Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1951/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki işin ərazi aidiyyəti məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdeh “X1” MMC-nə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-dən ona vurrulan maddi və mənəvi zərərə görə qanun çərçivəsində cavab vermələri və çəkdiyi zərər ilə təminatın tam ödənilməsini məhkəmədən xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-6072/2023 saylı qərardadına əsasən, İddiaçı cavabdeh “X1” MMC-nə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, İddiaçı aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur.
3. İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-5326/2023 saylı mülki işin İddiaçı Cavabdehnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Yasamal Rayon Məhkəməsinin 2(004)-1366/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
7. MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
8. Mülki işdə olan iddiaçının ərizəsindən bəlli olur ki, onun iddia tələbi (daşınmaz və daşınar) əmlakına vurulmuş maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi ilə bağlıdır.
9. Belə olan halda isə məlum olur ki, hazırkı iddia tələbi MPM-in 39.1-ci maddəsinin təsir dairəsinə düşmür.
10. MPM-in 35.1-ci madəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
11. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh “X1" MMC-nin hüquqi ünvanı (VÖEN **********) AZ1007, ünvan 1
12. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbinə MPM-in 35.1-ci maddəsinə görə, cavabdehin hüquqi ünvanı üzrə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.
13. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş ərazi aidiyyəti baxımından Nəsimi Rayon Məhkəməsinə aiddir və baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
15. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
16. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
17. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.