Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2028/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X6 Mixaylovnanın cavabdeh X5 qarşı “mənzilə daxil olmasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı maraqlı şəxs Yasamal rayon 42 saylı Dövlət Notariat Kontoruna qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlərdə X4 məxsus olan doğum haqqında şəhadətnamədə ana qrafasında olan Hacıibrahimova Muqminatın, İddiaçı məxsus olan doğum haqqında şəhadətnamədə ana qrafasında olan Hacıibrahimova Muqminatın, nikahın bağlanması haqqında şəhadətnamədə X1, ölüm haqqında şəhadətnamədə X2, qeydiyyat vəsiqəsindəki X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır (sədrlik edən: Toğrul Axundov). Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya maraqlı şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə ölüm haqqında akt qeydində anasının adının düzgün yazılmaması ilə bağlı müraciət etmiş, xx.xx.2020-ci il tarixli cavab məktubunda ölüm haqqında akt qeydində düzəliş və ya əlavə olunması üçün iddiaçının əsaslı sənədləri olmadığına görə məhkəməyə müraciət edə bilməsi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçı eyni şəxslə (anası) bağlı olan sənədlərdən biri (ölüm haqqında akt qeydi) üçün müvafiq orqana müraciət etdiyindən və onun həmin şəxsə aid digər sənəndlərlə bağlı da müvafiq orqanlara müraciət etməsinə lüzum olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Kollegiya hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxs Yasamal rayon 42 saylı Dövlət Notariat Kontoruna qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2028/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2028/2021
12.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver