Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1968/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı X1 (X10) nümayəndəsi (vəkili) Vəkil oğunun, Cavabdeh1 nümayəndəsi (vəkili) Cavabdeh2 iştirakı ilə X1 (X10) Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: X3 (X10) Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 55 837 ABŞ dollarının alınıb ona verilməsi, yaxud ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin hərracda satılaraq 55 837 ABŞ dollarının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin atası X4 2005-ci ildən etibarən tanımış, sahibkar olaraq ona xx.xx.2006-cı il tarixindən başlayaraq rəngli və adi şüşə materialları göndərmiş, İrandan göndərdiyi həmin mallar Hidayət İmanova təhvil verilmiş, lakin Hidayət malların dəyəri olan 55 837 ABŞ dollarını ödəməmişdir. 2010-cu ildə Hidayət İmanova qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, işə baxılarkən Hidayət öldüyü üçün iş baxılmadan saxlanılmış, ona bildirmişlər ki, Hidayətin vərəsəsi müəyyən olunduqdan sonra işə baxılacaqdır. Sonradan məlum olmuşdur ki, Hidayət İmanovun vərəsəsi Cavabdeh1dur və o, Hidayətdən qalan mənzili vərəsə kimi qəbul etmişdir. Məhkəmənin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 55 837 ABŞ dollarının (ödəniş gününə Mərkəzi Bankın kursuna uyğun olaraq manatla) və 15 manat dövlət rüsumunun tutulub Əlizadə X6 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərardadı ilə mümkün hesab olunmuşdur. Apellyasiya baxışı zamanı müxtəlif tarixlərdə məhkəmə iclasları keçirilərək xarici ölkə vətəndaşı olan və olduğu (yaşadığı) yer bilinməyən iddiaçının iştirakının təmin edilməsi məqsədilə iclaslar təxirə salınmış, xx.xx.2023-cü tarixdə keçirilən iclasa gələn iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, onlar hazırkı apellyasiya icraatı barədə məlumat əldə etdikdən sonra birinci instansiya məhkəməsinin apellyasiya şikayəti üçün müddətin bərpası barədə qərardadından artıq şikayət vermişlər və həmin şikayətə baxılmayana qədər apellyasiya icraatı davam etdirilə bilməz. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin mülahizələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılıb birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilən məlumatdan, X1 nümayəndəsi (vəkili) tərəfindən birinci instansiya məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadından şikayət verdiyi aydın olur; hansı ki, həmin qərardad qətnamədən Əhəmd İmanovun apellyasiya şikayəti verməsi üçün ötürülən prosessual müddətin bərpasına dair olmaqla, ondan verilən şikayətə baxmaq bilavasitə birinci instansiya məhkəməsinin səlahiyyətindədir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 (X10) Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin iş üzrə 09 yanvar 2023-cü il tarixli qərardaddan X1 nümayəndəsinin verdiyi şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə uyğun qaydada baxılması məqsədilə birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1968/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1968/2023
20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver