Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-196/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçıkram oğlunun, onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsindən İddiaçıkram oğlu tərəfindən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçıkram oğlu Cavabdeh qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı iş üzrə xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçıkram oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 2(103)-316/18 saylı xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı iş üzrə xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçıkram oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3748/18 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 2(103)-316/18 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 2(103)-9276/18 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 saylı iş üzrə xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçıkram oğlu kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-602/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 2(103)-9276/18 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası vasitəsi ilə cavabdeh Gülxanım Yaqub qızı tərəfindən qeyd edilən mülki işin icraatının dayandırılması barədə ərizə daxil olmuşdur. Həmin ərizəyə iddiaçı Cavabdehlər İddiaçıkram oğluna və DƏDRX-in X2rşı fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və məhkəmə bildirişini əlavə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-196/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçıkram oğlunun Cavabdeh qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair mülki işin icraatı iddiaçı Cavabdehlər İddiaçıkram oğluna və DƏDRX-in X2rşı fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7268/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçıkram oğluna qarşı “fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-7268/2020 saylı mülki iş, onunla əlaqəli olan İddiaçıkram oğlunun Cavabdeh qarşı “sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi” iddia tələbi ilə bağlı 2(103)-196/2020 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-196/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçıkram oğlunun Cavabdeh qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə icraatı təzələnmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında İddiaçıkram oğlunun Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair 2(003)-1429/2014 saylı mülki iş də vardır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, ədalət mühakiməsinin tez, düzgün, səmərəli və keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədi ilə, eləcə də prosessual qənaət prinsipinin tələblərinə uyğun olaraq hər üç işdə mübahisə predmeti olan ev və torpaq sahəsi eyni olduğundan onlar bir icraatda birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 169.3, 263, 264 və 400-cü maddələrini rəhbər tuturaq apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçıkram oğlunun Cavabdeh qarşı evdən çıxarılma iddia tələbinə dair, İddiaçıkram oğlu Cavabdeh qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi barədə iddia tələbinə dair mülki iş və iddiaçı Cavabdeh İddiaçıkram oğluna qarşı fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair mülki işlər bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-196/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-196/2020
30.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver