Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2006/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-5126/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi ziyana görə 1867 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1897,40 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri M.Hüseyn küçəsində manevrin təhlükəsizliyini təmin etməyərək X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Hyundai İ 30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, həmin Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin YPXA-nın KYP 640607 nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. Hyundai Badamdar MMC-nin təqdim etdiyi xx.xx.2016-cı il tarixli akta uyğun olaraq, Hyundai İ 30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə 3067 manat zərər təyin edilmişdir. RK-PAT********** saylı sığorta müqaviləsinin 033586 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 3067 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehlər tərəfindən subroqasiya qaydasında 1200 manat İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Ona görə də X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Hyundai İ 30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1867 manat sığorta ödənişi və dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1897,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 5126/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh2 MMC-dən maddi ziyana görə 1867 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1897,40 manat “İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-5126/2020 nömrəli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsində mübahisənin nəticəsi üçün əhəmiyətli hallar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Birincisi hesab edirlər ki, sözügedən nəqliyyat vasitəsinə o qədər zərər dəyməmişdir. Beləki, iş üzrə müəyyən olunur ki, Hyundai Badamdar MMCnin təqdim etdiyi xx.xx.2016-cı il tarixli akta uyğun olaraq, Hyundai İ 30 markalı 90 НО 975 dövlət qeydiyyat nişanlı avtomobilə 3067 manat zərər təyin edilmişdir. Hesab edirlər ki, bu məbləğ reallığı əks etdirmir. İkincisi məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, qətnaməyə əsasən müəyyən olunur ki, “xxxx” MMC-nin şəhərdaxili və şəhərətrafı şərnişin avtonəqliyyatı üçün № 089469 saylı yol vərəqəsindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Daewoo markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün verilmişdir (3-cü səhifə, 2-ci abzas). Bununla belə məhkəmə avtomobilin, “xxxx” MMC-nə icarəyə verilməsi, sürücüyə etibarnaməni isə Cavabdeh2 MMC tərəfindən verilməsini, sürücü Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olmadığı nəzərə alınmamışdır. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, sürücü Cavabdeh1 avtonəqliyyat vasitəsinin etibarnamə əsasında idarəedilməsi halı nəzərə alınmamış, bu hal məhkəmə tərəfindən tam araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin əsassız oluğunu nəzərə alaraq, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) İş materiallarında olan AB № 359199 saylı xx.xx.2010-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2009-cu il buraxılışlı Hyundai İ30 minik markalı ** HO *** qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İş materiallarında olan AC № 335637 saylı xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2009-cu il buraxılışlı Daewoo BS 090 markalı ** TG *** qeydiyyat nişanlı avtobus Cavabdeh2 MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli RK-PAT********** saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin sığortası şəhadətnaməsindən müəyyən olunur ki, X2 məxsus avtonəqliyyat vasitəsi sığorta məbləği 5000 manat, sığorta haqqı 50 manat olmaqla İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İş materiallarında olan İcbari sığorta bürosunun məlumatına əsasən xx.xx.2016-cı il tarixinə Daewoo BS 090 markalı ** TG *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. İş materiallarında olan Xaliq Faiq oğlu MMC-nin şəhərdaxili və şəhərətrafı şərnişin avtonəqliyyatı üçün № 089469 saylı yol vərəqəsindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Daewoo markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət X8 xx.xx.2016-cı il tarixli KYP 640607 saylı inzibati xəta haqqında protokolun surətindan müəyyən olunur ki, Cavabdeh1 Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42 maddəsinin İ bəndinin tələbini pozaraq yol vərəqəsi ilə idarə etdiyi Daewoo BS 090 avtobus markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2016-cı il tarixdə saat 10:30da M.Hüseyn küçəsində hərəkət edərkən sol cərgədən sağa yerdəyişmə edib dayanacağa daxil olarkən manevrin təhlükəsizliyini təmin etməmiş, yolun kənarında dayanmış Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vurmuş, zərbənin təsirindən Hyundai İ30 markalı avtomobil qarşısında dayanmış BMW X6 markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşına və divara dəymiş, yol nəqliyyat hadisəsi barədə inzibati xəta törətmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından müəyyən olunur ki, Cavabdeh1 idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus Daewoo BS090 avtobus markalı ** TG *** qeydiyyat nişanlı avtomobillə X2 məxsus Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə saat 10:30-da M.Hüseyn küçəsində toqquşmuş, Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa, qabaq və sağ yan hissələrinə zərər dəymişdir. İş matteriallarında olan Hyundai Badamdar MMC-nin xx.xx.2016-cı il tarixli aktından müəyyən olunur ki, Hyundai İ30 markalı ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissəsinin cəmi 2107, servis xidməti 960 manat, ümumilikdə təmir xərcləri 3067 manat təşkil edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 033586 saylı sığorta aktından müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər sığortalanmış ** HO *** dövlət qeydiyyat nişanlı Hyundai İ30 markalı avtomobilin xx.xx.2016-cı il tarixdə Bakı şəhəri M.Hüseyn küçəsində Daewoo markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində dəyən ziyanın məbləği 3067 manat, sığorta ödənişi 3067 manat müəyyən edilmiş, sığorta ödənişinin X1 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 6630 saylı ödəniş tapşırığına əlavədən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən RK-PAT********** saylı sığorta müqaviləsinin 056496 saylı sığorta aktına əsasən X2 3067 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli pretenziyadan müəyyən olunur ki, Cavabdeh2 MMC-yə 3067 manat məbləğində sığorta ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmədiyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2019-cu il tarixli pretenziyadan müəyyən olunur ki, Cavabdeh1 3067 manat məbləğində sığorta ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmədiyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC mülkiyyətində olan Daewoo BS 090 markalı ** TG *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini icbari sığorta müqaviləsi bağlamadan, yol vərəqəsi əsasında idarə etmək üçün Cavabdeh1 vermiş, sonuncunun törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanı iddiaçı ödəməklə subroqasiya hüququnu əldə etmiş, bundan sonra Cavabdeh2 MMC həmin məbləğdən 1200 manatı iddiaçıya ödəsə də, 1867 manat ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiyanın dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Cavabdeh1 idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus Daewoo BS090 avtobus markalı ** TG *** qeydiyyat nişanlı avtomobili Cavabdeh2 MMC “xxxx” MMC-yə icarəyə verdiyini bildirsə də bunu təsdiq edən müqaviləni məhkəməyə təqdim etməmişdir, yalnız yol vərəqəsinin kserosurətinə istinad etmişdir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının sığorta ödənişini həyata keçirməklə subroqasiya hüquqununun əldə edilməsi, sığorta hadisənin baş verməsində Cavabdeh1 təqsirinin sübuta yetdiyi, sonuncu yol vərəqəsi əsasında ona təhkim olunan nəqliyyat vasitəsi ilə inzibati xəta törətdiyindən iddia tələbinin nəqliyyat vasitəsi mülkiyyətində olan Cavabdeh2 MMC-yə aid olan hissədə əsaslılığı, ona görə də iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh2 MMC-dən sığorta ödənişinə görə subroqasiya qaydasında 1867 manat iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 5126/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2006/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2006/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver