Məhkəmə qərarları › İş №2(103)-1958/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1958/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1958/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı “iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin bəzi bəndlərinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına deyil, Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş, e-pul.az vasitəsilə ödənilmiş, mədaxil qəbzinin nömrəsi ********** olan dövlət rüsumunun ödənilməsi haqqında qəbz vardır. Həmin qəbzdə qiymətləndirilən iddialar göstərilsə də, bu sistemin texniki nöqsanı kimi nəzərə alınmalıdır. Qeyd edilən iddia tələbi qiymətləndirilməyən iddiadır, ona görə də qanunla nəzərdə tutulmuş 100 manat rüsum ödənilmişdir. Maddi imkanının zəif olmasını, yenidən dövlət rüsumu ödəmək üçün pulunun olmamasını, ödədiyi rüsumu da borc olaraq ödədiyini, hazırlıq iclası dövründə rüsumla bağlı məsələnin həlli üçün müraciət edəcəyini nəzərə alıb, qərardadın ləğv edilib iddia ərizəsinin icraata qəbul edilməsi xahiş edilir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (maddə 108.1.1.). Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.5.). Məhkəmə hesab edir ki, Binəqədi Rayon Məhkəməsi qəbul etdiyi qərardadda göstərilən səbəblə ərizəni qaytarmaqda haqlı olmuşdur. Çünki, işin 14-cü vərəqində olan “Ödəniş qəbzindən” görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu Binəqədi Rayon Məhkəməsinə deyil, Abşeron Rayon Məhkəməsinə ödənilmişdir. İşin qeyd edilən bu halı kifayət edir ki, Binəqədi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsaslı, şikayətdə qeyd edilənlər isə əsassız hesab edilsin. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar