Məhkəmə qərarları › İş №2(103)-1993/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1993/2023

07.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1993/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-e-2(006)-3744/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «mülkiyyətin tələb edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilərək, mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilərək, mənzilə köçürülməsi, iddiaçıya məxsus və həmin ofisdə yerləşən 8 (səkkiz) ədəd hər birinin qiyməti 2500 (iki min beş yüz) manat olmaqla “LG” markalı kondisionerlər, 1 (bir) ədəd dəyəri 2000 ( iki min) manat olan mini ATS, 1 (bir) ədəd dəyəri 3500 (üç min beş yüz) manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2600 manat olmaqla 2 (iki) ədəd “Toshiba” markalı soyuducu, 5 (beş) ədəd komplekt hər birinin dəyəri 800 (səkkiz yüz) manat olmaqla ofis mebel dəsti, 4 (dörd) ədəd dəyəri 3000 (üç min) manat olan böyük ekran “Sony” markalı böyük ekran televizorlar, 4 (dörd) ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 (on) ədəd hər birinin qiyməti 420 ( dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, 2 (iki) ədəd hər birinin qiyməti 1700 (min yeddi yüz) manat olan “Sony” markalı videokamera, 10 (on) ədəd hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla üzərində “İDEAL” loqosu olan mikrofonlar – cəmi 41.900 (qırx bir min doqquz yüz) manat dəyərində olan əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-e-2(006)-3744/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh, İddiaçı mülkiyyəti (ünvan 1 ünvanında yerləşən mənzilə dair) üzərində qanunsuz sahibliyinə son qoyulması, Cavabdeh və digər şəxslər İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin İddiaçı təhvil verilməklə mənzilə köçürülməsi, İddiaçı məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni - 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Kollegiya hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və formada verilmiş olsa da, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə və formada verilməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-e-2(006)- 3744/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdı İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Kollegiya qeyd edir ki, belə olan halda İddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətinin son günü xx.xx.2023-cü il hesab olunur. Apellyasiya şikayətinin elektron qaydada yüklənmə tarixindən görünür ki, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, İddiaçı qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır Kollegiya həmçinin qeyd edir ki, İddiaçı apellyasiya şikayətdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etsə də, həmin pozuntuların nədən ibatər olması göstərilməmişdir. Kollegiya qeyd edir ki, şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, İddiaçı apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş və apellyasiya şikayətini ümumiyyətlə əslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərin uyğun verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ee-2(006)-3744/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-e-2(006)-3744/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. İddiaçı apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar