqədi rayon Polis İdarəsi və s.) şikayət ərizəsi göndərərək, yenə də cavabdehin ona məxsus olan ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 296,5 m2 olan 4 mənzillə bağlı qanunsuz hərəkətlərindən şikayət edərək, vurulmuş 130000 manat ziyanın ona qaytarılması istiqamətində tədbirlər görünlməsini xahiş etmişdir.
65. İddiaçı yalnız 01 may 2020-ci il tarixdə, yəni ilk şikayət ərizəsindən 8 ay sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində verdiyi sonrakı izahatlarında Binəqədi rayonunda da evlərinin olmasını, onların da cavabdeh tərəfindən satılmasını, lakin pulunun ona verilməməsini qeyd etmişdir.
66. Göründüyü kimi, iddiaçı istər ilkin şikayət və izahatında, istərsə də növbəti şikayət ərizəsində Binəqədi rayonunda yerləşən 3 ədəd evlə bağlı hər hansı xüsusatları qeyd etməmişdir. Halbuki, iddiaçı iddia ərizəsində cavabdehlə ilkin olaraq Binəqədi rayonunda yerləşən 3 ədəd evin satışı ilə bağlı razılığa gəlməsini, cavabdehin həmin evləri satmasını, lakin pulunu ona verməməsini, aldadılmasını qeyd etmişdir.
67. Belə olan halda, iddiaçının cavabdehdən verdiyi ilkin və sonrakı şikayətlərdə və izahatlarda yalnız Digah qəsəbəsində yerləşən evləri göstərməsi anlaşılan olmamaqla, sadə məntiqə də sığmır.
68. İddiaçı tərəfin özü də bunun obyektiv və ağlabatan izahını verə bilməmişdir.
69. Eyni zamanda, iddiaçı Binəqədi rayonunda olan həmin üç evlə bağlı hər hansı hüquq müəyyənedici sənədi, evlərin ona məxsus olmasını, cavabdehlə müvafiq razılığa gəlmələrini və s. bu istiqamətdə də məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçının yeganə dəlili cavabdehin polisdə verdiyi izahatına əsaslanmışdır.
70. Rədd materialından görünür ki, iddiaçının 01 may 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində verdiyi izahatından sonra, cavabdehin müstəntiq tərəfindən kompyuterdə tərtib olunmuş izahatı əlavə olunmuş, izahatda həmçinin Binəqədi qəsəbəsində də evlərlə bağlı etirafedici ifadələr yer almış, həmin ifadələr cinayət işinin başlanmasının rədd olunması haqqında 26 aprel 2021-ci il tarixli qərarda da öz əksini tapmışdır.
71. Lakin, bundan sonra cavabdeh Binəqədi rayon Prokuroruna şikayət ərizəsi vermiş, izahatının müstəntiq tərəfindən tərtib olunmasını, ona inandığından oxumadan imzaladığını, orada öz əksini tapmış etirafedici ifadələrin reallığı əks etdirəməsini və s. göstərmişdir.
72. Bundan sonra, cavabdehdən Binəqədi rayon Pİ-nin İŞ-nin baş müstəntiqi tərəfindən yenidən izahat alınmış, cavabdeh həmin izahatında iddiaçı ilə Digah qəsəbəsində olan mənzillərlə bağlı münasibətlərdən başqa, aralarında heç bir pul və ya borc münasibətinin olmamasını göstərmişdir.
73. Rədd materialından görünür ki, cavabdehin həmin izahatından sonra bir neçə dəfə cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul edilmiş, lakin heç bir qərarda cavabdehin Binəqədi rayonunda olan evlərlə bağlı izahatları yer almamışdır.
74. Dolayısı ilə, təhqiqat orqanı da cavabdehin əvvəlki etirafedici izahatını hüquqi qüvvədən salmış, sonrakı qərarlarından bir daha ona istinad etməmişdir.
75. Bununla yanaşı, iddiaçının özü də Binəqədi rayonunda olan evlərin mövcudluğu, ona məxsus olması, həmin hissədə cavabdehlə arasında olan münasibətlərinin mövcudluğuni təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
76. İddiaçı məhkəməyə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən 310 kv.metr ölçüdə torpaq sahəsi ilə bağlı Şirzad Bayraməli oğlu ilə bağladığı 5 mart 2016-cı il tarixli torpaq salqı-satqısına dair ilkin müqaviləni təqdim etsə də, həmin müqavilə ilkin müqavilə olmaqla, gələcəkdə müvafiq əsas müqavilənin bağlanmalı olmasını ehtiva etmiş, lakin həmin müqavilənin bağlanması, torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinə, məhz həmin torpaq sahəisndə iddiaçı tərəfindən mübahisəli evlərin inşa olunması və s. yuxarıda qeyd edilən digər zəruri sübutlar təqdim olunmamışdır.
77. Göründüyü kimi, kassasiya instansiyasının qeyd edilən istiqamətdə yeganə göstərişri araşdırılmaqla, iddiaçının iddia etdiyi, Binəqədi rayonunda evlərlə bağlı tələblərinin əsassız olması müəyyən edilir.
78. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
79. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə həmin hissədə tələblərin təmin olunması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
80. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
81. Eyni zamanda şahid ifadələri də Binəqədi rayonunda olan evlərin iddiaçıya məxsusluğu və s. bu istiqamətdə iddia edilən halların təsdiqi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Xüsusilə qeyd edilməldiir ki, qanunvericilik daşınmaz əşyalar üzərində mülkiyyət və digər əşya hüquqların yaranması halını dəqiq müəyyən etmişdir. Həmin halların digər vasitələrlə müəyyən olunması yolverilməzdir.
82. Həmçinin, şahidlər iddiaçının tanışları olmaqla, ifadələrində əsasən ümumi halları qeyd etməklə kifayətlənmiş, sadəcə cavabdehin evlərə görə iddiaçıya borcunun olmasını qeyd etmişlər ki, həmin ifadələrdən Binəqədi rayonunda olan evlərlə bağlı tərəflər arasında yaranmış münasibətlərin xarakteri, danışıqların məzmunu və s. zəruri hallar tam və ətraflı təfvir olunmamışdır.
83. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia “ünvan 2 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 135.000 manat pulun cavabdehdən alınması” hissədə qismən əsaslıdır.
84. Çünki, həmin daşınmaz əmlakla bağlı tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn mülki hüquqi münasibətlərin yaranması aşkardır. Cavabdehin özü də bu halı mübahisələndirmir.
85. Eyni zamanda, iddiaçı həmin əmlakın özgəninkiləşdirilməsi istiqamətində cavabdehə müvafiq etibarnamə də vermişdir.
86. İşdə olan, daşınmaz əmlakın alqı-satqı müqavilələrindən və “Elekton notariat” X1 çıxarışlarına əsasən - satıcı olan iddiaçı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissədən 72,6 kv.metr hissəni 14500 manata X9, 72,6 kv.metr hissəni 20000 manata X8, 72,6 kv.metr hissəni 30000 manata X2, 72,6 kv.metr hissəni 12000 manata X3. Alqı-satqı müqavilələri bağlanarkən satıcı olan iddiaçını etibarnamə əsasında cavabdeh təmsil etmişdir.
87. İddiaçının həmin hissədə dəlili ondan ibarətdir ki, cavabdehlə daha əvvəldən razılaşması ondan ibarət olmuşdur ki, neçəyə satmasından asılı olmayaraq, ümumi sahəsi 296,5 kv.metr olan daşınmaz əmlakın hər m2 üçün cavabdeh ona 450 manat pul ödəyəcək. Bu səbəbdən də cavabdeh ona 130000 manat ödəməlidir.
88. Cavabdehin etirazı isə ondan ibarətdir ki, iddiaçı özünə məxsus evlərin satılmasında köməklik istəmiş, bu səbəbdən iddiaçıya məxsus, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 ədəd evə baxmış, 04 iyun 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh notariat kontoruna getmişlər, iddiaçı sözügedən evlərin satışını həyata keçirməsi üçün ona etibarnamə vermiş, eyni zamanda gələcəkdə aralarında yarana biləcək anlaşmazlığın təminatı olaraq həmin tarixdə notariat ofisində onun borc müqaviləsi bağlamış, guyə ona 6 ay müddətə ödəmək şərti ilə 120000 manat pulu borc kimi vermişdir. İddiaçı sonradan məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə 120000 manat pul ondan iddiaçının xeyrinə tutulmuşdur. Belə olan halda, Digah qəsəbəsindəki həmin evlərin tərəfindən satılması nəticəsində əldə edilmiş pul təkrarən iddiaçının xeyrinə tutula bilməz.
89. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətində olmuş, Digah qəsəbəsindəki evləri etibarnamə əsasında (tapşırıq müqaviləsinə əsasən) satmasını və əldə etdiyi pulu iddiaçıya verməməsini təsdiq edir, lakin reallıqda borc almadığı 120000 manat pulun məhkəmə qərarına əsasən ondan tutulmasını əsas gətirərək, iddianın qeyd edilən hissədə rədd olunmalı olmasını bildirir.
90. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı Digah qəsəbəsindəki evlərin hansı qiymətə satılmasından asılı olmayaraq, cavabdehin ona hər m2 görə 450 manat, ümumilikdə 130000 manat ödəməli olmasını iddia etsə də, məhz belə bir razılaşmasının olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
91. Eyni zamanda, rədd materialında olan cavabdehin izahatlarından da belə bir razılaşmasının olması təsdiq olunmur.
92. Belə olan halda isə, cavabdeh rəsmi alqı-sağqı müqavilələrinə əsasən əldə etdiyi pul vəsaitlərini iddiaçıya ödəmək öhdəliyini daşıyır.
93. Cavabdehin etirazı isə əsaslı sayıla bilməz. Belə ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından (məhkəmə aktları barədə məlumatlar yuxarıda ətraflı qeyd olunmuşdur) müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 04 iyun 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinə əsasən, 04 dekabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 120.000 manat borc pul verilmişdir.
94. Məhkəmə aktlarından görünür ki, cavabdeh hazırda irəli sürdüyü etirazı (120000 manat pulun borc verilməməsi, təminat üçün borc müqaviləsinin bağlanması və s.) ilə eyni məzmunlu etiraz, hətta iddialarını (borc müqaviləsinin etibarsız olması, öhdəliyə xitam verilməsi və s.) həmin vaxtı qaldırmış, lakin təmin olunmamışdır. Qətnamələrlə iddiaçının cavabdehə həqiqətən 120000 manat borc verməsini təsdiq etməklə, həmin pulun qaytarılmasını qət etmiş, eyni zamanda cavabdehin müqavilənin eyni səbəbdən etibarsız sayılması, sonradan isə borc müqaviləsinin ləğv olunması, həmin müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsi və s. bu kimi tələbləri təmin olunmamışdır.
95. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
97. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları).
98. Göründüyü kimi, artıq cavabdehin analoji etirazlarına hüquqi qiymət verilmiş, qətnamələr qanuni qüvvəsini almışdır.
99. Belə olan halda hazırki iş üzrə, qeyd edilən hissədə olan kassasiya instansiyasının göstərişlərinin (ağlabatan bir təminat olmadığı halda iddiaçının cavabdehə həm küllü miqdarda dəyəri olan daşınmaz əşyalar üzərində sərəncam vermək səlahiyyəti, həm də 120000 manat məbləğində borc verməsinin səbəbləri, müqavilənin etibarnamə ilə eyni gündə və yerdə təsdilənməsinin əslində daşınmazların satışından əldə oluncaq pul vəsaitinin təminatı olmasına dəlalət edib-etməməsi, əgər cavabdehin kredit borcu iddiaçı qarşısında məhz sözügedən tapşırıq müqavilələrindən irəli gələn öhdəliyinin təminatı kimi yaranmışsa və onun tutulmasına dair məhkəmə qərarı qanuni qüvvəsini almışsa, bu halın iddiaçının hazırkı iş üzrə tələblərini həmin həcmdə aradan qaldırıb-qaldırmaması) təmin olunması qanuni qüvvədə olan məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə uzlaşmır.
100. Yəni, hazırki iş üzrə tərəflər arasında bağlanmış 120000 manat borc müqaviləsinin həqiqi olmaması, cavabdehə real olaraq 120000 manat borcun verilməməsi, həmin müqavilənin təminat məqsədilə bağlanması və s. bu kimi halların müəyyən olunması qanuni qüvvədə olan məhkəmə aktlarını şübhə altına almaqla, həm də hüquq müəyyənlik prinsipinin pozulması ilə nəticələ bilər.
101. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar).
102. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir.
103. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
104. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.
105. Beləliklə, qeyd edilən hissədə müəyyən edilir ki, cavabdeh iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan fərdi yaşayış evinin 72,6 kv.metr hissəni 14500 manata X9, 72,6 kv.metr hissəni 20000 manata X8, 72,6 kv.metr hissəni 30000 manata X2, 72,6 kv.metr hissəni 12000 manata X5, ümumi pul vəsaiti 76500 manat (14500+20000+30000+12000=76500) təşkil etmişdir.
106. Lakin, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi yalnız yuxarıda qeyd edilən 76500 manat məbləğində məhdudlaşa bilməz.
107. Belə ki, rədd materiallarında olan cavabdehin izahatlarının müqayisəli təhlilindən, xüsusilə materialın 31-ci vərəqində olan, cavabdehin Abşeron RPİ-nin Mehdiabad PB-də verdiyi izahatından görünür ki, cavabdeh iddiaçıya məxsus Digah qəsəbəsində olan müvafiq daşınmaz əmlakın satış qiymətini 100000 manat olaraq qəbul etmişdir. Belə olan halda, cavabdehin tapşırıq müqaviləsindən irəli gələn öhdəliyini vicdanla icra etməməsi müəyyən edilir.
108. Həmçinin qeyd edilməlidir ki, cavabdehin eyni yerdə, eyni sahəyə malik olan əmlakları açıq-aşkar fərqli qiymətlərə (bir halda 30000 manata, digər halda 12000 və 14500 manata) satması halı da tapşırığı lazımi və vicdanlı olaraq həyata keçirməməsinə dəlalət edir.
109. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının dəlili razılaşmalarına görə cavabdehin əmlakın hər m2 üçün ona 450 manat pul ödəyəcəyi barədə olmuşdur. Lakin, iddiaçı bu halı təsdiq edə bilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəflər arasında müvafiq razılaşmanın cavabdehin etiraf etdiyi məhz 100000 manat hissədə olmasını qəbul edir.
110. Cavabdeh tərəfindən razılaşmaya zidd olaraq, əmlakın daha aşağı qiymətlərə satılması halı isə vəziyyəti dəyişdirmir.
111. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Digah qəsəbəsində olan müvafiq daşınmaz əşyanın satılması ilə bağlı üzərinə götürdüyü öhdəlik (razılaşma) üzrə iddiaçı qarşısında məhz 100000 manat həddində mülki məsuliyyət daşıyır və həmin pulu iddiaçıya ödəməlidir.
112. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
113. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
114. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
115. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982ci il tarixli qərarı, “X21rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
116. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
117. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 100000 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
118. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5373/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh 100000 (bir yüz min) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilsin, iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.