Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-202/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı pul tələbi üzrə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı pul tələbi üzrə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-68/2019 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkmə edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən İddiaçı təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaqla ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İddiaçı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 20 dekabr 2018-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli, 3-16-17/36/2-3022/2023 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019- cu il tarixdə və xx.xx.2019-cu il tarixdə vətəndaş Cavabdeh ilə qısa müddətli görüşdə olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47.016.36 manat ziyan və 20.000 manat mənəvi ziyan məbləğində pul vəsaitinin və 240 manat ödənilmiş dövlət rüsumunun, cəmi 67.256.36 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 2018-ci ilin sentyabrın əvvələrində öncədən dost münasibətində olduğu Cavabdeh ilə aralarında şifahi razılaşma olmuşdur. Belə ki, o, barəsində aparılan ibtidai araşdırma zamanı həbs qətimkan tədbiri seçiləcəyindən şübhələnərək, Cavabdeh həbsdə və cəzaçəkmə müəssisəsində olduğu müddətdə onun hesabına edilmiş ödənişləri əldə edib kredit borclarını ödəməsini, qalan məbləğləri isə ona gətirməsini və bununla əlaqədar tərəfindən ona etibarnamə veriləcəyi razılaşdırılmışdır. 08 sentyabr 2018-ci il tarixdə, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda, o, bütün əmlakından istifadə etmək və onlar barəsində sərəncam vermək, bank əməliyyatları aparmaq və s. səlahiyyətlər barəsində cavabdehə etibarnamə vermişdir. Barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra cavabdeh tərəfindən razılaşmada göstərdiyi təqaüd məbləğindən başqa, pensiya ödənişi aldığı kart müvafiq icra orqanından verdiyi etibarnaməyə əsaslanaraq əldə olunmuşdur. Cavabdeh, 12 mart 2019cu il tarixdən 20 may 2021-ci il tarixdək onun bank hesablarına daxil olan 34576, 36 (26 ay, hər ay 1329,86 manat olmaqla) manat pul məbləğinin cəzaçəkmə müəssisəsində olduğu müddətdə onun yanına yalnız 2 dəfə gələrək 700 manatını ona vermiş, qalan məbləğləri mənimsəmişdir. O, 20 dekabr 2022-ci il tarixdə cəzadan azad olunduqdan sonra Cavabdehla görüşmüş, o ona pul məbləğlərini mənimsədiyini etiraf etmiş, borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra, 06 fevral 2023-cü il tarixdə, Bakı şəhəri 1 saylı notariat ofisində cavabdehə verdiyi etibarnamənin qüvvəsinə xitam vermişdir. Sonuncu dəfə 2023-cü ilin iyul ayında Cavabdeh tərəfindən ona hissə-hissə 1310 manat məbləğdə ödəniş qaytarılmış, geri qalan məbləği ödəmək iqtidarında olmadığını bildirmişdir. Bildirir ki, o, Azərbaycan Respublikası veteranıdır, vəsiqə 2001-ci ildə verilmişdir. 2014-cü ildən 2019-cu ilə gədər 50 manat, 2019-cu ildən 80 manat təgaüd AR Pzerizident tərəfindən təyin edilmiş və ona da şamil olunmuşdur. Cavabdeh bu müddət ərzində həmin pulları da mənimsəmişdir, həmin pul 5440 manat təşkil edir. Bundan əlavə, cavvabdeh ona məxsus olan Azercell nömrəsi olan 050 *** ** ** etibarnamə üzrə gedib özbaşına öz adına keçirməklə istifadə etmişdir, o, cavabdehdən soruşduqda nə üçün belə hərəkət etmişdir, cavabdeh ona bildirilmişdir ki, ona cəzacəkmə müəssisənin həkimi demişdir ki, Tamerlan ağır xəstədi və tezliklə öləcək. Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, onun cəzçəkmə müəssisəsində olmasından sui-istifadə edərək vicdanlılıq tələbinə riayət etməmişdir. Cavabdeh ona 2023- cü ilin iyul ayı sonuncu olmaqla ödənişlər edərək, ona borcunun mövcudluğunu etiraf etmişdir və həmin etirafa əsasən iddia müddətinin axımı kəsilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə ona məxsus pul vəsaitini mənimsəmiş, daha sonra isə geri ödəmək iqtidarında olmadığını bildirərək onun konstitusion hüquqlarını ciddi şəkildə pozmuşdur. Göstərilənlərə əsasən Cavabdeh 40.016.36 manat məbləğində pul vəsaitinin və 240 manat ödənilmiş dövlət rüsumunun, cəmi 40.256.36 manat məbləğində alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. 19 noyabr 2023-cü il tarixdə X6 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 2010 manat pulun və ödənilmiş 41 manat dövlət rüsumunun, ümumilikdə 2051 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı iddia ərizəsində iddianın əsası olaraq göstərdiklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, İddiaçı iddia ərizəsində də göstərdiyi kimi onların aralarında dostluq münasibətləri mövcud olmuşdur. 2018-ci ildə aralarında hər hansı bir şifahi razılaşma olmamışdır. İddiaçı həmin vaxt onunla yanaşı daha bir neçə nəfərə etibarnamə vermişdi və bu sadəcə olaraq hər ehtimala qarşı həbs olunacağı halda adından banklarda olan borcları ilə bağlı, həmçinin də öz cinayət işi ilə bağlı vəkil büroları ilə müqavilə bağlamaq və s. üçün nəzərdə tutulmuşdur. Pensiya kartından pul çıxarıb onun yanına getmək və ya ona aparmaq üçün etibarnaməyə ehtiyac olmadığı hamıya məlumdur. İddiaçı iddia ərizəsində həbs edilmə səbəbləri barədə susmağa üstünlük versə də, o, AR CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmuş, məhkum olunmamışdan əvvəl də, insanları aldatmaqla hərəyə bir vəd verirdi. Hazırda da, o, hər addımında yalnız kimlərisə aldatmaq, kimdənsə hansısa məbləğdə pul tələb etməklə özünü idarə edir. Həmin vaxt İddiaçı barəsində qeyd edilən maddələrlə aparılan cinayət işi üzrə həbs qətimkan tədbiri seçildikdən sonra o, dəfələrlə 1 saylı Bakı İstintaq Təcridxanasına İddiaçı yanına getmişdir. Onunla yaxın qohumluq əlaqələri olmadığı üçün ona İddiaçıla görüş verməsələr də, saatlarla gözləmək məcburiyyətində qalaraq ona apardığı sovqatların qəbul edilməsi barədə müəssisə rəhbərliyinin razılığını almağa nail olmuşdur. İddiaçı yalnız istintaq təcridxanasında olduğu 4-5 ay ərzində onun yanına təxminən 7-8 dəfə getmiş və zəng edərək gətirilməsini xahiş etdiyi çox miqdarda ərzaqla yanaşı, qara idman paltarı, qara alt paltarları, qara şalvar, qara köynək, qara gödəkçə, qara ayaqqabı, saat, eynək, üzqırxan, şampun, üz qırxmaq üçün köpük, losyon və s. aparılmışdır. O elə bir insandır ki, ilk vaxtlarda aldığı paltarları, xüsusən də alt paltarlarını bəyənməyərək, yalnız Türkiyə istehsalı olan bahalı pambıq paltarlar gətirməyini tələb edirdi. Təkcə 20 dekabr 2018-ci il tarixində həbs edildiyi zaman artıq azadlıqda olarkən pensiyasını alıb xərclədiyini, qarşıdan yeni ilin gəldiyini və onun həbsə yeni düşdüyünü nəzərə alaraq birinci dəfə ona aparılan bütün ərzaq və paltarlar, yataq örtükləri və s. öz pulu hesabına alınmışdır ki, bu məbləğ 500 manatdan artıq etmişdir. Həmçinin də içəridə heç kimin yanında pis duruma düşməsin deyə hər dəfə tərəfindən ona 150-200 manat pul göndərilmişdir. Bu hal isə onun istintaq təcridxanasında saxlanıldığı 4-5 ay ərzində, hər ay təxminən 2-3 dəfə təkrarlanmışdır.Qeyd edir ki, həmin ərzaqlar çox və ağır olduğu, bir adamın daşıması mümkün olmadığı üçün o, heç vaxt nə istintaq təcridxanasına, nə də cəzaçəkmə müəssisəsinə tək getməmiş, həmişə ümumi dost və tanışlarının, xüsusən də onun yaxınları olan tanışların köməyinə müraciət etmişdir ki, imtina etməsinlər. Bununla da həmin şəxslər bu hadisələrin şahidlərinə çevrilmişlər. İddiaçı artıq hər zəng edəndə yalvarır, onu hətta borca girməyə məcbur edir, pensiyanın ayda bir dəfə verilməsinə baxmayaraq, demək olar hər həftə nələrsə tələb edirdi. Artıq onun pensiyası xərclərini qarşılamırdı. Bu arada o, dəfələrlə onun yanına getmiş, pensiya pulundan zənglə sifariş etdiyi ərzaq və paltarları alıb aparmış, öz cibindən də əlavə etməklə içəridəki xərclərini qarşılaması üçün onun özünə hər dəfə müxtəlif məbləğlərdə pul göndərmişdir. Qısa bir zaman sonra, barəsində olan məhkəmə hökmü qanuni qüvvəyə mindiyi üçün İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı CÇM-nə köçürüldü. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində göstərdiklərindən fərqli olaraq İddiaçı heç vaxt 1329,86 manat pensiya almamışdır. Onun həmin vaxt aldığı pensiyanın məbləği 1250,00 manat təşkil edirdi. Həmçinin də qeyd edir ki, məhkəmənin hökmü çıxdığı vaxtdan başlayaraq İddiaçı dələduzluq edərək aldatdığı X3 olan borcu üzrə Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin 03 aprel 2019-cu il tarixli icra qeydinə əsasən Sabunçu rayon İcra və Probasiya şöbəsinin 18 aprel 2019-cu il tarixli məktubu ilə 25 000 manat borc məbləği onun təqaüdünün 50% hissəsinə yönəldilmişdir ki, bununla da o, ayda 625 manat almağa başladı (buna əsas Notariat kontorunun İcra Qeydi, İcra məmurunun məktubu əlavə edilir). Lakin İddiaçı artıq çox xərcləməyə, bəlkə də pul hesabına içəridə dost tapıb hörmət qazanmağa və s. öyrəşdiyindən, ondan hər həftə yanına gəlməyi, darıxdığını, o buna vaxtı çatmadığını bildirdikdə isə, İddiaçı sovqat, paltarlar, saat, eynək və s. bəhanələr fikirləşməklə buna təkid edirdi. Onun ayda bir dəfə gələn 625,00 manat pensiyası onun tələblərini ödəmir, əksinə kəsdikləri çörəyə, düşdüyü vəziyyətə, həmçinin də həmin vaxt artıq onda təkrar yaranmış psixi problemlərə görə ona yazığı gələrək, onu borca girməyə məcbur edirdi. Həmin vaxt onun artıq dost-tanışa kifayət qədər borcu yaranmışdı. Bunu görən İddiaçı pensiyasının tutulması ilə razılaşmayaraq, bu icra qeydini onun mübahisələndirməsini, əvvəllər hakim işlədiyi üçün əmin olduğunu, icra qeydinin verilməsinə səbəb olmuş borc müqaviləsinə görə onun həbs olunduğunu və bunun da müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlandığının sübutu olduğu səbəbindən müqavilənin etibarsız hesab ediləcəyini bildirməklə, onun Binəqədi rayon Məhkəməsinə iddia verməsini xahiş etdi. Hətta bu məqsədlə o, vəkil üçün CÇM rəhbərliyi tərəfindən təstiq edilmiş etibarnamə də vermişdi. Bu işə baxılana qədər də, o, icra qeydinin ləğv ediləcəyi və pensiyasının düzələcəyi barədə ona ümidlər verərək, müxtəlif sifarişlər verməklə onu borca salmağa davam edirdi. Lakin Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədi. Həmin vaxt o, İddiaçı sifarişlərini yerinə yetirməyi səbəbindən artıq müxtəlif dost-tanışlardan ümumilikdə 3000 manata yaxın borc almışdı. İddianın təmin edilmədiyini gördüyü üçün bu dəfə İddiaçı ona birlikdə çörək yediyi məhkumlardan birinin qardaşının hər həftə gəldiyini, pensiyasını da onun yanına gətirilən ərzaqların üstünə qoyarsa birlikdə çətinlik çəkməyəcəklərini bildirməklə, pensiya kartını həmin məhkumun qardaşına verməsi üçün ona gətirməyini xahiş etdi ki, o, belə də etdi. Çünki artıq yetərincə borcu yaranmışdı. Qeyd etdiyi dövrdə İddiaçı psixi durumunda problemlərin yaranması onunla görüş alıb söhbət etməyin çox çətin olduğunu, məhkumlar və CÇM rəhbərliyi tərəfindən ona İddiaçıla bağlı müxtəlif iradlar tutulmasını nəzərə alaraq, o, artıq görüşə girməməklə yalnız sovqat aparmağa başlamışdı. Hər dəfə ən az sovqatın 200-300 manat tutduğunu, həmçinin də CÇM-nin daxilində mağaza olduğu üçün istəyəndə oradan nəsə aldığını, orada telefonla danışmaq, paltarlarını yudurtmaq, yatağını yığışdırtmaq, saçını kəsdirmək və s. üçün digər məhkumlara pul verdiyini dediyi üçün hər dəfə ondan 150-200 manat pul alırdı. Həmçinin də siqaret çəkmədiyi halda, o hər dəfə 10- 20 qutu bahalı siqaret almağı xahiş edirdi ki, bunun özü elə hər dəfə 60-70 manat pul tuturdu. Mağazalardan alınan ərzaq və paltarların qəbzlərini o, görüşərkən İddiaçı göstərir, sovqat göndərərkən isə ərzaqların yanına qoyurdu. Bunu İddiaçı həm qiymətləri görməsi, həm də alınan ərzaqların siyahısını bilməsi və CÇM əməkdaşları tərəfindən ərzaq və digər malların ona çatdırılarkən əskik olub-olmamasını yoxlaması üçün edirdi. Çünki İddiaçı bir neçə dəfə yanına gələrkən onunla hər qəpiyin hesabını aparmışdı. Daha əvvəl də göstərdiyi kimi, İddiaçı iddia ərizəsində göstərdiyindən fərqli olaraq, onunla əvvəlcədən bu barədə heç bir şifahi və s. razılaşmaları olmamışdır. Sadəcə olaraq İddiaçı belə bir vəziyyətə düşməsi və onun insanlığı, vicdanlığı, mərhəmətliliyi nəticəsində o yavaş-yavaş bütün bu yükü onun üzərinə “yükləməyə” başladı. Etiraf etməlidir ki, arada iki-üç dəfə İddiaçı guya onun zəhmətini qiymətləndirirmiş kimi ona 10-20 manat benzin pulu vermişdi. Həm pensiya, həm də veteran pulu kartının ona verilməsindən sonra onların alış-veriş, gediş-gəlişlə bağlı münasibətləri sona yetdi. Nəticədə onun dost və tanışlarına bir neçə min manat borcu yarandı ki, bunları da təbii ki, hissə-hissə özü qaytardı. Uzun müddət sonra, təxminən 2021-ci ilin əvəllərində İddiaçı ona zəng edərək pensiya kartının vaxtının bitməsini bildirdi və onun adına etibarnamə olduğu üçün gedib yeni kart alıb ona gətirməsini xahiş etdi. O həmin kartı alaraq yenə də aparıb ona verilməsini təmin etdi. Bir daha qeyd edir ki, eynilə də veteran pulu kartı alındıqdan bir neçə ay sonra onun təkidi ilə kart özünə verilmişdir. O onun üzündən yığdığı borcların qaytarılması üçün həmin kartı özündə saxlamağı və ayda 80 manat olan o pul hesabına onun üzündən yığdığı borcları qaytarmağını təklif etsə də, İddiaçı təkidlə kartın ona gətirilməsini tələb etdi və çıxdıqdan sonra hesablaşacaqlarını bildirdi. Əslində 2020-ci ilin əvvəllərində başlanan pandemiya ilə əlaqədar məhkumlarla görüşlər qadağan edildikdə, o, İddiaçı pensiya və veteran pulu kartlarını ondan almasına sevindi. Çünki həmin kartlar onda olmuş olsa idi, o həmin vaxt SMS icazə vasitəsilə küçəyə çıxmaq üçün verilən 2 saat ərzində alış-veriş edib, aparıb Binə qəsəbəsində yerləşən CÇM-nə verib qayıda bilməyəcəkdi. Eyni zamanda, veteran pulu kartı ilə bağlı bildirir ki, İddiaçı 2018-ci ilin dekabr ayında həbs edilmişdir. Lakin iddia ərizəsində o hansısa səbəbdən 2014-cü ildən başlayaraq alınan veteran pullarını ondan tələb edir. 2022-ci ildə İddiaçı həbsdən çıxarkən, yenə də onu o qarşılamışdır. Çünki onun psixi durumu ilə əlaqədar qapını açıb küçəyə buraxa bilmədikləri üçün müalicə müəssisəsinin həkimi tərəfindən ona zəng edilmişdi. Həmçinin çıxıb hara gedəcəyini bilmədiyini düşündüyü üçün o, onu qarşılamağa məcbur oldu. Bir müddət sonra İddiaçı ona pensiyasını düzəltmək üçün yenidən xəstəxanada yatmalı olduğunu bildirərək, ondan pensiyası düzəldiyi zaman qaytaracağını bildirməklə xəstəxana, pensiya alana qədər bir müddət yaşaması və digər xərclər üçün 1000 manat borc pul istədi. O, küçələrdə qalmasın, yaşamaq üçün vəsaiti olsun deyə, bir neçə dəfəyə hissə-hissə ona bu pulu borc verdi. Daha sonra iki dəfə o, yaxın vaxtlarda pensiyasının düzələcəyini bildirməklə, ona az qalsın yalvararaq, kirayə pulu üçün 150 manat, daha sonra da eyni adla 150 manat borc pul istədi. Həmçinin bir dəfə harasa gedərkən, o, pulunun az olduğunu bildirməklə, ondan 5-10 manat pul istədi ki, o da ona 10 manat verdi. İddia ərizəsində o, bu 1310 manat pulu ondan aldığını etiraf etsə də, guya ona borclu olduğu puldan qaytardığını qeyd etmişdir. Bir daha qeyd edir ki, onun İddiaçı hər hansı bi məbləğdə borcu yoxdur. Əslində guya onun Tamerlana borclu olmağı barədə söhbətlər və ondan pul tələb etməsi, onun pensiyasının düzəlmədiyini gördüyü üçün başladı. O, ondan başqa, digər insanlardan da müxtəlif vasitələrə əl ataraq pul tələb edir. Eyna zamanda onun eşitdiyinə görə bəzi ümumi tanışlarına ona qarşı irəli sürdüyü iddia ərizəsinin surətini göstərməklə 40 000 manat alacağı olduğunu bildirərək borc almağa cəhd edir. Bundan əlavə, iddia ərizəsində göstərilən 050 ***-**-** mobil nömrəsi onun öz adınadır və iddiada qeyd edilən bu xüsusat da sadəcə uydurma olmaqla onun təxəyyülünün məhsuludur. Göründüyü kimi, onun ayda 1329,86 manat pensiya almasının yalan olduğu, onun pensiyasının 50% hissəsinin borcuna görə tutulma aparılmasını gizlətdiyi kimi, yanına yalnız iki dəfə getməyi, pensiya və veteran pulu kartının onda olması, o pulları onun mənimsədiyi, mobil nömrənin onun adına keçirilməsi və s. halların heç biri həqiqəti əks etdirmir. Bütün bu halların sübuta yetirilməsi məqsədilə tərəfindən İddiaçı yanına ziyarətə getməyinin tarixləri və apardığı sovqatlarla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı CÇM-nə və 1 saylı Bakı İstintaq Təcridxanasına sorğular verilmişdir. Bundan əlavə, "xxxx" ASC-yə sorğu verilərək, İddiaçı məxsus pensiya və veteran pulu kartına daxil olan məbləğlər, bankomatların yaddaşlarından əməliyyatlar aparan şəxslər barədə çıxarışlar da əlavə olunmaqla ətraflı məlumat verilməsini, həmçinin də 050 ***-**-** mobil nömrəsinin kimin adına olması barədə "xxxx" MMC-yə sorğu verərək arayış verilməsini xahiş etmişdir. Sorğularına cavab gəldikdən sonra ilkin iddianın heç bir əsasının olmadığı aydın olacaqdır. Belə ki, o, 2019cu ilin əvvəllərində cəmi bir neçə dəfə onun pensiya kartından pul çıxarmış və həmin pulların da üstünə əlavə pul qoyaraq İddiaçı özünə xərcləmişdr. Eyni zamanda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı CÇM-nə və 1 saylı Bakı İstintaq Təcridxanasına verilmiş sorğulara cavab alındığı zaman onun İddiaçı yanına nə qədər getməyi, neçə dəfə sovqat aparmağı barədə onun iddia ərizəsində göstərdiklərinin həqiqəti əks etdirmədiyini təsdiq edəcəkdir. Həmçinin İddiaçı özünün də etiraf etdiyi kimi ona hələ CÇM-də olduğu zamanlarda 700 manat pul aparmağını, 1310 manat isə CÇM-dən çıxdıqdan sonra verməsini əsaslandırmağa ehtiyac belə görmür. Belə ki, bu pulların ona verilməsini İddiaçı özü ilkin iddia ərizəsində etiraf etmişdir. İddiaçı yanına gedib-gəlməyi, ərzaq və paltar daşımağı, bunun nəticəsində bir neçə min manat borca girməyi isə həmin hadisələrin iştirakçısı olmuş şahidlər tərəfindən təsdiq edilir. Qısaca olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı xx.xx.2014-cü ildən başlayaraq 2 saylı X1 “kəskin psixotik hal” diaqnozu ilə, xx.xx.2018-ci il tarixində təkrarən X10 Stansiyasının göndərişi ilə “qayıdan depressiv pozğunluq, orta dərəcəli növbəti epizod” diaqnozu ilə müayinə/və müalicə olunmuş, xx.xx.2018-ci il tarixində professor Bilal Əsədovun məsləhəti ilə ona “somatik patalogiyası ilə ağırlaşmış bipolyar affektiv pozuntu” diaqnozu qoyulmuşdur. Hazırki məhkəmə mübahisəsinin bilavasitə predmeti olmasa da, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı psixi vəziyyəti ilə əlaqədar xəstəliyinin müəyyən edilməsi məqsədi ilə müvafiq məhkəmə-tibbi ekspertizası keçirilsəydi, o əmindir ki, qeyd etdikləri öz təsdiqini tapardı. Çünki İddiaçı sağlamlıq durumu ilə bağlı qeyd etdiyi bu hallar həmçinin də məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmündə də öz əksini tapmaqla yanaşı, bu sahə üzrə mütəxəssis olmadan belə görmək mümkündür. İlkin iddianın tam həcmdə rədd edilməsi, qarşılıqlı iddianın tam həcmdə təmin olunması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2010 manat pulun və ödənilmiş 41 manat dövlət rüsumunun, ümumilikdə 2051 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarırmasını xahiş etmişdir
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, tərəflər qarşılıqlı surətdə bir-birlərinə borclu olduqlarını sübuta yetirə bilməmişlər. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, məhkəmə bildirmişdir ki, iddiaçı sözügedən iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən 47.016.36 manat məbləğində pulun o, həbsdə olarkən onun hesabına edilmiş ödənişləri əldə edib kredit borclarını ödəməsini, qalan məbləğləri isə ona gətirməsini və bununla əlaqədar tərəfindən ona etibarnamə verilməsini göstərmişdir, cavabdeh isə iddia tələbinə məhkəmə iclaslarında iddiaçıya hər hansı bir məbləğdə borcu yaxdur. Odur ki, məhkəmə, iddia və qarşılıqlı iddia tələbləri üzrə tərəflərin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Bu baxımdan, məhkəmə ilk növbədə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı və qarşılıqlı iddiaçı öz iddia tələblərinin faktiki əsası kimi göstərdikləri halları, o cümlədən qeyd etdikləri borcu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1-ci maddələri, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 360cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh 12 mart 2019-cu il tarixdən 18 Dekabr 2022-ci il tarixədək ümumilikdə 39 ay müddətində umumilikdə 3120 AZN məbləğində veteranlıq pulun, 12 mart 2019-cu il tarixdən 20 may 2021-ci il tarixədək 21367 AZN pensiya məbləğinin pulun ümumilikdə isə cəm olaraq 24487 AZN pul məbləğlərini mənimsəmişdir. xx.xx.2022-ci il tarixində cəzadan azad olunduqdan sonra Cavabdeh ilə görüşdü və bu zaman Cavabdeh pul məbləğlərini mənimsədiyini etiraf etmiş, borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixində Cavabdeh verdiyi etibarnaməyə xitam verdi. Cavabdeh ona olan borcunu və onun pullarını mənimsədiyini dərk etdiyi üçün ona hissəhissə 1310 AZN məbləğində ödəniş qaytarmışdır. Sonradan cavabdeh geri qalan məbləği ödəmək iqtidarında olmadığını bildirdi. Bundan başqa cavabdeh ona məxsus olan Azərcell mobil operatoruna məxsus 050 *** ** ** nömrəni özbaşına olaraq ona verdiyi etibarnamə əsasında öz adına keçirərək istifadə etmişdir. Bütün bu göstərdiklərimə əsaslanaraq bildirir ki, ümumilikdə 40236 AZN məbləğində pul vəsaiti cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir.Tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmşdr. xx.xx.2022-ci il tarixində cəzadan azad olunduqdan sonra Cavabdeh ilə görüşdü və bu zaman Cavabdeh pul məbləğlərini mənimsədiyini etiraf etmiş, borcunu ödəyəcəyini bildirmişdir. Əgər Cavabdeh bu pulu mənimsəməsəydi ona ilk gündən heç bir borcunun olmadığını deyər və heç bir məbləğ qaytarmazdı. Lakin Cavabdeh ona olan borcunu və onun pullarını mənimsədiyini dərk etdiyi üçün ona hissəhissə 1310 AZN məbləğində ödəniş qaytarmışdır. Bu da özündə bir daha təsdiq edir ki, onunla cavabdeh arasında olan razılaşma şifahi də olsa həqiqəti əks etdirir. Xüsusilə məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh onun nə qədər və hansı vaxtlarda pullarını mənimsədiyini yaxşı bildiyinə və bu hal məhkəmədə sübuta yetirləcəyini anladığına görə təlaşa düşmüş və buna qarşılıq olaraq heç bir əsası və sübuta əsaslanmayan qarşılıqlı iddia ərizəsi vermişdir. Sonradan cavabdeh geri qalan məbləği ödəmək iqtidarında olmadığını bildirdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz verilmişdir. Etirazın məzmunu onun tərəfindən verilən qarşılıqlı iddia ərizəsi ilə eynilik təşkil edir.
b) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, Cavabdeh peşman olub ondan üzr istəməliydi və pullarını qaytarmalıydı,çünki, həmin pul onun halal qazancı idi. Təqaüdünü götürsə belə, dövlət tərəfindən müharibə iştirakçıları üçün hər ay verilən 80 manatı götürməməli idi. Onun telefon nömrələrini götürmüşdür, güclə nömrələrini qaytardı. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilməsini xahiş etsin. Cavabdeh cinayətkardır, onun pulunu mənimsəyib. Bankdan çıxarışları məhkəməyə təqdim edib. Qarşı tərəf "Azpetrol"da işləyir, çox uzağa getməyərək yaxınlığındakı bankomatdan pulları çıxarmışdır. Qarşı tərəf bildirir ki, həkimlər ona öləcəyini və cəzaçəkmə müəssisəsindən çıxmayacağını demişdir. Sonradan ona uşaq xəstələndiyinə görə pulu xərclədiyini demiş və üzrxahlıq etmişdir. Cəmi 1300 manat pul qaytarılıb, qalan pulları qaytarmaq fikri yoxdur. O, müharibədə iştirak edib. Həm təqaüd kartından, həm də veteran kartından pulları çıxarıb özünə xərcləyib. O uzun müddət hüquq mühafizə orqanlarında işləyib. Müharibə iştirakçısı olduğu üçün 2 medalı var. Məhkəmədən xahiş edir ki, onun hüquqlarını müdafiə edilsin. Cavabdeh dələduzdur, onun pulunu mənimsəyib. Pandemiya vaxtı uşağı xəstələndiyinə görə ona xərclədiyini deyib.Onun telefon nömrələrini də mənimsəyib, yoldaşının adına rəsmiləşdirmişdir. Rayon məhkəməsində vəsatət verməyə imkan vermədilər. Ona qarşı qərəzli qətnamə qəbul edilib. Əsas 1295 manat pensiyanı Cavabdeh hər ay bankomatdan çıxararaq mənimsəyib. Cəmi 8 ayda kartından pul tutulub, qalan aylarda tutulmayıb. Kartın hər ikisini o, Cavabdeh verib. Əlillik haqqında arayışda əlilliyin nə vaxt dayandırılması göstərilib. Həm vətən müharibəsi olması barədə veteran kartını, həm də təqaüd kartını qarşı tərəfə verib. Onların verdiyi tarix etibarnamədə qeyd edilib-2018-ci ildə verib. O, kartları məhkəmənin işə obyektiv baxmasına şübhə yarandığı üçün, həbs olunmağını fikirləşdiyi üçün vermişdi. 2019-cu ildə 4 dəfə yanına gəldi, daha sonra boyun qaçırdı. Ona dedi ki, həkimlər deyib ki, Tamerlan öləcək. 2021-ci ilin mart ayında ona veteran kartını qaytardı. Pensiyaya görə verilən kartı 2021-ci ildə dayanmışdır. Bakı İnzibati Məhkəmədə onun xeyrinə qərar qəbul edilib, həmin pulların ona qaytarılması qərarı alınıb. O, xəstə olduğuna görə etibarnaməni 2023-cü ildə ləğv edib. Etibarnamə ləğv edilən ərəfələrdə xəstə olduğuna dair sübutu var. Cavabdeh ümumiyyətlə ona kartdan pul verməyib,cəzaçəkmə müəssisəsində olduğuna görə tələb edə bilməyib. Cavabdeh “Azpetrol” şirkətində mühasib işləyir, 2500 manat maaş alır. Onun puluna da ehtiyacı da yox idi, sadəcə olaraq Cavabdeh dələduzdur, məhkəmədə dediklərinin hamısı yalandır. İş materiallarında olan şəkili ona görə çəkdirmişdi ki,cəzaçəkmə müəssisəsindən çıxmışdı, onu söhbət etmək üçün çağırdı, dediklərinə diqqət edib, qeyri-səmimi olduğunu və onun pulunu qaytarmayacağını anlayıb. O, Cavabdeh ümumi etibarnamə vermişdi, o da onun adından istifadə edərək başqa şəxsə etibarnamə verib. Başqa şəxsə etibarnamə verməyib. 80 manat veteranlığın puludur. Əvvəl 50 manat olub, o, heç onu hesablamır. O, xəstə olduğuna görə etibarnaməni gec ləğv edib. İ qrup əlildir. Etibarnaməni tez ləğv etsə də, heç bir mənası olmayacaqdı, çünki artıq pulu Cavabdeh mənimsəmişdi. O, 2022-ci ilin dekabr ayında azad olunub, 2023-cü ilin mart ayında kartı ona qaytarıb. Azad olduqdan sonra da bir neçə ay pulu mənimsəyib. 2021-ci ilin may ayında 1295 manat pensiya bloklanıb, veteran pulu isə köçrülməyə davam edib. 2019-cu ildən 2021-ci ilin dekabr ayınadək xəstəliyinə görə müalicə müəssisəsində olub. Cavabdeh onun telefon nömrələrini də mənimsəmişdir. Rayon məhkəməsində bu məsələni bildirib. Onun təzyiqindən sonra nömrəni cavabdeh dəyişdirmişdir. Əvvəl yoldaşının adına rəsmiləşdirmişdir. 2004-cü ildən onda xora xəstəliyi var. Onun hüquqlarını müdafiə edilməsini və pulunun qaytarılmasını xahiş edir. Onun halal pulunu mənimsəyib, kabab yeyib, içki içib. Halal veteran pulumu gərək xərcləməzdi. Qarşı tərəf cinayətkardır. Onun məhkumluğu götürülmüşdür. 2019-cu ilin sentyabr ayında qarşı tərəfə kartlarını ona verməmişdir, bu yalandır. Müəssisədə kart təqdim etməyə icazə verilmir. O, cəzaçəkmə müəssində idi, qarşı tərəf kartından istifadə edib. Kart ona qaytarılmayıb. Ona heç bir sənəd və s. təqdim edilməyib. Orada baxış keçirilirdi, üzərindən aşkar olunardı. Fotoşəkillərdən aydın olur ki, qarşı tərəf kartdan istifadə edib. Qarşı tərəfin dediklərinin hamısı yalandır. Hesabında pul yığılıb qalmışdı, 80 manatdan veteran pulu alıb. Ona kartı verməyib. 2016-cı ildən veteran kartı alıb, cavabdeh 2023-cü ilin mart ayında ona qaytarıb. Pensiya kartı 2021-ci ilə qədər onda olub. 2019-2021-ci illərdə qarşı tərəf pulunu mənimsəyib. O, 50 ay cəzaçəkmə müəssində idi, qarşı tərəf kartından istifadə edib. Veteran kartını və pensiya kartını mənimsəyib. Onları tanış edən keçmiş hakim olub. Ümumilikdə ondan 62370 manat mənimsəyib, həm onun, həm də 20 min manat mənəvi ziyan üçün cavabdehdən tutulmasını xahiş edir. Hər dəfə əsəb, stress keçirir. Şahid kartın qaytarılmamasını təsdiq edəcək. 2018-ci ilin oktyabr ayından həbsdən əvvəl kartlarını ona verib. Başa düşürdü ki, həbs olunacaq, 2018-ci ilin noyabr ayında tutuldu. Həbsdən 1 ay əvvəl verib. 2023-cü ilin mart ayında veteran kartı qaytarılıb. Dekabrda azad olunub, o zaman da cavabdeh pul çıxarıb. Pensiya kartı 2021-ci ildə dayandırılıb. Ekspert rəyi ilə razı deyil. Qarşı tərəf 31.000 manat mənimsəyib. Bu hadisələrdən sonra səhhətində problem yaranıb. Ürəyində ciddi problem var, əməliyyat edilməlidir. Bunun üçün pul lazımdır, Türkiyəyə getməlidir. Könüllü İ Qarabağ Müharibəsində iştirak edib. Veteran pulunu qarşı tərəf mənimsəyib. Qarşı tərəf dələduzdur. O, tək olmamışdır. Kərimov Emin adlı şəxlə əlbir olmuşdur. Mülki iş materiallarının Bakı şəhər Polis İdarəsinə göndərilməsin xahiş edir.
14. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh çıxış edərək izahatında bildirmişdir ki, İddiaçı ona verdiyi kartdan ona 100-150 manat pulu keçib, onun yanına getdikdə 10-20 manat benzin pulu verib və qızının nişanında özü israr edərək ona 50 manat pul verib. İş materiallarında arayış var. Cəzaçəkmə müəssisəsindən verilən arayışa əsasən İddiaçı yaddaşla bağlı ciddi problemləri var. 2022-ci ilin dekabr ayında cəzaçəkmə müəssisəsindən azad olunan şəxs 2021-ci ilin mart ayında ona kartı verdiyini bildirir. İlkin iddia ərizəsində 40.000 manat, sonra 80.000 manat, sonra isə 67.000 manat tələb edib. 2021-ci ildə İddiaçıı Şamaxıda məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçdi. O, yanına gedə bilməyib. O, rəislə əlaqə saxlayıb, müalicə olunması üçün ona verməyini istəyib, lakin, ona işlə bağlı prokurorluq tərəfindən protest olduğuna görə burada qalmalı olduğunu dedi. Protest təmin edildi onu yenə cəzaçəkmə müəssisinə qaytardılar. Cəzaçəkmə müəssisindən çıxdıqdan sonra aralarında mübahisə yarandı, o, onun yanına getmədiyini dedi. Ondan sonra aralarında mübahisələr oldu və bu vəziyyətə gəlib çıxdı. İş materiallarında İddiaçı pensiyası ilə bağlı sənədlər var, 624 manat manat onun pensiyası olmuşdur. Qalan hissəsi borca görə tutulurdu. Ümumiyyətlə,2021-ci ilin may ayında İddiaçı pensiyası kəsilib. Azad ediləndən sonra bir yerdə görüşüb yemək yeyiblər, iş materiallarında olan şəkil İddiaçı cəzaçəkmə müəssisəsindən çıxdığı günün sabahısı günü çəkilib. Etibarnamə kartdan pul çıxarılması məqsədi ilə verilməyib. Nəsimi rayon məhkəməsinin iş materiallarında olan hökmünə diqqət edilikdə kimi dələduz olubolmadığını aydın olar. Kartı ona verməyib, İddiaçı azadlıqdan məhrum olanda vəkili ona təqdim edib. Vəkilin ona verdiyi kart təqaüd kartı idi. Veteran kartını İddiaçı həbsdə olarkən onun xahişi ilə sənədləri və etibarnamə vasitəsi ilə o düzəltdirib. 2019-cu ilin sentyabr ayına qədər onda olub. Bakı İstintaq Təcridxanasında olarkən 15 gündən bir yanına gedib. Veteran pulu ilə hər ay onun yanına gedib bazarlıq edib. Cahangir Mahmudov adlı vəkil var idi, o etibarnamə almaq üçün İddiaçı yanına bir dəfə gedib, ikinci dəfə şəxsiyyət vəsiqəsini verib, üçüncü görüşdə ona etibarnaməni verib. O hər 15 gündən bir İddiaçı yanına-2019-cu ilin sonuna qədər gedib, 2 kartı da 2019-cu ilin sentyabr ayında İddiaçı yanına vaxtında getmədiyini dediyinə görə özünə qaytarıb. Bunu heç nə ilə sübut edə bilmir, şəxs qəbul etmir. Həmçinin, 2021-ci ilində pandemiyaya görə məhkumların yanına getməyə icazə yox idi. Kartı ona İddiaçı vəkili verib. 4 ildir ki, “Azpetrol”-da işləyir. 2019-cu ilin sentyabr ayında kartı verib və 2021-ci ildə də kartı dayandırılıb. Şahidlərin dindirilməsi barədə vəsatət verib. Rayon məhkəməsində vəsatət vermişdi, təmin edilməmişdir. Həqiqətən də, kartın qarşı tərəfə qaytarılmasını sübut etmək üçün şahidlərin dindirilməsi vacibdir. Məhkəmə Hüquq Şurasına müraciət edəndə qarşı tərəf özünün ABŞ-da müalicə almasını bildirmişdir, halbuki həmin dövrdə o, cəzaçəkmə müəssisəsində cəza çəkirdi. Qarşı tərəf reallığı qəbul edə bilmir.2019-cu ilin sentyabr ayında qarşı tərəf kartları təhvil verib, çünki özü xahiş etmişdir. İddiaçı cəzaçəkmə müəssisəsində olan zaman veteran kartını o alıb. 2021-ci ildə həmin kart açılıb. Kartı ona cəzaçəkmə müəssəsində verib. İstintaq Təcridxanasına gedib. Müalicə müəssisənin cəzaçəkmə müəssəsinə aparılan sovqatdan, bağlamadan məlumatının olmaması normaldır. Müəssisənin təqdim etdiyi arayışdakı tarix həqiqəti əks etdirmir. Buna görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq Təcridxanasına sorğular verilməsini məhkəmədən xahiş edir. Kartdan pul çıxarsa da, iddiaçıya verib. İddiaçı heç bir halı qəbul etmir, emosional olub. Fərqli deyib, o da əsəbiləşib. 2019-cu ilin sonuna qədər iddiaçı cəzaçəkmə müəssisəsində olub. Son dəfə həmin ərəfədə gedib. Pensiya kartını da iddiaçıya verib. Kartı nə vaxt açıldığı yadında deyil. İddiaçı həbs edildiyi vaxtı belə bilmir. Həmçinin, iddiaçı hazırda iddia məbləğini artırır, apellyasiya baxışında buna yol verilmir. Veteran kartını o ona alıb. Ona etibarnamə verib. Onun borclarını qaytarıb. Xərclənən pul da özünə görədir. Pensiya kartı özündə olub, 2019-cu ildə verilib. Qarşı tərəf 2004-cü ildən veteran pulunun tutulmasın istəyir,bu da mümkün deyil.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə iddiaçı Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan işə mahiyyəti üzrə baxılmaqla apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını ilkin iddiaya münasibətdə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməlidir.
22. İşin halları odur ki, iddiaçı məhkum olunduğuna görə ona məxsus olan pensiya və veteran pulu kartlarını cavabdehə təqdim edərək ona tapşırıq vermişdir ki, o, azadlıqdan məhrum olduğu dövrdə həmin kartlardan pulu məxaric edib ona təqdim etsin. İddiaçının iddiasının əsası odur ki, cavabdeh iki dəfə ona pul gətirsə də sonra gəlməmiş, tapşırığı vicdanla yerinə yetirməmişdir. Azadlığa çıxdıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh onun pullarını xərcləmişdir. Cavabdeh ona sonradan 1310 manat pul qaytarmışdır. İddiaçı bildirir ki, bununla əlaqədar ona mənəvi zərər də dəymişdir.
23. Cavabdeh də öz növbəsində kartların ona qeyd edilən məqsədlə verildiyini təsdiq etmişdir. Lakin bildirir ki, 2019-cu ildə sonuncu dəfə iddiaçının saxlanıldığı yerə gedərək kartları ona qaytarmışdır.
24. Birinci instansiya məhkəməsi iddia tələbinin sübut olunmamasına istinad edərək iddianı rədd etmişdir.
25. Kollegiya birinci instansiya məhkəməsinin müvqeyi ilə razılaşmayaraq qeyd edir ki, nə qədər ki, cavabdeh də kartların ona tapşırığı icra etmək üçün verildiyini etiraf etmişdir, tapşırığı icra etməsi, yaxud kartı qaytarmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür.
26. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2950/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadına əsasən İddiaçı (şəxsiyyət vəsiqəsinin nömrəsi AA*******) məxsus pensiya kartından və Azərbaycan Respublikasının veteranı olaraq təqaüd aldığı bank kartından (hesab nömrələrindən biri ********************) 2019-2022-ci illər üzrə müvafiq pulların kimlər tərəfindən çıxarılmasına dair ABB bankomatlarında quraşdırılmış video və foto görüntülərin "xxxx" ASC-dən götürülməsi ilə bağlı qərardad qəbul edilmiş, qərardadın icrası "xxxx" ASC-yə həvalə edilmişdir.
27. Qərardadın icrası ilə "xxxx" ASC-nin 13 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Məktuba əlavə edilmiş diskdə olan video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı (şəxsiyyət vəsiqəsinin nömrəsi AA*******) məxsus pensiya kartından və Azərbaycan Respublikasının veteranı olaraq təqaüd aldığı bank kartından (hesab nömrələrindən biri ********************) pullar Cavabdeh tərəfindən çıxarılmışdır.
28. Beləliklə, Cavabdeh izahatında etiraf etmişdir ki, müharibə veteranına verilən müavinət və əmək pensiyası kartları ona iddiaçı tərəfindən verilmişdir. Cavabdeh bildirir ki, kartları 2019-cu ildə qaytarıb. Lakin apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında müəyyən edilmişdir ki, 2019-cu ildən sonra da görüntülər var ki, kartdan məxarici Cavabdeh etmişdir. Bu səbəbdən işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 noyabr 2024-cü il tarixli, 3-16-16/2-9/8312/2024 nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus veteran pulu kartı - ******************** hesabı üzrə kartdan 12 mart 2019-cu il – 20 dekabr 2022-ci illər üzrə 1520 manat mədaxil və məxaric edilmişdir. O cümlədən ******************** hesabı üzrə 42,22 manat məxaric edilmişdir.
30. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminatlar Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Döst Mərkəzi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli arayışlardan görünür ki, İddiaçı məxsus əmək pensiya kartına 2019-cu ilin mart ayında 1249,86 manat məbləğində, 2019-cu ilin aprel ayında 1249,86 manat məbləğində pensiya məbləği yüklənnmiş, 2019-cu ilin may ayında 624,36 manat məbləğində pensiya ödənişi edilmiş, 625,50 manat məbləğində tutulma olmuş, 2019-cu ilin imay ayında 624,36 manat məbləğində pensiya ödənişi edilmiş, 625,50 manat məbləğində tutulma olmuş, 2019-cu ilin iyul ayında 624,36 manat məbləğində pensiya ödənişi edilmiş, 625,50 manat məbləğində tutulma olmuş, 2019-cu ilin sentyabr ayında 1874,72 manat məbləğində pensiya ödənişi edilmiş, 625 manat məbləğində tutulma olmuş, 2019-cu ilin oktyabr ayında 837,32 manat məbləğində pensiya ödənişi edilmiş, 625 manat məbləğində tutulma olmuş, 2019-cu ilin noyabr ayında 731,09 manat məbləğində pensiya ödənişi edilmiş, 625 manat məbləğində tutulma olmuş, 2019-cu ilin dekabr ayında 731,09 manat məbləğində pensiya ödənişi edilmiş, 625 manat məbləğində tutulma olmuş, 2020-ci ilin yanvar ayından başlayaraq 2021-ci ilin may ayına kimi hər ay 731,09 manat məbləğində pensiya ödənişi edilmiş, hər ay 625 manat məbləğində tutulma olmuşdur.
31. İddiaçı iddia ərizəsində 12 mart 2019-cu il tarixdən karta mədaxil edilmiş pulları tələb etmişdir.
32. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il ytarixli qərarından da görünür ki, İddiaçı 12 mart 2019-cu il tarixdə məhkum edilmiş, cəzasını tam olaraq xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır.
33. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminatlar Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Döst Mərkəzi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli arayışını nəzərə aldıqda tutulmalar çıxıldıqdan sonra həmin dövrdə pensiya kartına 5974,05 manat pul mədaxil edildiyi müəyyən olunur. Deməli, 12 mart 2019-cu il – 20 dekabr 2022-ci illər üzrə hər iki kart üzrə cəmi 7536,27 (5974,05 + 1562,22 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən məxaric edilib.
34. İddiaçı Cavabdeh tərəfindən ona cəmi 2 dəfə 700 manat pul verildiyi, 2023-cü ildə isə 1310 manat pul qaytardığını iddia ərizəsində qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli, 3-16-17/36/2-3022/2023 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019- cu il tarixdə və xx.xx.2019-cu il tarixdə vətəndaş Cavabdeh ilə qısa müddətli görüşdə olmuşdur.
35. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən qaytarılan 2710 manat məbləğ nəzərə aldıqda, cavabdehdən iddiaçının xeyrinə 4826,27 manat (7536,27 – 2710) məbləğində pul tutulmalıdır.
36. İddiaçının mənəvi zərərlə bağlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tapşırığı vicdabla yerinə yetirməməklə iddiaçıya maddi zərər vurmuşdur. Nəticədə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, ona mənəvi zərər vurulması müəyyən edilməmişdir.
37. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
38. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4826,27 manat (dörd min səkkiz yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
40. İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün iddianın təmin edilən hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə 68 manat, apellyasiya şikayətinə görə 34 manat, cəmi 102 manat məbləğində pul cavabdehdən alınaraq dövlət nəfinə tutulmalıdır.
41. Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinə aid hissədə ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 4826,27 (dörd min səkkiz yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 102 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq pul dövlət nəfinə tutulsun. Qətnamədən ilkin iddia üzrə İddiaçı rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov