Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1976/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-6160/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6160/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh 19 200 (on doqquz min iki yüz) manat dəymiş ziyan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəblərini üzürlü hesab edərək müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6160/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmiş və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6160/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixində cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki iş ilə birlikdə xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6807/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6160/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş materialları həmin apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6160/2024 saylı qərardadı ilə Cavabdeh – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6160/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-6160/2024 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsi, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, İddiaçı həyat yoldaşı X3 73000 ABŞ dolları (124 000 manat) pulu hər ay 5 faiz ödəmək şərti ilə borc almışdır. X7 cavabdehə pulu verərəkən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 4V mənzil 82 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 145 kv.m olan mənzili həyat yoldaşı İddiaçı müvəqqəti olaraq pulu qaytarana qədər adına keçirilməsini bildirmişdir. Bu barədə X4 həyat yoldaşı İddiaçı ilə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022-ci ildə reyestrdə 4Ə-196 № ilə qeyd olunmaqla təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmışdır. Razılığına əsasən 73 000 ABŞ dollar pula qarşı hər ay 5 % olmaqla qaytarmalı idi. X7 ayrı-ayrı şəxslərə faizə pul verən şəxs kimi tanınır. Aralarında bir neçə dəfə pulun qaytarılması barədə danışıqlar olmuşdur, lakin X7 pulun qaytarılması barədə əlavə vaxt verməmişdir. 300 000 manatlıq evi heç kim 73.000 dollara (124 000 manat) satmaz. Mənzil girov qoyulanda mənzilin dəyərinin yarısı qədər borc verildiyindən, bankdan kredit almaq üçün uzun müddət vaxt tələb olunduğundan 124 000 manatın əvəzində mənzili girov qoymuşdur. Həmin mənzil tərəfindən 2014-cü ildə 200.000 ABŞ dollarına alınmışdır. Bildirir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6160/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qəbul edilməsinə əsas Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(001)-224/2024 saylı qətnaməsinin mövcudluğudur. Hansı ki, müəyyən səbəblərdən (əvvəlki vəkilinin işə vicdansız yanaşması, səhlənkarlığı) həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirə bilməmişdir. Həmin qətnamənin qəbul edilməsində yalançı şahidlərin rolu olmuşdur. Hansı ki, həmin şahidlər barəsində prokurorluğa şikayət vermiş və şikayəti əsasında müvafiq araşdırma aparılmaqdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş e-2(011)-6160/2024 saylı mülki iş üzrə məhkəmə prosesləri gedişatında digər iş (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-224/2024 saylı qətnaməsi) ilə məşğul olduğundan Xətai Rayon Məhkəməsinə də ərizə ilə müraciət edərək işin təxirə salınmasını, vəkillə təmin olunacağını xahiş etsə də, məhkəmə tərəfindən ərizəsi nəzərə alınmayaraq xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. Hansı ki, həmin qətnamədə də ərizə ünvanladığı barədə bir cümlə belə yoxdur. Hesab edir ki, hakim tərəfindən heç bir araşdırma aparılmadan, iştirak edə bilməyi üçün mənə vaxt verilmədən işə baxılaraq kobud qanun pozuntusu edilmişdir. Həmin dövrlərdə Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin məhkəməyə təqdim edilmiş yalan sübutlar əsasında qəbul edilməsini sübuta yetirmək üçün sübutlar toplamaq işi ilə məşğul olmuşdur. Həmin dövrdə Goranboy RPŞ-də, Azərbaycan Respublikası Baş Prokurorluğunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi −Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun qəbulunda olmuşdur. Səhhətində də narahatçılıq olmaqla mənəvi iztirablar keçirtmişdir. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-6160/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayət verilməsi müddətini 2 gün ötürmüşdür. Hazırki iş üzrə qətnamənin qəbul edilməsi, ötürülmüş müddətin bərpa edilməyərək işə apellyasiya qaydasında baxılmaması mənimçün əlavə problemlər yaradır. Məhkəmə sözügedən qərardadda qeyd edir ki, həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülmüş hesab edilə bilməz. Buna görə də cavabdeh qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Hər nə qədər apellyasiya şikayəti verilməsi üçün ötürülən müddət az olsa da, bu müddət cavabdehin iradəsindən kənar baş verməmişdir. Bununla əlaqədar bildirir ki, sözügedən iş üzrə iztirablar çəkmiş, səhhətində narahatlıqlar olmuş, hətta ailəsi dağılmaq həddinə gəlib çatmışdır. İddiaçı və onun əri İlkin Dadaşov tərəfindən aldadılaraq mənzilindən olmuşdur, hazırki qətnamə ilə də öz evində qaldığına görə kirayə pulu kimi dəymiş ziyan ödəməyi ilə bağlı qərar qəbul edilmişdir. Bütün bunlara görə çıxılmaz vəziyyətə düşmüşdür. Qətnamədən şikayətin verilməsi müddətini ötürməyi iradəsindən kənar baş vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6160/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(011)-6160/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-m 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmasın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki- Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə cavabdeh tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası üçün isə yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Kollegiya qeyd edir ki, hazırki halda isə iş üzrə Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpası üçün göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən qeyd olunan hallar üzürlü səbəb kimi qəbul edilməklə şikayətin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iş materiallarında olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki iş ilə birlikdə xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6807/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6160/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş materialları həmin apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6160/2024 saylı qərardadı ilə Cavabdeh – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-6160/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(011)- 6160/2024 saylı qətnaməsindən apellyasiya şikayəti ilə müraciət etmiş, şikayətində ötürdüyü 2 gün müddəti üzrlü hesab edib, müddəti bərpa edib işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, cavabdeh qətnamədən apellyasiya şikayəti vermək müddətini 2 gün ötürmüşdür. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində şahidlərin yalan ifadə verməsi ilə bağlı araşdırmanın aparılması cavabdehin adıçəkilən qətnamədən 1 ay müddət ərzində apellyasiya şikayəti verməsinə maneə deyildir. Goranboy Rayon Prokurorluğundan verilmiş 273C-24 nömrəli məktubdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində prokurorluğa müraciət etmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş qərarlardan görünür ki, xx.xx.2024-cü il tarixində Cavadov X5 RPİ-yə müraciət edərək, xx.xx.2022-ci il tarixində özünə məxsus mənzili girov qoymaq adı ilə ələ keçirilərək, onu aldatmaqla dələduzluq edilməsini bildirmiş və Binəqədi RPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Sonradan Cavabdeh həmin qərardan şikayət vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilmişdir. Göründüyü kimi cavabdeh tərəfin istinad etdiyi hallar qətnamənin rəsmi qaydada təqdim edildiyi xx.xx.2024-cü il tarixindən şikayət vermək üçün nəzərdə tutulmuş son müddət xx.xx.2024-cü il tarixədək olan dövrü deyil, ondan sonrakı ayları əhatə edir. Kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Ərizəçinin müddətin buraxılmasının üzrlü səbəbi kimi qeyd etdiyi hallar üzrlü hesab edilmir. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərdə prosessual müddətin ötürülməsinin üzürlü hesab olunması üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6160/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6160/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1976/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1976/2025
10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver