Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2033/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşova Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(006)-5052/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi kimi 33000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X10 Prado» markalı Az ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsus olmaqla onun mülkiyyətində olmuş, Cavabdeh iddiaçıya verdiyi etibarnamə əsasında həmin avtomobil 19 aprel 2012-ci il tarixdə X2 və avtomobilin satışından əldə edilmiş pul vəsaiti avtomobilin mülkiyyətçisi olan Cavabdeh verilmişdir. X4 ona qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 12 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilərək, maddi zərərin əvəzi kimi 33000 manat pulun ondan alınaraq Rəhim Hacıyevə ödənilməsi qət edilmişdir. O dəfələrlə Cavabdeh müraciət edərək, Rəhim Hacıyevlə məsələni həll etməsini, əks təqdirdə məhkəmə qətnaməsinə əsasən 33000 manat pulun ondan tutularaq Rəhim Hacıyevə ödənilməli olduğunu bildirsə də, o hər dəfə bir bəhanə ilə bu məsələnin həllindən yayınmışdır. Mübahisəli «X10 Prado» markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul vəsaiti avtomobilin mülkiyyətçisi olan Cavabdeh verildiyinə görə hesab edir ki, məhkəmə qətnaməsinə əsasən ondan tutulmalı olan 33000 manat pul vəsaiti Cavabdeh alınaraq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(006)-5052/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, tərəflər arasında olan mübahisə "X10 Prado" markalı, Az **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul vəsaiti ilə əlaqədar yaransa da, məhkəmə mübahisəyə borc münasibətləri ilə bağlı maddi hüquq normasını tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi Yusif Kərimov isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(006)- 5052/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "X10 Prado" markalı, Az **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətində olmuş, həmin avtomobilə dair Cavabdeh tərəfindən İddiaçı etibarnamə verilmiş, etibarnamə əsasında avtomobil İddiaçı tərəfindən 19 aprel 2012-ci il tarixdə X1. Bunun müqabilində Rəhim Hacıyev tərəfindən İddiaçı 19000 ABŞ dolları məbləğində pul və 15000 ABŞ dolları dəyərində qiymətləndirilmiş “Mercedes Benz 240” markalı Az ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdeh borc öhdəliklərinin icrasını təmin etmək məqsədilə "X10 Prado" markalı, Az **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, avtomobil İddiaçı alınaraq açıq hərraca çıxarılıb satılmışdır. X11 Həsənova qarşı məhkəmədə iddia qaldıraraq maddi zərərin əvəzinin ödənilməsini tələb etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq dəymiş zərərin əvəzi kimi İddiaçı 33000 manat pulun tutularaq Rəhim Hacıyevə ödənilməsi qət olunmuşdur. Bundan sonra İddiaçı məhkəmə qətnaməsinə əsasən ondan tutulmalı olan 33000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (avtomobilin satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh verilməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, X4 "X10 Prado" markalı, Az **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili 2012-ci ilin aprel ayında İddiaçı alaraq ona 19000 ABŞ dolları məbləğində pul və 15000 ABŞ dolları dəyərində “Mercedes Benz 240” markalı avtomobili etibarnamə ilə verdiyini göstərmişdir. İddiaçı iddia ərizəsində Rəhim Hacıyevə etibarnamə əsasında satdığı avtomobilə görə əldə edilmiş pul vəsaitini Cavabdeh verdiyini göstərmişdir. Göründüyü kimi, həmin avtomobilin satılmasına görə İddiaçı 19000 ABŞ dolları məbləğində pul və etibarnamə ilə “Mercedes benz 240” markalı avtomobil əldə etmişdir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində İddiaçıla dostluq münasibətində olduğunu, avtomaşın alqı-satqısı ilə məşğul olduğunu, 2012-ci ildə "X10 Prado" markalı avtomobili almağı İddiaçı bir mütəxəssis kimi məsləhət gördüyünü, maşının pulunun tam şəkildə Cavabdeh ödənildiyini, pulun bir hissəsini İddiaçı borc kimi verdiyini, pulun verilməsini şəxsən gördüyünü, üstündən xeyli vaxt keçdiyinə görə Cavabdeh tanımadığını, 2021-ci ilin sentyabr-oktyabr aylarında Elşənlə telefonla danışdığını, ona yaranmış problem barədə dediyini, Elşənin banka borcu olmasını etiraf etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X7 ifadəsində İddiaçı tanıdığını, avtomobil alanda Rasimin ondan borc aldığını, Rasimə 5500 manat məbləğində borc verdiyini, avtomobilin 32000 manata alındığını, Rasimin avtomobilə görə Elşənə pul verməsindən məlumatlı olmadığını göstərmişdir. Göründüyü kimi, İddiaçı "X10 Prado" markalı, Az **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh aldığını bildirsə də, həmin avtomobilə görə cavabdehə hər hansı məbləğdə pul verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunan avtomobilin alqı-satqısına dair tərəflər arasında mülki qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə bağlanmamış, avtomobil etibarnamə ilə İddiaçı idarəçiliyinə verilmişdir. İddiaçı iddia ərizəsində həmin avtomobili Rəhim Hacıyevə satıb əldə etdiyi pul vəsaitini Cavabdeh verdiyini bildirmişdir. Halbuki iş materiallarından görünür ki, həmin avtomobilin Rhim Hacıyevə satılmasına görə nəqd şəkildə 19000 ABŞ dolları və İddiaçı etibarnamə ilə avtomobil verilmişdir. Bundan əlavə, iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş və iddiaçı ilə dostluq münasibətlərdə olan şahid X8 ifadəsində İddiaçı məhz avtomobil alarkən Cavabdeh pul verdiyini göstərmişdir. Digər şahid X7 isə ifadəsində İddiaçı avtomobili Cavabdeh 32000 manata aldığını, İddiaçı tərəfindən Cavabdeh avtomobilə görə pul verilməsi barədə məlumatlı olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. O cümlədən qətnamə kifayət qədər əsaslandırıldığından, habelə maddi və prosessual hüquq normaları əsasən düzgün tətbiq olunduğundan, kollegiya hesab edir ki, qətnamədə səhvən Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad olunması mahiyyətcə düzgün olan qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(006)-5052/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2033/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2033/2022
31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver