Məhkəmə qərarları › İş №2(103)-2035/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2035/2021

19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2035/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızına qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4848/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 Əbdülrəhim qızına qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1550 manat əsas borcun, 5000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumununcavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızından müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiqlənmiş barışıq sazişinə əsasən Cavabdeh3 2900 manatı hər ayın 20-dək ayda minimum 200 manat olmaqla, maksimum 15 ay ərzində tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 sentaybr ayında son ödənişi etmiş, sonraki aylar ödəniş etməmişdir. Cavabdeh3 ödəməli olduğu 2900 manatdan cəmi 1400 manat pul ödəmiş, 1550 manat borcu qalmışdır. Sonra dekabr ayında icraçı E.Əsədov ona Cavabdeh3 həbs olunduğunu bildirmişdir. Barışıq sazişinin 3-cü bəndinə əsasən 3 aydan çox gecikdirilmə olduğu halda icra olunmayan pul məbləğinin digər cavabdehlərdən tutulmasını tələb etmək hüququ vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4848/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4848/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə xx xxxx 2012-ci il tarixli iltizamın surəti təqdim edilmişdir. Həmin iltizamın surətindən də göründüyü kimi həmin iltizamı Cavabdeh3 ilə birlikdə hazırkı iş üzrə cavabdehlər də imzalamışlar. Həmçinin verilən pulu iddiaçı bilavasitə bir yerdə işlədiyi Tofıqə Rzayevaya vermişdir. Müvafiq iltizamı isə bilavasitə Cavabdeh2 yazmışdır. Bu isə həmin məbləğin qaytarılmasında İmasında Cavabdeh3 ilə birlikdə hazırkı mülki iş üzrə cavabdehlərin də məsuliyyət daşıdıqlarını təsdiq edir. Məhkəməyə müvafiq iltizamın əslinin deyil, kserosurətinin təqdim edilməsi onunla bağlı olmuşdur ki, qeyd olunan iltizamın əsli Yasamal rayon Polis İdarəsinə təqdim edilmişdir. Baxış iclası zamanı mən məhkəmədən sözügedən iltizamın əslinin əldə edilib məhkəməyə təqdim edilməsi üçün vaxt verilməsini xahiş edilsə də, məhkəmə iclası təxirə salınmamış və birinci baxış iclasında qətnamə qəbul edilmişdir. Məhkəmənin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1217/2019 saylı qərardadına iddianın rədd edilməsi üçün sübut kimi istinad etməsi də təmamilə əsassızdır. Belə ki, tərəfimdən cavabdehlər Cavabdeh3, X2ma və Cavabdeh2 Əbdülrəhim qızma qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. İşə məhkəmədə baxılarkən cavabdehlərdən Cavabdeh3 cavabdehlərin iddiaçıya ödəməli olduqları məbləği özü tərəfindən hissə-hissə ödəyəcəyini öhdəsinə götürdüyündən, onunla aralarında barışıq sazişi bağlanmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə aralarında bağlanmış barışıq sazişi təsdiq edilərək, mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin 3-cü bəndindən də göründüyü kimi cavabdeh (yəni Cavabdeh3) müqavilə üzrə öhdəliklərini 3 (üç) aydan çox gecikdirərsə, iddiaçı (yəni İddiaçı) Azərbaycan Respublikası qanunvericliyinə uyğun olaraq, Yasamal Rayon Məhkəməsinə və ya aidiyyatı dövlət orqanlarına müraciət edərək, cavabdehin və digər cavabdehlərin (yəni hazırkı iş üzrə cavabdehlərin) öhdəliklərinin icrasını tələb edə bilər. Cavabdeh3 sonuncu ödənişini 2019-cu il sentyabr ayında etdiyindən, həmin tarixdən sonra hər hansı bir məbləğdə ödəniş etmədiyindən, iddiaçı Barışıq Sazişinin şərtlərinə uyğun olaraq hazırkı iş üzrə cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatlarına düzgün hüquqi qiymət verilməmişdir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hiiququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası MM-nin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında aşağıdakılar göstərilmişdir: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. İddiaçı cavabdehlərə pul verməklə oğlunun xaricdə təhsil almasını təmin etmək istəyirdi. Lakin pulu verdikdən sonra cavabdehlərin iddiaçıya qarşı etdikləri hərəkətlər, onu müntəzəm olaraq müxtəlif üsul və vasitələrlə aldatmaları, ona qarşı saymazyana münasibət bəsləmələri, uzun müddət ərzində verdiyi pulu ona qaytarmamaları iddiaçını mənən alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Həmçinin göstərilənlər iddiaçının səhhətinə də olduqca mənfi təsir göstərmişdir. Cavabdehlərin iddiaçıya qarşı etdikləri etinasız hərəkətlər ona vurulmuş maddi ziyandan daha çox ziyan vurmuşdur. Cavabdehlər tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyanı simvolik 5000 manat məbləğində qiymətləndirir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili A.Muradov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1217/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına görə, İddiaçı Denis qızı ilə Cavabdeh3 arasında barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinə görə, 1.Cavabdeh3 iddia tələbi ilə olan 2900 manatı qəbul edir və hər ayın 20-dək ayda minimum 200 (iki yüz) manat olmaqla, ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində olan pulu ümumilikdə maksimum 15 ay ərzində tam olaraq iddiaçının təqdim etdiyi bank hesabına və ya şəxsən ödəməyi öz üzərinə öhdəlik götürür.

2. Cavabdeh aylıq ödənişi maksimum 1 ay gecikdirə bilər və hər hansı gecikmə olduqda növbəti ayın 20-dək növbəti ayın ödənişi ilə birlikdə tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürür. 3. Cavabdeh müqavilə üzrə öhdəliklərini 3 (üç) aydan çox gecikdirərsə, iddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, Yasamal Rayon Məhkəməsinə və ya aidiyyəti dövlət orqanlarına müraciət edərək, cavabdehin və digər cavabdehlərin öhdəliklərini icra edilməsini tələb edə bilər. 4. Vəsait tam ödəndikdən sonra iddiaçı cavabdehə və hazırkı iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2rəhim qızına qarşı olan iddia və tələblərindən imtina etmiş sayılır. Hüquqi dəyərləndirmə: İşin hallarına əsasən müəyyən olunur ki, tərəflər arasında mövcud olan barışıq sazişinə əsasən, müqavilə üzrə öhdəlik 3 (üç) aydan çox gecikərsə, iddiaçı Yasamal Rayon Məhkəməsinə və ya digər aidiyyəti dövlət orqanlarına müraciət edərək cavabdehlərin öhdəliklərini icra etməsini tələb edə bilər. İş materiallarında olan əlyazmalardan görünür ki, cavabdehlər tərəfindən barışıq sazişində qeyd edilən məbləğ tam ödənilməmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, kollegiya hesab edir ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı məhkəməyə vəsatət təqdim edərək, iddia tələbinin mənəvi ziyana dair hissəsindən imtina etdiyini bildirmişdir. Məhkəmə Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2035/21 saylı qərardadı ilə iddiaçının mənəvi zərər hissədə iddia tələbindən imtinası qəbul edilmişdir. Qeyd edilənlərə və iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdehlərin barışıq sazişi üzrə öhdələrinə götürdükləri 1550 manat məbləğində vəsait iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barışıq sazişinə əsasən cavabdehin ödəməli olduğu məbləğ qeyd edilən 3 aylıq müddət ərzində ödənilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızından müştərək qaydada 1550 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4848/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızından müştərək qaydada 1550 manat məbləğində pul və ödənilimş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar