Məhkəmə qərarları › İş №2(103)-1959/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1959/2021

11.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1959/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “payın bölünməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Cavabdeh “iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə” ərizəsinə baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 24/2018 saylı qərardadından Rövşən Mişiyevin şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri kobud şəkildə pozulduğu səbəbindən sonuncu ilə arasında xx.xx.2011-ci il tarixdə bağlanmış razılaşma müqaviləsinin ləğv edilməsi, aşağıda göstərilən birgə fəaliyyət nəticəsində əldə edilmiş əmlaklar üzərində onun və Cavabdeh bərabər paylarının (1/2) müəyyənləşdirilməsi, Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanda yerləşən ümumi sahəsi 182.2 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanda yerləşən ümumi sahəsi 29.5 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Fizuli 79 ünvanda yerləşən ünvanda yerləşən ümumi sahəsi 225.3 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi), Bakı şəhəri, F.X.Xoyski prospekti, ev 85 ünvanda yerləşən ümumi sahəsi 126.7 kv.m olan qeyriyaşayış sahəsi, Bakı şəhəri, F.X.Xoyski prospekti, ev 85 ünvanda yerləşən ümumi sahəsi 66.2 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, 887-cı məhəllə, F.X.Xoyski prospekti, 81 A ünvanda yerləşən ümumi sahəsi 35.4 kv.m olan qeyri-vaşayış sahəsi ("Kaspian" TM-dəki 36 saylı mağaza), Bakı şəhəri, Nobel prospekti 23 ünvanda yerləşən ümumi sahəsi 78.9 kv.m və köməkçi sahəsi 78.9 kv.m olan ("A.M.A.Y" TM-dəki 7 saylı mağaza) qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 a saylı ünvanda yerləşən ümumi sahəsi 550 kv.m olan (“xxxx” binasındakı) qeyri-yaşayış sahəsi, ünvan 6 ünvanda yerləşən mənzil, ünvan 7 mənzil 16 ünvanda yerləşən mənzil, Oğuz rayonu, 1 may küçəsində yerləşən mənzil, onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 a saylı ünvanda yerləşən ümumi sahəsi 550 kv.m olan qeyri-yaşayış sahəsinin müqavilə üzrə öhdəliyə əsasən qalan 320570 manat qalıq borcun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi, Cavabdeh xx.xx.2011-ci il tarixindən indiyə qədər olan dövr ərzindəki gəliri və həmin gəlirdə onun payı müəyyənləşdirilərək cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh xx.xx.2011-ci il tarixindən indiyə qədər olan dövr ərzindəki mal və məhsulları müəyyənləşdirilərək onların üzərində Cavabdehlə onun paylarının bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22 ünvanında yerləşən 14 №- li mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 45 ünvanında yerləşən 45 №-li mənzilə, ünvan 9 ünvanında yerləşən 122 №-li mənzilə və cavabdeh İddiaçı adına Azərbaycan Beynəlxalq Bankı və ölkənin digər banklarında olan depozitlərə dair hüquqların onunla cavabdeh İddiaçı arasında bərabər paylara bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 12 ünvanda yerləşən 79 saylı mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, H.Hacıyev küçəsi, ev 7 ünvanda yerləşən 16 saylı mənzilin özgəninkişləşdirilməsi Cavabdeh qadağan edilmişdir. Sonradan Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-8709/2016 nömrəli qərardadının ləğv edilməsini, üzərinə əsassız həbs qoyulmuş əmlakların həbsdən çıxarılmasını və onlar üzərində sərbəst səlahiyyətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 24/2018 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan Cavabdeh şikayət verərək, qanusuz və əsassız olduğu üçün qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2018 nömrəli xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-8400/2018 nömrəli qətnaməsi ilə İddiaçı şikayəti qismən təmin edilərək, ilkin iddia qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-3441/2017 nömrəli qərardadı ilə siyahıya alınmış ünvan 13 ünvanında yerləşən 212.137 ədəd-35.077 çeşid, 3.128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısının, yəni 1.564.070 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2225/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (162.1). İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (162.3, 162.4 ). Qanunun mənasından göründüyü kimi konkret mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək üçün tətbiq edilən iddianı təmin tədbiri həmin iş üzrə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Əgər iddia rədd edilirsə, təmin tədbiri həmin məhkəmə aktı qanuni qüvvəyə minənədək saxlanılır. Hazırkı iş üzrə isə göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Kollegiya hesab edir ki, qətnamə qanuni qüvvəyə minib, icraya yönəldiyindən və qeyd olunan əmlaklar ilə bağlı mübahisə icra mərhələsində davam etdiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq, ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Odur ki, şikayətin dəlilləri əsassızdır və qərardadın ləğvi üçün hər hansı əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 24/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Cahangir Yusifov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar