Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-196/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” ilkin iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiasına dair iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə Cavabdeh1, onun və digər Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilkin iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(006)-192/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “X18”da X3 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli transvaginal USM cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası (polipə şübhə?)” diaqnozu qoyulmuşdur.
2. Cavabdeh2ndə X3 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu qoyulmuşdur.
3. Cavabdeh2ndə X3 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Patoloji dəyişikliklər aşkar edilmir” diaqnozu qoyulmuşdur.
4. Cavabdeh2ndə X3 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Patoloji dəyişikliklər aşkar edilmir” diaqnozu qoyulmuşdur.
5. Cavabdeh2 İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti. Sağ yumurtalıqda follikullar izlənilir” diaqnozu qoyulmuşdur.
6. “X21 Mərkəzin”də İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu qoyulmuşdur.
7. “X21 Mərkəzin”də İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Sol yumurtalıqda follikullar izlənilir” diaqnozu qoyulmuşdur.
8. “X21 Mərkəzin”də İddiaçı adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası” diaqnozu qoyulmuşdur.
9. Cavabdeh2ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası. Sol yumurtalığın follikullyar kistası” diaqnozu qoyulmuşdur.
10. “X19”da İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli transvaginal USM cavabından görünür ki, ona “Endometrial polip. Sol tərəfli follikullyar kistası” diaqnozu qoyulmuşdur.
11. “X6”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Daxil olarkən şikayəti USM müayinəsində endometrial polip? vaginal qanaxmadandır. A/T-120/80 mm.cv.st, Nəbzi 75 vurğu, ritmikdir. Dil avazımış, qarnı palpasiyada yumşaq və ağrılıdır. Qaraciyər və dalaq əllənmir. xx.xx.2021-ci il tarixdə venadaxili anesteziya altında operativ histereskopiya əməliyyatı icra olundu. Polip və mioma xaric edildi. Ağırlaşma olmadı. Xəstə kafi vəziyyətdə xx.xx.2021-ci il tarixdə evə yazıldı. Son klinik diaqnoz: “Endometrial polip? Mioma?”.
12. “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli mikroskopik rəyindən görünür ki, nəticə “orta differensiasiyalı (G2) endometrioid adenokarsinoma. Endometrial polip ilə uyğun fraqmanlar” kimi müəyyən edilmişdir.
13. “Zəfəran Hospital”da İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli çanaq MRT rəyindən görünür ki, endometrium qalınlığı 7,5 mm qədər olub.
14. “Milli Onkologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, uşaqlıq cismində malign xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokalizasiyalı xəfif hipermetabolik limfa düyünü, yüksək hipermetabolik limfa düyünləri aşkar edilmişdir.
15. “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli mikroskopik rəyindən görünür ki, nəticə “uşaqlıq cismində: orta defferensiasiyalı (G2) endometrioid adenokarsinoma” kimi müəyyən edilmişdir. Qeyd: “materialda rezidual tümor (invaziya) izlənməmişdir (karsinoma kütləsi qaşıntı zamanı eksizyon olunmuşdur)”.
16. “X6”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə müraciət elmişdir. Daxil olarkən şikayəti biyopsiya nəticəsi endometrium karsinoma olmasındandır. A/T-l40/80 mm.cv.st. Nəbzi 70 vurğu, ritmikdir. Ürək tonları aydın eşidilir. Tromboza meyillik (müalicə almaqdadır). Güzgü-serviks normal, obezitə səbəbilə bimanuel müayinədə uterus hiss edilə bilmədi. Xəstəyə əməliyyat haqqında məlumat verildi, kilo və yanaşı xəstəliklər səbəbiylə sadəcə histereklomiya və overektomiya tövsiyə olundu, limfodisseksiya olunmayacağı bildirildi. 18.03.202l-ci il tarixdə “Total abdominal histerektomiya, ikitərəfli overektomiya, omentum biyopsiya” əməliyyatı icra olundu. Ağırlaşma olmadı, xx.xx.2021-ci il tarixdə xəstə evə yazıldı. Son klinik diaqnoz: “Endometrium karsinoması”.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/317-452 nömrəli məktubuna əsasən İddiaçı Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı Cavabdeh1 qarşı “sağlamlığa dəymiş zərərin ödənilməsi və s.” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 səhvi və məsuliyyətsizliyinə görə sağlamlığına dəymiş maddi ziyanın və mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun alınanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, UZİ-də “matkada saçaqdan sallanmış polip” aşkar edilməsi ilə əlaqədar 2018-ci il tarixdə Cavabdeh2ndə işləyən Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 onu UZİ-də müayinə etdikdən sonra sonuncu da “polip deyil, aybaşı qanı olduğunu və qalınlaşdığını, dərmanla sovrulub gedəcəyəni” bildirərək, “Dufaston” adlı dərman yazmışdır. Ona qeyd edilən dərmanı 2 ay ərzində qəbul etməsi barədə bildirsə də, o, həmin dərmanı 3 ilə yaxın müddətə qədər qəbul etmşdir. Sonradan başqa həkim-mütəxəssisin yanına getdikdə həkim “polip”in həddindən artıq böyüməsi və dərhal əməliyyat olunmasını bildirmişdir. O, “Oksigen” Klinikasında “polip”in götürülməsi barədə cərrahi əməliyyat olunmuşdur. Sonra həmin həkim məsləhəti ilə əkdirilməyə göndərildikdə “polip”in gec əməliyyat edilməsi ilə əlaqədar “2G” (bəd xassəyə çevrilmiş şiş) diaqnozu qoyulmuşdur. Cavabdeh1 buraxdığı səhvin, düzgün müayinə və müalicə etməməsi nəticəsində “2G”-nin (bəd xassəyə çevrilmiş şişin) olması səbəbindən onun əməliyyat edilməsi zamanı matka və yumurtalıqları götürülmüş, analıq olma hüququndan məhrum olmaqla bərabər dərin mənəvi sarsıntı keçirmiş və bununla da sağlamlığına ciddi zərər dəymişdir.
20. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əlavə cavabdeh kimi Cavabdeh2 cəlb edilməsini xahiş etmişdir.
21. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sağlamlığına dəymiş ziyana görə 20.000 manat, ona dəymiş maddi ziyan və mənəvi zərərə görə isə 30.000 manat olmaqla, ümumilikdə 50.000 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh1 İddiaçı qarşı “şərəf və ləyaqətinin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı polip diaqnozunu 3 il müddətinə bilərəkdən gizlətdiyini, qəsdən cinayət törətdiyini, bir gənc xanımın həyatı ilə oynadığını, utanmadan bayram etdiyini, aylıq gəlir yerini qaçırtması, başına daş düşmüşün hələ bayram etdiyi, Rənaya Allahın bəlası verilsin, xəbərlərdə göstərilib biabır olandan sonra üzrə çıxacağı” kimi “guli196620” instaqram hesabı və “elmiraanam” instaqram hesabı vasitəsilə yazılmış məlumatların şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilərək, “guli196620” instaqram hesabı və “elmiraanam” instaqram hesabı vasitəsilə ondan rəsmi qaydada üzr istənilməsi, İddiaçı maddi zərər kimi sağlamlığına vurulmuş zərərə görə 5.000 manat pulun tutularaq ona ödənilməsi, mənəvi zərər kimi 100.000 manat pulun tutularaq “Heydər Əliyev” Fondunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2ndə ginekoloq işləyir. xx.xx.2021-ci il tarixdə İddiaçı müayinə edərkən sonuncuda “endometriyanın hiperplaziyası və sol yumurtalığın follikulyar kistasının” olduğunu müəyyən etmiş, lakin hər hansı tibbi preparatlar təyin etməmiş və müalicə etməmişdir. Bir müddət sonra İddiaçı özünə məxsus olan “güli196620” instaqram hesabı və “elmiraanam” instaqram hesabından Cavabdeh1 məxsus “renahasanaliyeva” instaqram hesabına “Gülnarəyə polip diaqnozunu 3 il müddətinə bilərəkdən gizlətdiyini, qəsdən cinayət törətdiyini, bir gənc xanımın həyatı ilə oynadığını, utanmadan bayram etdiyini, aylıq gəlir yerini qaçırtması, başına düş düşmüşün hələ bayram etdiyi, Rənaya Allahın bəlası verilsin, xəbərlərdə göstərilib biabır olandan sonra üzrə çıxacağı” kimi ifadələri yazaraq onu şərəf və ləyaqəti alçaldıcı sözlərlə təhqir etmişdir. Tanınmış ginekoloq olmaqla onun bu cür şəkildə təhqir edilməsi cəmiyyət içərisində onu nüfuzdan salır və pasiyentlərin ona qarşı olan inamını azaldır. Bundan başqa, o, işlədiyi illər ərzində heç bir pasiyentlə problem yaşamamış, əksinə müxtəlif şəxslər tərəfindən təşəkkürlər edilməsi onun instaqram və digər hesablarından görünür. Lakin İddiaçı qoyulan “endometriyanın hiperplaziyası” uşaqlığın patoloji morfofunksional vəziyyəti olub, adətən endometriumun funksional, nadir hallarda isə bazal qatında, daha çox vəzili strukturun diffuz və ya lokal böyüməsi ilə özünü göstərir. “Poliplər” endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Onlar endometriumun hər hansı bir nahiyyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxır. Polipin özü isə endometriyanın ocaqlı hiperplaziyasıdır. USM müayinəsində “polip” diaqnozunun müəyyən edilməsi zamanı da yalnışlıq ola bilir. Bu zaman sulu ultrasəs (histerosonqrafiya) müayinəsi metodundan istifadə olunur. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyyələrində yerləşə bilər və onların əsas kliniki əlaməti mensturasiya pozğunluğunun əmələ gəlməsidir. İddiaçı tərəfindən diaqnoz qoyulmuş, hər hansı müalicə dərman preparatları isə yazılmamışdır.
24. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 3474/2021 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 713/KEŞ saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, 1980-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2ndə müayinə edilərkən onun uşaqlığında polip törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən olunmamış, bu da USM nəticəsində və USMfotoprintləri ilə təsdiqlənmişdir. Ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifalikulyar yumurtalığa məxsus çoxsaylı folikullar (kistalar) aşkar edilmiş, bu da USM nəticə və foto-printlərində öz əksini tapmışdır. 2.İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019,xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində “X21 Morkəzi”ndə müayinə edilərkən qeyd edilən tarixlərdəki USM-fotoprintlərinə uyğun olaraq diaqnozlar düzgün təyin olunmuşdur. 3. Endometriyanın hiperplaziyasi ilə polip eyni diaqnoz deyildir. 4. Endometrial polip bəd xassəli proses deyildir. Polipdən bəd xassəli törəmələrin əmələ gəlmə ehtimalı şansı azdı və endometrial polipin 40 yaşdan sonra qadınlarda ən çox rast gəlinən endometri problemlərindən biri olması səbəbi ilə polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir. Kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Konservativ müalicə effektsiz olduqda və polip böyüməyə davam etdikdə əməliyyat göstəriş sayılır. 5. İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə ona xx.xx.2019-cu il tarixdə 10 gün, xx.xx.2020-ci il tarixdə isə 14 günlük “Dufaston” dərman preparatı təyin edilmişdir. Bu uzun müddətli qəbul hesab olunmur. “Dufaston” dərman preparatı ilə yanaşı xəstəyə nəzarət üçün hormonal testlər həkim tərəfindən təyin edilmişdir. 10 və 14 günük “Dufaston” dərman preparatının qəbulu bədxassəli prosesə səbəb olacaq uzun müddətli hormonal müalicə sayılmır. 6. Bəd xassəli proseslərin yaranma səbəblərinin bir çox nəzəriyyəsi vardır, bu nəzəriyyələrdən ən çox ehtimal olunanı hormonal nəzəriyyə olsa da tam və dəqiq yaranma səbəbləri tibbə məlum deyildir. İddiaçı Cavabdeh2 ndə aparılan müayinələrlə onda endometrium karsinomasının əmələ gəlməsi arasında səbəbli əlaqənin olması istisna edilir. 7. İddiaçı üzərində icra olunmuş “Total abdominal histerektomiya, ikitərəfli overektomiya, omentum biopsiya” cərrahiyyə əməliyyatı zamanı götürülmüş uşaqlıq (sağ və sol yumurtalıq) histoloji müayinəyə göndərilmişdir. Müayinə zamanı və əməliyyat öncəsi çəkilmiş PEK/KT müayinəsində bəd xassəli prosesin yalnız mübahisə predmeti olan polipdə deyil, uşaqlığın cismində və bir neçə kənar limfa düyünlərində və s. yerlərdə olduğu öz əksini tapmışdır. 8. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdə qeyd olunan proseslər inkişafa başlamış olsa idi, daha ağır nəticələrə, yəni limfodiseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı.
26. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 3474/2021 nömrəli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 149 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1980-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlər və iş materiallanna əsaslanaraq, qərarada qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə '‘X21 Mərkəzi” MMC-də müayinə edilərkən onun uşaqlığında (sağ və ya sol yumurtalıqlarında) polip, törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən edilməmişdir. Bu da onun adına tərtib edilmiş USM nəticədə və usm- fotoprintləri ilə təsdiqlənmişdir. Ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma) aşkar edilmiş, yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı folikulyar (kistalar) aşkar edilmişdir. (USM nəticə və foto-printlərində əksini tapmışdır). 2. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də müayinə edilərkən qeyd edilən tarixlərdəki USM-fotoprintlərinə uyğun gələn düzgün diaqnoz qoyulmuşdur. 3. Təsnifata görə endometriyanın hiperplaziyasının iki növü vardır: total və ocaqlı. Total hiperplaziya endometriyanın bütün çatının qalınlaşmasıdır. Ocaqlı bir və ya bir neçə ayaqcıqlı polip deməkdir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır. 4. Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı azdır. Ümumiyyətlə endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometri probləmlərindən biridir. Buna görə də polip aşkar edilərkən birbaşa əməliyyata göstəriş deyildir, kicik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olduqda polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir. 5. İddiaçı adına tərtib edilmiş tibbi sənəd və iş materilannda əks olunan həkim tərəfindən xx.xx.2019-cu tarixində 10 gün, xx.xx.2020-ci tarixində 14 günlük “dufaston” dərman preparatı təyin edilmişdir. Bu uzun müddətli qəbul deyildir. “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün hormonal testlər həkim tərəfindən təyin edilmişdir. 10 və 14 günük “Dufaston” qəbulu 2G bədxassəli prosesə səbəb olacaq uzun müddətli hormonal müalicə deyildir. 6. İddiaçı sağlamlığının hazırki vəziyyəti onun xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməsi ilə hər hansı əlaqəsi yoxdur. 7. Götürülmüş uşaqlığın (sağ və sol yumurtalığın) əməliyyatdan sonra histoloji müayinəyə göndərildiyi həkim Qəmbərov Məhəmməd tərəfindən xx.xx.2021-ci il tarixində xəstəlik tarixi vərəqəsinə qeyd edilsə də, xəstəlik tarixi vərəqəsində nəticə haqqında hər hansı qeyd və ya histoloji rəy cavabı yoxdur. Lakin iş materiallarında olan “Bakı Patologiya Mərkəzi” nin xx.xx.2021-ci il tarixli rəyinin nəticəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə qəbul olunmuş material üzrə histoloji müayinə aparılmış və mikroskopik rəyin nəticəsinə əsasən materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında fokal kompleks arteriyalı hiperplaziya, səthi adenomiozun olduğu müəyyən olunmuşdur. 8. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdən qeyd olunan proseslər inkişafa başlamış olsaydı, daha ağır nəticələrə gətirib çıxarıb, limfodiseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı. 9. İddiaçı xx.xx.2021-ci il tarixdə “Oksigen Klinikasında kliniki diaqnozda endometrial karsinoması və endometriyanın hiperplaziyası sual altında qoyulmuşdur. Afa Kərimova xx.xx.2018-ci il tarixdə Gülnarə İmranovaya endometriyanın polipi və endometriyanın hiperplaziya diaqnozunu sual altında qoymuşdur. Nərmin Xasayeva xx.xx.2018-ci il tarixdə İddiaçı çanaq nativ və intravenoz KT-nin nəticəsindən məlum olur ki, onda hər iki yumurtalıqların ölçüləri, forması və parenximasının strukturu norma daxilindədir, uşaqlığın ölçüləri norma daxilindədir, strukturu qeyri-həmcins, konturları nahamar olub parenximasının strukturası qeyrihəmcins və heterogendir. Endometrium qalınlaşmış olub daxilində hipodens strukturlu ocaqlar qeyd olunur. Həsən İsayevin xx.xx.2021-ci il tarixli çanaq MRT-də İddiaçı endometriyanın qalınlığının 7,5 mm olduğu və dib hissədə bir qədər hitrogen siqnalda olduğunu qeyd etmişdir. Elmar Axundovun xx.xx.2018-ci il tarixli USM-nin nəticəsində Gülnarə İmranovanın endometriumunun 16,6 mm, hetrogen, dib nahiyəsində hiperexogen əlavələr izlənildiyini qeyd etmişdir. Max-3,2mm. “Bakı Patologiya Mərkəzi” nin xx.xx.2021-ci il tarixli rəyinin nəticəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə qəbul olunmuş material üzrə histoloji müayinə aparılmış və mikroskopik rəyin nəticəsinə əsasən materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomiozun olduğu müəyyən olunmuşdur. Cavabdeh1 İddiaçı təyin etdiyi diaqnozlar düzgün olmuş və USM fotopritlərdə öz əksini tapmışdır. 10. Təsnifata görə endometriyanın hiperplaziyasının iki növü vardır: total və ocaqlı. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Ocaqlı bir və ya bir neçə ayaqcıqlı polip deməkdir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır. 11. İddiaçı 2018-ci ilin dekabr ayından xx.xx.2021-ci ilədək Cavabdeh2 ndə müayinədə olarkən ona endometriyanın hiperplaziya diaqnozu təyin edilmişdir və bu cavab USM fotoprinterlərdə öz təsdiqini tapmışdır. Cavabdeh2 nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə “Milli Onkologiya Mərkəzi” nə onkoginekoloqa yönləndirmişdir. “Vita Med” Hospitalın xx.xx.2021-ci il tarixli USM-dən bəlli olur ki, İddiaçı endometrial polip, sol tərəfli folikulyar kista aşkar olunmuşdur. İş m terialında olan 18.02.202İ-ci il tarixinə aid olan “Oksigen” Tibb mərkəzinin USM nəticəsində uşaqlıq boşluğunda 2-2,5sm olan polip? Mioma? izlənilmiş və histereskopiya tövsiyə olunmuşdur. 12. Menstruasiyanın 5-7-ci günləri arasında endometriyanın 21,5-26 mm olması ilə bağlı şübhənin aradan qaldırılması məqsədilə Cavabdeh2 nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olr ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə “Milli Onkologiya Mərkəzi” nə onko-ginekoloqa yönləndirmişdir. Lakin iş materialında xəstənin “Milli Onkologiya Mərkəzi” nə müraciət edib-etməməsi barədə, əgər etmişsə aparılmış müayinə və müalicə barəsində heç bir material əlavə olunmamışdır. Eyni zamanda “Oksigen” Tibb Mərkəzinin xx.xx.2021-cİ il tarixli epikrizindən məlum olur ki, İddiaçı sual altında endometrial polip və ya mioma diaqnozu qoyulduğundan ona operativ histeroskopiya əməliyyatı icra olunmuşdur. Bədxassəli proseslərin yaranma səbəblərinin bir çox nəzəriyyəsi vardır. Bu nəzəriyyələrdən ən çox ehtimal olunanı hormonal nəzəriyyə olsada tam və dəqiq yaranma səbəbləri tibbə məlum deyil. 13. xx.xx.2021-ci ildə Cavabdeh2 ndə aparılmış müayinənin nəticəsində xəstəyə endometriyanın hiperplaziyası və sol yumurtalığın follikulyar kistası dianozu qoyulmuş, USM printlərlə diaqnoz öz əksini tapmışdır. “X21 Mərkəzi’'nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə Milli Onkologiya Mərkəzinə onko-ginekoloqa yönləndirmişdir. 14. Polip aşkar edilərkən birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilməlidir. Əgər müşahidə və müalicə efektsiz olduqda və polip böyüməyə davam etdikdə əməliyyat üçün göstəriş verilir.
28. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 192/2022 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayeva) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
29. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan sübutlarla iddiaçının sağlamlığında yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən ona təyin olunmuş müalicə arasında hər hansı səbəbli əlaqənin mövcud olması müəyyən edilməmişdir. Belə olan halda isə, onların üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, iş materiallarından göründüyü kimi o, həmin cavabdehə qarşı iddia qaldırmaqda həm də Mülki Məcəllənin 1099-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə haqlı olmamışdır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh1 iddiaçını müalicə edərkən faktiki olaraq həkim kimi fəaliyyət göstərdiyi klinikada əmək funksiyalarını yerinə yetirirdi. O, cavabdehlər arasında bağlanmış xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərmişdir. Bu faktlar məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən də öz təsdiqini tapmışdır. İrəli sürülmüş iddia tələbləri həm də Cavabdeh1 iddiaya cavab verməli olan subyekt olmadığından təmin edilə bilməz. Cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.
30. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki, iddiaçı tərəfindən şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması istinad edilən instagram hesablarının İddiaçı məxsus olması, bununla da, baş verməsi ehtimal edilən zərərin məhz qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqazidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23, 1096, 1097.1, 1099, 1112-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
32. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 hərəkət və hərəkətsizliyi nəticəsində onun sağlamlığına zərər dəymişdir. O, daha erkən müayinə zamanı iddiaçının sağlamlığında yaranmış problemi bildirməli idi. Cavabdeh bunun əvəzində iddiaçıya hormonal dərman yazmışdır. Səhhətində yaranmış problemi ona vaxtında bildirsə idi, yaxud düzgün təyinat vermiş olsa idi, o, sağlamlığından və ana olmaq imkanından məhrum olmazdı. Faktiki olaraq ona ziyan dəymişdir. Cavabdeh2 də bu tələb üzrə cavabdehdir, mülki məsuliyyət daşıyır. Cavabdeh2 Cavabdeh1 işəgötürəni olduğundan iddia ona qarşı da təmin edilməlidir. Qanuna zidd olaraq sağlamlığının pozulması ilə nəticələnən həkim səhvi göz önündədir. Mənəvi zərərin vurulması aşkardır. Məhkəmə mülki qanunvericiliyi, hətta “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının müddəalarını düzgün tətbiq etməmişdir. İddiaçı tərəfindən sübut kimi müayinə sənədləri, cərrahi əməliyyat barədə məlumatlar təqdim edilmiş, həmin sənədlərdən görünür ki, onun səhhətində yaranmış problemlər öncədən məlum olub, açıq aşkar görünməsi ilə yanaşı, yanlış diaqnoz və müalicə olunmuşdur, məhkəmə tərəfindən bu hallara ümumiyyətlə qiymət verilməmişdir. İş üzrə verilmiş ekspert rəyləri isə əsaslı deyildir, müayinə sənədləri ilə ziddiyyət təşkil edir. İş üzrə alınmış ekspert rəylərində ziddiyyət olduğundan məhkəməyə təkrar ekspertiza keçirilməsi barədə vəsatət təqdim etmişlər. Lakin vəsatətin şifahi olaraq təmin edildiyi və suallar əlavə edilərək ekspertə təqdim ediləcəyi və ekspertizanın iddiaçının iştirakı olaraq keçiriləcəyi bildirilsə də, faktiki olaraq vəsatət təmin edilməmişdir. Hakim, qərəzli olaraq vəsatəti təmin etməmiş, ekspert qarşısında qoyulmuş sualları ekspertə təqdim etməmişdir. Nəticədə onun prosessual hüquqları məhkəmə tərəfindən pozulmuşdur. Onun iştirakı ekspertizada təmin edilməmişdir. Ziddiyətli, qarşı tərəfin xeyrinə rəy verilməsi və qərar qəbul edilməsinə nail olunmuşdur.
34. Daha sonra iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, cavabdeh tərəfindən məsuliyyətdən yayınmaq üçün İddiaçı ümumiyyətlə resept yazılmadığı bildirilmişdir. İddiaçı respetlər qalmadığı təqdirdə cavabdeh tərəf resept yazdıqlarını etiraf etməyəcəkdilər. Bu da cavabdeh tərəfin öz səhvlərini ört-basdır etmək məqsədindən başqa bir şey ola bilməz. Həkim Cavabdeh1 özü izah verərək bildirmişdir ki, İddiaçı qoyulan “endometriyanın hiperplaziyası” uşaqlığın patoloji morfofunksional vəziyyəti olub, adətən endometriumun funksional, nadir hallarda isə bazal qatında, daha çox vəzili strukturun diffuz və ya lokal böyüməsi ilə özünü göstərir. “Poliplər” endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Onlar endometriumun hər hansı bir nahiyyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxır. Polipin özü isə endometriyanın ocaqlı hiperplaziyasıdır. Onlar endometriumun hər hansı bir nahiyyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxır. Polipin özü isə endometriyanın ocaqlı hiperplaziyasıdır. USM müayinəsində “polip” diaqnozunun müəyyən edilməsi zamanı da yalnışlıq ola bilir. Bu zaman sulu ultrasəs (histerosonqrafiya) müayinəsi metodundan istifadə olunur. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyyələrində yerləşə bilər və onların əsas kliniki əlaməti mensturasiya pozğunluğunun əmələ gəlməsidir. Bəs onda sual yaranır ki, niyə Cavabdeh1 USM müayinəsində yanlışlıq olurdusa öz dediyi kimi niyə sulu ultrasəs (histerosonqrafiya) müayinəsi metodundan istifadə etməyib? xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolunda Cavabdeh1 vəkili və nümayəndəsi bildirmişdir ki, Cavabdeh1 tərəfindən yalnız bir dəfə dufaston dərman preparatı yazılmışdır. Halbuki işdə olan sənədlərə əsasən xx.xx.2018-ci il xx.xx.2019-ci il, xx.xx.2019, xx.xx.2020-ci il tarixinlərində dufaston dərman yazılmışdır. Eyni zamanda məhkəməyə o, 4 ədəd Dufaston yazılması barədə resept təqdim etsə də, məhkəmə tərəfindən 2 resept hansısa səbəblərdən yoxa çıxarılmışdır. Bu barədə müvafiq orqanlara dəfələrlə şikayət ünvanlamışdır. Bundan əlavə, Cavabdeh1 tərəfindən guya ki xx.xx.2018ci il tarixində İddiaçı məxsus ambulator kartada nə vaxt yazıldığı bəlli olmayan qeyddə USM zamanı endometriyanın qalınlığının 21,5 mm olduğu, sol yumurtalıqda folikulyar kista izlənildiyi xəstəyə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin edilib xəstə Milli Onkologiyaya anko-ginekoloqa yönləndirilib. Sual yaranır ki, göndəriş niyə verilməyib, göndəriş verilmişdisə hansı kitabda qeydiyyata alınmışdır. İddiaçı xəbəri olmadığı ambulator kartada bu qeyd niyə ondan xəbərsiz aparılmışdır. Burdan da bəli olur ki, həmin kartada qeydlər sonradan yazılamaqla məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə tərəfindən araşdırmaya səthi yanaşılmış, ekspert rəyləri arasında eyni zamanda təkrar ekspert rəyində cavablar arasında, təqdim etdikləri sənədlər arasında, cavabdehin verdiyi ifadələr arasında ziddiyyətlər olmasına baxmayaraq yenidən ekspertiza keçirilməsi barədə vəsatət əsassız olaraq təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5122/2022 nömrəli qətnaməsi ilə (hakimlər N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və X.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, təkrar ekspertizanın rəyi kifayət qədər əsaslandırılıb, bir daha təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Cavabdeh2 MMC-də ginekoloq Cavabdeh1 tərəfindən aparılan müalicə zamanı İddiaçı sağlamlığına zərər vurulması müəyyən olunmur.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1112-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
39. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul еdilməsini xahiş etmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-5326/2023 tarixli qərarı ilə (hakimlər Ə.Əliyevin məruzəsi ilə, hakimlər M.Əhmədova və V.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5122/2022 nömrəli, 02 sentyabr 2022ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
41. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibblə bağlı xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Çünki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər.
42. Baxılan iş üzrə alınmış təkrar məhkəmə-tibbi ekspert rəyinin araşdırılması zamanı ekspertlər tərəfindən ziddiyyətli, bir-birinə uyğun olmayan, ehtimal xarakterli və məhkəmə tərəfindən qoyulmuş suallara konkret olmayan cavablar verilməsi müəyyən olunur ki, belə olan halda, həmin ekspert rəyinə əsaslanaraq qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab oluna bilməz.
43. Belə ki, ekspert rəyində birinci suala cavabdan görünür ki, Cavabdeh2 MMCdə müayinə edilərkən iddiaçının uşaqlığında polip, törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən edilməmiş, uşaqlığın daxilində endometri qatında hiperplaziya aşkar edilmişdir. Qoyulmuş üçüncü suala cavabdan isə görünür ki, polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır.
44. Yəni, ekspert rəyində Cavabdeh2 MMC-də müayinə edilərkən iddiaçıda polip aşkar olunmadığı bildirilsə də, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-də iddiaçıya qoyulmuş diaqnoz əslində polipin aşkar olunması ilə bağlı olmuşdur.
45. Ekspertlər qoyulmuş birinci suala tam cavab verməmiş, məhkəmənin “polip olmasının aşkar edilməməsi nəticəsində iddiaçının vaxtında müalicə olunmaması bu xəstəliyin inkişafına və kəskinləşməsinə necə təsir göstərə bilər?” sualı cavabsız qalmışdır.
46. Digər tərəfdən, ekspert rəyində 4-cü suala cavabda qeyd edilənlərdən (endometrial polip bədxassəli proses deyildir, polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı azdır) görünür ki, polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı mövcuddur və iddiaçıda aşkarlanmış polipdən bədxassəli törəmənin əmələ gəlmiş olması ehtimalı da istisna oluna bilməz. Çünki, ehtimalın az olması, ehtimalın ümumiyyətlə mövcud olmamasını ehtiva etmir.
47. Həmçinin, ekspert rəyində 6-cı suala cavabda qeyd edilənlər (iddiaçının hazırkı vəziyyəti ilə aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməməsi ilə hər hansı əlaqə yoxdur) həqiqət kimi qəbul oluna bilməz. Şübhəsizdir ki, hər hansı müayinənin düzgün həyata keçirilməməsi, xəstənin səhhətində yaranmış problemin səbəbinin müayinə ilə düzgün müəyyən olunmaması, nəticədə düzgün diaqnoz qoyulmaması və düzgün müalicənin təyin olunmaması xəstənin vəziyyətini yalnız ağırlaşdıra və onun sağlığında daha böyük problemlərin yaranmasına səbəb ola bilər. Əks yanaşma məntiqi olmamaqla, absurd sayılmalıdır ki, bu da ekspert rəyinin düzgün tərtib olunmamasının digər göstəricisidir.
48. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 iddiaçıya hər hansı müalicə dərman preparatları yazılmadığını bildirsə də, iş materiallarında olan dərman reseptləri ilə müəyyən olunmuşdur ki, iddiaçıya “Dufaston” adlı dərman preparatı yazılmışdır. Lakin, məhkəmə tərəfindən ekspert qarşısında sual qoyulmamışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-də iddiaçıya qoyulmuş “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu zamanı müalicə məqsədilə sözügedən dərman preparatı qəbul olunmalıdırmı?
49. Bunlarla yanaşı, ekspert rəyində 8-ci suala cavabda qeyd edilənlərlə (xx.xx.2018-ci il tarixdən polip, törəmə və ya şiş inkişafa başlamış olsaydı, daha ağır nəticələrə çıxarıb, limfodisseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı) həmin rəydə 15-ci suala cavabda qeyd edilənlər (PEK/KT-i nəticələrinə əsasan xəstəyə limfodisseksiya əməliyyatı icra olunmalı idi) ziddiyyət təşkil edir.
50. Göründüyü kimi, ekspert rəyində əvvəlcə iddiaçı üzərində limfodisseksiya əməliyyatının icra olunmasına səbəb olmadığı üçün aşkar olunmuş polipin xx.xx.2018-ci il tarixdən inkişafa başlamadığı qeyd olunsa da, sonuncu suala cavabda iddiaçı üzərində limfodisseksiya əməliyyatının icra olunmalı olması bildirilmişdir.
51. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda aşkarlanmış polipin yaranma vaxtının müəyyən olunması barədə də ekspert qarşısında sual qoyulmalıdır.
52. Digər tərəfdən, ekspert rəyində 15-ci suala cavabda qeyd edilmişdir ki, xəstə limfodisseksiyadan imtina etmişdir. Halbuki, iddiaçı üzərində əməliyyatların icra olunduğu “X6” MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş epikrizdən və xəstənin əməliyyat öncəsi yazdığı izahatından aydın görünür ki, müalicə həkimi tərəfindən iddiaçıya kilo və yaddaş xəstəlikləri səbəbiylə sadəcə histerektomiya və overektomiya tövsiyə olunmuş, onun limfodisseksiya olunmayacağı bildirilmişdir.
53. Ekspert rəyində 8-ci suala cavabda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdən qeyd olunan proseslər inkişafa başlamış olsaydı, daha ağır nəticələrə gətirib çıxarıb, limfodisseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı.
54. Qeyd olunmalıdır ki, iddiaçının limfodisseksiya yox, histerektomiya və overektomiya əməliyyatları keçirməsi, həmin əməliyyatların ağır əməliyyatlar olmaması anlamına gəlmir. Ekspert rəyinin ehtimala əsaslanan həmin mövqeyi Cavabdeh1 həyata keçirdiyi müayinələrin düzgünlüyü kimi də şərh edilə bilməz. Belə ki, iddiaçı üzərində aparılmış əməliyyatlarla onun uşaqlığı və yumurtalıqları götürülmüşdür. O da vurğulanmalıdır ki, iddiaçının sağlamlığına bundan daha ağır zərər vurulmamasının səbəbi Cavabdeh1 əmək fəaliyyətinin nəticəsi deyil, iddiaçının müayinə üçün başqa klinikalara müraciət etməsidir.
55. Belə ki, xx.xx.2021-ci il tarixdə “X6” MMC-də həyata keçirilmiş USM nəticəsində iddiaçının uşaqlıq boşluğunda endometrial polip? mioma? izlənilmiş, histereskopiya əməliyyatı tövsiyə olunmuşdur. Lakin, həmin tarixdən 1 ay əvvəl xx.xx.2021-ci il tarixdə müayinə aparmış Cavabdeh1 iddiaçıya əməliyyat tövsiyə etməmiş, sadəcə Milli Onkologiya Mərkəzinə yönləndirmişdir (bu barədə həkim tərəfindən tibbi göndəriş vərəqəsi verilməsi də iş materialları ilə təsdiqini tapmır).
56. Halbuki, cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər eyni şikayətlərlə müraciət edən xəstəyə daha diqqətlə yanaşaraq, şikayətlərinin səbəbini öyrənmək üçün ilk növbədə kompleks müayinə aparmaq olmalı idi.
57. Ümumiyyətlə, iddiaçı üzərində aparılmış müayinə cavablarının xronoloji ardıcıllığından işin mübahisəsiz halı olaraq müəyyən olunur ki, iddiaçı mütəmadi olaraq yoxlanışdan keçmişdir. Buna görə də, iddiaçının səhhətində müsbət istiqamətdə dəyişiklik olmadığı və eyni şikayətlərlə cavabdehə müraciət etməyə davam etdiyi halda, Cavabdeh1 tərəfindən nəyə görə daha dəqiq diaqnozun qoyulması və iddiaçının sağlamlığının qorunması üçün kompleks müayinələrin keçirilməməsi, iddiaçının əlavə yoxlanış üçün digər klinikalara yönləndirilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır.
58. Həmçinin, ekspert rəyində tədqiqatların hansı metodla və hansı formada aparılması da təsvir olunmamışdır.
59. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yenidən araşdırma zamanı təkrar ekspertiza təyin etməli, ekspert qarşısında hazırkı qərarda şərh edilən nöqsanlara uyğun suallar qoymalıdır.
60. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, diaqnozun vaxtında dəqiq qoyulmaması nəticəsində iddiaçının konstitusion hüququ pozulmuş, nəticədə o ana olmaq imkanından məhrum olmuşdur.
61. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi təkrar araşdırma zamanı hazırkı qərarda şərh edilən göstərişlərə uyğun araşdırma aparmalı, iddiaçının səhhətinə vurulmuş zərərdə Cavabdeh1 təqsirini müəyyən etdikdə, xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi məsələsini müzakirə etməlidir.
62. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
63. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3175/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin olunmuşdur.
64. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 xx.xx.2023-cü il tarixli, KEŞ-358 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 1. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 MMC-də müayinə edilərkən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifolikulyar yumurtalığa məxsus çoxsaylı folikulyar kistalar aşkar edilmişdir. Qeyd edilən diaqnozlar USM nəticə və foto-printlərində öz əksini tapmışdır. 2. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və iş materialına əlavə olunmuş resept blanklarına əsasən, ona “X21 Mərkəzi MMC”-də təyin edilmiş diaqnoza uyğun olaraq həkim tərəfindən “Dufaston” dərman preparatının təyini diaqnoza və müalicə müddətinə uyğun olmuşdur (Ədəbiyyat: Нарушения менструального цикла и дюфастон. 2006; Межевитинова Е.А., Ревазова Ф.С., Куземин А.А.). 3. Hormonal disbalans ilə əlaqədar yaranmış endometriyanın hiperplaziyası və poliplərin müalicəsinin proflaktikası məqsədi ilə “Dufaston” dərman preparatının təyini məqsədə müvafiq olub, təyin edilmə müddəti və dozalanması polipin və endometriumun ölçülərindən deyil, qeyd edilən patologiyalara səbəb olan hormonal (estrogen, progesteron) balansının pozulmasına uyğun təyin edilir. “Dufaston” dərman preparatının istifadə təlimatında, beynəlxalq qaydalara uyğun olaraq müxtəlif yaş kateqoriyalarına, yanaşı xəstəliklər zamanı istifadəsi, əks təsirləri digər preparatlarla birgə istifadəsi, yüksək dozada qəbulu zamanı baş verə biləcək ağırlaşmaları haqqında yoxlama (təcrübə) məlumatları mövcud olsa da, uzunmüddətli qəbulu ilə əlaqədar hər hansı ağırlaşmanın baş verə biləcəyi və bu ağırlaşmanın nədən ibarət olacağı haqqda statistik məlumatlar mövcud deyildir. “Dufaston” dərman preparatı hormonal balansda baş verən dəyişikliklərdən asılı olaraq hər müalicə kursu 3 aydan 6 aya qədər, menstrual tsiklin ikinci fazasında isə 10 və ya 14 günlük təyin olunur. İddiaçı təyin edilən “Dufaston” dərman preparatı xx.xx.2018-ci il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2019-cu il tarixdə menstrual tsikl üçün 10 gün (öncəki reseptə əsasən bu təkrardır), xx.xx.2019-cu il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2020-ci il tarixdə isə 3 ay hər menstrual tsikl üçün 14 gün olmaqla təyin edilmişdir. “Dufaston” dərman preparatının təyinatı təqdim olunan resept blankına əsasən, 3 il qəbulu təsdiq olunmur. Eyni zamanda İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-yə müraciət etmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək onun Cavabdeh2 MMCnə müraciəti ilə bağlı və dərman preparatının qəbulu ilə bağlı heç bir sənəd iş materialına əlavə edilməmiş, növbəti müraciət bir il sonra, yəni xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixlərdə olmuşdur. Ümumilikdə təqdim olunan tibbi sənədlərə əsasən, müayinə və müalicə dövrü 12-13 ay davam etmişdir. 4. İş materiallarına əlavə olunmuş müayinə sənədlərindən görünür ki, “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün həkim tərəfindən hormonal testlər təyin edilmişdir. Dərman preparatlarının dozalanması, müddəti və hormonal testlərin təkrar edilmə müddəti icra edilmiş testlərin nəticəsinə uyğun olaraq həkim tərəfindən təyin edilir. 5. İddiaçı Cavabdeh2 MMC-də aparılmış müayinələr zamanı hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometrium - qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar kistalar aşkar edilmiş və diaqnoza uyğun olaraq müalicə təyin edilmişdir. İş materialına əlavə edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, qeyd edilən diaqnozlar müəyyən edildiyi zaman hər hansı əlavə patologiya mövcud olmamış və bu səbəbdən əlavə müalicəyə ehtiyac olmamışdır. Yumurtalıqların polikistozunun müalicəsi zamanı cərrahi üsuldan istifadə edilə bilər. Lakin cərrahi müdaxilə konservativ müalicə ilə nəticə əldə edilmədiyi halda aparılır. 6. İddiaçı adına təqdim olunan tibbi sənədlərə əsasən, Cavabdeh2 MMC-də xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə olmuşdur. USM və hormon analizlərinin nəticəsinə əsasən, ona “Dufaston” dərman preparatının təyin olunması düzgün olmuş və dərman preparatı yazdığı müddətdə endometriyanm qalınlaşması müsbətə doğru dəyişmiş, endometriyanın qalınlığı norma daxilində izlənmişdir. Bununla da həmin müalicə dövründə müsbət dinamika izlənmiş və təyin olunan konservativ müalicə müsbət nəticə verdiyindən, əlavə kompleks müayinələrin keçirilməsinə ehtiyac olmamışdır. xx.xx.2021-ci il tarixdə müraciət olunan zaman onda endometriyanm qalınlığının normadan çox olduğu, yəni 21,5 mm olduğu müəyyən edilmişdir. Ambulator kartaya əsasən, diaqnostik qaşınma təyin edilmiş və xəstə Milli Onkologiya Mərkəzinə göndərilmişdir. İddiaçı qeyd edilən dövr ərzində yalnız ambulator müayinə və müalicədə olduğunu nəzərə alaraq səhhətində yaxşılaşma əldə etmədiyi halda həkim tərəfindən və ya öz istəyi ilə digər tibb müəsissəsinə müraciət edə, müalicəni digər müəssisədə davam etdirə bilərdi. Lakin qeyd edilən tarixlərdə aparılmış müayinələrdə buna əsas verəcək hər hansı bir patologiya aşkar edilməmişdir. 7. İddiaçı aşkarlanmış polipin hansı tarixdən yaranması bəlli deyildir. 8. Təsnifata görə polip endometriyanın hiperplaziyasının iki növündən (total və ocaqlı) biri olan ocaqlı hiperplaziyadır. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Polip endometriumun hiperplaziyasının eyni diaqnozunun variantıdır (ocaqlı hiperplaziya). Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmə ehtimalı az olub, total hiperplaziya ilə eyni risk qrupuna aid edilir. Endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometri problemlərindən biridir. Buna görə də polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olduqda, polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir. 9. İddiaçı 2018-ci il tarixdən 2021-ci il tarixədək USM nəticələrinə əsasən, onda karsinoma olmasına əsaslı şübhə olmamışdır. Bədxassəli proseslərin yaranmasına səbəb (etiologiyası) ocaq amilin nə olması haqqında bir çox nəzəriyyələr mövcud olsa da, bu prosesə dəqiq nəyin səbəb olduğu tam aydın deyildir. 10. Uşaqlığın endometrium qatı mensturasiya tsiklində hər ay dövri olaraq 15-18 mm kimi qalınlaşır və mensturasiya zamanı isə ayrılaraq xaric olur (4-5 gün). Növbəti ay (28 gün) isə bu proses təkrarlanaraq 0 mm-dən 18 mm kimi qalınlaşır (23-24 gün ərzində). Qeyd olunan hal normal fizioloji haldır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də aparılan USM əsasən, İddiaçı endometriyanın qalınlığı 21,5 mm olmuş (endometriyanın hiperplaziyası hesab olunmuş) və diaqnostik qaşıntı aparılmadığı halda endometriyanın qalınlığı 26 mm və daha da çox ola bilərdi. 11. xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq aşkar edilmişdir. “Zəfəran” Hospitalda aparılan MRT müayinə nəticəsində böyümüş limfa düyünləri aşkar edilmiş, müşahidəsi məsləhət görülmüşdür. xx.xx.2021-ci il tarixdə “Bakı Patologiya Mərkəzi”ndə müayinə nəticəsində aşkarlanmış orta diferensiasialı adenokarsinomanın Cavabdeh2 MMC-də aparılan hiperplaziyanın müalicəsi arasında səbəbli əlaqəsinin olması istisna edilir. Əlavə olaraq “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, total abdominal histerektomiya və bilateral salpinqo-ooforektomiya icra olunmuşdur və histoloji müayinəyə göndərilmiş materialda endometrial polip sapına fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomioz olmuşdur. Həmin materialda rezidual tümor (invaziya) izlənilməmişdir.
65. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili ekspert rəyinə etiraz təqdim etmiş, həmçinin məhkəmə iclasında vəsatət təqdim edərək xx.xx.2023-cü il tarixli, KEŞ- 358 nömrəli ekspert rəyinin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir.
66. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3175/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur.
67. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 xx.xx.2023-cü il tarixli, KEŞ-816 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 1. İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 MMC-də müayinə edilərkən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxili - endometrium qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar kistalar aşkar edilmişdir. Qeyd edilən diaqnozlar USM nəticə və fotoprintlərində öz əksini tapmışdır. 2. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və iş materiallarına əlavə olunmuş resept blanklarına əsasən ona “X21 Mərkəzi MMC”də təyin edilmiş diaqnoza uyğun olaraq həkim tərəfindən “Dufaston” dərman preparatının təyini diaqnoza və müalicə müddətinə uyğun olmuşdur (Ədəbiyyat: Нарушения менструального цикла и дюфастон. 2006; Межевитинова Е.А., Ревазова Ф.С., Куземин А.А.). 3. Hormonal disbalans ilə əlaqədar yaranmış endometriumun hiperplaziyası və poliplərin müalicəsinin profilaktikası məqsədi ilə “Dufaston” dərman preparatının təyini məqsədəmüvafıq olub, təyin edilmə müddəti və dozalanması polipin və endometriumun ölçülərindən deyil, qeyd edilən patologiyalara səbəb olan hormonal (estrogen, progesteron) balansının pozulmasına uyğun təyin edilir. “Dufaston” dərman preparatının istifadə təlimatında beynəlxalq qaydalara uyğun olaraq müxtəlif yaş kateqoriyalarına, yanaşı xəstəliklər zamanı istifadəsi əks təsirləri digər preparatlarla birgə istifadəsi, yüksək dozada qəbulu zamanı baş verə biləcək ağırlaşmaları haqqında yoxlama (təcrübə) məlumatları mövcud olsa da, uzunmüddətli qəbulu ilə əlaqədar hər hansı ağırlaşmanın baş verə biləcəyi və bu ağırlaşmanın nədən ibarət olacağı haqqında statistik məlumatlar mövcud deyildir. “Dufaston dərman preparatı hormonal balansda baş verən dəyişikliklərdən asılı olaraq hər müalicə kursu 3 aydan 6 aya qədər, menstrual tsiklin ikinci fazasında isə 10 və ya 14 günlük təyin olunur. İddiaçı təyin edilən “Dufaston” dərman preparatı xx.xx.2018-ci il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2019-cu il tarixdə menstrual tsikl üçün 10 gün (öncəki reseptə əsasən bu təkrardır), xx.xx.2019-cu il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2020-ci il tarixdə isə 3 ay hər menstrual tsikl üçün 14 gün olmaqla təyin edilmişdir. “Dufaston” dərman preparatının təyinatı təqdim olunan resept blankma əsasən, 3 il qəbulu təsdiq olunmur. Eyni zamanda İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-yə müraciət etmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək onun Cavabdeh2 MMC-nə müraciəti ilə bağlı və dərman preparatının qəbulu ilə bağlı heç bir sənəd iş materialına əlavə edilməmiş, növbəti müraciət bir il sonra, yəni xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixlərdə olmuşdur. Ümumilikdə, təqdim olunan tibbi sənədlərə əsasən, müayinə və müalicə dövrü 12-13 ay davam etmişdir. 4. İş materiallarına əlavə olunmuş müayinə sənədlərindən görünür ki, “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün həkim tərəfindən hormonal testlər təyin edilmişdir. Dərman preparatlarının dozalanması, müddəti və hormonal testlərin təkrar edilmə müddəti icra edilmiş testlərin nəticəsinə uyğun olaraq həkim tərəfindən təyin edilir. 5. İddiaçı qızma Cavabdeh2 MMC-də aparılmış müayinələr zamanı hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxili - endometrium qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar kistalar aşkar edilmiş və diaqnoza uyğun olaraq müalicə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, qeyd edilən diaqnozlar müəyyən edildiyi zaman hər hansı əlavə patologiya mövcud olmamış və bu səbəbdən əlavə müalicəyə ehtiyac olmamışdır. Yumurtalıqların polikistozunun müalicəsi zamanı cərrahi üsuldan istifadə edilə bilər. Lakin, cərrahi müdaxilə konservativ müalicə ilə nəticə əldə edilmədiyi halda aparılır. 6. İddiaçı adına təqdim olunan tibbi sənədlərə əsasən, ‘X21 Mərkəzi” MMC-də xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə olmuşdur. USM və hormon analizlərinin nəticəsinə əsasən, ona “Dufaston” dərman preparatının təyin olunması düzgün olmuş və dərman preparatı yazıldığı müddətdə endometriumun qalınlaşması müsbətə doğru dəyişmiş, endometriumun qalınlığı norma daxilində izlənilmişdir. Bununla da həmin müalicə dövründə müsbət dinamika izlənmiş və təyin olunan konservativ müalicə öz müsbət nəticəsini verdiyindən, əlavə kompleks müayinələrin keçirilməsinə ehtiyac olmamışdır. xx.xx.2021-ci il tarixdə müraciət olunan zaman onda endometriumun qalınlığının normadan çox olduğu, yəni 21,5 mm olduğu müəyyən edilmişdir. Ambulator kartaya əsasən, diaqnostik qaşınma təyin edilmiş və xəstə Milli Onkologiya Mərkəzinə göndərilmişdir. İddiaçı qeyd edilən dövr ərzində yalnız ambulator müayinə və müalicədə olduğunu nəzərə alaraq səhhətində yaxşılaşma əldə etmədiyi halda həkim tərəfindən və ya öz istəyi ilə digər tibb müəssisəsinə müraciət edə, müalicəni digər müəssisədə davam etdirə bilərdi. Lakin, qeyd edilən tarixlərdə aparılmış müayinələrdə buna əsas verəcək hər hansı bir patologiya aşkar edilməmişdir. 7. İddiaçı aşkarlanmış polipin hansı tarixdən yaranması məlum deyildir. 8. Təsnifata görə polip endometriumun hiperplaziyasının iki növündən (total və ocaqlı) biri olan ocaqlı hiperplaziyadır. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Polip endometriumun hiperplaziyasının eyni diaqnozunun variantıdır (ocaqlı hiperplaziya). Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmə ehtimalı az olub, total hiperplaziya ilə eyni risk qrupuna aid edilir. Endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometrium problemlərindən biridir. Buna görə də polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olarsa və polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir. 9. İddiaçı 2018-ci il tarixdən 2021-ci il tarixədək USM nəticələrinə əsasən, onda karsinoma olmasına əsaslı şübhə olmamışdır. Bədxassəli proseslərin yaranmasına səbəb (etiologiyası) ocaq amilin nə olması haqqında bir çox nəzəriyyələr mövcud olsa da, bu prosesə dəqiq nəyin səbəb olduğu bu gün də tam aydın deyildir. 10. Uşaqlığın endometrium qatı menstruasiya tsiklində hər ay dövri olaraq 15-18 mm kimi qalınlaşır və menstruasiya zamanı isə ayrılaraq xaric olur (4-5 gün). Növbəti ay (28 gün) isə bu proses təkrarlanaraq 0 mm-dən 18 mm kimi qalınlaşır (23-24 gün ərzində). Qeyd olunan hal normal fizioloji haldır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də aparılan USM əsasən, İddiaçı endometriumun qalınlığı 21,5 mm olmuş (endometriumun hiperplaziyası hesab olunmuş) və diaqnostik qaşıntı apanlmadığı halda endometriumun qalınlığı 26 mm və daha da çox ola bilərdi. 11. xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq aşkar edilmişdir. “Zəfəran Hospital”da aparılan MRT müayinə nəticəsində böyümüş İimfa düyünləri aşkar edilmiş, müşahidəsi məsləhət görülmüşdür. xx.xx.2021 ci il tarixdə “Bakı Patologiya Mərkəzi”ndə müayinə nəticəsində aşkarlanmış orta diferensiasialı adenokarsinomanın Cavabdeh2 MMC-də aparılan hiperplaziyanın müalicəsi arasında səbəbli əlaqəsinin olması istisna edilir. Əlavə olaraq “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, total abdominal histerektomiya və bilateral salpinqoooforektomiya icra olunmuşdur və histoloji müayinəyə göndərilmiş materialda endometrial polip sapına fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomioz olmuşdur. Həmin materialda rezidual tümor (invaziya) izlənilməmişdir. 12. İddiaçı adına tərtib edilmiş Milli Onkologiya Mərkəzi Nüvə Təbabəti şöbəsinin xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokalizasİyalı xəfif hipermetabolik İimfa düyünü, sağ infraklavikulyar, sağ üst mediastinal (1 R) ilə sağ üst və alt paratraxeal (2 R, 4 R) lokaüzasiyada yüksək hipermetabolik İimfa düyünləri aşkar olunmuşdur. “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ona “Orta diferensiasiyalı (G2) endometroid adenokarsinoma” diaqnozu təyin edilmişdir. Xəstəyə qeyd olunan diaqnoz təyin olunduğu halda ona histerektomiya və ovarektomiya ilə yanaşı limfadisseksiya da (Vertgeym əməliyyatı) icra olunmalı, bundan sonra xəstəyə kimya terapiya və şüa terapiya təyin olunaraq onkoloji xəstə kimi Onkoloji Mərkəzdə qeydiyyata alınmalıdır. 13. İddiaçı adına tərtib edilmiş Milli Onkologiya Mərkəzi Nüvə Təbabəti şöbəsinin xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokalizasiyalı xəfif hipermetabolik limfa düyünü, sağ infraklavikulyar, sağ üst mediastinal (1R) ilə sağ üst və alt paratraxeal (2R, 4R) lokalizasiyada yüksək hipermetabolik limfa düyünləri aşkar olunmuşdur. “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ona “Oıta differensiasialı (G2) endometroid adenokarsinoma” diaqnozu təyin edilmişdir. “X6”nda İddiaçınm adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona təyin olunmuş diaqnoza əsasən, histerektomiya və overektomiya əməliyyatı icra olunmuşdur. Lakin limfadisseksiya (Vertgeym əməliyyatı) icra olunmamışdır. Bu əməliyyat icra olunmadığı halda xəstəyə şüa və kimya terapiya təyin olunmamış və onkoloji xəstələr üçün nəzərdə tutulan mütəmadi olaraq MRT müayinəsindən keçməsi ilə bağlı tibbi sənədlərdə hər hansı bir qeydiyyat aparılmamışdır. Əməliyyatdan sonrakı tibbi sənədlərdə təyin olunmuş diaqnoza əsasən, qeyd olunan halda metastaz verməli idi. 14. Hiperplaziyanın sadə vəzili, vəzili-kistoz, vəzili stromal və atipik formaları vardır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də həkim Cavabdeh1 tərəfindən hiperplaziyanın növünün təyin edilməsi üçün (iş materiallarına əlavə edilmiş ambulator kartadakı qeydə əsasən) Milli Onkologiya Mərkəzinə göndəriş verilmişdir. Hiperplaziyamn iki əsas müalicə - konservativ (hormonal) – hestagen preparatı və cərrahi üsulu vardır. Hiperplaziya konservativ müalicəyə tabe olmadığı təqdirdə cərrahi müdaxilə (endometriumun ablaziyası və ya uşaqlığın ekstripasiyası oluna bilər. 15. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də həkim Cavabdeh1 tərəfindən İddiaçı təyin olunmuş “Endometriyanm hiperplaziyası”, xx.xx.2021-ci il tarixdə “X20’da “Endometrial polip”, xx.xx.2021-ci il tarixdə “X6”nda isə “Polip (ocaqlı hiperplaziya) və ya mioma” diaqnozları uzun müddət sürən hormonal disbalans nəticəsində yaranır.
68. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili ekspert rəyinə etiraz təqdim edərək ekspertizanın müayinə aparılmadan formal keçirilməsini bildirmişlər.
69. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məsuliyyətdən yayınmaq üçün İddiaçı ümumiyyətlə resept yazılmadığı bildirilmişdir. İddiaçı respetlər qalmadığı təqdirdə cavabdeh tərəf resept yazdıqlarını etiraf etməyəcəkdilər. Bu da cavabdeh tərəfin öz səhvlərini ört-basdır etmək məqsədindən başqa bir şey ola bilməz. Həkim Cavabdeh1 özü izah verərək bildirmişdir ki, “Poliplər” endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Onlar endometriumun hər hansı bir nahiyyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxır. Polipin özü isə endometriyanın ocaqlı hiperplaziyasıdır. Onlar endometriumun hər hansı bir nahiyyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxır. Polipin özü isə endometriyanın ocaqlı hiperplaziyasıdır. USM müayinəsində “polip” diaqnozunun müəyyən edilməsi zamanı da yalnışlıq ola bilir. Bu zaman sulu ultrasəs (histerosonqrafiya) müayinəsi metodundan istifadə olunur. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyyələrində yerləşə bilər və onların əsas kliniki əlaməti mensturasiya pozğunluğunun əmələ gəlməsidir. Bəs onda sual yaranır ki, niyə Cavabdeh1 USM müayinəsində yanlışlıq olurdusa öz dediyi kimi niyə sulu ultrasəs (histerosonqrafiya) müayinəsi metodundan istifadə etməyib? xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolunda Cavabdeh1 vəkili və nümayəndəsi bildirmişdir ki, Cavabdeh1 tərəfindən yalnız bir dəfə dufaston dərman preparatı yazılmışdır. Halbuki işdə olan sənədlərə əsasən xx.xx.2018-ci il xx.xx.2019-ci il, xx.xx.2019, xx.xx.2020-ci il tarixinlərində dufaston dərman yazılmışdır. Eyni zamanda məhkəməyə o, 4 ədəd dufaston yazılması barədə resept təqdim etsə də, məhkəmə tərəfindən 2 resept hansısa səbəblərdən yoxa çıxarılmışdır. Bu barədə müvafiq orqanlara dəfələrlə şikayət ünvanlamışdır. Bundan əlavə, Cavabdeh1 tərəfindən guya ki, xx.xx.2018-ci il tarixində İddiaçı məxsus ambulator kartada haçan yazıldığı bəlli olmayan qeyddə USM zamanı endometriyanın qalınlığının 21,5 mm olduğu, sol yumurtalıqda folikulyar kista izlənildiyi xəstəyə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin edilib xəstə Milli Onkologiyaya anko-ginekoloqa yönləndirilib. Sual yaranır ki, göndəriş niyə verilməyib göndəriş verilmişdisə hansı kitabda qeydiyyata alınmışdır. İddiaçı xəbəri olmadığı ambulator kartada bu qeyd niyə ondan xəbərsiz aparılmışdır. Burdan da bəli olur ki, həmin kartada qeydlər sonradan yazılamaqla məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 713/KEŞ saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 149 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X7” X14 358 saylı, xx.xx.2023-cü il tarixli rəyləri biri biri ilə ziddiyət təşkil edir. Beləki, ekspert rəylərində suallara verilən cavablar bir-birini təkzib etməsinə baxmayaraq, ekspertlər hər vəchlə X4 xeyrinə rəy verməyə çalışmışlar. Hətta sonuncu dəfə ekspertlər Ali Məhkəmənin göstərişlərinə belə məhəl qoymamışlar. Apellyasiya Məhkəməsinin Məhkəmə kollegiyasının 2(103)-3175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında qoyulmuş 11 sual eynilə 2(103)-3175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında yenidən qoyulmuş və 11 sualla yanaşı 4 sual da əlavə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 816 saylı, 04 dekabr 2023-cü il tarixli rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 358 saylı, xx.xx.2023-cü il tarixli rəyində olan eyni cavabları vermişdir. Yalnız 2-ci suala cavabda istifadə olunmuş ədəbiyyatın adı oxunmayan hərflərlə yazılmış, 9-cu suala cavabda isə tam aydın deyildir sözünün əvvəlinə “bu gün də” sözü əlavə edilmişdir. Ekspertlər köçürmə yolu eyni cavabları yazmışlar. Sual yaranır ki, təzə cəlb edilmiş ekspertlə əvvvəlki ekspertin dəsti xətti bu qədərmi eyni olar? 1-ci suala cavabda qeyd olunur ki, İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2ndə müayinə edilərkən Ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifalikulyar yumurtalığa məxsus çoxsaylı folikullar (kistalar) aşkar edilmişdir. Qeyd edilən diaqnozlar USM nəticə və foto-printlərində öz əksini taımışdır. Halbu ki, “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 elə 358 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyində 8-ci suala cavabda bildirilmişdir ki, təsnifata görə polip endometriyanın hiperplaziyasının iki növündən (total və ocaqlı) biri olan ocaqlı hiperplaziyadır. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Polip endometriumun hiperplaziyasının eyni diaqnozunun variantıdır.(ocaqlı hiperplaziya). Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmə ehtimalı az olub, total hiperplaziya ilə eyni risk qrupuna aid edilir. Endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometri problemlərindən biridir. Buna görə də polipin aşkar edilməsi bir başa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olduqda, polip böyüməyə davam etdikdə göstəriş verilir. Burdan görsənir ki, ekspertlər hiperplaziyasının iki növünün total və ocaqlı başqa sözlə (sadə və otipik) olmasını qeyd etməklə özləridə bilmədən təsdiqləyiblər ki, polip ocaqlı hiperplaziyadır. Buda o deməkdir ki, İddiaçı ocaqlı yəni otipik polip aşkar edilmişdir. Ocaqlı yəni otipik polip xərçəngyönlü əlamətidr. Lakin ekspertlər tərəfindən Polip endometriumun hiperplaziyasının eyni diaqnozunun variantıdır (ocaqlı hiperplaziya) olduğu qeyd olunsada İddiaçı polipin olmasını ekspertlər özləri öz yazdıqları ilə etiraf etsələrdə hansısa səbəbdən rəydə İddiaçı ocaqlı polipin olmasını qeyd etməmişlər. Bu da öz növbəsində ekspert rəyinin əsaslı olmamaqla başdan sona ziddiyət təşkil etdiyini bir daha sübut edir. Həmin diaqnoz düzgün qoyulmuşdurmu sualına isə cavab verilməmişdir. 2-ci suala cavabda qeyd olunmuşdur ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və iş materialına əlavə olunmuş resept blanklarına əsasən, ona “X21 Mərkəzi MMC-də təyin edilmiş diaqnoza və müalicə müddətinə uyğun olmuşdur. (Ədəbiyyat Нарушения менструального цикла и дюфастон. 2006; Межевитинова Е.А., Ревазова Ф.С., Куземин А.А) Ekspertlər 3-cü suala cavabda isə “Dufaston” dərman preparatının istifadə təlimatında beynəlxalq qaydalara uyğun olaraq müxtəlif yaş kateqoriyalarına, yanaşı xəstəliklər zamanı istifadəsi, əks təsirləri digər preparatlarla birgə istifadəsi, yüksək dozada qəbulu zamanı baş verə biləcəyi və bu ağırlaşmanın nədən olacağı haqda statistik məlumatlar mövcud deyildir. Əgər bu barədə məlumatlar mövcud olmamaqla məlum deyilsə onda ekspertlər 2-ci suala cavabda konkret olaraq necə müəyyən edirlər ki, “Dufaston” dərman preparatının istifadəsi diaqnoza və müalicə müddətinə uyğun olmuşdur. Bundan əlavə ekspertlər elə 3-cü suala cavabda bildirirlər ki “Dufaston” dərman preparatı hormonal balansda baş verən dəyişikliklərdən asılı olaraq hər müalicə kursu 3 aydan 6 aya qədər, menstrual tsiklin ikinci fazasında isə 10 və ya 14 günlük təyin olunur. İddiaçı təyin edilən “Dufaston” dərman preparatı xx.xx.2018-ci il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2019-cu il tarixdə menstrual tsikl üçün 10 gün (öncəki reseptə əsasən bu təkrardır), xx.xx.2019-cu il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2020-ci il tarixdə isə 3 ay hər menstrual tsikl üçün 14 gün olmaqla təyin edilmişdir. Ekspertlər özləri də təsdiq edirlər ki, xx.xx.2020-ci il yoxlanışında ağırlaşma olub ki, əvvəllər 10 günlük təyin edilən dufaston dərmanını 14 günə qaldırıb. Əgər ağırlaşma yox idisə onda niyə günləri artırırdı əksinə müsbət olduğu halda azaltmalı idi. Halbuki, Ekspertlərin istinad etdiyi kitapda qeyd edilmişdir ki, progestron hormonu həddən artıq çox olması aşağıdakı arzuolunmaz hallara gətirə bilər: Döş xərçəngi, endometrial hiperplaziya, endometrial xərçəng, yumurtalıq xərçəngi, venoz tromboembolizm, miokard infarkı, koronar ürək xəstəliyi və isemik insult. Ekspertlərin istinad etdiyi ədəbiyyatdan da müəyyən edilir ki, Dufaston dərman preparatının istifadəsi diaqnoza və müalicə müddətinə uyğun olmamışdır. Həmin preparatın istifadə olunması zamanı hər 6(altı) aydan bir progestron testinin müşahidəsi həkimlər üçün mütləqdir. Ekspertlər 3-cü suala cavabda bildirirlər ki, “Dufaston” dərman preparatının istifadə təlimatında, beynəlxalq qaydalara uyğun olaraq müxtəlif yaş kateqoriyalarına, yanaşı xəstəliklər zamanı istifadəsi, əks təsirləri digər preparatlarla birgə istifadəsi, yüksək dozada qəbulu zamanı baş verə biləcək ağırlaşmaları haqqında yoxlama (təcıübə) məlumatları mövcud olsa da, uzunmüddətli qəbulu ilə əlaqədar hər hansı ağırlaşmanın baş verə biləcəyi və bu ağırlaşmanın nədən ibarət olacağı haqqda statistik məlumatlar mövcud deyildir. Lakin 2-ci suala cavabda qeyd edirlər ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və iş materialına əlavə olunmuş resept blanklarına əsasən, “Dufaston” dərmanın təyini ona “X21 Mərkəzi MMC-də təyin edilmiş diaqnoza və müalicə müddətinə uyğun olmuşdur. Əgər statistik məlumatlar mövcud deyilsə onda ekspertlər necə müəyyən etmişlər çox maraqlıdır. Belə çıxır ki, ekspertlər elmə yenilik gətirmişlər. Bundan əlavə ekspertlər Cavabdeh1 vəkili rolunda çıxış edərək bildirirlər ki, Dufaston” dərman preparatının təyinatı təqdim olunan resept blankına əsasən, 3 il qəbulu təsdiq olunmur. Ümumilikdə təqdim olunan tibbi sənədlərə əsasən, müayinə və müalicə dövrü 12-13 ay davam etmişdir. Ekspertlər özləri qeyd ediblər ki, Şükürovaya təyin edilən “Dufaston” dərman preparatı xx.xx.2018-ci il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2019-cu il tarixdə menstrual tsikl üçün 10 gün (öncəki reseptə əsasən bu təkrardır), xx.xx.2019-cu il tarixdə 6 ay hər menstrual tsikl üçün 10 gün, xx.xx.2020-ci il tarixdə isə 3 ay hər menstrual tsikl üçün 14 gün olmaqla təyin edilmişdir. İtirilməmiş əldə olunmuş reseptləri hesablasaq: xx.xx.2018-ci il tarixdə 6 ay, xx.xx.2019-cu il tarixdə 6 ay, xx.xx.2019-cu il tarixdə 6 ay, xx.xx.2020-ci il tarixdə isə 3 ay. Adi riyazi hesabla 6+6+6+3=21 ay təşkil edir. 3-cü suala cavaba əlavə xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilə qədər ekspertlər qeyd edirlər ki, İddiaçı Cavabdeh1 müalicə və müayinəsində olmamışdır. xx.xx.2019-cü ilin reseptini yaxşı təhlil etsəydilər onda müəyyən olunacaqdı ki, müalicə tsiklini yəni 6 ayı hesablayanda həmin reseptin müalicəsinin sonu 2020-ci ilin mart ayına gəlib çıxır. Bu da bir daha ekspertlərin qərəzli yanaşmasını sübut edir. “Dufaston” dərmanının uzunmüddətli qəbulu (3 il) İddiaçı səhhətinə necə təsir edə bilərdi? Həmin dərmanın uzunmüddətli qəbulu bəd xassəli prosesin əmələ gəlməsinə, uşaqlıq və yumurtalıqların götürülməsi ilə bağlı cərrahiyyə əməliyyatının həyata keçirilməsinə və ya başqa fəsadlara səbəb ola bilər suallarına isə ümumiyyətlə cavab verilməmişdir. Ekspertlər 4-cü suala münasibətdə qeyd edirlər ki, hormonal testlər təyin edilmişdir. Lakin iş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, 3 il ərzində cəmi bir dəfə 2019- cu ildə hormonal testlər təyin edilib. xx.xx.2020-ci il yoxlanışında ağırlaşma olduğundan yəni polip 18mm olduğundan həkim tərəfindən hormonal testlər təyin edilmədən Dufaston dərmanı 3 aylıq 14 gün (əvvəllər 10 gün təyin edirdi) içmək üçün təyin edilib. Polipin böyüməyə başlaması əməliyyat üçün göstərişdir. Ekspertlər hər vəchlə yalandan da olsa rəy verməklə hansısa səbəbdən həkimi müdafiə etmək taktikası seçiblər. Sual yaranır ki, 3 il ərzində cəmi bir dəfə təyin edilən testi ekspertlər testlər yazmaqla nəyə nail olmaq istəyirlər? Ekspertlər 5-ci suala münasibətdə qeyd edirlər ki, İş materialına əlavə edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, qeyd edilən diaqnozlar müəyyən edildiyi zaman hər hansı əlavə patologiya mövcud olmamış və bu səbəbdən əlavə müalicəyə ehtiyac olmamışdır. Onda belə sual yaranır ki, xx.xx.2020-ci il yoxlanışında ağırlaşma olduğundan yəni polip 18mm olduğundan həkim tərəfindən hormonal testlər təyin edilmədən Dufaston dərmanı 3 aylıq 14 gün (əvvəllər 10 gün təyin edirdi) içmək üçün niyə 14 günlük təyin təyin olunurdu? xx.xx.2021-ci il tarixində X12 həkim Cavabdeh1 tərəfindən yoxlanış zamanı əlavə patologiya yox idisə cəmi bir gün sonra xx.xx.2023-cü il tarixində necə olur ki, X17 Ekosturukturu hetrogen D-31+26mm olan izoxogen hipovaskulyar əlavə (polip) diaqnozu qoyulur? Ekspertlər 6-cı suala münasibətdə cavabda qeyd edirlər ki, X21 Mərkəzi” MMC-də xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə olmuşdur. USM və hormon analizlərinin nəticəsinə əsasən, ona “Dufaston” dərman preparatının təyin olunması düzgün olmuş və dərman preparatı yazdığı müddətdə endometriyamn qalınlaşması müsbətə doğra dəyişmiş, endometriyamn qalınlığı norma daxilində izlənmişdir. Bununla da həmin müalicə dövründə müsbət dinamika izlənmiş və təyin olunan konservativ müalicə müsbət nəticə verdiyindən, əlavə kompleks müayinələrin keçirilməsinə ehtiyac olmamışdır. Necə müsbətə doğru dəyişmişdir ki, həkim Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il yoxlanışında ağırlaşma olduğundan yəni polip 18mm olduğundan həkim tərəfindən hormonal testlər təyin edilmədən Dufaston dərmanı 3 aylıq 14 günlük (əvvəllər 10 gün təyin edirdi) təyin edilmişdir. Əgər müsbətə doğru dəyişiklik va ridisə onda necə olur ki birdən birə xəstəyə xx.xx.2023-cü il tarixində X17 Ekosturukturu hetrogen D-31+26mm olan izoxogen hipovaskulyar əlavə (polip) diaqnozu qoyulur? X21 Mərkəzində Cavabdeh1 tərəfindən sonuncu yoxlanış xx.xx.2021-ci il tarixində olmuşdur. Bundan əlavə, ekspertlər qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə müraciət olunan zaman onda endometriyanın qalınlığının normadan çox olduğu, yəni 21,5 mm olduğu müəyyən edilmişdir. Ambulator kartaya əsasən, diaqnostik qaşınma təyin edilmiş və xəstə Milli Onkologiya Mərkəzinə göndərilmişdir. Ali Məhkəmənin 2(102)-326/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarında 75 nömrəsi kimi işarələnmiş bəndində birbaşa qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə “X6” MMC-də həyata keçirilmiş USM nəticəsində iddiaçının uşaqlıq boşluğunda endometrial polip? mioma? izlənilmiş, histereskopiya əməliyyatı tövsiyə olunmuşdur. Lakin həmin tarixdən 1 ay əvvəl xx.xx.2021-ci il tarixdə müayinə aparmış Cavabdeh1 iddiaçıya əməliyyat tövsiyə etməmiş, sadəcə Milli Onkologiya Mərkəzinə yönləndirmişdir (bu barədə həkim tərəfindən tibbi göndəriş vərəqəsi verilməsi də iş materialları ilə təsdiqini tapmır). Ali Məhkəmənin yanaşmasına ekspertlər tərəfindən heç bir məhəl qoyulmayaraq bildirilmişdir ki, xəstənin Milli Onkologiya Mərkəzinə göndərilməsi öz təsdiqini tapmışdır. Bundan əlavə, Ali Məhkəmə öz qərarında birbaşa qeyd etmişdir ki, həmçinin, ekspert rəyində 6-cı suala cavabda qeyd edilənlər (iddiaçının hazırkı vəziyyəti ilə aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməməsi ilə hər hansı əlaqə yoxdur) həqiqət kimi qəbul oluna bilməz. Şübhəsizdir ki, hər hansı müayinənin düzgün həyata keçirilməməsi, xəstənin səhhətində yaranmış problemin səbəbinin müayinə ilə düzgün müəyyən olunmaması, nəticədə düzgün diaqnoz qoyulmaması və düzgün müalicənin təyin olunmaması xəstənin vəziyyətini yalnız ağırlaşdıra və onun sağlığında daha böyük problemlərin yaranmasına səbəb ola bilər. Əks yanaşma məntiqi olmamaqla, absurd sayılmalıdır ki, bu da ekspert rəyinin düzgün tərtib olunmamasının digər göstəricisidir. 7-ci suala cavab: İddiaçı aşkarlanmış polipin hansı tarixdən yaranması bəlli deyildir. Ali Məhkəmənin qərarında 71 nömrəsi kimi işarələnmiş bəndində məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıda aşkarlanmış polipin yaranma vaxtının müəyyən olunması barədə də ekspert qarşısında sual qoyulmalıdır. Lakin ekspertlər Ali Məhkəmənin qərarına da əhəmiyyət verməyərək bu sualı cavablandırmamışlar. Ekspertlər özləri də bilmədən 1-ci, 3-cü, 5-ci və əsasəndə 8-ci suala cavab verərkən cavablandırmışlar. Belə ki, 1-ci suala cavab İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərində Cavabdeh2ndə müayinə edilərkən ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifalikulyar yumurtalığa məxsus çoxsaylı folikullar (kistalar) aşkar edilmişdir. 8-ci suala cavabda isə qeyd edilmişdir ki, Təsnifata görə polip endometriyanın hiperplaziyasmın iki növündən (total və ocaqlı) biri olan ocaqlı hiperplaziyadır. Total hiperplaziya endometriyamn bütün qatının qalınlaşmasıdır.- Polip endometriumun hiperplaziyasının eyni diaqnozunun variantıdır (ocaqlı hiperplaziya). Polip endometriumun hiperplaziyasının eyni diaqnozunun variantıdısa xx.xx.2018-ci ildə X21 Mərkəzində həkim Cavabdeh1 tərəfindən xəstə İddiaçı uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma) aşkar etmişdirsə, deməli polip də aşkar etmişdir. İddiaçı aşkar olunmuş polipin vaxtında müalicə olunmaması bəd xassəli prosesin əmələ gəlməsinə, uşaqlıq və yumurtalıqların götürülməsi ilə bağlı cərrahiyyə əməliyyatının həyata keçirilməsinə səbəb ola bilərdimi sualına ümumiyyətlə cavab verilməmişdir. Cavabdeh1 İddiaçı təyin etdiyi diaqnozlar düzgün olmuşdursa, bəs onda niyə uzun müddətli müayinə və müalicə aparmasına baxmayaraq qeyd olunan xəstəliklər xx.xx.2021-ci tarixdən sonra müxtəlif xəstəxanalarda və müxtəlif həkimlər tərəfindən aşkar olunmuşdur. Ekspertlər bədxassəli proseslərin yaranmasına səbəb (etiologiyası) ocaq amilin nə olması haqqında bir çox nəzəriyyələr mövcud olsa da, bu prosesə dəqiq nəyin səbəb olduğu tam aydın olmadığını bildirsələrdə əvvəlki suallara cavblarda müalicənin düzgün aparıldığını qeyd etmişlər. Əgər diaqonuzu müəyyən edə bilmirlərsə onda necə düzgün müalicə aparıldığını qeyd ediblər. Bundan əlavə, ekspertlər 10-cu suala cavabda qeyd ediblər ki, Uşaqlığın endometrium qatı mensturasiya tsiklində hər ay dövri olaraq 15-18 mm kimi qalınlaşır və mensturasiya zamanı isə ayrılaraq xaric olur (4-5 gün). Növbəti ay (28 gün) isə bu proses təkrarlanaraq 0 mm-dən 18 mm kimi qalınlaşır (23-24 gün ərzində). Qeyd olunan hal normal fizioloji haldır. İşdə olan 2020-ci ilin sənədində müəyyən olunur ki, menustrasiya tsiklın 9-cu günü 18 mm olmuşdur. Ay ərzində 0-18mm olmalı olan tsikil 9-cü günüdə 18 mm olursa burada hansı müsbət dəyişiklikdən söhbət gedə bilər. Elə bu öz növbəsində karsinomanın olmasına əsaslı şübhədir. 9-cü günü 18 mm olan tsikil 30-cü günündə nəinki 26-27, 30-dan yuxarı olar. Ekspert 8-ci sualına cavabda xəstəliyi ağır olmadığını limdiseksiya kimi geniş həcmli əməliyyata ehtiyac olmadığını bildirsə də, 11-ci suala cavabda PEK/KT-i nəticələrinə əsasən xəstəyə limfodissensiya əməliyyatının icra olunmalı olduğunu bildirmişdir. “Yeni nəsil” klinkasında aparılan Hiperpoliziyanın müalicə müayinəsinin geçikdirilməsi ilə bağlı olan suala isə ümümuyyətlə əvvəliki cavablarda olduğu kimi ümümiyyətlə cavab verməmişdir. Bu da ekspert rəyinin açıq aşkar şəkildə qərəzli olmağını sübut edir. 11-ci suala əlavə xx.xx.2021-ci il tarixdə “Bakı Patologiya Mərkəzi”ndə müayinə nəticəsində aşkarlanmış orta diferensiasialı adenokarsinomamn Cavabdeh2 MMC-də aparılan hiperplaziyanın müalicəsi arasında səbəbli əlaqəsinin olması istisna edilməsi ilə bağlı bildirir ki, həmin patologiya 1 gün sonra başqa klinikalarda Cavabdeh1 tərəfindən nəzarətdə saxlanılan orqanda aşkar olunub. Belə bir patologiya insan orqanlarının müxtəlif yerlərində əmələ gələ bilər. Əsasən də qadınların döş bahiyəsində, ağciyərində, beynində, böyrəyində və s orqanlarda əmələ gələ bilər. Sual yaranır ki, niyə görə başqa orqanlarında əmələ gəlməyib, yalnız Cavabdeh1 tərəfindən nəzarətdə saxlanılan matkanın içərisində olan hiperplaziya xəstəliyinin altında karsinoma aşkarlanıb və karsinoma götürüldükdən sonra xx.xx.2021-ci il tarixli PEK/KT müayinə nəticəsinə əsasən, uşaqlığın cismində maliqn (bəd) xarakterli yüksək hipermetabolik ocaq aşkar edilmişdir. Bunun da nəticəsində onun orqanları götürülmüşdür. Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 149 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyində 8-ci suala cavabda xəstəliyi ağır olsaydı, limdiseksiya kimi geniş həcmli əməliyyata səbəb olardı, yəni ehtiyac olmayıb - kimi cavab versə də, həmin rəyin 15-ci suala cavabında bildirilmişdir ki, PEK/KT-i nəticələrinə əsasən xəstəyə limfodissensiya əməliyyatı icra olunmalı idi (histoloji müayinə üçün). Bu da bir rəyin iki sualına olan cavab arasında ziddiyyətdən xəbər verməklə ekspertizanın lap əvvəldən qərəzli düzgün aparılmamasını bir daha sübut və təsdiq edir. Rəydə 15-ci suala cavabda bildirilmişdir ki PEK/KT-i nəticələrinə əsasən xəstəyə limfodissensiya əməliyyatı icra olunmalı idi (histoloji müayinə üçün). Lakin həkim Məhəmməd Qəmbərov tərəfindən pasientə histeroektomiya və ovariekiomiya tövsiyə olunmuşdur, xəstə limfodisseksiyadan imtina etmişdir. Ekspertiza idarəsi əvvəli verdiyi rəyində nəyə görə xəstənin + limfodissensiya əməliyyatı olmadığına aydınlıq gətirir. Ekspertiza mərkəzi işdə olan sənədlərə 149 saylı rəyi verən zaman nəzər yetirsə də, 816 nömrəli rəyi verən zaman nəzər yetirməməsi həmin sənədlərin onlara sərf etməməsi səbəbilə əlaqədardır. Bundan əlavə, Ali Məhkəmənin 2(102)-326/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarında 72 nömrəsi kimi işarələnmiş bəndində məhkəmə kollegiyası qeyd etmişdir ki, “Digər tərəfdən, ekspert rəyində 15-ci suala cavabda qeyd edilmişdir ki, xəstə limfodisseksiyadan imtina etmişdir. Halbuki, iddiaçı üzərində əməliyyatların icra olunduğu “X6” MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş epikrizdən və xəstənin əməliyyat öncəsi yazdığı izahatından aydın görünür ki, müalicə həkimi tərəfindən iddiaçıya kilo və yandaş xəstəliklər səbəbiylə sadəcə histerektomiya və overektomiya tövsiyə olunmuş, onun limfodisseksiya olunmayacağı bildirilmişdir” Eyni zamanda Ali Məhkəmənin 72 nömrəsi kimi işarələnmiş bəndində məhkəmə kollegiyası qeyd etmişdir ki, “Qeyd olunmalıdır ki, iddiaçının limfodisseksiya yox, histerektomiya və overektomiya əməliyyatları keçirməsi, həmin əməliyyatların ağır əməliyyatlar olmaması anlamına gəlmir. Ekspert rəyinin ehtimala əsaslanan həmin mövqeyi Cavabdeh1 həyata keçirdiyi müayinələrin düzgünlüyü kimi də şərh edilə bilməz. Belə ki, iddiaçı üzərində aparılmış əməliyyatlarla onun uşaqlığı və yumurtalıqları götürülmüşdür. O da vurğulanmalıdır ki, iddiaçının sağlamlığına bundan daha ağır zərər vurulmamasının səbəbi Cavabdeh1 əmək fəaliyyətinin nəticəsi deyil, iddiaçının müayinə üçün başqa klinikalara müraciət etməsidir”. Göründüyü kimi, xəstə İddiaçı üzərində limfodisseksiya əməliyyatın edilməməsinin səbəbi onun əməliyyatdan sağ çıxa bilməməsi ilə əlaqədardır. Rəydə 13-cü suala verilmiş cavablara Ali Məhkəmənin qərarının 74, 75, 76, 77-ci bəndlərində tam aydınlıq gətirilmişdir. Ekspertlər 15-ci suala cavabda qeyd ediblər ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-də həkim Cavabdeh1 tərəfindən İddiaçı təyin olunmuş “Endometriyanın hiperplaziyası”, xx.xx.2021-ci il tarixdə “X19”da “Endometrial polip”, xx.xx.2021-ci il tarixdə “X6”nda isə “Polip (ocaqlı hiperplaziya) və ya mioma” diaqnozları uzun müddət sürən hormonal disbalans nəticəsində yaranır. Bu o, deməkdi ki, İddiaçı 22 yanvardan 23 yanvardək 1 gün ərzində “Endometriyanm hiperplaziyası”, Polip (ocaqlı hiperplaziya) və ya mioma” diaqnozları əmələ gələ bilməzdi. Ekspertlər özləri də bilmədən təsdiq edirlər ki, bu xəstəliklər Cavabdeh1 müalicə etdiyi dövrdə əmələ gəlmişdir.
70. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili yazılı məhkəmə çıxışı göndərərək, ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini, ekspert rəylərinə və məhkəmə prosesində dindirilmiş ekspertin cavablarına diqqət yetirərkən bir çox suallara düzgün olmayan bilə-bilə yalan rəylər verilməsi müəyyən edildiyindən ekspertlər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Proses iştirakçılarının izahatları
71. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, 2018-ci ilin dekabr ayından getdikdə cavabdeh 3 ay deyil, 6 aylıq dərman yazırdı. Ancaq hər ay onun yanına USM müayinəyə gedirdi. 2019-cu ilin noyabr ayında gedəndə qalınlıq 16 mm idi. İlk dəfə cavabdehin yanına gedəndə də 16 mm idi. Bir il müalicə aldıqdan sonra ekspert də bildirir ki, qalınlıq 14-15 mm olub. Hər tsiklin 5-ci günü polipi güddürməyə gedirdi. Çünki Afa həkim ona belə demişdi. O isə ona bildirirdi ki, hər şey normadadır, “Dufaston” dərmanı içməlidir. İş materiallarında reseptlər var. 2019-cu ildən 2020-ci ilin tarixi işdə qeyd olunub, ona 6 aylıq resept yazılıb, lakin o, hər ay getmişdir. Sadəcə orada bir sənədi itirmişdir. O sənəd də 3 aylıq sənəddir. 2020-ci ilin dekabrında ona 18 mm deyəndə, o, qanaxma ilə getmişdir. Əslində 18 mm-lə bir gün qabaq saat 4-də qanaxma olmuşdu. 18 mm ilə Rəna xanımın yanına getmişdir. Həkim yoxlayıb və yanındakı xanıma bildirib ki, qalınlaşma həddindən artıq çoxdur. Ondan neynəyəcəyini soruşduqda, dərmanın dozasını artıracağını bildirdi. Artırıb, hər gün vəziyyəti pisləşib, hər gün onu qan aparırdı. Ürəyi sıxılırdı, çox pis vəziyyətdə idi, həmin müddətdə kardioloq müayinəsindən keçmişdir. 21-i cavabdehin yanına qayıtmışdır. O, dərmanı davam etməyini, narahat olmamağını deyib. Yenidən qanaxması olduğu üçün xəstəxanada onun qanaxmasını kəsiblər. Bundan sonra həkimini dəyişmişdir. Həkimi dəyişdirəndən sonra sabahı başqa bir həkimə getmişdir. Başqa həkim ona bildirdi ki, artıq polip 26 mm-dir. O, Rəna həkimin yanına getməzdən əvvəl üç ginekoloq yox, USM həkimi yanına getdikdə onlar ona polipə şübhə olduğunu deyiblər. Rəna həkim diqanoz qoyandan sonra 22-si gedəndə Samir həkim ona bildirdi ki, artıq o, pis vəziyyətdədir və mütləq ginekoloqunu dəyişməlidir. Ondan sonra Məhəmməd Qəmbərovun yanına getmişdir. Nə üçün Məhəmməd Qəmbərov “Dufaston” qəbul etməyini uzatmadı? O, dərhal müdaxilə etdi, su-maye baxışı etdi. Polipin harda yerləşdiyini, saçaqlı polip olduğunu və hiperplaziya əlamətinin böyüdüyünü bildirdi, “Dufaston” yazmadı. Onu əməliyyata götürdü və əkilməyə göndərdi. 9 gün sonra ona cavab gəldi. Məhəmməd Qəmbərov onu dəvət etdi və bildirdi ki, bütün orqanları yoxlanmalıdır, matka çıxardılmalıdır, bəlkə ağciyərə, başqa orqana sıçrayıb deyə yoxlanmalıdır. 1.500-lük aparata getmiş, yoxlanmışdır. Xahişlə 1-2 günə cavabı almışlar. Limfalarda artıq şişkinlik var idi. Çünki cavabdeh aşağı çanaqlarda vəziyyəti nəzarətdə saxlamalı idi. Aşağı çanaqları artıq şişmişdi. Ona bildirdilər ki, iki çarəsi var. Orqan götürülməsə, sıçrama ola bilər. Məhəmməd Qəmbərov onun birinci əməliyyatını etmişdir. İkinci əməliyyatda ona hər şeyə hazır olmağını dedi. Əvvəlki vəkili şahiddir, vəsiyyətnaməsini yazmış və əməliyyata girmişdir. Həmin əməliyyat anasından xəbərsiz keçirilib, yoldaşı aşağı mərtəbədə gözləyirdi. Ondan sonra onun canı qurtardı. O, gecikdirilmişdir. Rəna xanım vaxtında heç olmasa 18 mm olanda, yeni metodların olduğunu, başqa nələrsə etməli olduğunu deyərdi. İndi səhhəti qorxuludur. O, üç aydan bir qan analizləri, testlər verir və ildə bir dəfə 1.500lük aparatdan keçir.
72. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya icraatı zamanı cavabdeh Rəna xanım iddiaçını tanımadığını və onu müalicə etmədiyini bildirmişdir. İddiaçı gedib evdə sənədləri tapmasa idi, sübut edə bilməyəcəkdi. İşdə iclas protokolları var. Bu xəstəliklər üç il ərizəndə olub ki, sonda xanımda orqanının götürlməsinə gətirib çıxardıb. Rəna xanımın yanına getməmişdən təxmini 20-25 gün əvvəl xx.xx.2018-ci il tarixində İnternational Mediclubda endometriumun qalınlığının 19.1 mm olduğu əks olunub, polipin ölçüsünün isə 4.9 mm olduğu qeyd olunub. Polip diqanozu qoyulmuşdur. xx.xx.2018-ci il tarixdə USM aparatının cavabının nəticəsində endometrium hiperplaziyası və mötərizədə polipə şübhə olduğu qeyd olunur. Sonra o birisində yoxlanır, onlar da eyni şeyi qeyd edir. İddiaçı həkimin yanına gedir ki, onu müalicə etsin. Üç il ərzində hiperplaziyanı müalicə edə bilmirdisə, kompleks ekspertiza edib, qaşınma etdirmək üçün, əməliyyat olunmaq üçün iddiaçını başqa yerə göndərərdi.
73. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. İzahatında göstərdi ki, iddiaçı ilk səfərlər gələndə qalınlıq 15 mm-dən yuxarı olmayıb. Əgər “Dufaston” dərmanı təyin etdikdə effekt görürsə, endometriyanın qalınlığı normala düşürsə, demək hər şey normaldır. İddiaçıda normala düşmüşdür, 6 mm-dən 10-12 mm-ə kimi olub. Arada iddiaçı bir il müddətində müraciət etməyib. Tam normada olub. Müraciət etdikdə ona dərman təyin etmişdir. 2-3 aydan bir USM-də qalınlığına baxmışdır. Artıq tabe olmadığını gördükdə, iddiaçını onkologiyaya qaşınmaya göndərmişdir. Artıq qalınlığı 18 mm-i keçmişdi. İddiaçıya hər dəfə deyirdi, lakin o, imtina edirdi. Sonuncu dəfə gələndə ona güclü qanaxma gözlənildiyini bildirmişdir. Həmin gecə saat 1-2 radələrində iddiaçı zəng vuraraq ona bildirmişdir ki, qanaxma baş verib və təcili yardım gəlib və qaşınma etməyib. Həmin günün səhəri iddiaçı müraciət etdi ki, artıq qaşınmaya gəlsin. Ona bildirmişdir ki, artıq onu onkologiyaya qaşınmaya yönləndirmişdir. Sonra iddiaçıdan xəbəri olmayıb. İddiaçının ən əsas iddialarından biri odur ki, vaxtında onu müalicə etməmişdir və o, xərçəng olub. Verilən ilk qistalogiyanın əkilməsi nəticəsində xərçəng qoyulmuşdu. Özü bildirdiyinə görə, PET müyinəsinə getmişdir və müayinə nəticəsində limfa düyünlərində siqnallar var, yayılmış metastazlar verilib. İddiaçı əməliyyat olunub və xəstəlik tarixinin daxilində yazıb ki, “Mən limfaların götürlməsindən imtina edirəm.” Orqan götürülüb və limfa düyünlər qalıb. Orqan götürüldükdən sonra ən son histoloji müayinənin nəticəsində inaziv tumorun, yəni xərçəngin olmadığı yazılıb. Əgər burada PET nəticəsində xərçəng var idisə, heç bir şüa və kimya terapiya olunmayıbsa, xərçəng hanı? Sonuncu nəticədə xərçəng təsdiqlənməmişdir. Limfalarda metastaz var idisə, o, özünü biruzə verməli idi. İlk qoyulmuş xərçəng diqanozu öz təsdiqini tapmamışdır və sonuncu nəticədə atipik hiperplaziya nəticəsi verilib. İddiaçı ana olmaq şansının olduğunu soruşanda, ona xeyr cavabını vermiş və bunun həyatı üçün təhlükə olduğunu bildirmişdir. O, tromboz keçirdib və onda yüksək estrogen fonu var idi. Ana etmək üçün onu hormonal preparatları ilə yükləməli idi. Bu isə onun axırına gətirib çıxarardı. Onu ilk dəfədən qaşınmaya göndərmiş, lakin necə sübut etsin ki, o imtina edib.
74. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının xx.xx.2019-cu il tarixdən bir il müddətində növbəti gəliş 2020-ci ilin noyabrındadır. Həmin bir il müddətində iddiaçının cavabdehin yanında müayinəsi və müalicəsi olmayıb. İş materiallarında sənədlərlə təsdiqini tapır. İddiaçı 2018-ci ilin dekabr ayında gəlib, müayinə olunub, analizlər təyin olunub və dərmanlar yazılıb, üç aylıq üç dəfə gəlib. 2019-ci ilin noyabr ayından 2020-ci ilin noyabr ayınadək bir il müddətində iddiaçıdan hər hansı məlumat daxil olmayıb. Rəna xanım heç bir orqanı xaric etmədən iddiaçını hiperplaziyadan müalicə edirdi. Orqanın çıxarılmasında klinikanın maddi marağı olub ki, ona səhv müalicə oldunduğu bildirilib. Hətta sual işarəsi altında əməliyyata götürülüb, polipin olduğu bilinməyib. İddiaçını karsinoma ilə əməliyyat edirlər, matkasını götürürlər və son nəticə öz təsdiqini tapmır. Bakı Patoloji Mərkəzin iddiaçıdan götürülənlərlə bağlı sənədlərində ona yüz faiz polip diqanozu qoymayıblar.
75. Məhkəmənin əvvəlki iclasında iştirak edən edən ekspert komissiyasının sədri X2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu iş üzrə 4 dəfə ekspertiza keçirilib. Ekspertiza tədqiqatına USM həkimi - radioloq Zümrüd Axunzadə cəlb olunmuşdur. İddiaçı 2018, 2019 və sonrakı illərdə rəydə göstərilən xronologiya üzrə Cavabdeh2 MMC-də müayinə edilərkən hormonal disbalansa məxsus uşaqlığın daxilində endometri qatında hiperplaziya, yəni qalınlaşma, yumurtalıqlarında polikistoz, multifalikulyar yumurtalığa məxsus çoxsaylı follikullyar kistalar aşkar edilmişdir və bu diaqnozların qoyulması USM klinik və laborator tədqiqatların nəticələrinə əsasən düzgün hesab edilir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnoz variantı saymaq olar. Bəzi ədəbiyyatlar müxtəlif yazır. Uşaqlığın endometriyasının hiperplaziyasının əmələ gəlmə etiologiyası var. Hiperplaziya orada olan toxumanın strukturunun və onun hüceyrələrinin çoxalmasıdır. Əgər toxuma və hüceyrənin miqdarı yox, həcmi artarsa hipertrafiya adlanır. Ancaq bu halda hiperplaziyadır. Burada uşaqlığın boşluğunun selikli qişası qalınlaşır və o, hiperplaziyaya uğrayır. Onun içərisində xırda poliplərin aşkar olunması da mümkündür. Demək olar ki, eyni struktura malikdir. Baxmayaraq ki, onlardan biri ayaqcıq üzərində oturur, hiperplaziya isə onun səthini örtən hüceyrədir. Hiperplaziyanın nəticəsi polip ola bilər. Lakin polip hiperplaziya ola bilməz. Hiperplaziya bütün sahələrin səthini tutur, ocaqlı isə onun orada ocaq şəklində, xırda dənəciklər formasında olan dəyişikliyidir. Hiperplaziya varsa, deməli polip orada yaranıbdır. Bunlar hər biri risk qrupuna aid olan prosesdir. Bəzi ədəbiyyatlarda yazılır ki, hiperplaziyanın özünü də atipik gediş kimi düşünmək olar. Ancaq atipizmin yaranmasını sübut etmək mümkün deyil. Aybaşı olmalıdır ki, qadın hamilə qalsın. Qalınlaşan yerdən aybaşı qanı xaric ola bilmir. Ona görə müalicə təyin edilməlidir. “Dufaston” dərmanı tsiklin yaranması üçün təyin edilir. Hər bir halda həmin dərman verilməlidir. Pasient həkimə müraciət etdikdə onun ancaq hansı xəstəlikdən şikayət etdiyi nəzərə alınmır. Onun yaşı, sağlamlıq vəziyyəti, həyat tərzi və digər məsələlər nəzərə alınır. Qadın cinsiyyət üzvünə aiddirsə, ona aid suallar verilməlidir və ona uyğun müalicə yazılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hamilə qalmaq üçün həkimə müraciət etmişdir. Cərrahi müdaxilə qalınlaşma minimum 15-18 mm olduqda mamaginekoloq onu qaşınmaya göndərməlidir. Qaşınma əməliyyat sayılır və tibbi manipulyasiyadır. Qaşıntı kütləsi götürüldükdən sonra onu potestoloji tədqiqata göndərilməlidir. Tsikl dövründə, başlananda və ya başlayıb başa çatanadək qalınlaşma arta, azala bilir və ya heç dəyişmir. Qalınlaşma qaldıqda, daha da üstünə gəldikdə, təsirin olmadığı görüldükdə səbəbin müəyyənləşdirilməsi qaşıntıdan görünür. “Dufaston” dərmanından sonra normallaşma baş verməlidir. Normallaşma baş vermirsə, deməli burada hansısa proses var, bu patoloji prosesin mənşəyi isə qaşınma vasitəsi ilə müəyyənləşdirilir. Qaşıntı götürüldükdən sonra histoloji tədqiqata göndərilir və onun cavabından sonra hansı tədbir, hansı forma seçilməlidirsə seçilir. Konkret olaraq iddiaçıya münasibətdə onun görüntüsündən də müəyyən olunur ki, onun maddələr mübadiləsi pozğunluğu var. Həmin şəxslərdə aparılan müalicə effekt vermirsə, normadan kənara çıxmadır. Normadan kənara çıxma varsa, sonrakı etaplarda onu ya özü qaşıyıb göndərməlidir, ya da qaşıntıya göndərməlidir. İşin gedişində aşkar olunan qalınlığı olmuşdur. O qalınlıqdan sonra qaşıntıya getməli idi. Ola bilsin ki, dərmanla normallaşsın, hətta hamiləlik də baş versin. Lakin hamiləliyin həmin vəziyyətdə baş verməsi konkret hal üçün böyük riskdir. “Dufaston” dərmanı sxemlə 10-14 gün verilir. 10 il, 5 il, fərqi yoxdur. “Dufaston” dərmanının təyinatı aybaşı tsiklini yaratmaqdır. Olandan sonra digər müayinələrə keçirlər. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən yoxlanılan zaman qalınlıq 15-18 mm olub. 15-18 mm olması hələ qaşınmaya göndərilməsi üçün göstəriş deyil. Növbəti ay 28-ci günü 0 mm bərabər olub. xx.xx.2020-ci il tarixdə həkimə göndəriş üçün siqnal olub, göndərə bilər, lakin məcbur deyil. Biraz gözlənilə bilər. “Dufaston” dərmanının hansı müddətə təyin olunması ilə bağlı ədəbiyyatda və ya nəzəriyyədə məlumat yoxdur. “Dufaston” dərmanının ziyanı yoxdur. Orqanizm özünə uyğun terapevtik dozanı qəbul edir, lazım olmadığını sidiklə xaric edir. Orqanizm özü bunu tənzimləyir. Hiperplaziya normal proses sayılmır, normadan kənara çıxmadır. Əgər “Dufaston” verilirsə və normallaşırsa, hamilə qalırsa, hamiləlik bitənə qədər verilə bilər. Günün azaldılıb-artırılması sağalmanın dərəcəsindən aslıdır. Yaxşılaşmanın getdiyi aşkar olunarsa da dərman artırılır. Sonrakı prosesi yaxşılaşdırması, hamiləliyin yaranması üçün. Belə xəstələrdə hamiləlik dövründə doğuşa qədər verilir. Qalınlaşmanın formasından, qalınlaşmanın gedişatından asılı olaraq 14 gün təyin olunub. xx.xx.2020-ci il tarixdə hiperplaziyada qalınlaşmanın artması və ya azalmasını qaşınmanın nəticələri göstərir. İddiaçının orqanizmi xərçəng risk qrupuna daxil olan orqanizmdir. Onun hormonlarında dəyişikliklər, mübadilə pozğunluğu var. Aparılan müalicələr isə onun riskini yüksəltməyib. Söhbət “Dufaston” dərmanından gedirsə, o dərman bu prosesi yaratmayıb, bu mümkün deyil. Dərman o vaxt qəbul edə bilməzdi ki, süd vəzlərində xərçəng ehtimalı olsun. Digər hallarda “Dufaston” dərmanın verilməsi labüddür və həkimin vəzifə borcu idi. Orqanizm elə bir formaya gətirib çıxardır ki, istər həkim əvvəldən ilk aparılan müalicə dövründə lap 5 mm olanda da qaşıntını həkim göndərsə idi, sonrakı nəticəni verəcəkdi. Polip olsaydı dərhal götürülərdi. Polip sovrulduqda qadın hamilə də qalır. İddiaçıda polip olmayıb. Hiperplaziya polipi gizlədə bilər. Qalınlaşma təmizlənməli idi. Lakin təmizlənmədi. Əgər təmizlənsə idi, polip də təyin olunardı, kələ-kötürlük də görünərdi. USM müayinəsində bu məlum olmayıb. Bu dəqiqələrlə, günlərlə ölçülən bir məsələdir. Artıq atipik vəziyyət yaranıb. Atipik törəmə hüceyrənin orada strukturu dəyişir və miqdarl artır və bu insana əks təsir etməyə başlayır. “Dufaston” dərmanı isə bunun qarşısının alınması üçün verilir. “Dufaston” dərmanı onun üzərinin ərpinin tez təmizlənməsi və aybaşı tsiklinin əmələ gəlməsi üçün verilib. 28 gündə aybaşı tsiklinin əmələ gəlmədiyini görəndən sonra həkim onu mazok götürməyə göndərir və onun cavablarına uyğun həkim seçimi olunur. Hansı ki, əməliyyatlar olunub, uşaqlıq və yumurtalıq götürülüb. Uşaqlığın götürülməsi qadına məxsus ən böyük orqanın götürülməsidir. Ancaq bu məcburiyyət orqanizmin öz istəyidir. Son nəticə illərlə yarana bilər. “Dufaston” təyinatı nəticəsində xərçəng əmələ gələ bilməzdi. İddiaçıda əmələ gələn hiperplaziya ilə bağlı aparılan müalicələrin onun sonrakı dövrdə ağırlaşmasına gətirib çıxarması Rəna həkimin müalicəsi ilə bağlı deyil. Heç bir ləngimədən söhbət gedə bilməz, bu orqanizmin proseslərə verdiyi qiymətdir. O hissələr və orqanizmin vəziyyəti onun sonrakı fəsadlara gətirib çıxartmasına meyillilik yaradıb. Müalicə dövrü isə qanaxmanın qarşısının alınması üçün aparılan profilaktik tədbirlərdir. Hansı ki, hiperplaziya azalsın və orada aybaşı tsikli yaransın. Hiperplaziya atipik hüceyrənin yaranmasıdır. xx.xx.2020-ci il tarixdə 18 mm polipin böyüməsini gördükdə qaşınmaya göndərməli idi. Cavabdehin yanvarda göndəriş verməsinin təsdiqi kimi mamaginekoloqun izahatını tibbi sənəd kimi qəbul etməyə borcludur. Qalınlığın 18 mm-ə qədər artması normal sayıla bilməz. Xərçəng yoxdur demək bir qədər doğru deyil. Polip özü bədxassəli şiş hesab edilmir, o xoş xassəli şişdir. Qaşınmaya ona görə göndərilir ki, atipikə çevrilə bilər, yoxsa yox. Ondan sonra əməliyyat aparılır. Polip var deyə kimsə onu kəsib götürmür.
76. Ekspert əlavə olaraq bildirmişdir ki, USM müayinə aparılan zaman onun qalınlığı ölçülür. İnsanın USM aparatının altında formalaşması var və onun hansı vəziyyəti verməsi var. O, dəqiq forma deyil. Ola bilər ki, bəzi yerlər 19 mm olub, bəzi yerlər 12 mm ola bilər. Elə bir forma verir ki, onu heç vaxt dəqiq götürmək olmaz. Şüadır, şüanı verdiyin anda istiqamətində qalınlaşmanın üzərinin kələ-kötürlüyü ola bilərdi. Göstərilən prosesin sonrakı etaplarda xərçəngə çevrilmə ehtimalı düşünülsə, orada kələ-kötürlük olmalıdır, onun forması dəyişməlidir. Lakin, USM müayinəsində ilkin müayinələrdə hamar görünüb. Hamar olduğuna və hər yanda eynicinsli olduğuna görə, eləcə də 16 mm və ya 18 mmdirsə dərhal deyil, biraz da gözləmək mümkündür. Ən patoloji proses 20 mm-i keçsin, ondan sonra bilinərdi. Yəni insan orqanizminə patoloji proses kimi ziyan göstərmir. O qaşıntını bir həftə sonra da, bir ay sonra da götürmək olar. Bu həkimin seçiminə və pasiyentin öz sağlamlığına necə yanaşmasıdır. Təcrübəsində apardığı meyid müayinələrindən də görür ki, ən çox təqsir orqanizmin özündədir. Orqanizm özü-özünü neytrallaşdıra bilmir. Tətbiq edilən hüquq
77. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
78. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
79. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
80. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
81. Hazırkı işdə ilk və qarşılıqlı iddia rədd edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən ilkin iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiyası proses iştirakçılarını və eksperti dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
84. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərli nəzərə alaraq aşağıdakıları qeyd edir.
85. Kassasiya instansiyası məhkəməsinin qərarında da qeyd olunduğu kimi, hazırkı iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibblə bağlı xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Çünki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər.
86. İşə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin gösərişlərinə uyğun olaraq iki dəfə təkrar ekspertiza təyin edilmiş, ekspertlər qarşısında kassasiya instansiyası məhkəməsinin qərarında əks olunan göstərişlərə uyğun, habelə tərəflərin təqdim etdikləri suallar qoyulmuş, ekspert qrupunun tərkibinə onko-ginekoloq və USM həkimlərinin cəlb edilməsi qərara alınmış, keçirilmiş ekspertizanın nəticələrini əks etridən xx.xx.2023-cü il tarixli rəy alındıqdan sonra rəylə bağlı ekspert komissiyasının sədri məhkəmə iclasında məhkəmə kollegiyasının və tərəflərin suallarını cavablandırmışdır.
87. İlkin iddia üzrə iddiaçının iddiasına görə, o, 2018-ci il tarixdə transvaginal USM zamanı uşaqlığında polip aşkar edilməsi ilə əlaqədar Cavabdeh2ndə işləyən həkim Cavabdeh1 müraciət etmiş, sonuncu onu USM etdikdən sonra, polip deyil, aybaşı qanı olduğunu və qalınlaşdığını, dərmanla sovrulub gedəcəyəni bildirərək, “Dufaston” adlı dərman yazmış, o, həmin dərmanı 3 ilə yaxın müddətə qədər qəbul etmiş, sonradan başqa həkim mütəxəssisin yanına getdikdə, həkim polipin həddindən artıq böyüməsi və dərhal əməliyyat olunmasını bildirmiş, o, “Oksigen” Klinikasında polipin götürülməsi barədə cərrahi əməliyyat olunmuş, sonra həmin həkim məsləhəti ilə əkdirilməyə göndərildikdə polipin gec əməliyyat edilməsi ilə əlaqədar “2G” (bəd xassəyə çevrilmiş şiş) diaqnozu qoyulmuş, bu səbəbdən ikinci dəfə əməliyyat edilməli olmuş, uşaqlıq və yumurtalıqları götürülmüş, ana olma hüququndan məhrum olmaqla bərabər dərin mənəvi sarsıntı keçirmiş və bununla da sağlamlığına ciddi zərər dəymişdir.
88. İş üzrə alınmış ekspert rəyinə əsasən, iddiaçı Cavabdeh2 MMC-də müayinə edilərkən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxili - endometrium qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı follikulyar kistalar aşkar edilmişdir. İddiaçıya Cavabdeh2 MMC-də təyin edilmiş diaqnoza uyğun olaraq həkim Cavabdeh1 tərəfindən “Dufaston” dərman preparatının təyini diaqnoza və müalicə müddətinə uyğun olmuş, “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün həkim tərəfindən hormonal testlər təyin edilmiş, iddiaçıya diaqnoza uyğun olaraq müalicə təyin edilmişdir. Qeyd edilən diaqnozlar müəyyən edildiyi zaman hər hansı əlavə patologiya mövcud olmamış və bu səbəbdən əlavə müalicəyə ehtiyac olmamışdır. Yumurtalıqların polikistozunun müalicəsi zamanı cərrahi üsuldan istifadə edilə bilər. Lakin cərrahi müdaxilə konservativ müalicə ilə nəticə əldə edilmədiyi halda aparılır.
89. Bundan başqa ekspert rəyində göstərilmişdir ki, iddiaçının adına təqdim olunan tibbi sənədlərə əsasən, ‘X21 Mərkəzi” MMC-də xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə olmuş, USM və hormon analizlərinin nəticəsinə əsasən, ona “Dufaston” dərman preparatının təyin olunması düzgün olmuş və dərman preparatı yazıldığı müddətdə endometriumun qalınlaşması müsbətə doğru dəyişmiş, endometriumun qalınlığı norma daxilində izlənilmişdir. Bununla da həmin müalicə dövründə müsbət dinamika izlənmiş və təyin olunan konservativ müalicə öz müsbət nəticəsini verdiyindən, əlavə kompleks müayinələrin keçirilməsinə ehtiyac olmamışdır. xx.xx.2021-ci il tarixdə müraciət olunan zaman onda endometriumun qalınlığının normadan çox olduğu, yəni 21,5 mm olduğu müəyyən edilmiş, həkim tərəfindən diaqnostik qaşınma təyin edilmiş və xəstə Milli Onkologiya Mərkəzinə göndərilmişdir. İddiaçı qeyd edilən dövr ərzində yalnız ambulator müayinə və müalicədə olduğunu nəzərə alaraq səhhətində yaxşılaşma əldə etmədiyi halda həkim tərəfindən və ya öz istəyi ilə digər tibb müəssisəsinə müraciət edə, müalicəni digər müəssisədə davam etdirə bilərdi. Lakin qeyd edilən tarixlərdə aparılmış müayinələrdə buna əsas verəcək hər hansı bir patologiya aşkar edilməmişdir. Polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olarsa və polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir. İddiaçı 2018-ci il tarixdən 2021ci il tarixədək USM nəticələrinə əsasən, onda karsinoma olmasına əsaslı şübhə olmamışdır.
90. Rəydə həmçinin qeyd edilmişdir ki, xx.xx.2021 ci il tarixdə “Bakı Patologiya Mərkəzi”ndə müayinə nəticəsində aşkarlanmış orta diferensiasialı adenokarsinomanın Cavabdeh2 MMC-də aparılan hiperplaziyanın müalicəsi arasında səbəbli əlaqəsinin olması istisna edilir. Əlavə olaraq, “Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, total abdominal histerektomiya və bilateral salpinqoooforektomiya icra olunmuşdur və histoloji müayinəyə göndərilmiş materialda endometrial polip sapına fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomioz olmuşdur. Həmin materialda rezidual tümor (invaziya) izlənilməmişdir. Bakı Patologiya Mərkəzi”nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ona “Orta diferensiasiyalı (G2) endometroid adenokarsinoma” diaqnozu təyin edilmişdir. Xəstəyə qeyd olunan diaqnoz təyin olunduğu halda ona histerektomiya və ovarektomiya ilə yanaşı limfadisseksiya da icra olunmalı, bundan sonra xəstəyə kimya terapiya və şüa terapiya təyin olunaraq onkoloji xəstə kimi Onkoloji Mərkəzdə qeydiyyata alınmalıdır.
91. Qeyd edilməlidir ki, işdə olan “X6”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, son klinik diaqnoz olaraq “Endometrial polip, Mioma” “?” işarəsi ilə qeyd edilmişdir.
92. Bundan başqa, iddiaçı iddia ərizəsində “Oksigen” Klinikasında polipin götürülməsi barədə cərrahi əməliyyat olunduğunu, sonra həmin həkim məsləhəti ilə əkdirilməyə göndərildikdə polipin gec əməliyyat edilməsi ilə əlaqədar “2G” (bəd xassəyə çevrilmiş şiş) diaqnozu qoyulduğunu bildirsə də, işdə olan “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli mikroskopik rəyindən görünür ki, ondan əməliyyat zamanı götürülmüş material histoloji müayinədən keçirilmiş, lakin materialda rezidual tümör (invaziya) izlənməmişdir.
93. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/317-452 nömrəli məktubuna əsasən İddiaçı Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olmamışdır.
94. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin iddiaçı tərəfindən CD disklərdə təqdim edilmiş sosial şəbəkələrdə fərqli həkimlərin iddiaçının suallarına işdə olan tibbi sənədlər nəzərdən keçirilmədən verdikləri cavablar hazırki iş üzrə nəzərə alına bilməz.
95. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı səhhətində yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən ona təyin olunmuş müalicə arasında hər hansı səbəbli əlaqə mövcud deyil.
96. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə araşdırma zamanı kollegiya tərəfindən ilkin iddia üzrə cavabdehlərin və ya ekspertlərin əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir.
97. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin . Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-192/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: