Məhkəmə qərarları › İş №2(103)-2039/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2039/2023

22.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2039/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-3848/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsini xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə qoşmada təqdim etdikləri “İnternet Vergi İdarəsi sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh2 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 181A-dır. Ona görə də iddia ərizəsini Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə vermişlər. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan MAPS arayışından görünür ki, cavabdeh fiziki şəxs Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin, “İnternet Vergi İdarəsi sistemi”ndən çıxarışdan görünür ki, digər cavabdeh hüquqi şəxs Cavabdeh2 MMC-nin hüquqi ünvanı ünvan 3unvericiliyin tələbinə əsasən iddia ərizəsi ya Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə, ya da Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Lakin iddiaçı iddia ərizəsini ərazi aidiyyəti üzrə düzgün verməmişdir. İddiaçı nəzərə almamışdır ki, onun tərəfindən təqdim olunmuş “İnternet Vergi İdarəsi sistemi”ndən çıxarışda Bakı şəhəri Nizami rayonu – cavabdehin deyil, vergi uçotu orqanının ünvanıdır. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3848/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar