Məhkəmə qərarları › İş №2(103)-1964/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1964/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1964/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kütləvi informasiya vasitələrində yayılmış məlumatların təkzib edilməsi və cavabdehin üzr istəməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı Cavabdeh İddiaçı qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 27 mart 2023-cü il tarixli qərardad qəbul edərək, qeyd olunan mülki işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki işlə birlikdə baxılması üçün həmin məhkəməyə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) 11 may 2023-cü il tarixli qərardad qəbul edərək, iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair 2(004)-2485/2023 saylı mülki işlə məhkəmənin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kütləvi informasiya vasitələrində yayılmış məlumatların təkzib edilməsi və cavabdehin üzr istəməsi” tələbinə dair 2(004)-56/2023 saylı mülki işi birləşdirmişdir. Birinci instansiya məhkəməsi 14 dekabr 2023-cü il tarixli (2(004)-56/2023 nömrəli mülki iş üz, hakim O.Məmmədli) qətnamə qəbul edərək, hər iki iddia tələbini rədd etmişdir. Qeyd olunan qətnamədən narazı qalan ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin rədd olunduğu hissədə ləğv edilərək təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin bir neçə gün sonra birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, qətnamədən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 oəlu tərəfindən apellyasiya şikayəti verildiyini bildirmiş və apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)- 1964/2024 nömrəli mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar