Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2035/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı cavabdehlər ““Astoriya” Tibb Mərkəzi” MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli e-2(004)-2387/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Astoriya” Tibb Mərkəzi” MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ümumilikdə vurulmuş 8.724.61 manat maddi, 15.000 manat məbləğində mənəvi zərər və ödənilmiş dövlət rüsumuna görə 161,57 manat olmaqla, ümumilikdə 23.886,18 manat (iyirmi üç min səkkiz yüz səksən altı manat on səkkiz qəpik) məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli e-2(004)- 2387/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş 161,57 (bir yüz altmış bir manat əlli yeddi qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2035/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil4 vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək iddiadan imtina edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 244/KEŞ saylı ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iddiadan imtina ilə bağlı ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. - 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də iddiadan imtina qəbul edilməklə Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli e-2(004)- 2387/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər “Astoriya” Tibb Mərkəzi” MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiadan imtinası təsdiq edilsin. İddiaçı cavabdehlər “Astoriya” Tibb Mərkəzi” MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə
Məhkəmə qərarları › İş №2(103)-2035/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2035/2023
13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver