Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1989/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı 02.08.2017-ci il tarixli rəyin qismən ləğv edilməsi və sair tələblərə dair şikayət ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)- 5847/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)-5847/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı 02.08.2017-ci il tarixli rəyin qismən ləğv edilməsi və iddiaçıya məxsus tikilinin qeyri-qəzalı (?) hesab edilməsi tələbinə dair şikayət ərizəsinin qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. İddiaçı şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)-5847/2021 saylı qərardadının ləğv edilməsi xahiş olunsa da, şikayət verən şəxs özünün tələblərini aydın göstərməmiş, qərardadın nəyə görə qanunsuz olmasını əsaslandırmamışdır. Qərardaddan şikayətdə hər hansı əsaslandırma olmadığına görə apellyasiya baxışının araşdırma predmeti mövcud olmamaqla apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)- 5847/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1989/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1989/2022
01.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver