Məhkəmə qərarları › İş №2(103)-2038/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2038/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2038/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və 3 saylı Bakı Asan xidmət Mərkəzi Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə) qarşı iş üzrə (Açar sözlər: etibarnamələrə xitam verilməsinin etibarsız hesab edilməsi, verilmiş ərizələrin etibarsız hesab edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi) hakimlər X9 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun nümayəndəsi Vəkil1 və Cavabdeh4 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və 3 saylı Bakı Asan xidmət Mərkəzi Notariat Ofisinə qarşı “etibarnamələrə xitam verilməsinin etibarsız hesab edilməsi, verilmiş ərizələrin etibarsız hesab edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə (müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun iddiasına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilən - Cavabdeh4 şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması hissəsində) mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X62 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və 3 saylı Bakı Asan xidmət Mərkəzi Notariat Ofisinə qarşı eyni məzmunlu iddia (iddianın dəyişdirilməsi barədə) ərizələri ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 23 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə X62 tərəfindən İddiaçı1 adına 5 il müddətinə verilmiş AR-İİ № 025234 nömrəli, reyestrdə 7E-1973 nömrəsi ilə qeyd edilmiş etibarnaməyə Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə xitam verilməsinin, Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə X62 tərəfindən İddiaçı2 adına verilmiş, reyestrdə 7E-3184 nömrə ilə qeyd edilmiş etibarnaməyə Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə xitam verilməsinin, Bakı şəhəri 51 saylı Notariat ofisində verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 4362 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4363 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4365 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4368 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4369 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4370 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4600 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4676 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4677 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4678 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4679 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4680 reyestr nömrəli ərizələrin, Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu X30 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-5376 nömrə ilə qeydə edilmiş, 3 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X19 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-5644 nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E- 5642 nömrə ilə qeyd edilmiş, xx.xx.2022- ci il tarixdə verilmiş və reyestrdə 7E-5643 nömrə ilə qeyd edilmiş etibarnamələrin, 3 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X19 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 18618 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18619 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18620 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18621 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18654 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18662 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18692 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18693 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli,18694 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18695 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18696 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18697 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18698 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18699 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19455 reyestr nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli, 19458 reyestr nömrəli ərizələrin və 3 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X19 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 7E-6835 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 7E-6836 reyestr nömrəli etibarnamələrin, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23390 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23391reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23392 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23393 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23394 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23395 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23400 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23401 reyestr nömrəli ərizələrin etibarsız hesab olunması və cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada dəymiş mənəvi ziyanın əvəzi olaraq 30000 manat pulun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2994/22 saylı iş üzrə 01 dekabr 2022ci il tarixli qətnaməsi ilə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbləri tam təmin olunmuş, iddia tələblərində göstərilən sənədlərin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 30000 manat məbləğində mənəvi zərərin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 eyni məzmunlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələblərinin rədd olunmasını xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı1 və İddiaçı2 iddialarının təmin olunması hissəsində qismən - Bakı şəhəri 51 saylı Notariat ofisində verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 4362 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4363 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4365 reyestr nömrəli, l7.05.2022-ci il qeydiyyat tarixli, 4368 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4369 reyestr nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli, 4370 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4600 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4676 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4677 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4678 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4679 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4680 reyestr nömrəli ərizələrin etibarsız hesab olunması, Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu X41 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-5376 nömrə ilə qeydə edilmiş, 3 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X19 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-5644 nömrə ilə qeyd edilmiş, xx.xx.2022- ci il tarixdə verilmiş və reyestrdə 7E-5642 nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-5643 nömrə ilə qeyd edilmiş etibarnamələrin etibarsız hesab edilməsi, 3 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X19 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 18618 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18619 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18620 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18621 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18654 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli,18662 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18692 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18693 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18694 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli,18695 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18696 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18697 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18698 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18699 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19455 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19458 reyestr nömrəli ərizələrin və 3 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X19 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 7E-6835 reyestr nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli, 7E-6836 reyestr nömrəli etibarnamələrin, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23390 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23391 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23392 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23393 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23394 reyestr nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli, 23395 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23400 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23401 reyestr nömrəli ərizələrin etibarsız hesab olunması hissəsində və mənəvi zərərə görə cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 30 000 manat məbləğində pul vəsaitinin tutulub iddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxsə ödənilməsi hissəsində ləğv edilərək, ləğv olunan həmin hissələrdə iddia tələbləri təmin edilməmiş, mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

6. Müstəqil tələb irəli sürən üçüncü şəxs X62 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh4 da (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X62nun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi həmin şikayətlər üzrə iddia tələblərinin təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılmış, Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsinin 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması) hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qət edilmişdir. Qərarda Mülki Məcəlləsinin 347.1, 347.2, 359.3, 362.1, 365.2, 359.1, 360.1; Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 88, 416.1, 416.2, 417.1.1, 417.1.2, 417.1.3, 417.1.4, 418.1, 418.3-cü maddələrinə; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyası iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin şəxslərin iddiasının təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, üçüncü şəxs İlqar Əliyev tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adlarına verilmiş xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, digər etibarnamə və notarial ərizələrlə bağlı aparılan əməliyyatların iddiaçılarla hər hansı bağlılığı yoxdur. Belə olan halda, iddiaçıların xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, iddia tələbində etibarsız hesab edilməsi tələb edilən digər etibarnamə və notarial ərizələr barəsində iddia qaldırmağa subyektiv hüquqlarının mövcud olmaması, həmin sənədləri mübahisələndirmək hüququnun yalnız onları verən İlqar Əliyevə məxsus olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı diqqəti "M.Bağırovun şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına da cəlb edir.X28 Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, iddiaçıların tələblərində qeyd etdikləri digər etibarnamə və notarial ərizələrin etibarsızlığı barədə, onları vermiş şəxs özü müstəqil tələb irəli sürən şəxs qismində iddia vermişdir. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin mənəvi zərərlə bağlı iddiasının təmin edilməyən hissəsində gəlinən nəticə də əsaslı olmuşdur. Belə ki, qətnamədən görünür ki, iddiaçılar və üçüncü şəxs cavabdehlərin hərəkətləri nəticəsində onlara mənəvi zərər vurulmasını təsdiq edən hər hansı sübut təqdim etmədiklərinə görə apelyasiya instansiyası məhkəməsi həmin iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçıların mənəvi zərərlə bağlı iddiası üzrə əlavə olaraq onu da qeyd edir ki, hazırki işin halları baxımından onların mənəvi zərər tələbi iddialarının birinci hissəsi - ərizə və etibarnamələrin etibarsız hesab edilməsi ilə əlaqəlidir. Apellyasiya instansiyası məhkəməsi də qeyd edildiyi kimi xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, onların tələblərində göstərdikləri digər etibarnamə və ərizələrin etibarsızlığı barədə iddianı rədd etmişdir. Üçüncü şəxs tərəfindən verilən və etibarsız hesab edilən xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr üzrə isə cavabdehlərin iddiaçılara hansı formada mənəvi zərər vurmasını isə iddiaçılar sübut edə bilmədiyinə görə apellyasiya instansiyası məhkəməsi həmin tələbi tələb təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də iddianın təmin edilməyən hissəsində iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissələrdə yuxarıda göstərilənlərə əsasən dəyişdirilmədən saxlanmalıdır. Bununla belə, Cavabdeh4 kassasiya şikayəti üzrə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbində göstərilən 13 sayda - 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Müstəqil tələb sürən üçüncü şəxs İlqar Əliyev Cavabdeh4 aid yuxarıda qeyd edilən ərizələrin etibarsız sayılması barədə tələbini belə əsaslandırıb ki, cavabdeh məsuliyyətdən boyun qaçırmaq məqsədilə hüquqdan sui-istifadə edərək ona əsassız və həqiqətə uyğun olmayan məlumatlar verməklə, mahiyyəti tam bildirilmədən, hüquqi nəticəsi gizlədilməklə əsassız ərizələr imzalatdırmış, eləcə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi (Cavabdeh4 aid ərizələr də bu müddətlər daxilində verilib) verilən ərizə və etibarnamələri başqa məqsədlə vermiş, lakin Cavabdeh4 məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etmişdir. Üçüncü şəxsin iddia ərizəsinin məzmunundan görünür ki, o, həm aldadılmaya (cavabdehin əsassız və həqiqətə uyğun olmayan məlumatlar verməklə), həm də yanılmaya (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi verilən ərizə və etibarnamələr mahiyyəti tam bildirilmədən verilib) istinad etmişdir. Mülki Məcəlləyə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. (MM, 339.2, 339.3- cü maddələr) Mülki Məcəllənin 347.2-ci maddəsinə görə isə vacib əhəmiyyətli yanılma o hallardır ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəyib; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv edib və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmayıb. Qeyd edilən hallar əqdin etibarsızlığının müstəqil olmaqla, fərqli əsaslarıdır. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinin mənasına görə şəxsin əqd bağlamaq niyyəti əvvəlcədən olmur və bu niyyət digər tərəfin onu aldatması nəticəsində yaranır, aldatma olmasaydı, şəxs əqd bağlamaz və ya əqdi özünün istədiyi başqa şərtlərlə bağlayardı. Vacib əhəmiyyətli yanılmada isə şəxsin qabaqcadan əqd bağlamaq niyyəti olur, sadəcə o, Mülki Məcəllənin 347.2-ci maddəsində sadalanan hallar üzrə yanılaraq, niyyətində tutduğu əqdi deyil, başqa əqdi bağlayır. Bundan əlavə, aldadılma əsası ilə əqdin etibarsızlığında əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu istənilən hal əsas götürülə bilrəsə, yanılmada isə hər bir yanılma deyil, vacib yanılma halı olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, yanılma əqdin bağlanması anında mövcud olmalıdır. Yanılma yanılan şəxsin özünün təqsirindən də ola bilər, məsələn, lazımi ehtiyatlılıq göstərməməsi və s., üçüncü şəxslərin hərəkətlərindən və digər hallardan da yarana bilər. Lakin yanılmada əqdin digər tərəfi (və ya digər tərəfin təmsilçisi) təqsirlidirsə, bu zaman əqdin aldadılma əsasında etibarsızlığı nəzərdən keçirilə bilər. Bu əsaslardan hər hansı biri ilə və ya hər iki əsasla müqavilə mübahisələndirilirsə, bu əsasların mövcudluğunu sübut etmək vəzifəsi də mübahisələndirən tərəfin üzərinə düşür. İddia ərizəsindən görünür ki, iddiaçı aldadılmasını (kassasiya baxışının predmeti olan əqdlər üzrə) ümumi sözlərlə ifadə etmiş, konkret olaraq kim tərəfindən, hansı formada aldadılması barədə heç bir əsas göstərməmiş və buna dair hər hansı sübuta istinad etməmiş, üstəlik, cavabdehin (Cavabdeh4) axtarışda olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi isə üçüncü şəxsin aldadılma ilə bağlı dediyi dəlillər yönündə hər hansı qiymətləndirmə aparmamış, üçüncü şəxsin konkret hansı əsasla aldadılma, yanılma və ya hər iki əsasla ərizələri mübahisələndirməsinə aydınlıq gətirməmiş və bu məsələ, ümumiyyətlə, açıq qalmışdır. Eləcə də üçüncü şəxs yanılmasını da ümumi sözlərlə ifadə etmiş, yanılmışdısa, yanılmasının əsaslarını, əslində hansı məzmunda ərizə vermək niyyətində olduğunu göstərməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsində göstərdiyi halları qeyd etmiş və sonda Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə yalnız istinad etməklə kifayətlənərək, üçüncü şəxs tərəfindən verilən Cavabdeh4 aid ərizələrin etibarsız olması nəticəsinə gəlmişdir. Cavabdeh4 aid etibarsız hesab edilən 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrdə üçüncü şəxs iradəsini müxtəlif məzmunlarda (iddia tələbindən imtina, şikayətdən imtina və s.) ifadə etmişdir. Həmçinin həmin ərizələr müxtəlif vaxtlarda verilmişdir. Belə olan halda, mübahisənin düzgün həlli baxımından Cavabdeh4 axtarışda olması, ərizələrin müəyyən fasilələrlə ayrıayrı vaxtlarda verilməsi də nəzərə alınmaqla üçüncü şəxsin ərizələri verərkən hər dəfəmi yanılıb-yanılmaması, həmin ərizələri əslində hansı niyyətlə vermək istədiyi, onun yanılmasına nəyin və ya kimin təsir etməsi, onun iradə ifadəsinin əslində nəyə yönəlməsi, lakin yanılaraq niyə görə ərizələrdə qeyd edilən məzmunda iradə bildirməsi, ərizələrin məzmununda yanılmışdısa, bunun vacib əhəmiyyətli yanılma olması müəyyən edilməli idi. Halbuki birinci instansiya məhkəməsinin iddianın təmin edilmə əsası kimi istinad etdiyi Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinin dispozitiv şərti məhz həmin halların müəyyən edilməsini tələb edir. Hazırki işdə isə həmin hallar müəyyən edilməyib. Başqa sözlə, Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə əsasən əqd etibarsız sayılırsa, həmin maddələrdə sadalanan dispozitiv şərtlər müəyyən edilməli idi. Bu hallar müəyyən edilmədən iddianın qeyd edilən normalar əsasında etibarsız sayılması maddi hüquq normasının pozuntusunu göstərir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları göstərilməlidir.Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də qeyd edilən hallara diqqət yetirməmiş, birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamış, əlavə olaraq yalnız əqdin etibarlı olması şərtlərini qeyd edib həmin şərtlərin də hazırki işə tətbiqinə qiymət verməməklə hüququn tətbiqində yol verilmiş səhvi aradan qaldırmamışdır. Bu da göstərir ki, apellyasiya instansiyası məhkəməsi də hüququn tətbiqində səhvə yol vermişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 aid ərizələrin etibarsız sayılması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda göstərilənlərə əsasən ləğv edilməli, işə həmin hissədə yenidən baxılmalıdır. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməməli, iddia tələblərinin təmin edilməyən hissələrində qətnamə dəyişdirilmədən saxlanmalı, Cavabdeh4 kassasiya şikayəti qisməm təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması) hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

9. Apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürən üçüncü şəxs X62 xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2994/22 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsinin 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması hissəsində də dəyişdirilmədən saxlanılması barədə qətnamə» qəbul edilməsini xahiş etmiş və ərizədə qeyd etmişdir ki, o - X62, akademik mərhum atası X54 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün Moskva şəhərində yerləşən N.N.Bloxin adına X39 Mərkəzinin akademiki, tanınmış onkoloqu X6 rəhbərliyi ilə həmin xəstəxananın həkimi X13, Azərbaycan Tibb Universitetinin rektoru, X84 Akademiyasının və X17 xarici üzvü onkoloq Əhliman Əmiraslanov tərəfindən və X69, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Cəmil Əliyevin həkimliyi və nəzarəti altında 2000-ci ildən cərrahiyyə əməliyyatı olmuşdur. Bugün də həmin şəxslərə böyük hörmətlə təkrar olaraq bir daha öz minnətdarlığımı bildirir. Atasının yanında özü olmuşdur. Həmin ərəfədə onların şirkətin işçisi olan əvvəllər feldşer, sonradan mama-ginekoloq olan Cavabdeh4 cərrahiyyə əməliyyatından sonra atamın sarğılarının dəyişdirilməsində iştirak edib. Cavabdeh4 mərhum atasının köməkliyi ilə tibb elmləri namizədi səviyyəsinə, eləcə də onun köməkliyi ilə və dəstəyi ilə professor səviyyəsinə qalxmışdır. Lakin buna baxmayaraq Cavabdeh4, KİV-də və cəmiyyətdə özünü Prezident Ailəsinin, eləcə də atası Aqil Əliyevin şəxsi həkimi, guya sirdaşı və cərrahı olmasını yalandan təbliğ etməklə özünə uzun illərdir imic yaradır və bu gündə saxta təbliğatı və iyrənc hərəkətlərini davam etdirir. Hansı ki, onun atasının yüz minlərlə tələbəsi olub. Necə ola bilər ki, 1982-ci ildə İİ kursda oxuyan tələbə atasının sirdaşına çevrilsin? Bu kimi yalançı kəlmələri ilə o oğurladığı milyonlarla vəsaiti pərdələyir. Həmçinin Cavabdeh4 KİV-də bildirir ki, atam Aqil Əliyevlə şirkətlər qurub. Hansı ki, Bakıda evi olmayan, kirayədə yaşayan, dəyəri min manat olan VAZ 2106 olan adam necə atası Aqil Əliyevlə şirkət qura bilərdi? Bunlar hamısı Cavabdeh4 məqsədli və çirkin niyyətlərindən doğan fikirləridir. Həmçinin bildirir ki, o, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizə ilə də bildirmişdir ki, uzun illərdi ki, qardaş bildiyi və hazırda da qardaş münasibətində olduğu İddiaçı1 ilə birgə fəaliyyət göstərərək mərhum atam Aqil Əliyevdən miras qalmış cəmiyyət, şirkət və digər daşınmaz əmlakları dəyərləndirərək yüksək nəticə əldə etmişlər. Artıq 6 ildən çoxdur ki, təsisçi olduğu şirkətlərin bir qismi investor, oğlum İddiaçı2 tərəfindən dəstəklənir və şirkətlər inkişaf edərək əsası X88 Əliyev tərəfindən qoyulmuş uğurlu siyasətə dəstək olmağa çalışır. İnanır ki, bundan sonra da özünə qardaş bildiyi İddiaçı1la və oğlu İddiaçı2lə birgə böyük uğurlara imza atacaqlar. Göründüyü kimi, məqsəd və niyyəti yeni iş yerləri açaraq X29 Cənablarının yürütdüyü uğurlu siyasətə dəstək olmaqdır. Lakin çox təəssüflər olsun ki, uzun müddət göstərdiyi etimaddan, dəstəkdən sui-istifadə edərək təsadüf nəticəsində əsası atası Aqil Əliyev tərəfindən qoyulmuş cəmiyyətlərdə 25 manatla təsisçi olmuş, bu gün barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 179, 308, 192, 213 və 147.2-ci maddələri ilə müxtəlif istintaq orqanlarında cinayət təqibi aparılan, axtarışda olan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə borclu olan Cavabdeh4 və onun başçılıq etdiyi dəstə üzvüləri, Cavabdeh5, X31, Cavabdeh6, X32, eləcə də hüquqdan sui-istifadə edərək onlara məsuliyyətdən boyun qaçırmalarına hüquqi yardım edən digər şəxslər ona əsassız və həqiqətə uyğun olmayan məlumatlar verərək bir neçə vəkilə etibarnamə verilməsinə “nail” olmuş, bundan əlavə ona mahiyyəti tam bildirilmədən, hüquqi nəticəsi gizlədilməklə əsassız ərizələri imzalatdıraraq hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli orqanlara göndərərək çaşqınlıq yaratmışlar. Həmçinin müsavat yönümlü KİV-də vasitələrində əsassız, şər və böhtan xarakterli məlumatları dərc etdirərək, həmçinin çıxış edərək məsuliyyətdən boyun qaçırmağa çalışmışlar. Bundan əlavə, Vəkillər Kollegiyasının üzvləri - vəkillər: Vəkil3 onun hüquqlarının müdafiəsinə dair müvafiq orderlərlə müxtəlif instansiyalarda özlərini onun vəkili kimi təqdim edərək, onu təmsil edib. Həmin vəkil tərəfindən ona etibarnamə verilərkən nəzərdə tutulmuş tapşırıqlarını düzgün yerinə yetirməmiş, onun adımdan sui-istifadə edərək, iradə ifadəsini əks etdirməyən və ona məxsus olmayan fikirlərlə, iddialarla, ərizələrlə, şikayətlərlə o cümlədən onun adına olan asan imzadan sui-istifadə edərək müxtəlif orqanlara müraciətlər etmişdir və bu da hüquq-mühafizə orqanlarında və məhkəmələrdə yanlış fikir və çaşqınlıq yaratmaq məqsədi daşımışdır. Halhazırda tərəfindən həmin vəkilə verilmiş bütün etibarnamələr ləğv edilmişdir. Uzun illər ona doğru-düzgün və vicdanla hüquqi xidmət göstərən yalnız bir vəkil “Mərkəz” Vəkil Bürosunun direktoru Vəkil1 olmuş və hazırda da onun hüquqlarını Vəkil1 müdafiə edir. Bundan başqa, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək adından verilmiş ərizələr və etibarnamələrin məhkəmə qaydasında etibarsız hesab olunması barədə tərəfindən iddia tələbi irəli sürülmüşdür. Birinci və Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbim təmin olunsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-3/2025 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması) hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-3/2025 saylı qərarının 65 və 66-cı bəndində göstərilmişdir ki, “Belə olan halda, mübahisənin düzgün həlli baxımından Cavabdeh4 axtarışda olması, ərizələrin müəyyən fasilələrlə ayrı-ayrı vaxtlarda verilməsi də nəzərə alınmaqla üçüncü şəxsin ərizələri verərkən hər dəfəmi yanılıb-yanılmaması, həmin ərizələri əslində hansı niyyətlə vermək istədiyi, onun yanılmasina nəyin və ya kimin təsir etməsi, onun iradə ifadəsinin əslində nəyə yönəlməsi, lakin yanılaraq niyə görə ərizələrdə qeyd edilən məzmunda iradə bildirməsi, ərizələrin məzmununda yanılmışdısa, bunun vacib əhəmiyyətli yanılma olması müəyyən edilməli idi. Halbuki birinci instansiya məhkəməsinin iddianın təmin edilmə əsası kimi istinad etdiyi Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinin dispozitiv şərti məhz həmin halların müəyyən edilməsini tələb edir. Hazırki işdə isə həmin hallar müəyyən edilməyib. Başqa sözlə, Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə əsasən əqd etibarsız sayılırsa, həmin maddələrdə sadalanan dispozitiv şərtlər müəyyən edilməli idi. Bu hallar müəyyən edilmədən iddianın qeyd edilən normalar əsasında etibarsız sayılması maddi hüquq normasının pozuntusunu göstərir. ” Xüsusilə qeyd edir ki, Ali məhkəmənin qeyd olunan mövqeyi ilə bağlı bildirmək istəyir ki, Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə onu aldadaraq ona vurduğu milyonlarla manat məbləğində ziyanın həmin ərizələrin müqabilində ödəyəcəyinə söz vermiş, lakin heç bir ödəniş aparmamışdır. Bu səbəbdən də, tərəfindən xx.xx.2022-ci il tarixdə həmin ərizələr və etibarnamələr notarial qaydada ləğv edilmişdir. Buna baxmayaraq, Cavabdeh4 və onun başçılıq etdiyi dəstə öz çirkin niyyətlərinə uyğun hərəkətlər edərək və məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etmişlər. Hazırki iddia tələbi də məhz o məqsədlə qaldırılmışdır ki, cavabdehlər məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etməsinlər. Çünki, sonradan ona məlum olmuşdur ki, Cavabdeh4 və onun başçılıq etdiyi dəstə sözügedən ərizə və etibarnamələrlə ona xüsusilə külli miqdarda maddi ziyan vurmuşlar.

10. Cavabdeh4 xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, ilk öncə tam yəqinliklə bildirmək istərdi ki, İlqar Əliyevin adından Sizə ünvanlanmış xx.xx.2025-ci il tarixli Ərizə təşkil və tərtib edən İddiaçı1 və onun əlbir olduğu şəxslərdir ki, onların da barəsində xx.xx.2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə İddiaçı1 xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə ona həmin Məcəllənin 296.2, 320.2 və 29,178.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və iş üzrə istintaq təqsirləndirilən şəxsin axtarışı ilə dayandırılmışdır. İş üzrə xx.xx.2021-ci il tarixdə X42 və X48 Azərbaycan Respublikası CM-in 296.2, 320.2 və 29,178.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə onların həbsdə saxlanılma müddəti başa çatmış, bu səbəbdən həmin tarixdə barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.xx.xx.2022ci il tarixdə X14 Azərbaycan Respublikası CM-in 296.2, 320.2 və 29,178.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin onun olduğu yer məlum olmadığından, barəsində həmin tarixdə axtarış elan edilmişdir. Adı gedən şəxslərin ittiham edildiyi cinayət əməlləri ona və ailə üzvlərinə qarşı qəsdən təşkil edilmişdir, məqsəd haqqlı mübarizəsindən onu soyutmaq, çəkindirmək və hətta həyatına son qoymaqdır. Bildirir ki, hələ də rəsmi sənədlər üzərində şəriki kimi gedən İddiaçı1 faktiki 2015-ci ildən məlum "Beynəlxalq Bank hadisələrindən" başlayaraq, onu təsisçisi olduğu bütün müəssisələrin idarə edilməsindən, onlardan dividentlər əldə edilməsindən, ona xüsusi mülkiyyət hüquqi ilə məxsus olan əmlakların idarə və istifadə edilməsindən, qeyri - yaşayış sahələrindən gəlir əldən edilməsindən tam məhrum etmişdir. İttiham edildiyi cinayət əməlləri üzrə cinayət təqibinin aparılmasına, cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılmasına, mötəbər sübutların əldə edilməsinə, obyektiv və hüquqi həqiqətin üzə çıxarılmasına, qanuni və əsaslı qərarın qəbul edilməsinə, ədalətin qələbəsinə birbaşa maneçilik törətmək məqsədilə sözügedən şəxslər başda məhz İddiaçı1 olmaqla, barəsində yalan, həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini qəsdən və nəlayiq formada alçaldan, heç bir hüquqi əsası olmayan məlumatları Sizə, İlqar Əliyevin adından ərizə şəklində göndərməkdə məqsədi barəsində yanlış fikir formalaşdırmaq, illərlə cəmiyyətdə, ailə və qohumları arasında, iş camiyəsində və elm xadimləri, o cümlədən dövlətimizə canla-başla xidmət edən dövlət məmurları arasında qazanmış olduğum nüfuzuna zərbə vurmaq, onu məqsədli şəkildə alçaltmaq, hörmətdən salmaq, mənəvi baxımdan əzməkdir. Belə ki, o- Cavabdeh4 1982-ci ildən Əliyevlər ailəsinə vicdanı, namusu, sədaqəti ilə xidmət etmiş, dövlətə və dövlətçiliyimizə daima sadiq olmuşdur. Geridə qalan illərdə, o cümlədən bugün də o, dostluğuna heç bir zaman kölgə salınmasına imkan verməmişdir. İllər ərzində rəhmətlik X88 Əliyevdən, mərhum akademik Aqil Əliyevdən, cənab X29dən özünə qarşı daim hörmət və ehtiram görmüşdür. Akademik Aqil Əliyevlə olan müəllim, dost, iş və yol yoldaşlığım sonradan sirdaşlığa qədər yüksəlmişdir. Ömrünün sonuna qədər də həkimi olaraq da daim qayğısını çəkmiş və bunun müqabilində zərrə qədər də maddi maraq güdməmişdir. Onun alim kimi yetişib, ərsəyə gəlməyimdə, insan kimi formalaşmağında Əliyevlər ailəsinin, xüsusən də mərhum akademik Aqil Əliyevin məxsusi yeri olmuşdur. Sonrakı müddətdə, 2008-ci ildə İlqar Əliyevin sağlamlığında yaranan problemlərlə bağlı 7 ilə yaxın dünyanın bir çox tibb mərkəzlərini onunla bərabər gəzmiş, İlqar Əliyevin yüksək səviyyəli tibbi xidmətlə təmin edilməsində bütün əlaqələrindən istifadə etmiş, bütün tibbi bilik və bacarığını ortaya qoymuş və şükürlər olsun ki, onu sağlamlığına yenidən qovuşdura bilmişdir. Lakin hazırda İlqar Əliyevin adından yazılmış ərizəni oxuduqda, orada əks olunan fikirlər onda təəssüf hissi doğurur. X89 çox gözəl bilir ki, onun ağır xəstəlikdən yenidən həyata qaytarılmasında onun əziyyəti, çabaları və əzmi danılmazdır. Bu illərdə Aqil müəllimin rəhmətə getməsi, İlqar Əliyevin sağlıq problemlərinin olması, daha sonra 2007-ci ildə 21 yaşlı gənc qızının rəhmətə getməsi, təsisçisi olduqları şirkətlərdə faktiki rəhbərliyin təkbaşına şəkildə İddiaçı1 tərəfindən həyata keçirilməsi üçün zəmin yaratmışdır. 2015-ci ildən başlayaraq problemli "Beynəlxalq Bank" işində, bank kreditlərində İlqar Əliyevin adının hallanması və bu məsələnin araşdırılması gedişində cinayət təqibi orqanlarının təsisçisi olduqları şirkətlərlə maraqlanması onu ciddi narahat etmişdir. Qeyri-rəsmi verilmiş göstəriş əsasında apardığı araşdırma yekununda əldə etdiyi nəticələr yekununda ailəsinin, qohumlarının, yaxınlarının İddiaçı1 və onun adamları tərəfindən əsl təhdid, şər, böhtan günləri başlamışdır. Məlum olmuşdur ki, kreditlər bilavasitə İddiaçı1 rəhbərliyi altında götürülərək israf olunmuş, götürülmə təyinatı üzrə xərclənməmiş, götürülməsi zamanı saxtakarlıqlara yol verilmişdir. Həmin zaman həmçinin məlum olmuşdur ki, İddiaçı1 nəinki kreditləri, eyni zamanda şirkət gəlirlərindən ona düşən xüsusi ilə külli miqdarda pul vəsaitlərini mənimsəmişdir. Onun pis əməllərinin araşdırılmasını, onu və İlqar Əliyevi aldadaraq mənimsədiyi xüsusi ilə külli miqdarda pul vəsaitlərini geri qaytarılmasını tələb etdiyinə görə ona qarşı çirkin əməllərini işə salaraq, özümə, ailə üzvlərinə və qohumlarına qarşı qarayaxma kompaniyalarını təşkil etmiş, bizləri təqib edərək, təhdid və təzyiqlər altında rəsmən əzməyə və yox etməyə çalışmış və hələ də çalışmaqdadır. İddiaçı1 təşkilatçılığı ilə atılmış ən iyrənc addımlardan biri 21 yaşında dünyasının dəyişmiş gənc qızı Nigar Şahbazlının qəbirüstü abidəsinə düzəldən heykəltəraşı 10 il sonra taparaq, onu müxtəlif vasitə və yollarla şirnikləndirib ona qarşı şikayət ərizələri ilə müxtəlif instansiyalara müraciətlər etməsinə nail olması olmuşdur. Düzdür cinayət-təqibi orqanları tərəfindən həmin şikayətlərə qanuni qiymət verilmiş və ədalət öz yerini tapmışdır, amma görünən odur ki, İddiaçı1 bu hallar qane etmir. Qeyd etmək istəyir ki, ilkin ixtisası "Anestezioloq və reanimatoloq" olsa da, tibbi təhsilimi davam etdirmə, elmi araşdırmalar aparılması və üzərində daima və ciddi-cəhdlə işləmə sayəsində "Ümumi cərrah, onkoloq", daha sonra və hazırda "Mamalıq və Ginekologiya üzrə X69, Professoru" adını qazanmışdır. İddiaçı1 təşkil etdiyi bütün müraciətlərdə rişxəndlə qeyd etdiyi "Mamalıq və Ginekologiya" ixtisası üzrə minlərlə qadının ana olmasına, həyatı təhlükəsinin aradan qaldırılmasına, bu sahədə mövcud praktiki problemlərin elmi konfranslarda müzakirəsinə, bu sahənin tibbi ixtisasına yiyələnmiş gənclər arasında təbliğinə və uğurlu inkişafına danılmaz töhfələr vermişdir. Respublikasımızın elə bir rayonu yoxdur ki, orada təmənnasız ən ağır cərrahi əməliyyatlar icra etməsin. Elm xadimi kimi iki monoqrafiya, iki dərs vəsaitinin, 80-dən çox elmi məqalənin, 8 elmi yeniliyin müəllifidir. Dünyada irsi faktorla, sonradan qazanılmış faktorların birgə ana ölümlərinin əsas patologiyasının araşdırılmasını edən yeganə alimlərdəndir. Azərbaycanda ilk dəfə hamiləlik zamanı istmiko-servikal çatışmazlığın (daxili dəlik) aradan qaldırmasını, həmin sahənin dünyada ilk dəfə autoplastik üsulla bərpası əməliyyatını etmiş alim həkimdir. Yetişdirdiyi yüzlərlə tələbə bugün həkim kimi insanların xidmətində dayanır. Əməliyyat edərək həyatını xilas etdiyi, ana adını qazandırdığı qadınlar, onların yaxın qohumları bugün də ona təşəkkür məktubları göndərir, adına təriflər və alqışlar yağdırırlar. Bugün əleyhimə hər cür iyrənc addım atan və böhtanlar yağdıran İddiaçı1 doğma qardaşını ağır vəziyyətdə Mərkəzi Klinikanın reanimasiya şöbəsindən xüsusi qaydada Türkiyə Respublikasının İzmir şəhərinə aparılmasına, ona düzgün təcili-tibbi müdaxilənin edilməsinin təşkilinə, həkim kollektivinin yay tətilində olmasına baxmayaraq acil şəkildə işə çağırılmalarına, konsiliuma gətirilməsinə, diaqnozların qoyulmasına nail olmağına, sonunda qardaşının ölümdən dönərək, sağ-salamat vətənə qayıtmasına nail olmuşdur. Bugün ona rişxədlə "Mama-Ginekoloq" deyə müraciət edən İddiaçı1 oğul övladı sahibi olmasında birbaşa onun tibbi müdaxilə və səyi olmuşdur. Elmi fəaliyyəti ilə yanaşı ölkəmizin xaricdə tanınması, bu istiqamətdə dövlətimizin siyasətinə dəstək naimə müxtəlif televiziya kanallarında, habelə elmi konfranslarda çıxışları mövcuddur. Xalqımızın cənab X18 ətrafında sıx birləşərək, İ Qarabağ müharibəsi gedişində itirmiş olduğumuz doğma torpaqlarımızı qaytarması, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində aparmış olduğu 44 günlük İİ Qarabağ müharibəsi gedişində yağı düşmənə qarşı aparılan informasiyası mübarizəsində də əlindən gələni etmiş, Türkiyə Respublikası telekanallarına dəvət alaraq, ölkəmizin apardığı şərəf mübarizəsinin əsl məzmunu barədə geniş müzakirələrdə yaxından iştirak etmişdir. Bu sahədə oğlu Cavabdeh6 ABŞ Konqresində, onun komitələrində, müxtəlif dövlət xadimləri arasında apardığı təbliğat-təşfiqat kompaniyaları da danılmazdır. Vüqarın bu fəaliyyətinə dair ölkəmizin televiziya kanalları olan "RealTV", "AzTV" kanallarında müvafiq reportajlar hazırlanaraq, efirə verilmişdir. Sadaladıqlarına baxmayaraq,o və ailəsi həyatlarına real təhlükə yaranması səbəbindən illərdir ki, ölkə hüdudlarından kənarda, öz doğma el-obalarından, ev-eşiklərindən ayrı yaşamağa məcbur edilmişlər, ölkə xaricində yaşamalarının başlıca səbəbi İddiaçı1 və onun əlaltılarının polis, prokurorluq, məhkəmə və digər dövlət qurumlarına saysız-hesabsız yalanlarla dolu şikayətləri, evlərində yaşamağa törətdiyi maneyələridir. Bütün daşınaz və daşınmaz əmlakları bugündək onun əsirliyindədir. Təkcə 2016-cı ilə Bakı şəhər Baş Polis İdarəsində 16 nəfərin şikayəti üzrə cinayət işinin başlanmasinin rədd edilməsi, Bakı şəhəri Nəsimi və Nizami rayonları Polis İdarələrinin saysız hesabsız qərarları bunun bariz nümunəsidir. Əminliklə qeyd edir ki, müraciət İddiaçı1 xəstə təxəyyülünün məhsuludur. İlqar Əliyevin ərizədəki imzadan xəbəri belə yoxdur. Ərizədə göstərilən Cavabdeh4 barəsində istintaqı aparılan cinayət işləri fakta görə, vaxtilə İddiaçı1 tərəfindən verilmiş saxta sənədlər əsasında başlanılmış və icraatı dayandırılmışdır. Misal üçün, vergi cinayətində ittiham edilməyimə əsas olmuş sənəd səyyar vergi yoxlamasının aparılması üçün əsas olmuş akt uzun illər məhkəmə araşdırılması yekununda əsassız və qanunsuz olması səbəbindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və hazırda qarşı tərəfin qərardan vermiş olduğu apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmaqdadır. Halbuki, İddiaçı1 özünün ittiham edildiyi cinayət əməllərini bu cür çirkin yazılarla ört-basdır etmək istəyir. Belə ki, "xxxx" MMC-yə məxsus Riyad ticarət mərkəzində 2300 mağazanın taleyi, 4 ədəd 16 mərtəbəli, 1 ədəd 21 mərtəbəli hündür mərtəbəli binaların, 900 hektar Şamaxı və Ağsu rayonları ərazilərində yerləşən torpaq sahələrinin, Sabunçu rayonunda 2 hektar ərazidə Avropa standartına uyğun tikilmiş dərman depolarının, Dərman zavodunun sadalaya bilmədiyi bir çox yaşayış və qeyri yaşayış sahələrini özünün və yaxınlarının adına rəsmiləşdirmişdir. Əmlakların bir çoxlarını isə İddiaçı2 adına keçirərək öz əməllərini pərdələmişdir. Bildirir ki, nə ərizədə göstərilən tarixlərdə, nə onadək olan 7-8 il ərzində, nə də ondan sonra o, İlqar Əliyevlə ünsiyyətdə olmamış, onunla danışmamış, ondan nəsə xahiş etməmiş, ona nəsə söz verməmiş, onun qarşısında hər hansı öhdəlik götürməmişdir. Aralarında olan məhkəmə çəkişmələrindən həmin dövrdə xəbərdar olan İlqar Əliyev şəxsən öz təşəbbüsü ilə müxtəlif zamanlarda bir neçə notariat ofisinə gedərək, məhz özü tərəfindən tərtib edilmiş notarial ərizələri təsdiq etdirərək, onlar aidiyyatı üzrə göndərmişdir. Nə o, nə ailə üzvləri, nə qohumları və nə də ki, hüquqlarını müdafiə edən vəkilləri İlqar Əliyevə hər hansı ərizənin tərtib edilməsində yardım etməmiş, ondan belə bir xahişdə bulunmamışlar. Bir daha qeyd edir ki, həmin ərizələr İlqar Əliyevin öz tərəfindən onun adından məhkəmələrdə saxta əsaslarla yalançı və özündə həqiqəti əks etdirməyən iddia ərizələrinin mövcudluğunu öyrəndikdən və bu halın illərdir davam etməsindən sonra bir neçə notariat ofisinə gedərək tərtib edilmişdir, bu işdə yuxarıda göstərilən şəxslərdən bir kimsə ona yardım etməmiş, ricada bulunmamış və hətta həmin ərizələrin tərtibi zamanı belə İlqar Əliyevin yanında olmamışlar. Necə ola bilər ki, o, ərizədə qeyd edildiyi kimi axtarışda olsa da, İlqar Əliyevlə görüşüb danışmış və üstəlik ona söz də vermişdir? Bütün bunlar həqiqəti əks etdirmir. İddiaçı1 etdiyi çirkin əməlləri saymaqla bitməz. O öz çirkin əməllərini yerinə yetirərkən bəzən məhkəmə hakimlərini də öz əməllərinə ortaq etməyi bacarır. Lakin onu da danmaq olmaz ki, ədalətin zəfər çalmasına öz tövsiyələrin vermiş hakimlərimiz də vardır. Elə hazırki icraatınızda olan bu işin özü də Ali Məhkəmədə tam, obyektiv və hərtərəfli araşdırılaraq, yenidən apellyasiya baxışına göndərilmişdir. İnanır ki, Siz də ədalət və cəsarət nümayiş etdirərək, qanuni və əsaslı qətnamə qəbul ediləcəkdi. Məxsusi olaraq, qeyd edilməlidir ki, məhkəmə sistemndə aparılan hüquqi islahatlar əsassız və qanunsuz məhkəmə qərarlarını ali instansiyadan keçirməsi hallarının tamamilə azalmasına səbəb olmuşdur. Bu yerdə İddiaçı1 şəxsən o - Cavabdeh4 dediyi bir cümləni sizin diqqətinizə çatdırmaq istərdi. Mübahisə əsnasında İddiaçı1 şəxsən onun özünə bildirmişdir ki, "Sənin Əliyevlər ailəsinə sədaqətin, mənimsə pulum, görək hansı qalib gələcəkdir?!" Müraciətdə göstərilən cəfəngiyatlara qəti şəkildə inanmadan, tərəf olduğu iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın aparılması və yekunda ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir.

11. X62 xx.xx.2025-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət etmiş və əlavə olaraq qeyd etmişdir ki, xüsusilə qeyd edir ki, Ali məhkəmənin qeyd olunan mövqeyi ile bağlı bildirmək istəyir ki, Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə onu şəxsən və nümayəndələri vasitəsi ilə aldadaraq, özünün nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda, o cümlədən 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455,19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin verilməsini xahiş etmiş və bunun müqabilində ona vurduğu milyonlarla manat məbləğində ziyanı ödəyəcəyinə söz vermişdir. Lakin bundan sonra Cavabdeh4 tərəfindən ona vurulmuş ziyanla bağlı heç bir ödəniş aparmamışdır. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə həmin ərizələri və etibarnamələri notarial qaydada ləğv etmişdir. Buna baxmayaraq, Cavabdeh4 və onun başçılıq etdiyi şəxslər öz çirkin niyyətlərinə uyğun hərəkətlər edərək və məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etmişlər. Lakin bütün hüquq mühafizə və məhkəmə orqanlarına həmin ərizələrin nəzərə alınmaması və ərizələrin ləğv olunması ilə bağlı müraciətlər edərək mənim Cavabdeh4 və digər şəxslərə qarşı olan iddia tələblərinə, şikayətlərinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hazırki iddia tələbi də məhz o məqsədlə qaldırılmışdır ki, cavabdehlər məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etməsinlər. Çünki sonradan ona məlum olmuşdur ki, Cavabdeh4 və onun başçılıq etdiyi dəstə sözügedən ərizə və etibarnamələr ilə ona əlavə olaraq xüsusilə külli miqdarda maddi ziyan vurmuşlar. Bundan əlavə, bildirir ki, Cavabdeh4 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu da əsassızdır və onun təfəkkürünün uydurmasıdır. Həmin məktub növbəti dəfə onun barəsində hüquq mühafizə orqanlarına müraciət etmək üçün əsasdır. Tam əminliklə bildirir ki, Cavabdeh4 və digər şəxslərə qarşı məhkəmələrdə onun adından qaldırılan iddia tələblərindən, xüsusi ittiham qaydasında verilmiş şikayətlərdən, məhkəmə aktlarından verilmiş apellyasiya və kassasıya şikayətlərindən, hüquq mühafizə orqanlarına verilmiş şikayətlərdən, o cümlədən hazırki iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli ərizədən xəbərdardır və həmin sənədləri şəxsən imza etmişdir. Xüsusilə qeyd edir ki, Cavabdeh4 (TC :**********4) , arvadı X31 (TC 380788) və oğlu Cavabdeh6 (TC: **********4) Türkiyə Respublikasının vətəndaşlığını alaraq ad və soyadlarını dəyişdirərək barələrində gedən cinayət işlərindən, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə borclu kimi tanındıqları icra işlərindən yayınaraq sərbəst şəkildə ölkəyə, eləcə də digər ölkələrə gediş-gəliş edirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2-ci maddələri ilə təqsiriəndirlən şəxs qismində cəlb edilmiş və barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət təqibi davam edən, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 213.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində axtarış elan edilmiş, hazırda istintaqı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində davam edən Cavabdeh4 Türkiyə vətəndaşlığını alaraq (TC :**********4) ad, soyadını Şahin Turanlı kımı yazdıraraq barəsində gedən cinayət təqibindən yayınır. Cavabdeh4 arvadı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə borclu kimi tanınmış və barəsində axtarış elan edilmiş X3 vətəndaşlığı alaraq (TC: **********8) ad, soyadını X85 kimi yazdıraraq həmin paspotrla ölkəyə sərbəst giriş-çıxış edərək məsuliyyətdən yayınır. Bundan başqa, Cavabdeh4 övladı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə axtarışda olan Cavabdeh6 barəsində gedən cinayət işindən yayınmaq məqsədi ilə Türkiyə vətəndaşlığını alaraq TC(**********4) ad, soyadını Süleyman Turanlı yazdıraraq sərbəst şəkildə ABŞ-na və diger ölkələrə sərbəst şəkildə gediş-gəliş edir. Cavabdeh4, onun övladı Cavabdeh6, həmçinin arvadı X31 barələrində gedən cinayət təqibindən, eləcə də qərəzli şəkildə məhkəmə qərarlarından yayınmaq məqsədi ilə bu kimi əməllər törətməsi birinci hal deyil. Belə ki, yuxanda adları sadalanan şəxslər hüquqdan sui-istifadə edərək, eləcə də digər vasitələrə əl ataraq mötəbər tədbirlərdə guya müşahidəçi, qonaq və.s bu kimi feyk adlarla öz fotoqrafı ilə iştirak edərək müxtəlif rakuslarda çəkdirdiyi foto şəkilləri barələrində gedən cinayət işlərinə, eləcə də məhkəmə işlərinə elektron qaydada göndərərək məsuliyyətdən yayınmağa çalışmışlar. Həmçinin həmin şəkilləri istifadə etdikləri facəbook və digər sosial şəbəkələrdə payalaşaraq barələrində dırnaq arası “yüksək imic" formalaşdırmağa çalışmışlar. Məhz bu kimi əməllərə yol verdiyi üçün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə müraciətləri əsasında Cavabdeh4 barəsində araşdırma aparılmış və onun mötəbər tədbirlərə girişinə qadağa qoyulmuşdur. Böyük təəssüf hissi ilə bildirir ki, uzun müddət göstərdikləri etimaddan, dəstəkdən sui-istifadə edərək təsadüf nəticəsində təsisçisi olduqları cəmiyyətlərdə cəmi 25 manatla təsisçi olmuş, bu gün barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 179, 308, 192, 213 və 147.2-ci maddələri ilə müxtəlif İstintaq orqanlarında cinayət təqibi aparılan, axtarışda olan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlaı ilə borclu olan Cavabdeh4 və onun başçılıq etidyi dəstə üzvləri, qardaşı Cavabdeh5, arvadı X31 və oğlu Cavabdeh6 müsavat yönümlü KİV-də vasitələrində əsassız, şər və böhtan xarakterli məlumatları dərc etdirərək,həmçinin çıxış edərək məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Belə ki, Binədəqi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-395/2021 saylı qərarı ilə 01.0.4.1961-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan təqsiləndirilən şəxs Cavabdeh4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəllədinin 147.2-ci maddəsi ilə axtarış elan edilmişdir. Cavabdeh4 Azərbaycan Respublkası Dövlət Vergi xidmətinin Vergi Cinayətləriinin İbtidai Araşdırılması baş İdarəsinin İstintaq və təhqiqat İdarəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 213.1-ci maddələri ilə barəsində xx.xx.20221-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarış elan olunması haqqında qərar çıxarılmışdır. X70 xx.xx.2019-cu il tarixində Azərbaycan Respublkasının hüdudlarını tərk etməsi, yəni Türkiyə Respublikasına qaçıb getməsi müəyyən edildiyindən barəsindən dövlətlərarası və beynəlxalq axtarış elan edilmişdir. Hazırda da Cavabdeh4 İnterpol kanalları vasitəsilə tutularaq Respublikaya ekstradisiya olunması barədə tədbirlər görülməsinə qərar verilmişdir. Həmçinin, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(007)-40/2020 saylı Qərarı ilə xx.xx.1990-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan təqsirləndirilən şəxs Cavabdeh6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə axtarış elan edilmişdir. Həmçinin Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə Cavabdeh6 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna bazmayaraq, hazıda Cavabdeh4 barələrində gedən məhkəmə işlərinə yalan, həqiqətə uyğun olmyana ifadələrlə məhkəmələrə müraciət edərək hakimlərə qanunsuz təsir etməyə çalışır.

12. Cavabdeh4 xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, İlqar Əliyevin adından ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizə təşkil və tərtib edən İddiaçı1 və onun əlbir olduğu şəxslərdir ki, onların da barəsində xx.xx.2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə İddiaçı1 xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə ona həmin Məcəllənin 296.2, 320.2 və 29,178.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və iş üzrə istintaq təqsirləndirilən şəxsin axtarışı ilə dayandırılmışdır. İ.Əliyevin adından Notarial ərizənin məhz İddiaçı1 tərəfindən tərtib və təşkil edilməsinin bariz sübutu onun bundan əvvəlki ərizəyə yazdığı müraciətindən sonra məzmunu bir az da eybəcərləşdirilmiş, onun və ailəsinin şərəf və ləyaqətini nəlayiq formada alçaldan, həqiqətə uyğun olmayan məlumatlarla zənginləşdirilmiş ikinci ərizənin verilməsidir. Təbii ki, məhkəmə ununaQ˝ bilir˝ prinsipindən irəli gələrək, bu tip ərizələrin məzmununda yazılmış məlumatların məhkəmə tərəfindən həqiqət kimi qəbul edilməyəcəyini əminliklə bilir, bu ərizələr İddiaçı1 cılız, qanun və ədalət qarşısında qorxu və vahimə dolu təfəkkürünün məhsulundan başqa bir şey deyildir. Eyni zamanda qeyd edir ki, nacyabrəzA˝ Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında˝ Təlimatın 28-ci bəndində göstərilir ki, notarius qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir, o cümlədən şahid ifadələrində imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilmir. Hazırki ərizənin məzmunundan görünür ki, ərizə onun və ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən, qəsdən onun nəlayiq formada açaldılmasında yönələn həqiqətə uyğun olmayan məlumatlarla doludur. Belə olan halda notarius bu məzmunda ərizədə kiminsə imzasının həqiqiliyini təsdiq edə bilməzdi. Üstəlik Ərizə birbaşa məhz apellyasiya instansiyasının hakiminə yönəlməsini də notarius nəzərə almalı və işin məhkəmənin icraatında olmasını da əsas tutaraq, ərizəni təsdiq etməli deyildi. Görünür ki, ərizənin hazırlanması və təsdiqi zamanı kobud qanun pozuntularına yol verilmişdir və buna da müvafiq orqanlara da rəsmi müraciət ünvanlamışam və yekunda həqiqətən ərizənin İ.Əliyev tərəfindən imzalanıb-imzalanmamasını məsələni istintaq orqanları müəyyən edəcəklər. Hazırda isə onun Əliyevlər ailəsinə sədaqətini təsdiq edən minlərlə mövcud sübutlardan biri olan və tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş şəkillərlə bağlı qeyd edir ki, İddiaçı1 və onun əlaltıları məhkəmələrdə və istintaq orqanlarında, o cümlədən müxtəlif dövlət qurumları və tanınmış dövlət xadimləri, mütəfəkkirləri yanında onun və ailə barəsində yalan və həqiqətə uyğun olmayan məlumatları yaymaqla, dəyəri milyonlarla manat olan daşınar və daşınmaz əmlaklarının demək olan hamısının talanmasının gizlədilməsi və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyırlar. Lakin məhkəmə də gözəl bilir ki, cənab prezidentimiz, X88 Əiiyevin yadigarı, onun siyasətinin dönməz yürüdücüsü, riməD˝ Yumruğun˝ sahibi cənab İlham Əliyevin məhkəmə və cinayət-təqibi orqanlarında apardığı köklü islahatlar öz bəhrəsini verməkdə, ədalət və qanun şübhəsiz zəfər çalmaqdadır. Bunun fonunda İddiaçı1 və onun əlilaltılarının “son nəfəslərində˝ hələ də cılız, həqiqətə uyğun olmayan və məzmunu müdrik, mütəfəkkir insanda ancaq və ancaq gülüş və ikrah doğuran məzmunda ərizələri heç bir zaman ədalətin Günəşinin doğuşunun qarşısını ala bilməz və almayacaqdır da! Hörmətli məhkəmə! Bir daha qeyd edir ki, İddiaçı1 öz çirkin əməllərini yerinə yetirərkən bəzən məhkəmə hakimlərini də öz əməllərinə ortaq etməyi bacarır. Lakin onu da danmaq olmaz ki, ədalətin zəfər çalmasına öz tövsiyələrin vermiş hakimlərimiz də vardır. Elə hazırki icraatınızda olan bu işin özü də Ali Məhkəmədə tam, obyektiv və hərtərəfli araşdırılaraq, yenidən apelyasiya baxışına göndərilmişdir. Siz də ədalət və cəsarət nümayiş etdirərək, qanuni və əsaslı qətnamə qəbul ediləcəksiniz. Məxsusi olaraq, həmçinin qeyd edir ki, hazırki notarial ərizədə İlqar Əliyev güya şəxsən onun və nümayəndələri vasitəsilə aldadıldığını, onun nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda ərizələr verdiyini qeyd etmişdir. Bir daha bildirir ki, həmin ərizələrin verilməsi zamanı nə o, nə nümayəndə və vəkilləri iştirak etməmiş, onların məzmunu onlar tərəfindən tərtib edilməmiş, İ.Əliyev öz şəxsi təşəbbüsü ilə bu addımları atmış, öz iradəsi ilə hərəkət etmişdir. Nə o, nə nümayəndələri ona hər hansı məzmunda söz verməmiş və hər hansı ödəniş ediləcəyi barədə də vəd verməmişlər. Və ümumiyyətlə o, hər hansı məbləğdə mənimsəmə etməmiş, bu mövzuda deyilən fikirlər də İddiaçı1 xəstə təxəyyülünün məhsuludur. O, hər hansı məbləğdə pul mənimsəmədiyindən, onun qaytarılmasına dair də vəd verə bilməz. Bunun üzərinə isə onun və ailə üzvlərinin demək olar bütün daşınar və daşınmaz əmlakları İddiaçı1, İlqar Əliyev, İddiaçı2 və İddiaçı1 yaxınlarının, işçilərinin adlarına özgəninkiləşdirilmişdir. Göstərilənləri, işin hallarını əsas tutaraq, apellyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

13. X62 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət etmiş və qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsinə əlavə olaraq bildirir: 06 iyul 2022-ci il tarixli, 23394 və 23395 reyestr nömrəli ərizələr üzrə - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)- 27/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh4 ******* manat məbləğində pulun "xxxx" MMC-nin təsisçiləri X62nun və İddiaçı1 xeyrinə tutulması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X62 və İddiaçı1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-718/2021 saylı qərarı ilə Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon icra şöbəsi tərəfindən cavabdehə göstərilən tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli qərar və bildiriş təqdim olunmuşdur. Məcburi icra tədbirləri nəticəsində icra sənədi üzrə tələbin 690 000 manatı borclu Cavabdeh4 əmlakına yönəldilmişdir. Lakin icra sənədi üzrə qalıq borc məbləği 424703 manat cavabdeh tərəfindən iddiaçılara bu günədək ödənilməmişdir. Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə onu şəxsən və nümayəndələri vasitəsi ilə aldadaraq, özünün nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda 06 iyul 2022-ci il tarixli, 23394 və 23395 reyestr nömrəli ərizələrin verilməsini xahiş etmiş və bunun müqabilində qeyd olunan iş üzrə ziyanı tam ödəyəcəyinə söz vermişdir. Lakin, Cavabdeh4 tərəfindən heç bir ödəniş aparılmamış və onlara qarşı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə həmin ərizələri notariat qaydasında ləğv etmişdir. Belə ki, xx.xx.2022ci il tarixdə iddiaçı Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X62 və İddiaçı1 cəlb edilməklə cavabdeh "X77" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın və hərrac nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifarişi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 27/2019 nömrəli xx.xx.2019cu il tarixli icra vərəqi və Nəsimi Rayon Məhkəməsinin 8(006)-193/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərardadı əsasında,"X77” MMC hərracın təşkilatçısı olaraq xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirdiyi Hərracların, “Hərracın nəticələri haqqında” Y-712\21 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokolun, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli bağlamış müqavilənin və “Hərracın nəticələri haqqında” Y-434\21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokolun, eləcə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli bağlamış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-237/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Hal-hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bundan başqa, qeyd olunan icra sənədi üzrə qalıq borc ödənilmədiyi üçün iddiaçılar İddiaçı1 və X62 Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qalıq borca illik 5 faizlə hesablanmış ümumilikdə 63705 manat pulun və 309 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3344/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh4 63705 manat məbləğində pul, 309 manat dövlət rüsumu, ümumilikdə 64014 (altmış dörd min on dörd) manat məbləğində pulun tutularaq iddiaçılar X62, İddiaçı1 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)- 1025/2024 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(l 13)-3344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda həmin kommersiya işi Ali Məhkəmənin icraatındadır. 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli ərizə üzrə - "xxxx" MMC-nin təsisçiləri mən X62 və X15 Cavabdeh4 qarşı 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilənin Cavabdeh4 dair hissədə etibarsız hesab olunması, həmin müqaviləyə əsasən 26 may 2009- cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolu etibarsız hesab edilməsi və "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi ******* (üç milyon doqquz yüz beş min) vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək bu barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-262/2019 saylı, 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilənin Cavabdeh4 dair hissədə etibarsız hesab edilmiş, 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqaviləyə əsasən qəbul edilmiş 26 may 2009-cu il tarixli Vicdan-1” firmasının təsisçilərinin qərarı ilə və 02 fevral 2010-cu il tarixli “Vicdan- 1” firmasının təsisçilərinin iclas protokolu etibarsız hesab edilmiş, Cavabdeh4 "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi 3.905.000 (üç milyon doqquz yüz beş min) manat pulun alınaraq "xxxx" MMC-nin təsisçiləri X49 və X7 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) 03 dekabr 2021-ci il tarixli, 2(103)-5221/2021 nömrəli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)- 262/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə baxılan zaman Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə onu şəxsən və nümayəndələri vasitəsi ilə aldadaraq, özünün nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli ərizənin verilməsini xahiş etmiş və bunun müqabilində qeyd olunan iş üzrə ziyanı tam ödəyəcəyinə söz vermişdir. 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli ərizə əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X75 (sədrlik edən və məruzəçi), X57 və X50) 25 may 2022-ci il tarixli, 2(102)-1991/2022 nömrəli qərarı ilə iddiaçı X62nun iddiadan imtinasının qəbul edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5221/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsinin iddiaçı X62nun tələblərinə aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X75 (sədrlik edən və məruzəçi), X57 və X50) 25 may 2022-ci il tarixli, 2(102)-1991/2022 nömrəli digər qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5221/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsinin iddiaçı X4 tələblərinə aid hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Lakin Cavabdeh4 tərəfindən heç bir ödəniş aparılmamışdır. Bu səbəbdən də, o, xx.xx.2022-ci il tarixdə həmin ərizəni notariat qaydasında ləğv etmişdir. Hal-hazırda həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. 24 may 2022-ci il tarixli, 4676 reyestr nömrəli ərizə üzrə - İddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri X62 və İddiaçı1 cavabdehlər Cavabdeh4, X31, Cavabdeh6, Cavabdeh5, X51 və X33 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(006)-4/2022 saylı qətnaməsi ilə qismən təmin edilib, cavabdehlərdən ümumilikdə 182 mağazaya görə 7.343.700 manat pul vəsaitinin tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılan zaman Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə onu şəxsən və nümayəndələri vasitəsi ilə aldadaraq, özünün nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda 24 may 2022-ci il tarixli, 4676 reyestr nömrəli ərizənin verilməsini xahiş etmiş və bunun müqabilində qeyd olunan iş üzrə ziyanı tam ödəyəcəyinə söz vermişdir. Lakin, Cavabdeh4 tərəfindən heç bir ödəniş aparılmamışdır. Bu səbəbdən də o, xx.xx.2022ci il tarixdə həmin ərizəni notariat qaydasında ləğv etmişəm. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(103)-2686/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-26/2024 saylı qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2023-cü il tarixli 2(103)- 2686/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Hal-hazırda həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. 13 iyun 2022-ci il tarixli 19455,19458 reyestr nömrəli ərizələr üzrə - Xüsusi ittihamçılar X62 və İddiaçı1 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı əsasında icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (001)-395/2021 saylı qərarı ilə xüsusi ittihamçılar X62 və İddiaçı1 nümayəndəsi Vəkil1 təqsirləndirilən şəxs Cavabdeh4 barəsində axtarış elan edilməsi, “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclasında iştirakı təmin edilənədək iş üzrə icraatın dayandırılması barədə vəsatətinin qismən təmin edilməsi, xx.xx.1961-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan təqsiləndirilən şəxs Cavabdeh4 barəsində axtarışın elan edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə onu şəxsən və nümayəndələri vasitəsi ilə aldadaraq, özünün nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli ərizələrin verilməsini xahiş etmiş və bunun müqabilində də pul ödəyəcəyinə söz vermişdir. Lakin Cavabdeh4 tərəfindən heç bir ödəniş aparılmamış və bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə həmin ərizələri notariat qaydasında ləğv etmişdir. Hal-hazırda həmin iş Bakı şəhəri Binədəqi Rayon Məhkəməsinin icraatındadır. 08 iyun 2022 ci il tarixli 18618,18619 reyestr nömrəli ərizələri üzrə - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2017-ci il tarixli 2- 1(81)- 2057/2017 saylı qərarı ilə iddiaçı X62nun iddia tələbi təmin edilərək "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması qaydasında aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 12 iyul 2017-ci il tarixli 2-1(81)-2057/2017 saylı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında "xxxx" MMC-də səyyar vergi yoxlaması keçirilmiş, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı və akta baxılması nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində AR CM-nin 213.1 və 192.2.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. "xxxx" MMC-nin tasisçisi Cavabdeh4 xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma nəticəsində külli miqdarda gəlir əldə etməsi istintaq zamanı, toplanmış mötəbər sübutlarla tam təsdiq olunduğundan, xx.xx.2021ci il tarixdə AR CM-nin 213.1-ci va 192.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmuş və o, istintaqdan gizləndiyindən barəsində həbsli axtarış elan edilmişdir. Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə onu şəxsən və nümayəndələri vasitəsi ilə aldadaraq, özünün nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda 08 iyun 2022-ci il tarixli 18618, 18619 reyestr nömrəli ərizələrin verilməsini xahiş etmiş və bunun müqabilində qeyd olunan iş üzrə ziyanı tam ödəyəcəyinə söz vermişdir. Lakin, Cavabdeh4 tərəfindən heç bir ödəniş aparılmamış və bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə həmin ərizələri notariat qaydasında ləğv etmişdir. Həmçinin bildirir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC barəsində cavabdehin xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və akta baxılması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-36/2024 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1963671 nömrəli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-412/2025 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmuş və iddia rədd edilmişdir. Hal-hazırda həmin iş Ali Məhkəmənin icraatındadır. 08 iyun 2022-ci il tarixli 18620, 18621 reyestr nömrəli ərizələr üzrə - "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş həkim mama-ginekoloq Cavabdeh4 və cəmiyyətin baş həkimi və direktoru olmuş həkim mama-ginekoloq X52 bir qrup şəxslərlə əlbir olaraq cəmiyyətin gəlirlərini mənimsədiklərindən müraciəti əsasında Bakı şəhər prokurorluğunda "xxxx" MMC-də mənimsəmə və dələduzluq faktlarına görə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə başlanılmış cinayət işi hal-hazırda Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsində istintaq edilir. Həmin cinayət işinin istintaqı zamanı o cümlədən aşağıdakılar müəyyən olunmuşdur: "xxxx" MMC-nin Direktoru olmuş X10 dövründə (xx.xx.2012xx.xx.2013) lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 1503363.00 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 1127543.20 manat məbləğində olmuş və 1080405.29 manat məbləğində vergidən yayınma olmuşdur. "xxxx" MMC-nin Direktoru və baş həkimi olmuş X24 dövründə (xx.xx.2011-xx.xx.2016) lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 5109301.75 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 2727533.62 manat məbləğində olmuş və 2595547.13 manat məbləğində vergidən yayınma olmuşdur. "xxxx" MMC-nin Direktoru və direktor müavini olmuş X11 dövründə (xx.xx.2011-xx.xx.2016) Lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 5109301.75 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 2727533.62 manat olmuş və 2595547.13 manat məbləğində vergidən yayınma olmuşdur. "xxxx" MMC-nin baş mühasib olmuş X43 dövründə (xx.xx.2013-xx.xx.2015) Lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 3096741.10 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 1598468.46 manat məbləğində olmuş və 1442171.97 manat məbləğində vergidən yayınma olmuşdur. "xxxx" MMC-nin Baş mühasib olmuş X8 dövründə (xx.xx.2015-xx.xx.2016) lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 748437.50 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 320011.00 manat məbləğində olmuş və 377237.72 manat məbləğində vergidən yayınma olmuşdur. Qeyd edir ki, "xxxx" MMC-də 2012-ci ildən 2016-cı ilədək olan dövrdə 10 507 179,53 manat pul gəlirinin çatışmamazlıq faktı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə məni şəxsən və nümayəndələri vasitəsi ilə aldadaraq, özünün nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda 08 iyun 2022-ci il tarixli 18620, 18621 reyestr nömrəli ərizələrin verilməsini xahiş etmiş və bunun müqabilində qeyd olunan cinayət işi üzrə ziyanı tam ödəyəcəyinə söz vermişdir. Lakin, Cavabdeh4 tərəfindən heç bir ödəniş aparılmamışdır. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə həmin ərizələri notariat qaydasında ləğv etmişdir. 24 may 2022-ci il tarixli 4677,4678 və 4679 reyestr nömrəli ərizələr üzrə bildirir ki, qeyd olunan ərizələrin də məzmunu Cavabdeh4 nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmişdir. Həmin ərizələrin məzmunu da onun iradə ifadəsini əks etdirmir və onu yanıltmaqla və aldatmaqla eyni vaxta bu ərizələri də imzaya təqdim etmişlər. Həmin ərizələr əvvəlcədən planlı şəkildə Cavabdeh4 nümayəndələri və vəkilləri tərəfindən notariat ofisinə göndərilmiş və həmin ərizənin məzmunu əvvəlcədən, yəni xx.xx.2022-ci il tarixdən artıq sistemə daxil edilmişdir. Yuxanda göstərilən ərizələrin hamısı bu formada tərtib edilərək Cavabdeh4 seçdiyi notariat ofislərində əvvəlcədən hazırlanmış və “Elektron notariat” X2 daxil edilmişdir. O isə həmin ərizlərin məzmunu ilə belə tanış olmadan imza etmişdir. Bir daha fikirlərini ümumiləşdirərək bildirmək istəyir ki, Cavabdeh4 növbəti dəfə saxta kəlmə və ifadələrlə onu şəxsən və nümayəndələri vasitəsi ilə aldadaraq, özünün nümayəndələri və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda, o cümlədən 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin verilməsini xahiş etmiş və bunun müqabilində ona vurduğu milyonlarla manat məbləğində ziyanı ödəyəcəyinə söz vermişdir. Lakin bundan sonra Cavabdeh4 tərəfindən ona vurulmuş ziyanla bağlı heç bir ödəniş aparmamışdır. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə həmin ərizələri notarial qaydada ləğv etmişdir. Buna baxmayaraq, Cavabdeh4 və onun başçılıq etdiyi şəxslər öz çirkin niyyətlərinə uyğun hərəkətlər edərək və məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etmişlər. Lakin bütün hüquq mühafizə və məhkəmə orqanlara həmin ərizələrin nəzərə alınmaması və ərizələrin ləğv olunması ilə bağlı müraciətlər edərək onun Cavabdeh4 və digər şəxslərə qarşı olan iddia tələblərinə, şikayətlərinə mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia tələbi də məhz o məqsədlə qaldırılmışdır ki, cavabdehlər məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etməsinlər. Çünki sonradan ona məlum olmuşdur ki, Cavabdeh4 və onun başçılıq etdiyi dəstə sözügedən ərizə və etibarnamələr ilə mənə əlavə olaraq xüsusilə külli miqdarda maddi ziyan vurmuşlar. Tam əminliklə bildirir ki, Cavabdeh4 və digər şəxslərə qarşı məhkəmələrdə onun adından qaldırılan iddia tələblərindən, xüsusi ittiham qaydasında verilmiş şikayətlərdən, məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətlərindən, hüquq mühafizə orqanlarına verilmiş şikayətlərdən, o cümlədən hazırki iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli ərizədən xəbərdardır və həmin sənədləri şəxsən imza etmişdir. Ona görə də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2994/22 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsinin 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması hissəsində də dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.

14. Cavabdeh4 xx.xx.2025-ci il tarixində izahat təqdim etmiş və qeyd etmişdir : 06 iyul 2022ci il tarixli, 23394 və 23395 reyestr nömrəli ərizələr üzrə ilk öncə qeyd edir ki, hörmətli İlqar Əliyevin adından elektron kabinetə yerləşdirilmiş "Ərizə"də xx.xx.2022-ci il tarixli, 23394 və 23395 reyestr nömrəli ərizələr üzrə mövqe bildirilmiş və həmin mövqe iş üzrə tərəflər arasında olmuş məhkəmə çəkişməsinin və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarının sadalanmasından ibarət olmuşdur. Mahiyyət üzrə isə onun Cavabdeh4 tərəfindən şəxsən, onun nümayəndələri və vəkilləri tərəfindən aldadılması, verilən ərizənin müqabilində ziyanın tam ödəniləcəyini söz verməsi göstərilmişdir. Həmin ərizələr eyni məzmunlu olmuşdur və ərizələrdə aşağıdakı fikir əks olunmuşdur: "Bildirirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)27/2019 saylı icra sənədinə əsasən cavabdeh (borclu) Cavabdeh4 1 114 703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pul vəsaiti iddiaçılar (tələbkar) "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və X62nun xeyrinə tutulmalı idi. Qeyd edirəm ki, icra sənədi üzrə tələbkarlardan biri mənəm. Mənim icra sənədi üzrə borclu Cavabdeh4 heç bir tələbim yoxdur və gələcəkdədə olmayacaq. İcra sənədi üzrə tələbdən imtina edirəm. Bununla əlaqədar "İcra haqqında qanunun" 20.1.1-ci və 23.1.1-ci maddələrini əsas tutaraq, ərizəmin nəzərə alınmasını, icra sənədi üzrə icraata xitam verilməsini və icra sənədini vermiş məhkəməyə geri qaytarılmasını Sizdən xahiş edirəm. Əlavə olaraq bildirmək istəyirəm ki, icra sənədi üzrə borclu Cavabdeh4 mənə və digər tələbkar İddiaçı1 elə bir borcu olmayıb. Qeyd edirəm ki, iddia ərizəsi, ona əlavə və dəyişikliklər, o cümlədən adımdan verilən məhkəmə aktlarından şikayətlər mənim tərəfimdən imzalanmamışdır, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. O cümlədən, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmədəki izahatında bildirmişdir ki, X83 Şahbazov tərəfindən şəxsən aldadılmış və ona olan borcunu qaytaracağı barədə söz verdiyi üçün İ.Əliyev göstərilən məzmunda notarial ərizəyə imza etmişdir. Cavabdeh4 məhkəməyə təqdim etdiyi izahatında qeyd etmişdir ki, nə o, nə də onun nümayəndə və vəkilləri göstərilən məzmunda ərizənin verilməsinə dair İlqar Əliyevlə ünsiyyətdə olmamış və ondan belə bir ərizənin verilməsini xahiş etməmişlər. Həqiqətən belə ünsiyyət olmuş olsaydı bunu iddia edən tərəf buna dair mötəbər sübutlarını məhkəməyə təqdim etmiş olardı. Bununla yanaşı, İ.Əiiyev Cavabdeh4la hansı vasitələrdən isifadə edərək ünsiyyətlə olmasına dair da fikir bildirməmişdir. Belə ki, tərəflərindən bu tərəflər arasında belə danışıq olmuşdursa o zaman telefon, internet, e-mail, sosial şəbəkə poçt vasitəsilə və ya digər əlaqə vasitələrindən hansının istifadə edildiyinə dair sualı bugün də açıq qalmaqdadır. İş materiallarından göründüyü kimi Cavabdeh4 barəsində axtarışda olmasına dair məlumat məhz qarşı tərəf vermiş və buna dair sənədi iş materiallarına əlavə etmişdir. Həmçinin, 2018-ci ildən başlayaraq, Cavabdeh4 Türkiyə Respublikasında yaşayır. Belə olan halda hər hansı canlı ünsiyyətdə söhbət gedə bilməz. Lakin qarşı tərəfin bu ünsiyyəti yuxarıda sadalanan hansı vasitədən və ya vasitələrdən istifadə etməklə qurmasına dair fikri bildirə bilməməsi və buna dair mötəbət sübut təqdim edə bilməməsi ona təsdiq edir ki, Cavabdeh4, onun nümayəndə və vəkillərinin göstərilən məzmunda İ.Əliyevlə razılığa gəlməsinə dair fikirlər həqiqəti əks etdirmir. Bundan başqa, ərizədə icra sənədi üzrə tələbdən imtina ilə yanaşı Cavabdeh4 İddiaçı1 və İlqar Əliyevə heç bir borcunun olmadığı, iddia ərizəsi, ona əlavə və dəyişikliklərdə, habelə məhkəmə aktlarından şikayətlərdə olan imzaların İlqar Əliyevə məxsus olmaması, o cümlədən tərəfindən verilmiş etibarnamələrin təyinatı üzrə istifadə edilmədiyi və bu səbəbdən nümayəndələrə verilmiş etibarnamələrin ləğv edilməsi kimi fikirlər öz əksini tapmışdır. Əgər həqiqətən Cavabdeh4 İ.Əliyevə borcu olması halını etiraf edib, ona bu borcu ödəməyi müqabilində göstərilən mövzuda ərizə verməyi xahiş etmiş olsaydı, o zaman həmin ərizədə göstərilən digər təfərrüatlara ehtiyac yoxdu. Belə ki, göstərilən halda İ.Əliyev sadəcə icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını göstərməklə kifayətlənməliydi. Lakin İ.Əliyevin belə bir borcun olmadığını göstərməsi, iddia ərizəsi və nümayənlərə verilmiş verilmiş etibarnamələr üzrə göstərdiyi təfərrüatlar onu təsdiq edir ki, ərizə məhz İ.Əliyevin öz təşəbbüsü ilə verilmişdir. Digər tərəfdən əgər tərəflərin belə bir razılaşması olsaydı o zaman özünün pozulmuş hüquqlarının bərpası üçün həmin dövr üçün Cavabdeh4 məhkəmə müdafiəsi hüququndan istifadə etmək, ona məxsus olmuş payın real bazar dəyərindən 10 dəfə aşağı qiymətə qiymətləndirilməsi və həmin qiymətlər hərraca çıxarılmasına dair göstərilən iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməzdi. Məxsusi olaraq qeyd edir ki, "xxxx" MMC-yə qarşı qaldırılmış iddia ərizəsi üzrə mülki işin Bakı Apelyasiya Məhkəməsində araşdırılması gedişində qiymətləndirmə şirkətləri verilmiş mütəxəssis rəylərinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş eksperti rəyinə əsasən Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisinin Cavabdeh4 payına düşən hissədə dəyərinin hərrac qiymətindən on dəfə çox olmasını müəyyən edilmişdir. Qarşı tərəfin təkrar ekspertiza keçirilməsinə dair son 3 vəsatəti təmin edilsə də, hər dəfəsində ekspertlərin yerli baxış keçirilməsinə dair vəsatətlərinin təminindən qarşı tərəf yayınmışdır. Bu sadalananlar tərəflər arasında hər hansı razılaşmaya dair söhbətin aparılmadığını və göstərilən ərizələrin İ.Əliyevin öz təşəbbüsü ilə verildiyini bir daha təsdiq edir. 21 may 2022-ci il tarixli, 4600 reyest nömrəli ərizə üzrə: Bu notarial ərizə üzrə də İ.Əliyev adından elektron kabinetə yerləşdirilmiş "Ərizə"də tərəflər arasında getmiş məhkəmə prosesləri və qəbul edilmiş məhkəmə qərarları sadalanmış, ərizənin verilməsinin əsası kimi yenə də İ.Əliyevin Cavabdeh4 tərəfindən şəxsən, habelə nümayəndə və vəkilləri tərəfindən aldadılması, ərizənin onlar tərəfindən tərtib edilməsi, ziyanın ödənilməsinə Cavabdeh4 söz verməsi halı göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zaur Əliyevə ünvanlanmış sözügedən ərizənin mahiyyəti aşağıdakı kimidir: "Bildirirəm ki, icraatınızda "xxxx" MMC təsisçiləri mənim və X5 Cavabdeh4 qarşı "müqavilənin etibarsız hesab edilməsi və digər tələblərə dair" iddiamız üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(103)-5221/2021 saylı iş üzrə qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki iş vardır. Həmin işlə bağlı iddia tələbimdən imtina edirəm və bildirirəm ki, iddia ərizəsində yazılan xüsusatlar həqiqəti əks etdirmir. Qeyd edirəm ki, iddia ərizəsi, ona əlavə və dəyişikliklər, o cümlədən adımdan verilən məhkəmə aktlarından şikayətlər mənim tərəfimdən imzalanmamışdır, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. Əlavə olaraq qeyd edirəm ki, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir. Xahiş edirəm nəzərə alasınız və ədalətli qərar verəsiniz". Kollegiyanın diqqətinə çatdırır ki, Cavabdeh4 və onun səlahiyyətli nümayəndə və vəkilləri tərəfindən belə bir ərizənin verilməsi üçün İ.Əliyevlə hər hansı danışığın aparılmadığı, xahişin edilmədiyi və ümumiyyətlə ərizələrin verilməsindən tam xəbərsiz olmasına dair Cavabdeh4 yazılı izahatında mövqe sərgiləmişdir. Bununla yanaşı əgər ehtimal etsək ki, tərəflər arasında həqiqətən danışıq olub və razılıq əldə edilib, o zaman İ.Əliyev sadəcə olaraq, onun adından qaldırılmış iddianı geri götürməli və həmin hisssədə iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etməliydi. Lakin hazırki halda notarial ərizədə nəinki iddia tələbindən imtina edilmiş, eyni zamanda İ.Əliyev adından yazılmış iddia ərizəsində göstərilən xüsusatların həqiqəti əks etdirməyi, iddia ərizəsi, ona əlavə və dəyişikliklərin, o cümlədən məhkəmə aktlarından şikayətlərin onun tərəfindən imzalanmadığı kimi təfərrüatlar öz əksini tapmışdır. Bütün bu xüsusatları isə İ.Əliyev yalnız öz iradəsinə uyğun olaraq və sonrakı nəticələri tam anlayaraq etmişdir. Çünki peşəcə hüquqşünas olması ilə yanaşı İ.Əliyev hüquq elmləri namizədidir, habelə uzun illərdir hüquqşünas peşəsi üzrə tələblərin yetişməsində əmək sərf etməkdədir. Həmçinin onun uzun müddət hüquq mühafizə orqanlarında çalışdığını da qeyd etmək lazımdır. Belə olan halda iddia tələbindən imtinanın hüquqi nəticəsi İ.Əliyevə məlum olmuş, bununla yanaşı iddia ərizəsində göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini qeyd etməklə öz hərəkətinin hansı hüquqi nəticələr doğurduğunu dərk etməklə yanaşı, bunu arzu etmiş, iradə ifadəsi məhz bunda əks olunmuşdur. Əlavə olaraq, İ.Əliyevin sözügedən ərizəsinin sonradan ləğv edilməsinə istinad edərək, həmin ərizənin doğurduğu hüquqi nəticələrin aradan qaldırılması üçün qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 13(102)- 260/2022 saylı qərardadı ilə Plenumun baxışına çıxarılmasından imtina edilmişdir. 24 may 2022-ci il tarixli, 4676 reyestr nömrəli ərizə üzrə- Bu notarial ərizə üzrə də İ.Əliyev adından elektron kabinetə yerləşdirilmiş "Ərizə"də tərəflər arasında getmiş məhkəmə prosesləri və qəbul edilmiş məhkəmə qərarları sadalanmış, ərizənin verilməsinin əsası kimi yenə də İ.Əliyevin Cavabdeh4 tərəfindən şəxsən, habelə nümayəndə və vəkilləri tərəfindən aldadılması, ərizənin onlar tərəfindən tərtib edilməsi, ziyanın ödənilməsinə Cavabdeh4 söz verməsi halı göstərilmişdir. Həmin notarial ərizənin məzmunu aşağıdakı kimidir: "Bildirirəm ki, icraatınızda "xxxx" MMC-nin təsisçiləri X62 və İddiaçı1 cavabdehlər Cavabdeh4, X21, Cavabdeh6, Cavabdeh5, X35 və X33 qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 4/2022 saylı qətnaməsindən cavabdehlərin verdiyi apelyasiya şikayəti üzrə 2(103)- 4283/2022 saylı mülki iş vardır. Həmin işlə bağlı iddia tələbimdən imtina edirəm və bildirirəm ki, iddia ərizəsində yazılan xüsusatlar həqiqəti əks etdirmir, orada yazılanlar mənim iradəmi əks etdirmir, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. Əlavə olaraq qeyd edirəm ki, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir. Xahiş edirəm nəzərə alasınız və ədalətli qərar verəsiniz". Hazırki notarial ərizənin məzmunundan da göründüyü kimi İ.Əliyev bu iddia tələbindən imtina etməklə yanaşı, iddia ərizəsində yazılan xüsusatların həqiqəti əks etdirməyini, orada yazılanları onun iradəsini əks edirmədiyini, onun tərəfindən verilmiş etibarnamələrin başqa məqsədlə verildiyini, həmin etibarnamələrin təyinatı üzrə istifadə edilmədiyi qeyd edilir. Yuxarıda göstərilən notarial ərizələrə münasibətdə qeyd edildiyi kimi hazırki ərizədə də iddia tələbindən imtinanın doğurduğu hüquqi nəticələr İ.Əliyevə məlum olmaqla yanaşı, sonuncu iddia ərizəsində olan xüsusatların həqiqəti əks etdirmədiyini və digər təfərrüatları qeyd etməklə özünün iradə ifadəsini bildirmiş və həmin iddiada göstərilənlərin həqiqəti əks etdirmədiyini vurğulamışdır. Bu hal tərəflər arasında hər hansı razılığın əldə edilməsi halını tam imkar edir, çünki hüquqi baxımdan birtərəfli şəkildə İ.Əliyev onun adından getmiş məlumatların yalan olmasını göstərməklə, konkret olaraq, iddiada göstərilən xüsusatları təsdiq etmir. Busa iddiadan imtinanın doğurduğu hüquqi nəticələrlə yanaşı, məhkəmə sonunucunun adından verilmiş informasiyaların yalan olması təəssüratını yaradır ki, bunu İ.Əliyevin notarial ərizə verərkən tam anlamış və məhz iradəsi məhz buna yönəlmişdir. Qeyd edir ki, həmin iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1917/2025 saylı qətnaməsi ilə Cavabdeh4 və digər cavabdehlərin apelyasiya şikayətlərini təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçılar "xxxx" MMC-nin təsisçiləri X62nun və X22 pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Əlavə olaraq, bu notarial ərizəyə münasibətdə İ.Əliyev xx.xx.2025- ci il tarixli Ərizəsində Cavabdeh4 tərəfindən şəxsən, habelə onun nümayəndə və vəkilləri tərəfindən aldadılmasını qeyd etməsi işin həqiqi halları ilə ziddiyyət təşkil edir. Belə ki, bu aldatmadan hansı tarixdə, konkret kim tərəfindən həyata keçirildiyi göstərilməməklə yanaşı, bu zaman hansı ünsiyyət vasitəsindən istifadə edilməsi kimi xüsusata da aydınlıq gətirilməmişdir. 13 iyun 2022-ci il tarixli, 19455 və 19458 reyestr nömrəli ərizələr üzrə -Bu notarial ərizələrin məzmununda qeyd edilir ki, "Bildirirəm ki, mən və İddiaçı1 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Cavabdeh4 və əvvəllər məhkum olunmuş X23 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə hökm çıxarılmasını xahiş etmişik. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)- 395/2021 saylı qərarı ilə xüsusi ittiham qaydasında şikayət icraata götürülmüş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxış iclasında xüsusi ittihamçıların nümayəndəsi və vəkili qismində qeyd edilmiş Vəkil1 xüsusi ittiham qaydasında şikayətin təqsirləndirilən şəxs X26 aid hissəsindən imtina etdilməsinə dair məhkəməyə özünün imzaladığı ərizə təqdim etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə ərizə təmin edilərək, xüsusi ittihamçılar mənim və İddiaçı1 xüsusi ittiham qaydasında şikayətinə təqsirləndirilən şəxs X26 qarşı hissəsində imtina nəzərə alınaraq, xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli digər qərarı ilə təqsiləndirilən şəxs Cavabdeh4 barəsində axtarış elan edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə icraat dayandırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-260/2022 saylı qərarı ilə Cavabdeh4 vəkillərinin apelyasiya şikayətləri təmin edilməmişdir. Həmin qərardan kassasiya şikayəti verilmiş və iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatına verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, Cavabdeh4 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət həqiqəti əks etdirmir. Bundan başqa mən nümayəndə və Vəkil1 AR CPM-nin 102 və 103-cü maddəllərində əks olunmuş xüsusi ittihamçının nümayəndəsi kimi cinayət prossesində məni təmsil etmək, xüsusi ittihamçının adından şikayətdən imtina etmək və ərizələri imzalamaq və sair hüquqlar verməmişəm. Belə ki, Vəkil1 xüsusi ittiham qaydasında şikayət üzrə məni Binəqədi rayon məhkəməsində və digər instansiyalarda təmsil etmək hüququ olmamışdır. Bundan başqa mən Vəkil1 əvvəllər verdiyim notarial etibarnaməni ləğv elətdirmişəm. AR CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Mən Cavabdeh4 barəsində Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətdən imtina edirəm və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm". Sözügedən notarial ərizə üzrə İ.Əliyev öz mövqeyini tərəflər arasında getmiş məhkəmə prosesləri və qəbul edilmiş qərarları sadalamaqla yanaşı, Cavabdeh4 tərəfindən şəxsin və nümayəndələri vasitəsilə aldadıldığını, onun nümayəndə və vəkilləri tərəfindən tərtib edilmiş məzmunda ərizələrin verilməsinin xahiş edildiyini və bunun müqabilində pul ödəniləcəyinə Cavabdeh4 söz verdiyi kimi əsaslanmışdır. Qeyd edir ki, hazırki ərizənin məzmundan göründüyü kimi o, məhkəmənin icraatında olan İ.Əliyev və İddiaçı1 xüsusi ittiham qaydasında şikayətləri üzrə verilmişdir. Notarial ərizədə İ.Əliyev tərəfindən sadalanan təfərrüatlardan görünür ki, məhkəmədə onu təmsil etmiş müdafiəçiyə xüsusi ittihamçının nümayəndəsi kimi cinayət prosesində onu təmsil etmək, xüsusi ittihamçının adından şikayətdən imtina etməkvə ərizələri imzalamaq və sair hüquqları verdiyini qeyd etmiş, habelə xüsusi ittiham qaydasında şikayətin həqiqəti əks etdirmədiyini bildirmişdir. Hər hansısa səlahiyyətin etibarnamə üzrə verilib-verilmədiyin müəyyən etmək üçün etibarnaməyə baxış keçirilməsi kifayət edir. Bunun üzərindən vətəndaşın notarial ərizə ilə əlavə olaraq, müdafiəçisinə xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçının nümayəndəsi qismində təmsil səlahiyyətini vermədiyini qeyd etməsi və üstəlik etibarnamədə belə səlahiyyətin olmaması halı İ.Əliyevin iradəsinə uyğun notarial ərizə verdiyini bir daha təsdiq etmiş olur. Üstəlik bu zaman xüsusi ittiham qaydasında şikayətdə göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini qeyd etməsi də İ.Əliyevin notarial ərizə verərkən öz hərəkətlərinin mahiyyətini başa düşdüyünü, birtərəfli əqdi özünün iradə ifadəsi kimi imzalaması halı hazırki ərizənin etibarsızlığı üçün əsasların olmadığıdan bəhs edir. Bu məzmununda və təfərrüatda notarial ərizənin yanılaraq və ya aldadılaraq, verilməsi həqiqəti əks etdirmir. Çünki bu digərləri kimi bu ərizə üzrə də yaranacaq hüquqi nəticələrin mahiyyəti ərizəni verən şəxsə məlum olmuş və o, özünün savadı, praktikası və peşəsinə uyğun olaraq, bu məzmunlu ərizənin hansı hüquqi nəticələr doğurduğunu bilərək və nəticəsinin arzu edərək vermiş və bununda öz iradəsini ifadə etmişdir. 24 may 2022-ci il tarixli 4677, 4678 və 4679 reyetr nömrəli ərizələr üzrə- xx.xx.2022-ci il tarixli, 4677 reyestr nömrəli ərizə Nəsimi Rayon Məhkəməsinin həmin dövr sədri İlham Cəfərova ünvanlanmaqla, aşağıdakı məzmunda olmuşdur: "Bildirirəm ki, Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçılar sırasında mənim, cavabdehlər sırasında Cavabdeh4, X16, Cavabdeh5 və digərlərinin adının olduğu bir sıra mülki iş vardır. Həmin işlə bağlı müvafiq qaydada iddia tələbimdən imtina etdiyim barədə ərizə təqdim etmişəm. Əlavə olaraq qeyd edirəm ki, sözügedən iddia ərizələrində yazılan xüsusatlar həqiqəti əks etdirmir, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. Əlavə olaraq qeyd edirəm ki, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir. Göstərilənləri nəzərə almağınızı xahiş edirəm. xx.xx.2022-ci il tarixli, 4678 reyestr nömrəli ərizə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova ünvanlanmaqla, aşağıdakı məzmunda olmuşdur: "Bildirirəm ki, Bakı Apelyasiya Məhkəməsinin icraatında iddiaçılar sırasında mənim, cavabdehlər sırasında Cavabdeh4, X16, Cavabdeh5 və digərlərinin adının olduğu bir sıra mülki iş vardır. Həmin işlə bağlı müvafiq qaydada iddia tələbimdən imtina etdiyim barədə ərizə təqdim etmişəm. Əlavə olaraq qeyd edirəm ki, sözügedən iddia ərizələrində, məhkəmə aktlarından şikayətlərdə yazılan xüsusatlar həqiqəti əks etdirmir, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. Əlavə olaraq qeyd edirəm ki, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir. Göstərilənləri nəzərə almağınızı xahiş edirəm". xx.xx.2022-ci il tarixli, 4679 reyestr nömrəli ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin dövr sədri Ramiz Rzayevə ünvanlanmaqla, aşağıdakı məzmunda olmuşdur: "Bildirirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında iddiaçılar sırasında mənim, cavabdehlər sırasında Cavabdeh4, X16, Cavabdeh5 və digərlərinin adının olduğu bir sıra mülki iş vardır. Həmin işlə bağlı müvafiq qaydada iddia tələbimdən imtina etdiyim barədə ərizə təqdim etmişəm. Əlavə olaraq qeyd edirəm ki, sözügedən iddia ərizələrində, məhkəmə aktlarından şikayətlərdə yazılan xüsusatlar həqiqəti əks etdirmir, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. Əlavə olaraq qeyd edirəm ki, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir. Göstərilənləri nəzərə almağınızı xahiş edirəm". Göründüyü kimi hər bir mülki iş üzrə ayrılıqda məhz həmin iş üzrə hüquqi nəticələr doğuracaq notarial ərizə tərtib etməklə yanaşı, İ.Əliyev Nəsimi Rayon Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə sədrlərinin ünvanına həmin məhkəmələrin icraatında olan işlər üzrə onun adından verilmiş iddia tələblərindən imtina etməsi, həmin iddia ərizələrində göstərilən xüsusatların həqiqəti əks etdirməməsi məzmununda əlavə notarial ərizə göndərmişdir. Xüsusi məzmunlu ərizəni ümumi məzmunlu ərizə ilə tamamlayan İ.Əliyev bu halda birmənalı şəkildə öz iradəsi ifadəsini aşkar surətdə bildirmiş və həmin ərizələrin hansı hüquqi nəticələr doğuracağından xəbəri olmaqla, yanaşı bunu arzulamışdır. 06 iyul 2022-ci il tarixli, 23394 və 23395 reyestr nömrəli, 21 may 2022-ci il tarixli, 4600 reyest nömrəli, 24 may 2022-ci il tarixli, 4676 reyestr nömrəli ərizə, 13 iyun 2022-ci il tarixli, 19455 və 19458 reyestr nömrəli, 08 iyun 2022-ci il tarixli 18618 və 18619 reyestr nömrəli, habelə "xxxx" MMC ilə bağlı digər 08 iyun 2022-ci il tarixli, 18620 və 18621 reyestr nömrəli və 24 may 2022-ci il tarixli 4677, 4678 və 4679 reyetr nömrəli ərizələr üzrə ümumi xüsusatlar - Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.Azərbaycan Respublikası Ali Məhkəməsinin bu iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında deyilir ki, " İddia ərizəsindən görünür ki, iddiaçı aldadılmasını (kassasiya baxışının predmeti olan əqdlər üzrə) ümumi sözlərlə ifadə etmiş, konkret olaraq kim tərəfindən, hansı formada aldılmaması barədə heç bir əsas göstərməmiş və buna dair hər hansı sübuta istinad etməmiş, üstəlik, cavabdehin (Cavabdeh4) axtarışda olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi isə üçüncü şəxsin aldadılma ilə bağlı dediyi dəlillər yönündə hər hansı qiymətləndirmə aparmamış, üçüncü şəxsin konkret hansı əsasla aldadılma, yanılma və ya hər iki əsasla ərizələri mübahisələndirməsinə aydınlıq gətirməmiş və bu məsələ, ümumiyyətlə, açıq qalmışdır. Eləcə də üçüncü şəxs yanılmasını da ümumi sözlərlə ifadə etmiş, yanılmışdısa, yanılmasının əsaslarını, əslində hansı məzmunda ərizə vermək niyyətində olduğunu göstərməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsində göstərdiyi halları qeyd etmiş və sonda Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə yalnız istinad etməklə kifayətlənərək, üçüncü şəxs tərəfindən verilən Ş. Şahbazova aid ərizələrin etibarsız olması nəticəsinə gəlmişdir". Göründüyü kimi ali instansiyası qərarında üçüncü şəxsin aldadılma və yanılmaya münasibətdə ümumi ifadələrdən istifadə edildiyini vurğulamışdır.Hazırda müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Əliyevin adından elektron kabinetə yerləşdirilmiş xx.xx.2025-ci il tarixli "Ərizə"də şəxs hər bir notarial ərizə və ya ərizələr üzrə Cavabdeh4 tərəfindən şəxsən, habelə onun nümayəndə və vəkilləri tərəfindən aldadıldığını, bu aldadılmanın Cavabdeh4 ona borclarını qaytaracağı barədə söz verməsi ilə və bunu yerinə yetirməməsi ilə izah etmişdir.Lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə verdiyi izahatında bütün ərizələr üzrə həm aldadılmaya, həm yanılmaya məruz qaldıqlarını ifadə etmişdir. Ali instansiyanın qərarında göstərildiyi kimi aldatma zamanı şəxsin əqd bağlamaq niyyəti əvvəlcədən olmur və bu niyyət digər tərəfin onu aldatması nəticəsində yaranır, aldatma olmasaydı, şəxs əqd bağlamaz və ya əqdi özünün istədiyi başqa şərtlərlə bağlayardı. Vacib əhəmmiyyətli yanılma zamanı isə şəxsin qabacaqdan əqd bağlamaq niyyəti olur, sadəcə o, Mülki Məcəllənin 347.2ci maddəsində sadalanan hallar üzrə yanılaraq, niyyətində tutduğu əqdi deyil, başqa əqdi bağlayır. Hər iki əsas müstəqil əsaslardır və eyni anda eyni əqdə münasibətdə mövcud olması real deyildir. Bu mənada hesab edirik ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin özünün və onun nümayəndəsinin mövqeləri arasında ziddiyyət mövcuddur. Bu hal hər ikisinin işin həqiqi hallarını məhkəmədən gizlətmək niyyətilə hərəkət etməsi təəssüratını yaradır. İ.Əliyev xx.xx.2025-ci il tarixli ərizəsində hər bənd üzrə aldadılmasına istinad etmiş və göstərmişdir ki, Cavabdeh4 şəxsən, o cümlədən nümayəndələri və vəkillləri vasitəsilə ona olan borcunu ödəməyə söz vermişdir. Lakin Cavabdeh4 məhkəməyə təqdim etdiyi izahatlarından da göründüyü kimi Cavabdeh4 özünün İ.Əliyevə hər hansı borcu olması, onu ödəməyə dair söz verməsi, buna dair şəxsən İ.Əliyevlə ünsiyyətdə olması kimi halların həqiqətə uyğun olmadığını vurğulamışdır. Məhkəmə qətnaməsindən irəli gələn pul öhdəliyi isə qanunun tələbi əsasında icra məmurunun məcburi icra hərəkətləri gedişində ödənişi təmin edilməkdədir. Bu halda aldadıldığına istinad edən İ.Əliyevin Cavabdeh4la şəxsən hansı tarixdə və hansı məkanda ünsiyyətdə olmasını təsdiq edən mötəbər sübutlar onun tərəfindən məhkəməyə təqdim edilməliydi ki, bu edilməmişdir və İ.Əliyev bir daha ümumi ifadələrdən istifadə etmişdir. Həmçinin Cavabdeh4 nümayəndə və vəkilləri ilə hansı tarixdə və hansı məkanda ünsiyyətdə olması, sonuncuların belə səlahiyyətə malik olması kimi halları da sübuta yetirmək iddia edənin üzərində düşür.Nəzərə alınmalıdır ki, İ.Əliyev notariat kontorunda müvafiq ərizələri verən zaman onun yanında nə Cavabdeh4, nə onun qohumları, nə də nümayəndə və vəkilləri olmamışdır. Bununla da, sözügedən notarial ərizələrin tərtibində sonuncularının iştirak etdiyini iddia edən tərəf buna dair mötəbər sübutları da məhkəməyə təqdim etməliydi ki, bunu etməmişdir. Nəzərə alınmalıdır ki, İ.Əliyev uzun zaman kəsiyində və fərqli-fərqli notariat ofislərinə müraciət etmiş, həm xüsusi məzmunlu, həm də onu tamamlayan ümumi məzmunlu ərizələr tərtib etmiş və bunu öz imzası ilə təsdiqləmişdir. Belə olan halda şəxsin hər dəfə yanılması və ya bir dəfə yanılaraq, hərəkət etməsi və ya hər dəfə aldadılması, ya bir dəfə aldadılaraq, onun üzərindən hərəkət etməsinə izahat vermək və həmin izahatı təsdiq edən sübutları da məhkəməyə təqdim etmək İ.Əliyevin üzərinə düşür. Əlavə olaraq qeyd edilməlidir ki, əgər həqiqətən İ.Əliyev və Cavabdeh4 arasında danışıq getmiş olsaydı və razılaşma əldə edilmiş olsaydı, bu mütləq şəkildə İ.Əliyev tərəfindən də rəsmləşdirilərdi. Bununla yanaşı məhkəmələrə təqdim edilən notarial ərizələrdə iddia ərizəsində göstərilən xüsusatların həqiqət olmadığına, iddia ərizələri, ona əlavə və dəqiqləşdirmələrin, habelə məhkəmə aktlarından verilmiş şikayətlərdə olan imzaların İ.Əliyev tərəfindən imzalanmadığı qeyd etməyə, ələlxüsus da həmin ərizələr verilərkən daha öncə etibarnamə verilmiş şəxslərin İ.Əliyevin iradəsinə zidd hərəkət etməsi, etibarnamələrin başqa məqsədlə verilməsi və nümayəndələrin səlahiyyətləri üzrə hərəkət etməmələrinə dair təfərrüatların ərizədə qeydinə də lüzum yox idi. Lakin bu məlumatların bütün ərizələrdə əks olunması onu göstərir ki, İ.Əliyev həqiqətən də onun adından verilmiş iddia ərizələrində həqiqətin əks edilmədiyini öyrəndiyindən onlarda sadalanan xüsusatların həqiqət olmadığını göstərməklə kifayətlənməmiş, bu halın yaranmasına əsas olmuş öncədən adları sadalanan şəxslərə verilmiş etibarnamələri ləğv etdiyini, həmin şəxslərin onun iradəsin uyğun addım atmadıqlarını, etibarnamələrin başqa məqsədlə verildiklərini qeyd etmişdir.Bu sadalanan xüsusatlar nə İ.Əliyevin aldadılması, nə də yanılması halı üzrə ərizədə sadalanmasına gərək olmayan xüsusatlardır. Lakin göründüyü kimi İ.Əliyev bu xüsusatları ərizələrinə daxil etmişdir ki, bu da onun öz iradə ifadəsinin əksi olmaqla, könüllü və sərvəst atdığı addımın nəticəsi olduğunun göstərcisidir. Sadalananları əsas tutaraq, məhkəmədən apelyasiya şikayətinin təmin edilməsi və 06 iyul 2022-ci il tarixli, 23394 və 23395 reyestr nömrəli, 21 may 2022-ci il tarixli, 4600 reyest nömrəli, 24 may 2022-ci il tarixli, 4676 reyestr nömrəli ərizə, 13 iyun 2022ci il tarixli, 19455 və 19458 reyestr nömrəli, 08 iyun 2022-ci il tarixli 18618 və 18619 reyestr nömrəli, habelə "xxxx" MMC ilə bağlı digər 08 iyun 2022-ci il tarixli, 18620 və 18621 reyestr nömrəli və 24 may 2022-ci il tarixli 4677, 4678 və 4679 reyetr nömrəli ərizələr üzrə iddia tələbinin təmin edilməməsinə dair qətnamənin qəbul edilməsini xahiş edir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun nümayəndəsi Vəkil1 X62nun ərizələrini müdafiə etdiyini bildirmiş, onun Cavabdeh4 tərəfindən aldadıldığını qeyd etməklə, şikayətin təmin edilməməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi vəkil Kərimov X36 Şahbaz Qara oğlu tərəfindən verilmiş izahatı müdafiə etmiş və hər hansı aldadılma halının olmadığını, X62nun öz iradə ifadəsi nəticəsində həmin ərizələri verdiyini, Cavabdeh4 həmin ərizələrin verilməsindən heç bir məlumatının olmadığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 418-1-420-ci maddələrinə, Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla və hissədə qətnamənin yoxlanılması müəyyən edildiyindən, yalnız bu hədlərdə apellyasiya icraatında araşdırılmanın mümkünlüyü nəzərə alınmalıdır. Yəni, müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun iddiasına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilən - Cavabdeh4 şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən:14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 325.3. Əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. 326. Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 327. Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 328.4. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. 328.5. Neqativ şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitənədək hadisə baş verməzsə və ya həmin hadisənin baş verməsinin mümkünsüzlüyü müddət bitənədək aydın olarsa, şərt yerinə yetirilmiş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt yalnız hadisənin baş verməyəcəyinin aydın olduğu vaxt yerinə yetirilmiş sayılır. 328.6. Əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. 328.7. O əqd ləğvedici şərtlə bağlanmış sayılır ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir. 328.8. Müəyyən şərtlə əqd bağlamış şəxsin ixtiyarı yoxdur ki, şərt baş verənədək öhdəliklərinin icrasına maneçilik törədə bilən hər hansı hərəkəti yerinə yetirsin. Əgər şərt müəyyən müddətdə baş verərsə və şəxs həmin hərəkəti icra etmiş olarsa, bu hərəkət nəticəsində əmələ gəlmiş ziyanın əvəzini digər tərəfə ödəməlidir. 328.9. Şərtin baş verməsi onun üçün sərfəli olmayan tərəf şərtin baş verməsinə vicdansızcasına maneçilik törədərsə, şərt baş vermiş sayılır. 328.10. Şərtin baş verməsi onun üçün sərfəli olan tərəf şərtin baş verməsinə vicdansızcasına kömək göstərdikdə şərt baş verməmiş sayılır. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

20. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur (Maddə 24-İİİ, 80).

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Müstəqil tələb irəli sürən üçüncü şəxs İlqar Əliyevin iddiası belə əsaslandırılıb ki, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 179, 308, 192, 213 və 147.2-ci maddələri ilə müxtəlif istintaq orqanlarında cinayət təqibi aparılan, axtarışda olan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə borclu olan Cavabdeh4 və onun başçılıq etdiyi dəstə üzvləri Cavabdeh5, X31, Cavabdeh6, X32, eləcə də hüquqdan suiistifadə edərək onlara məsuliyyətdən boyun qaçırmalarına hüquqi yardım edən digər şəxslər ona əsassız və həqiqətə uyğun olmayan məlumatlar verərək bir neçə vəkilə etibarnamə verilməsinə "nail” olmuş və bundan əlavə, ona mahiyyəti tam bildirilmədən, hüquqi nəticəsi gizlədilməklə əsassız ərizələr imzalatdıraraq hüquq- mühafizə orqanlarına və digər səlahiyyətli orqanlara göndərərək çaşqınlıq yaratmış, həmçinin bir sıra KİV-lərdə əsassız, şər və böhtan xarakterli məlumatları dərc etdirərək, eləcə də çıxış edərək məsuliyyətdən boyun qaçırmağa çalışmışlar. Bundan əlavə, qeyd edilən şəxslər üçüncü şəxs İ.Əliyevin oğlu İddiaçı2lə münasibətlərinin guya pozulması və s. kimi ucuz informasiyalarla özlərinə fürsət əldə etməyə nail olmuşlar. Halbuki, İ.Əliyevin oğlu İddiaçı2 heç bir narazılığı olmamış və münasibətləri çox yaxşıdır. Üçüncü şəxs İ.Əliyev xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi qeyd olunan ərizə və etibarnamələri başqa məqsədlə vermiş, lakin Cavabdeh4 və onun başçılıq etdiyi dəstə məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etmişlər. İddia tələbində qeyd olunan etibarnamələr və ərizələr qanunsuzdur, əsassızdır və onun iradə ifadəsini əks etdirmir. Belə ki, həmin sənədlərin mahiyyəti ona bildirilmədən və hüquqi nəticəsi gizlədilildiyindən məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Cavabdehlərin bu cür qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, 30000 manat mənəvi zərər də dəymişdir.

23. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə iddia ərizəsindən görünür ki, iddiaçı aldadılmasını (kassasiya baxışının predmeti olan əqdlər üzrə) ümumi sözlərlə ifadə etmiş, konkret olaraq kim tərəfindən, hansı formada aldadılması barədə heç bir əsas göstərməmiş və buna dair hər hansı sübuta istinad etməmiş, üstəlik, cavabdehin (Cavabdeh4) axtarışda olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi isə üçüncü şəxsin aldadılma ilə bağlı dediyi dəlillər yönündə hər hansı qiymətləndirmə aparmamış, üçüncü şəxsin konkret hansı əsasla - aldadılma, yanılma və ya hər iki əsasla ərizələri mübahisələndirməsinə aydınlıq gətirməmiş və bu məsələ, ümumiyyətlə, açıq qalmışdır. Eləcə də üçüncü şəxs yanılmasını da ümumi sözlərlə ifadə etmiş, yanılmışdısa, yanılmasının əsaslarını, əslində hansı məzmunda ərizə vermək niyyətində olduğunu göstərməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsində göstərdiyi halları qeyd etmiş və sonda Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə yalnız istinad etməklə kifayətlənərək, üçüncü şəxs tərəfindən verilən Cavabdeh4 aid ərizələrin etibarsız olması nəticəsinə gəlmişdir. Cavabdeh4 aid etibarsız hesab edilən 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrdə üçüncü şəxs iradəsini müxtəlif məzmunlarda (iddia tələbindən imtina, şikayətdən imtina və s.) ifadə etmişdir. Həmçinin həmin ərizələr müxtəlif vaxtlarda verilmişdir. Belə olan halda, mübahisənin düzgün həlli baxımından Cavabdeh4 axtarışda olması, ərizələrin müəyyən fasilələrlə ayrı-ayrı vaxtlarda verilməsi də nəzərə alınmaqla üçüncü şəxsin ərizələri verərkən hər dəfəmi yanılıb-yanılmaması, həmin ərizələri əslində hansı niyyətlə vermək istədiyi, onun yanılmasına nəyin və ya kimin təsir etməsi, onun iradə ifadəsinin əslində nəyə yönəlməsi, lakin yanılaraq niyə görə ərizələrdə qeyd edilən məzmunda iradə bildirməsi, ərizələrin məzmununda yanılmışdısa, bunun vacib əhəmiyyətli yanılma olması müəyyən edilməli idi. Halbuki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmə əsası kimi istinad etdiyi Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinin dispozitiv şərti məhz həmin halların müəyyən edilməsini tələb edir. Hazırki işdə isə həmin hallar müəyyən edilməyib. Başqa sözlə, Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə əsasən əqd etibarsız sayılırsa, həmin maddələrdə sadalanan dispozitiv şərtlər müəyyən edilməli idi. Bu hallar müəyyən edilmədən iddianın qeyd edilən normalar əsasında etibarsız sayılması maddi hüquq normasının pozuntusunu göstərir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları göstərilməlidir.

24. Birinci instansiya məhkəməsi tərəfindən baxılan hissəyə aid müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zaur Əliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli 8İ-4600 saylı reyestrdə qeydə alınmış ərizənin surətindən müəyyən olunur ki, X62 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-5221/2021 saylı qətnaməsindən verilmiş iddia tələbindən imtina etməsi, məhkəmə aktlarından verilmiş şikayətlərin onun tərəfindən imzalanmaması, tərəfindən verilmiş etibarnamələrin başqa məqsədlə verilməsi, etibar edilən şəxslərin həmin etibarnamələrdən başqa məqsədlə istifadə etmələri, bununla bağlı olaraq Vəkil1, X12, X20, X25 və X27 verilmiş etibarnamələrin ləğv edilməsinin nəzərə alınması məzmununda ərizə vermişdir; - X62 tərəfindən verilmiş və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədə qeyd edilir: "Nərimanov rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/20İ9 saylı icra sənədinə əsasən "Azinteroil” MMC ilə Cavabdeh5 arasında bağlanılmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə ləğv edilmiş və ünvan 8 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81.3 kv.m və 128.8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər boşaldılaraq "Azinteroil” MMC-yə geri qaytarılmalıdır. "Azinteroil” MMCnin 50% payı ona məxsusdur. İcra haqqında qanunun 17.1.10-cu maddəsini əsas tutaraq icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir”; - Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən tərtib edilmiş "Elektron notariat” X1 reyestr nömrəsi 4600 olan çıxarışdan görünür ki, iştirakçı olaraq imzası təsdiq edilən şəxs X62 notariat hərəkətinin məzmunu: "icraatınızda "Vicdan-1” MMC təsisçiləri mənim və X5 Cavabdeh4 qarşı "müqavilənin etibarsız hesab edilməsi və digər tələblərə dair” iddiamız üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)- 5521/2021 saylı iş üzrə qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki iş vardır. Həmin işlə bağlı iddia tələbimdən imtina edirəm və bildirirəm ki, iddia ərizəsində yazılan xüsusatlar həqiqəti əks etdirmir. Qeyd edirəm ki, iddia ərizəsi, ona əlavə və dəyişikliklər, o cümlədən adımdan verilən məhkəmə aktlarından şikayətlər mənim tərəfimdən imzalanmamışdır, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. Əlavə olaraq qeyd edirəm ki, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir”; - Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən tərtib edilmiş "Elektron notariat” X1 reyestr nömrəsi 4679 olan çıxarışdan görünür ki, iştirakçı olaraq imzası təsdiq edilən şəxs X62 notariat hərəkətinin məzmunu: "Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında iddiaçılar sırasında mənim, cavabdehlər sırasında Cavabdeh4, X16, Cavabdeh5 və digərlərinin adının olduğu bir sıra mülki iş vardır. Həmin işlə bağlı müvafiq qaydada iddia tələbimdən imtina etdiyim barədə ərizə təqdim etmişəm. Əlavə olaraq qeyd edirəm ki, sözügedən iddia ərizələrində, məhkəmə aktlarından şikayətlərdə yazılan xüsusatlar həqiqəti əks etdirmir, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. Əlavə olaraq qeyd edirəm ki, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir”; - Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən tərtib edilmiş "Elektron notariat” X1 reyestr nömrəsi 4678 olan çıxarışdan görünür ki, iştirakçı olaraq imzası təsdiq edilən şəxs X62 notariat hərəkətinin məzmunu: "Bakı Apelyasiya Məhkəməsinin icraatında iddiaçılar sırasında mənim, cavabdehlər sırasında Cavabdeh4, X16, Cavabdeh5 və digərlərinin adının olduğu bir sıra mülki iş vardır. Həmin işlə bağlı müvafiq qaydada iddia tələbimdən imtina etdiyim barədə ərizə təqdim etmişəm. Əlavə olaraq qeyd edirəm ki, sözügedən iddia ərizələrində, məhkəmə aktlarından şikayətlərdə yazılan xüsusatlar həqiqəti əks etdirmir, tərəfimdən verilmiş etibarnamələr başqa məqsədlə verilmişdir, lakin etibar edilən şəxslər həmin etibarnamələri təyinatı üzrə istifadə etməmişlər. Əlavə olaraq qeyd edirəm ki, tərəfimdən Vəkil1, X12, X20, X25 və X34 verilmiş etibarnamələr ləğv edilmişdir”; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(012)-5518/2021 saylı 13 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(012)-718/2021 saylı 08 fevral 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli 2(103)-5057/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır; - 3 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən "Elektron notariat” X1 reyestr nömrəsi 18620 olan çıxarışdan görünür ki, iştirakçılar olaraq imzası təsdiq edilən şəxs X53r; - 3 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən "Elektron notariat” X1 reyestr nömrəsi 18621 olan çıxarışdan görünür ki, iştirakçılar olaraq imzası təsdiq edilən şəxs X53r; - 3 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən "Elektron notariat” X1 reyestr nömrəsi 19455 olan çıxarışdan görünür ki, iştirakçılar olaraq imzası təsdiq edilən şəxs X53r; - 3 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən "Elektron notariat” X1 reyestr nömrəsi 19458 olan çıxarışdan görünür ki, iştirakçılar olaraq imzası təsdiq edilən şəxs X53r; - 3 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən "Elektron notariat” X1 reyestr nömrəsi 23395 olan çıxarışdan görünür ki, iştirakçılar olaraq imzası təsdiq edilən şəxs X53r; - 3 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən "Elektron notariat” X1 reyestr nömrəsi 23394 olan çıxarışdan görünür ki, iştirakçılar olaraq imzası təsdiq edilən şəxs X53r; - İş materiallarına əlavə olunmuş bütün hüquq-mühafizə orqanlarına, məhkəmələrə, idarə və təşkilatlara, icra və probasiya şöbələrinə, notariat ofislərinə, həmçinin digər səlahiyyətli orqanlarına ünvanlanmış xx.xx.2022-ci il tarixli 8İ-5707 saylı reyestrdə qeydə alınmış ərizənin surətində qeyd edilir: “Mən, X62, mərhum akademik X37 oğluyam. Uzun müddət özümə qardaş bildiyim və hazırda da qardaş münasibətində olduğum İddiaçı1 ilə birgə fəaliyyət göstərərək mərhum atam Aqil Əliyevdən miras qalmış cəmiyyət, şirkət və digər daşınmaz əmlakları dəyərləndirərək yüksək nəticə əldə etmişik. Artıq 6 ildən çoxdur ki, təsisçi olduğum şirkətlərin bir qismi investor, oğlum İddiaçı2 tərəfindən dəstəklənir və şirkətlər inkişaf edərək əsası X88 Əliyev tərəfindən qoyulmuş uğurlu siyasətə dəstək olmağa çalışır. İnanıram ki, bundan sonra da özümə qardaş bildiyim İddiaçı1la və oğlum İddiaçı2lə birgə böyük uğurlara imza atacağıq. Göründüyü kimi, məqsəd və niyyətimiz yeni iş yerləri açaraq X40 yürütdüyü uğurlu siyasətə dəstək olmaqdır. Lakin çox təəssüflər olsun ki, uzun müddət göstərdiyimiz etimaddan, dəstəkdən sui-istifadə edərək təsadüf nəticəsində əsası Aqil Əliyev tərəfindən qoyulmuş cəmiyyətlərdə 25 manatla təsisçi olmuş, bu gün barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 179, 308, 192, 213 və 147.2-ci maddələri ilə müxtəlif istintaq orqanlarında cinayət təqibi aparılan, axtarışda olan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə borclu olan Cavabdeh4 və onun başçılıq etdiyi dəstə üzvləri, Cavabdeh5, X31, Cavabdeh6, X32, eləcə də hüquqdan suiistifadə edərək onlara məsuliyyətdən boyun qaçırmalarına hüquqi yardım edən digər şəxslər mənə əsassız və həqiqətə uyğun olmayan məlumatlar verərək bir neçə vəkilə etibarnamə verilməsinə “nail” olmuş bundan əlavə mənə mahiyyəti tam bildirilmədən, hüquqi nəticəsi gizlədilməklə əsassız ərizələri imzalatdıraraq hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli orqanlara göndərərək çaşqınlıq yaratmışlar. Həmçinin müsavat yönümlü KİV-də vasitələrində əsassız, şər və böhtan xarakterli məlumatları dərc etdirərək, həmçinin çıxış edərək məsuliyyətdən boyun qaçırmağa çalışmışlar. Bundan əlavə, oğlum İddiaçı2lə münasibətlərimizin guya pozulması və s. kimi ucuz informasiyalarla özlərinə fürsət əldə etməyə nail olmuşlar. Qeyd edirəm ki, mənim oğlum İddiaçı2 heç bir narazılığım olmayıb. Bizim münasibətlərimiz ən yüksək səviyyədədir. Oğlum İddiaçı2 eyni zamanda mərhum atam Akademik Aqil Əliyevin davamçısı kimi çox yaxşı iqtisadçıdı və bu yolda ona valideyn kimi uğurlar arzulayıram. Xüsusilə qeyd edirəm ki, aşağıda qeyd olunan ərizə və etibarnamələri başqa məqsədlə vermişəm, lakin Cavabdeh4 və onun başçılıq etdiyi dəstə məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etmişlər. Qeyd edirəm ki, aşağıda qeyd olunan ərizə və etibarnamələr mənim iradə ifadəmi əks etdirmir. Artıq bir neçə etibarnamələri ləğv etmişəm. Ona görə də aşağıda qeyd olunan etibarnamə və ərizələrin ləğv edilməsini xahiş edirəm. 1. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 3048. 2. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4973. 3. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4362. 4. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4363. 5. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4365. 6. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4368. 7. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4369. 8. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4370. 9. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4600. 10. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4676. 11. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4677. 12. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4678. 13. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4679. 14. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 4680.

15. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18693. 16. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 19456. 17. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 19458. 18. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 19455. 19. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 5642. 20. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 5643. 21. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18621. 22. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18619. 23. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18620. 24. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 5644. 25. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18698. 26. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18692. 27. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18618. 28. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18662. 29. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18619. 30. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18654. 31. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18696. 32. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18694. 33. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18697. 34. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18695. 35. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 18699. 36. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23395. 37. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23390. 38. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 6836. 39. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23394. 40. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23392. 41. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23391. 42. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23401. 43. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 6835. 44. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23400. 45. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23723. 46. Qeydiyyat tarixi: xx.xx.2022; Reyestr nömrəsi: 23393”.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini baxılan hissədə araşdırıraq hesab edir ki, şikayəti qismən əsaslıdır və həmin hissədə təmin edilməlidir.

26. Müstəqil tələb sürən üçüncü şəxs İlqar Əliyev apellyasiya icraatı zamanı təqdim etdiyini ərizələrdə qeyd edilən ərizələrin Cavabdeh4 tərəfindən aldadılması nəticəsində verildiyini qeyd etmişdir.

27. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinin mənasına görə şəxsin əqd bağlamaq niyyəti əvvəlcədən olmur və bu niyyət digər tərəfin onu aldatması nəticəsində yaranır, aldatma olmasaydı, şəxs əqd bağlamaz və ya əqdi özünün istədiyi başqa şərtlərlə bağlayardı.

28. İlk növbədə baxılan hissədə mübahisə edilən ərizələrin məhz əqd olması sübuta yetirilməlidir. Belə ki, müvafiq olaraq iddia tələbindən belə müəyyən edilir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev İlqarın tələbi şərtlə bağlanmış əqdlərin etibarsızlığı ilə bağlıdır. Yəni, Cavabdeh4 onu aldadaraq və müəyyən vədlər verərək mübahisə edilən ərizələri imzalanmasına vadar etmişdir. Burada şərti Cavabdeh4 verdiyi və üzərinə götürdükləri öhdəliklər təşkil edir ki, bu hissədə ərizələrdə hər hansı xüsusatlar təsbit edilməmişdir. Deməli, tərəflər arasında münasibətlərin tənzimlənməsini (qarşılıqlı öhdəliklərin yaranmasını) müəyyən edən əqd olması üçün tək birtərəfli ərizələrin mövcudluğu kifayət deyil, bu ərizələrin verilməsinə əsas olmuş məhz vədin (şərtin) mövcudluğu müəyyən edilməlidir. Lakin Cavabdeh4 qeyd edilənləri təkzib edir və mübahisə edilən ərizələrin müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev İlqarın öz iradə ifadəsi əsasında icra edildiyini və heç bir vədlərin (şərtlərin) mövcud olmadığını bildirir.

29. Mülki qanunvriciliyin tələblərinə görə mübahisə edilən ərizələrin əqd hesab edilməsi üçün 1) birtərəfli iradə ifadəsi olmalı; 2) mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş olmalı; 3) tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olmalıdır. Bundan başqa, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

30. Hazırki mübahisələndirilən ərizələr qeyd edilən kriteriyaları əhatə etmir. Belə ki, ərizələrin vədlər (şərtlər,razılaşmalar) əsasında (aldadılaraq) verildiyi iddia edilsə də, şərtin (vədlərin) verilməsi, bununla da ərizələrin hər hansı razılaşmanın tərkib hissəsi və ya vasitəsi olması sübuta yetirilmir. Yəni, ərizələrin şərtlə bağlanmış əqdin tərkib hissəsi belə olması üçün razılaşmanın sübut olunmaması bu ərizələrin birtərəfli əqd tələblərinə cavab verməsini, habelə hansı mülki hüquq münasibətlərin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş olmasını müəyyən etmir. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq şərait yaradılmasına baxmayaraq, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsi Əliyev İlqar tərəfindən ilk olaraq razılaşmanın mövcudlunu, habelə bu əsaslarla onun aldadılmasını müəyyən edən sübutlar məhkəmə kollegiyasının araşdırılmasına təqdim edilməmiş, təqdim edilmiş mülahizələri isə qarşı tərəf qəbul etməmişdir. Qeyd edilən əsasların mövcudluğunu sübut etmək vəzifəsi də mübahisələndirən tərəfin üzərinə düşür, müstəqil tələb sürən üçüncü şəxs İlqar Əliyev isə Cavabdeh4 tərəfindən aldadıldığını ümumi sözlərlə ifadə etmiş, konkret olaraq buna dair hər hansı sübuta istinad etməmişdir.

31. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80- 82, 88, 106.2, 217, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri və müəyyən edilən hallar qətnamənin qismən (baxılan hissədə) ləğvi üçün əsasdır, ona görə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbində göstərilən 13 sayda – 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması hissədə iddia tələbi rədd edilməli, Cavabdeh4 şikayəti (baxılan hissədə) qismən təmin edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh4 apellyasiya şikayəti (müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun iddiasına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilən - Cavabdeh4 şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması hissəsində) qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2994/2022 saylı işi üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi qətnaməsi (qismən) - müstəqil tələb irəli sürən üçüncü şəxs X62nun iddia tələbinin - 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar