Məhkəmə qərarları › İş №2(103)-2015/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2015/2023

27.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2015/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)-4208/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülməyə və daxil olmağa törədilən maneçiliyə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka köçməyinə, fərdi yaşayış evinin İddiaçı məxsus olan və içəridə əşyalarının olduğu yerin qapısından içəri daxil olmağına, həmin ünvana Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin idarənin mütəxəssislərinin içəri daxil olmalarına Cavabdeh və qeyriləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə iddaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin rədd edilməsi; İddiaçının adına olan Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 7, mənzil 7, ünvan 4 və ünvan 3 ünvanlarda yerləşən mənzillər üzərində ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququnun tanınması; ünvan 4 ünvanda yerləşən mənizlə dair "xxxx" MTK ilə X3 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin "xxxx" MTK ilə İddiaçı ilə bağlanmış hesab edilməsi və həmin mənzil üzərində mənim ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququnun tanınması, ünvan 3 ünvanda yerləşən mənizlə dair "xxxx" MTK ilə X2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin "xxxx" MTK ilə İddiaçı ilə bağlanmış hesab edilməsi və həmin mənzil üzərində Cavabdeh ½ (ikidə bir) hissədə pay hüququnun tanınması, İddiaçı adına "xxxx" ASC-də olan 100000 (yüz min) ABŞ dolları əmanət üzərində ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququnun tanınması; Cavabdeh məxsus olan gümüş smavar dəsti (samovar, çaynik, 12 ədədn fincan, 12 ədəd nəlbəki, 12 ədəd qaşıq və çəngəl, 12 ədəd gümüş boşqab, padnos) 10 ədəd italyan keramika qabları, 72 ədəd Çexiya istehsalı olan rumka, 2 ədən italyan servis qab dəsti, 5 ədəd qədimi xalçalar, atasından Cavabdeh hədiyyə olan 100 ədəd onluq qızıl, 4 ədəd qızıl komplekt (birliyant qaşlı sırğa və üzük), 1 ədəd brilyant qaşlı qolbaq və saat, ümumi çəkisi 3 kq olan rus qızılının İddiaçı alınaraq Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)- 4208/2022 saylı qərardadı ilə qarşılıqlı idida ərizəsinin qəbul olunmasından imtina edilməsi və geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh məhkəməyə şikayət ünvanlayaraq qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia və ilk iddia arasında qarşılıqlı əlaqə şübhəsizdir və tərəflər arasında yaranmış mübahisə eyni münasibətlərdən doğur, yəni ilk və qarşılıqlı iddialar eyni fikir ayrılığından, eyni mülki hüquq münasibətlərinin pozulmasından irəli gəlir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(005)- 396/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)-4208/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; Həmin Məcəllənin 156-cı maddəsinə görə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, yaxud qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa və ya qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə cavab vermir. Belə ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır. İddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi əmlaklara Cavabdeh tərəfindən edilən müdaxilələrin qarşısının alınmasını xahiş etmişdir. Lakin qarşılıqlı iddia tələbi ilk iddia ərizəsinin predmetlərindən fərqli əmlakların paylar üzrə ayrılması tələbidir. Göründüyü kimi ilkin və qarşılıqlı iddia ərizələri arasında qarşılıqlı əlaqə yoxdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)-4208/2022 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)-4208/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar