Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2022/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, İddiaçı tərəfindən Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(009)- 384/2022 saylı qərardadından verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı – cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı “icra məmurunun qanunsuz hərəkətlərinin və icraat işlərinin dayandırılması” tələbinə dair iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(009)-384/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli 2(009)- 384/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 152.1.1-ci maddələrinə istinad edərək, nəticəyə gəlmişdir ki, iddiaçı hazırki iddia tələbini iddia icraatı qaydasında deyil, icra məmurunun hərəkətlərindən şikayət qaydasında mübahisələndirə bilər, odur ki, iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddia tələbini iddia icraatı qaydasında deyil, icra məmurunun hərəkətlərindən şikayət qaydasında mübahisələndirə bilməsini qeyd etsə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddia ərizəsinin qaytarılması əsaslarını nəzərdə tutan 153.2.1-ci maddəsinə istinad edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1. maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4.-cü maddəsinin tələblərindən və birinci instansiya məhkəməsinin mövqeyindən çıxış etsək iddiaçı hazırkı tələbi üzrə nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Halbuki, birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi, iddiaçı hazırki tələbini iddia icraatı qaydasında deyil, icra məmurunun hərəkətlərindən şikayət qaydasında mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2.-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır: Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(009)- 384/2022 saylı qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2022/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2022/2022
09.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver