Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2040/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsassız varlanma predmetinin qaytarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2015-ci il tarixdə İddiaçı1, X2, İddiaçı2, Cavabdeh2, X12, Cavabdeh1 tərəfindən tərtib və təsdiq edilmiş aktdan görünür ki, Məmmədşah Əliheydər oğlu ünvan 1 ünvanda yerləşən 49,65 m2 , hüquqi sənədi olmayan, həyətyanı bir mərtəbəli evə görə Cavabdeh2 77.000 manat ödəmişdir. X13 və Cavabdeh2 bildirirlər ki, gələcəkdə özlərinin və qohumlarının heç bir iddiası olmayacaq. Yuxarıda göstərilən 77.000 manatın 50.000 manatı 49,65 m2 evə görə nağd, 16.200 manatı Bank of Bakuya olan kredit borcunu ödəyəcək. 10.800 manatı isə ev kirayəsindən üç illiyə kirayə haqqı kimi ödəniləcək. Evin və torpaq sahəsi təqdim olunan cizgidə göstərilib. xx.xx.2015-ci il tarixdən ev İddiaçı2 məxsusdur. X12 bildirir ki, öz səlahiyyətini Cavabdeh2 verir.
2. 1978-ci ilin oktyabr ayında tərtib olunmuş «Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası»ndan görünür ki, ünvan 2 ünvanda yerləşən evin sahibləri kimi X8, X9, X14 və X6r.
3. Cavabdeh2 və digərlərinin Bakı şəhəri Nəsimi RPİ şəxsiyyət vəsiqələri və qeydiyyat şöbəsinin rəisinin adına yazdıqları 04 may 2015-ci il tarixli ərizələrdən görünür ki, onlar İddiaçı2 ünvan 3 ünvana qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər
4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-99/2017 saylı qərarından görünür ki, X5 Nəsimi RPİ-yə qarşı (İddiaçı2 Əlheydər oğlu üçüncü şəxs qismində cəlb edilməklə) «qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı2 Əlheydər oğlunun Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi 135 saylı evdən pasport qeydiyyatından çıxarılması Bakı şəhəri Nəsimi RPİ-yə həvalə edilməsi qərara alınmışdır.
5. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı2 tərəfindən məhz Cavabdeh2 bankla bağladığı kredit müqavilələri üzrə cəmi 4.419 manat həcmində ödəniş etmişdir
6. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia edirlər ki, cavabdehlərə (əsasən İddiaçı1 tərəfindən Cavabdeh2) verilmiş borc pul ilə o və övladları banklara olan borclarını ödəmiş və nəticədə həmin borcun məbləği 77.000 manata çatmışdır. Həmin borcun əvəzi olaraq xx.xx.2015-ci il tarixdə akt tərtib olunmuş və bu akta əsasən ünvan 4 ünvanda yerləşən 49.65 m2 yaşayış evi və qaraj olan sahələrinə görə ona 77.000 manat pulun ödənildiyi göstərilmişdir. Lakin hazırki vaxta kimi cavabdehlərdən rəsmi qaydada evi ala bilmirlər, cavabdehlər iddiaçıların pullarını müxtəlif bəhanələrlə qaytarmırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77.000 manat məbləğində pul vəsaiti, ödənilmiş 321 manat dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 400 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə iddiaçılar 2000-ci ildən tanışdırlar. Cavabdeh2 iddiaçılara özü və uşaqları Cavabdeh1, Muradova Aysel və Muradova Aygünün banklardan götürdükləri borcları ödəyə bilmədiklərini bildirərək iddiaçılardan pul istəmişdir. İddiaçılar cavabdehlərə borc verərək "xxxx" KB ASC, "xxxx" ASC, "xxxx" ASC-yə olan, ödəniş müddəti keçmiş kredit borclarını hissə-hissə qaytarmağa köməklik etmişlər. Cavabdeh1 tərəfindən "xxxx" ASC ilə bağlanmış 16 may 2025-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı1 zamin durmuşdur. Cavabdeh2 heç yerdə işləməmiş, qazanc əldə etmək üçün pul vəsaitlərinin hesabına məhsul alıb şirniyyat bişirərək satmışdır. 2015-ci ildə iddiaçılara olan borcun cəmi 77.000 manata çatmışdır. Cavabdeh2 həyət evi var, onlar razılaşmışlar ki, Cavabdeh2 həmin evi sənədləşdirərək bir hissəsini iddiaçılardan İddiaçı2 adına keçirəcəkdir. Bununla bağlı 07 may 2015-ci il tarixdə tərəflərin iştirakı ilə akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, «İddiaçı2 Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi 135 ünvanda yerləşən 49.65 m2 yaşayış və qaraj olan sahələrinə görə Cavabdeh2 77.000 manat ödədi». Bundan öncə 04 may 2015-ci il tarixdə, gələcəkdə evini adına asan keçirmək üçün cavabdehlər və cavabdehlərin ailə üzvləri onları həmin həyət evinə qeydiyyata salmaq üçün müvafiq qeydiyyat şöbəsində razılıq vermişlər. Cavabdehlər iddiaçılara evin texniki pasportunun surətini təqdim etmişlər. İddiaçı2 həmin evdə 2015-ci ilin may ayından qeydiyyatda olmuşdur. Lakin 2016-ci ilin sonunda cavabdehlər İddiaçı2 məhkəmə qaydasında qeydiyyatdan çıxartmışlar, baxmayaraq ki, cavabdehlər tərəfindən borclar qaytarılmamışdır. Nəticədə tərəflər arasında olan razılıq pozulmuşdur. İddiaçılar cavabdehlərdən rəsmi qaydada ev ala bilmirlər, cavabdehlər isə iddiaçıların pullarını müxtəlif bəhanələrlə vermirlər. Nəticə etibarı ilə iddiaçıların mülkiyyət hüquqları ciddi pozulmuşdur. 2023-ci ildə telefon yazışmaları ilə cavabdehlər borclarını etiraf etmişlər, həm də bildirmişlər ki, ev söküntüyə düşür və onlar kompensasiyanı alan kimi iddiaçılara pay verəcəklər. Ancaq bu günə kimi məsələ həmin yerdədir.
9. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək iddia tələbini qəbul etmədiyini və iddiaçı tərəfin öz ərizəsində göstərdiyi pul tələbi ilə bağlı məsələ tamamilə yanlış olmaqla məhkəmədə yanlış təəssürat yaratmaq məqsədi ilə yazılmış bir söz yığınagından ibarət olmasını xüsusilə qeyd edir, onun heç bir halda iddiaçılar qarşısında belə bir külli miqdarda, yəni 77.000 manat məbləğində pul öhdəliyi olmamışdır. Həmin pul məbləği ilə kredit ödənişlərinin ödənilməsinə görə borc olaraq verilməsi isə tamamilə uydurma və absurd bir iddiadır. Əsassız varlanma faktı tələbi ilə bağlı ona qarşı göstərilən bu məbləğdə pul tələbinə dair əsaslandırma həm kökündən saxtadır, həm də əsassızdır. Belə ki, İddiaçı1 ona və başqa şəxslərə də faizlə müxtəlif vaxtlarda pul vermişdir. Həmin pul məbləğlərinə görə o, iddiaçıya ödənilməli olan aylıq faiz məbləğlərini və əsas pul hissəsini vaxtlı-vaxtında geri ödəmişdir. Lakin sonradan aralarında olan razılaşma ilə İddiaçı1 qzı 5.000 manat pul vermişdir. Lakin ona verdiyi pula görə aylıq yüksək faiz hesabladığından xəbəri olmamışdır. Belə ki, iddiaçı ona heç bir məlumat vermədən, özünün müəyyən etdiyi formada hər ay 5.000 manat pula görə yüksək faiz hesablayaraq sonunda onun iddiaçıya olan borcunun 26.000 manat olduğunu ona bildirmişdir. İddiaçı özündən hesablayaraq müəyyən etdiyi həmin 26.000 manat pula görə yenidən yüksək faiz hesablamış və onun iddiaçıya olan borcunu 50.000 manat olduğunu demişdir. Heç bir əsas, heç bir sübut olmadan, yalnız özünün təxəyyülünə əsasən İddiaçı1 tərəfindən müəyyən edilmişdir. Ona qarşı iddia edilən əsassız varlanma faktı ilə bağlı pul tələbi isə ona verilmiş pul və iddiaçıya faizləri ilə tam həcmdə qaytarılmış borc pul tələbi ilə ziddiyyət təşkil edir. İddia ərizəsinə əlavə edilmiş akt sənədini İddiaçı1 özü tərtib etmiş və özünə sərf edən formada şərtlər yazmışdır. Onun sənədləşmə işlərindən heç bir xəbəri olmadığına görə bu akta imzanın onun tərəfindən necə çəkildiyindən heç bir xəbəri yoxdur. Həmin aktda olan imza və yazı xətt nümunəsi isə ona aid deyil. Aktda yazılanlardan görünür ki, iddiaçı bu aktı özünə sərf edən formada tərtib etmişdir. Akt üzrə göstərilir ki, guya ona 50.000 manat pul ödənilmişdir. Hansı ki, iddiaçı onun həmin dövrdə mənzilini satmaq niyyətində olduğunu biləndən sonra onun iddiaçıya olan borcuna özü-özlüyündə hesablama apararaq qısa müddətdə ödənilməli olan borcunu faizlər hesablamaqla 50.000 manata çatdırmışdır. İddiaçı1 ona məxsus olan sözügedən mənzili ələ keçirmək məqsədi ilə etmiş və bu niyyətlə də qeyd olunan aktı tərtib etmişdir. İddia ərizəsinə əlavə olunmuş aktı oxuyanda açıq aşkar görünür ki, orada yazılanlar aldatmaq niyyəti ilə tərtib edilmişdir. xx.xx.2015-ci il tarixdə həmin akt yazılmış və imzalar çəkilmişdir. Həmin aktda göstərilmişdir ki, «hazırkı aktı ona görə tərtib edirik ki, həqiqətən Məmmədşah Əliheydər oğlu ünvan 5 ünvanda yerləşən 49.65 m2 hüquqi sənədi olmayan həyətyanı bir mərtəbəli evə görə Cavabdeh2 77.000 manat ödədi. Yuxarıda göstərilən 77.000 manatın 50.000 manatı 49.65 m2 evə görə nağd, 16.200 manatı isə "xxxx"ya olan kredit borcunu ödəyəcəm. 10.800 manat isə ev kirayəsindən 3 illiyə kirayə haqqı kimi ödəniləcək.» onun banklara olan borcları və onların ödəniş tarixçəsi ilə bağlı mərkəzi bankda yaradılmış FİNDOC sistemi vasitəsi ilə sorğu verib göstərə bilərisiniz ki, əgər iddiaçı onun banka olan borcundan 16.200 manat məbləgində həmin akt tərtib edildikdən sonra, yəni xx.xx.2015-ci il tarixdən tam həcmdə birdəfəlik ödəniş edibsə bunu ödəniş qəbzləri ilə sübuta yetirməyə borcludur. İddiaçı əgər ona və ailə üzvlərinə aid hər hansı kredit ödənişlərini icra edibsə bunun sübutetmə yükü iddiaçının üzərinə düşür və bu hal həqiqətən məhkəmədə öz əksini tapacağı və ödənişin edildiyi sənədlər və qəbzlərlə sübuta yetirildiyi halda onun buna heç bir etirazı yoxdur və heç bir öhdəlikdən və məsuliyyətdən də yayınan şəxs deyil. İddia tələbində göstərilən əssasız varlanma faktı ilə bağlı göstərilənlərin əsassız olduğunu bildirir. İddia müddəti də ötürüldüyünə görə, bu tələbin rədd edilməsini xahiş edir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 54.419 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 227 manatının Cavabdeh2 İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyə əsasən əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin cavabdehlərə münasibətdə mövcud olduğu müəyyən edilməmişdir. Həmçinin hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunmur. Belə ki, işin araşdırılmış halları ilə təsdiq olunur ki, cavabdeh tərəfin (Cavabdeh2 və uşaqları Cavabdeh1, Muradova Aysel və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Muradova Aygünün) illər öncə həm şəxsi, həm də müxtəlif banklara kredit borcları olmuşdur. Bu borcları ödəmək üçün əvvəldən də tanış olan Cavabdeh2 iddiaçıdan müxtəlif vaxtlarda pullar almışdır. Cavabdeh tərəf hazırda alınmış borcların faizlə verilən borc olmasını göstərsə də, bu faktı təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iclaslarında Cavabdeh2 hazırki vaxta kimi də iddiaçı tərəfə borcun olmasını qismən etiraf etmiş, lakin hər keçirilən məhkəmə iclasında bu borcun məbləğini gah 8000, gah da maksimum 20000 manatdan çox ola bilməməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia Cavabdeh2 və onun oğlu Cavabdeh1 oğuna qarşı qaldırılmış, digər övladlarına qarşı (övladlarının biri vəfat etmişdir) iddia tələbi mövcud deyildir. Beləliklə də, tərəflər arasında borc münasibətlərinin yaranması və hazırki vaxta kimi davam etməklə tamamlanmaması işin mübahisəsiz halıdır. Belə olan halda müəyyən edilir ki, iddiaçılar tələbinin əsası kimi əsassız varlanma ilə bağlı normalara istinad etməsinə baxmayaraq tərəflər arasında olan hazırki mübahisə əsassız varlanma ilə bağlı deyil, qeyd edildiyi kimi borc münasibətləri əsasında yarandığından əssassız varlanma ilə əlaqədar iddianın müddətinin ötürülməsindən də söhbət gedə bilməz və bu münasibətlərə mülki qanunvericiliyin borcla bağlı müddəaları (yaranan vaxt qüvvədə olan redaksiyada) tətbiq edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, uzun zaman kəsiyində tərəflər arasında müxtəlif vaxtlarda baş verən borc münasibətlərinin artan xətt üzrə davam etməsi borc məbləği artdığı üçün yekun olaraq aralarında xx.xx.2015-ci il tarixdə ünvan 6 ünvanda yerləşən 49,65 m2 , hüquqi sənədi olmayan, həyətyanı bir mərtəbəli evlə bağlı akt tərtib edilmişdir. Bu akta görə iddiaçı tərəf Cavabdeh2 77.000 manat ödəmişdir. Göstərilən 77.000 manatın 50.000 manatı 49,65 m2 evə görə nağd, 16.200 manatı "xxxx"ya olan kredit borcunu ödəyəcək, 10.800 manatı isə ev kirayəsindən üç illiyə kirayə haqqı kimi ödəniləcək. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı2 tərəfindən Cavabdeh2 bankla bağladığı kredit müqavilələri üzrə cəmi 4.419 manat həcmində ödəniş etmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, aktın tərtibatından sonra aktda göstərilənlərin həyata keçirilməsi istiqamətində İddiaçı2 Əlheydər oğlu hətta həmin ünvana qeydiyyata da alınmışdır. İşin bu halı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(81)-99/2017 saylı qərarının məzmunu ilə təsdiq edilir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf özlərinin imzaladığı aktda göstərilənlərin hüquqi əsası olmamasını qeyd etsələr (aktın onlar tərəfindən imzalanmaması, məzmununu oxumamaları) də, bu əsassızlığın konkret nədən ibarət olmasına dair tutarlı və mötəbər subut növləri təqdim etməmişlər. Belə ki, məhkəmə tərəfindən aktda olan imzaların həqiqiliyinə dair müvafiq ekspertizanın təyin edilməsi müzakirə edilərkən cavabdeh tərəf aktdakı imzaların onlar tərəfindən imzalanmasını inkar etməyərək bu növ ekspertizanın keçirilməsində israrlı olmamış, təkid etməmiş, sonda imzaladıqları aktı tam oxumayaraq məzmununun mahiyyətini anlamadıqlarını bildirməklə kifayətlənmişlər. Bu halların mövcudluğu məhkəməyə cavabdeh tərəfin həmin aktın mövcudluğundan tam məlumatlı olması, eləcə də aktın məzmununda razılaşdırılmış şərtlərin həqiqətə uyğun olması qənaətinə gəlməsinə tam əsas verir. Məhkəmə xüsusilə qeyd etmişdir ki, cavabdeh tərəf hazırki vaxta kimi həmin aktı qeyd etdikləri əsaslarla mübahisələndirməmişlər. Buna görə aktla bağlı cavabdeh tərəfin dəlillərini məhkəmə inandırıcı saymaraq tənqidi yanaşır və yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, aktın məzmunu Cavabdeh2 50000 manat məbləğində borc pul verilməsi faktının təsdiqidir. Məhkəmə həmçinin hesab etmişdir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinin (tərəflər arasında münasibətlər yaranan vaxt qüvvədə olan redaksiyada) tələbinə əsasən, yəni borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu üçün bu zaman tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanılmalı olması nəzərə alınsa, xx.xx.2015-ci il tarixdə İddiaçı1, X2, İddiaçı2, Cavabdeh2, X12, Cavabdeh1 tərəfindən tərtib və təsdiq edilmiş akt qeyd edilən normanın tələblərinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinə əsasən İddiaçı2 tərəfindən Cavabdeh2 bankla bağladığı kredit müqavilələri üzrə 4.419 manat həcmində ödənişlərdən daha çox ödənişlər etməsinin təsdiqini tapmamasını nəzərə alınaraq Cavabdeh2 qeyd edilən məbləğdə pul İddiaçı2 xeyrinə tutulmalıdır. Bundan başqa, işin hallarına qiymət verməkdə davam edərək, məhkəmə cavabdeh tərəfdən şahid qismində dindirilmiş şəxslərin ifadəsinə münasibətdə qeyd edir ki, məhkəmənin qənaətinə görə həmin ifadələr sübut kimi qiymətləndirilmir. Belə ki, iş üzrə şahid Məsmə Zeynalovanın, eləcə də İmran Muradovun cavabdehlərin qohumu olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadəsi də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin şahidin ifadəsi, əgər ifadəsi ilə bağlı mötəbər sübut təqdim edilsəydi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin şahidinin ifadəsi yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. Beləliklə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 54.419 manat pul vəsaiti İddiaçı2 xeyrinə tutulmaqla, iddia qalan hissədə sübut olunmadığı üçün təmin edilməməlidir. Belə ki, aktda həmçinin mənzilin 10.800 manatın ev kirayəsindən üç illiyə kirayə haqqı kimi ödənilməsi tələbi də qeyd edilmiş, lakin müəyyən edilmişdir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində tərəflərin heç birinin adına qeydiyyatdan keçməmişdir. Başqa sözlə, iddiaçının həmin evi kirayəyə vermək, cavabdehlərin isə bununla bağlı onlara kirayə haqqı ödəməsi kimi öhdəlikləri yaranmamışdır. Bu isə son nəticədə iddiaçı tərəfin aktın bu hissəsi əsasında cavabdehlərə qarşı iddia qaldırmasına subyektiv hüququnun yaranmaması deməkdir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti və apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək qətnamə ilə təmin edilməyən iddia tələbinin Sevil və ya Məmmədşahın xeyrinə tam şəkildə təmin edilməsi xahiş etmişdir. 14.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı1 cavabdehlərin təqsirindən ona məxsus olan əmlakından (pul vəsaitlərindən) məhrum olunmuşdur. Məhkəmə bu pozulmuş hüquqlarını müdafiə edib bərpa etməmişdir. Məhkəmə İddiaçı1 məhkəmə prosesində verilmiş ifadəsinə (onun cavabdehlərin - Cavabdeh2 və Cavabdeh1 bank borclarının bir hissəsinin şəxsən ödənilməsi hallarına) hüquqi qiymət verməmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2017 il tarixli qətnaməsi ilə müəyyən və təsdiq olunmuş hallar – cavabdehin təxmini 70-80 min manat məbləğində borcunun mövcud olmasını məhkəmə nəzərə almamışdır. İddiaçı1 tələblərini araşdırılıb, lakin düzgün hüquqi qiymət verilməməsi prosesual hüquq normalarını tam pozur.
15. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfin öz ərizəsində göstərdiyi pul tələbi ilə bağlı məsələ tamamilə yanlış olmaqla məhkəmədə yanlış təəssürat yaratmaq məqsədi ilə yazılmış bir söz yığınından ibarət olmasını xüsusilə qeyd edir, onun heç bir halda iddiaçılar qarşısında belə bir külli miqdarda, yəni 77.000 manat məbləğində pul öhdəliyi olmamışdır. Həmin pul məbləği ilə kredit ödənişlərinin ödənilməsinə görə borc olaraq verilməsi isə tamamilə uydurma və absurd bir iddiadır. Əsassız varlanma faktı tələbi ilə bağlı ona qarşı göstərilən bu məbləğdə pul tələbinə dair əsaslandırma həm kökündən saxtadır, həm də əsassızdır. Belə ki, İddiaçı1 ona və başqa şəxslərə də faizlə müxtəlif vaxtlarda pul vermişdir. Həmin pul məbləğlərinə görə o, iddiaçıya ödənilməli olan aylıq faiz məbləğlərini və əsas pul hissəsini vaxtlı-vaxtında geri ödəmişdir. Lakin sonradan aralarında olan razılaşma ilə İddiaçı1 5.000 manat pul vermişdir. Lakin ona verdiyi pula görə aylıq yüksək faiz hesabladığından xəbəri olmamışdır. Belə ki, iddiaçı ona heç bir məlumat vermədən, özünün müəyyən etdiyi formada hər ay 5.000 manat pula görə yüksək faiz hesablayaraq sonunda onun iddiaçıya olan borcunun 26.000 manat olduğunu ona bildirmişdir. İddiaçı özündən hesablayaraq müəyyən etdiyi həmin 26.000 manat pula görə yenidən yüksək faiz hesablamış və onun iddiaçıya olan borcunu 50.000 manat olduğunu demişdir. Heç bir əsas, heç bir sübut olmadan, yalnız özünün təxəyyülünə əsasən İddiaçı1 tərəfindən müəyyən edilmişdir. Ona qarşı iddia edilən əsassız varlanma faktı ilə bağlı pul tələbi isə ona verilmiş pul və iddiaçıya faizləri ilə tam həcmdə qaytarılmış borc pul tələbi ilə ziddiyyət təşkil edir. İddia ərizəsinə əlavə edilmiş akt sənədini İddiaçı1 özü tərtib etmiş və özünə sərf edən formada şərtlər yazmışdır. Onun sənədləşmə işlərindən heç bir xəbəri olmadığına görə bu akta imzanın onun tərəfindən necə çəkildiyindən heç bir xəbəri yoxdur. Həmin aktda olan imza və yazı xətt nümunəsi isə ona aid deyil. Aktda yazılanlardan görünür ki, iddiaçı bu aktı özünə sərf edən formada tərtib etmişdir. Akt üzrə göstərilir ki, guya ona 50.000 manat pul ödənilmişdir. Hansı ki, iddiaçı onun həmin dövrdə mənzilini satmaq niyyətində olduğunu biləndən sonra onun iddiaçıya olan borcuna özü-özlüyündə hesablama apararaq qısa müddətdə ödənilməli olan borcunu faizlər hesablamaqla 50.000 manata çatdırmışdır. İddiaçı1 ona məxsus olan sözügedən mənzili ələ keçirmək məqsədi ilə etmiş və bu niyyətlə də qeyd olunan aktı tərtib etmişdir. İddia ərizəsinə əlavə olunmuş aktı oxuyanda açıq aşkar görünür ki, orada yazılanlar aldatmaq niyyəti ilə tərtib edilmişdir. xx.xx.2015-ci il tarixdə həmin akt yazılmış və imzalar çəkilmişdir. Həmin aktda göstərilmişdir ki, «hazırkı aktı ona görə tərtib edirik ki, həqiqətən Məmmədşah Əliheydər oğlu ünvan 5 ünvanda yerləşən 49.65 m2 hüquqi sənədi olmayan həyətyanı bir mərtəbəli evə görə Cavabdeh2 77.000 manat ödədi. Yuxarıda göstərilən 77.000 manatın 50.000 manatı 49.65 m2 evə görə nağd, 16.200 manatı isə "xxxx"ya olan kredit borcunu ödəyəcəm. 10.800 manat isə ev kirayəsindən 3 illiyə kirayə haqqı kimi ödəniləcək.» onun banklara olan borcları və onların ödəniş tarixçəsi ilə bağlı mərkəzi bankda yaradılmış FİNDOC sistemi vasitəsi ilə sorğu verib göstərə bilərisiniz ki, əgər iddiaçı onun banka olan borcundan 16.200 manat məbləgində həmin akt tərtib edildikdən sonra, yəni xx.xx.2015-ci il tarixdən tam həcmdə birdəfəlik ödəniş edibsə bunu ödəniş qəbzləri ilə sübuta yetirməyə borcludur. İddiaçı əgər ona və ailə üzvlərinə aid hər hansı kredit ödənişlərini icra edibsə bunun sübutetmə yükü iddiaçının üzərinə düşür və bu hal həqiqətən məhkəmədə öz əksini tapacağı və ödənişin edildiyi sənədlər və qəbzlərlə sübuta yetirildiyi halda onun buna heç bir etirazı yoxdur və heç bir öhdəlikdən və məsuliyyətdən də yayınan şəxs deyil. İddia tələbində göstərilən əssasız varlanma faktı ilə bağlı göstərilənlər əsassızdır. İş üzrə şahid kimi çıxış etmiş X10 ifadəsində bildirdi ki, illərdir Esmira xanımın faiz borcunun olduğunu bilir. Rəhmətlik əmisi Muradov Vahid onu aldadaraq yalandan qol çəkdirdiklərini bildirmiş və bununla bağlı məhkəməyə müraciət etmişdi. İnzibati məhkəmə yekun olaraq işə xitam vermişdir. Məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş xx.xx.2015-ci il tarixdə İddiaçı1, X2, İddiaçı2, Cavabdeh2, X12, Cavabdeh1 tərəfindən tərtib və təsdiq edilmiş aktın mötəbərliyi araşdırılmamış, orda çəkilmiş imzaların həqiqiliyi yoxlanılmamışdır. Məhkəmə işə birtərəfli yanaşaraq məhkəməyə təqdim edilmiş sübutların mötəbərliyini və əsasslılığını yoxlamamış. İş üzrə şahid Məsmə Zeynalovanın, eləcə də İmran Muradovun izzahatları məhkəmə tərəfindən cavabdehlərin qohumu olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadəsi də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. belə ki, məhkəmə işə qərəzli yanaşaraq prosessual hüquq normasını pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, banklara borcu var, iddiaçının bildirdikləri düz deyil, iddiaçı faizlə pul verib, yazışmalar da var, baxılsa hər şey aydın olar.
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Məmmədşah ona pul verməyib, 26.000 manatın üzərinə məbləğ gələrək 50.000 manat edib, evi satmaq istədiyini Sevilə dedi. Sevil ondan xahiş etdi ki, satmasın, iddiaçı onu aldadıb. Dəfələrlə dedi ki, banka olan ödənişi etsin, 50.000 manatı onu aldadaraq üzərinə gəlib. 20.Məhkəmə kollegiyasının iclasında İddiaçı1 cavabdehin apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, özünün verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, məbləğ ilə razı deyil, evi almışdır, sonradan cavabdehi çıxarmamış, yaşamağa onlara icazə vermişdir. Cavabdehin zamini olmuş, müqavilə üzrə də öhdəliklərini yerinə yetirmişdir, onların banka borcunu ödəmişdir. Qəbzlərin hamısını saxlamamışdır, düşünmürdü ki, cavabdehlər bu cür hərəkət edər, ona sonradan aydın oldu ki, cavabdehlər borclarını qaytarmaq istəmirlər. Hesablaşmalar etdilər, 50.000 manatdan çox oldu, cavabdeh ya çıxarışı alsın, ya da pul versin ki, ev ala bilsin. Məbləğin oğlunun xeyrinə tutulmasını xahiş edir.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi,
Tətbiq edilən hüquq normaları:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı halda apellyasiya baxışının hədləri qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasından ibarətdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 28.Belə ki, xx.xx.2011-ci il tarixli əlyazmada qeyd olunur ki, Cavabdeh2 İddiaçı1 26000 manat mal və pul alver məqsədilə götürmüş, hissə hissə ödəyəcək, pulu qaytara bilməsə evin ona aid olan hissəsindən satıldıqda borcunu tam 26000 manat qaytaracaq(i.v.97).
29. xx.xx.2015-ci il tarixdə İddiaçı1, X2, İddiaçı2, Cavabdeh2, X12, Cavabdeh1 tərəfindən tərtib və təsdiq edilmiş aktdan görünür ki, Məmmədşah Əliheydər oğlu ünvan 1 ünvanda yerləşən 49,65 m2 , hüquqi sənədi olmayan, həyətyanı bir mərtəbəli evə görə Cavabdeh2 77.000 manat ödəmişdir. X13 və Cavabdeh2 bildirirlər ki, gələcəkdə özlərinin və qohumlarının heç bir iddiası olmayacaq. Yuxarıda göstərilən 77.000 manatın 50.000 manatı 49,65 m2 evə görə nağd, 16.200 manatı Bank of Bakuya olan kredit borcunu ödəyəcək. 10.800 manatı isə ev kirayəsindən üç illiyə kirayə haqqı kimi ödəniləcək. Evin və torpaq sahəsi təqdim olunan cizgidə göstərilib. xx.xx.2015-ci il tarixdən ev İddiaçı2 məxsusdur. X12 bildirir ki, öz səlahiyyətini Cavabdeh2 verir. 30.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı1 arasında borc münasibətləri olmuşdur. Hələ 2011 -ci ildə Cavabdeh2 tərsdiq etmişdir ki, İddiaçı1 26000 manat məbləğində pul borcludur. 31.Daha sonra tərəflər bir akt tərtib edərək borcun əvəzində hüquqi sənədi olmayan bir mənzillə bağlı razılığa gəlmişlər, həmin razılaşmada artıq tələb hüququ İddiaçı1 onun oğlu İddiaçı2 keçməsi və 50000 manatı nəğd, əlavə olaraq 16.200 manatı "xxxx"ya olan kredit borcun İddiaçı2 tərəfindən ödəniləcəyi və 10.800 manatın isə ev kirayəsindən üç illiyə kirayə haqqı kimi ödəniləcəyi, cəmi 77000 manatla bağlı razılaşma əldə edilmişdir. 32.Bu aktın nəticəsində İddiaçı2 evə qeydiyyata alınmışdır. Lakin 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-99/2017 saylı qərarından görünür ki, X5 Nəsimi RPİ-yə qarşı (İddiaçı2 Əlheydər oğlu üçüncü şəxs qismində cəlb edilməklə) «qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı2 Əlheydər oğlunun Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi 135 saylı evdən pasport qeydiyyatından çıxarılması Bakı şəhəri Nəsimi RPİ-yə həvalə edilməsi qərara alınmışdır. 33.İddiaçılar iddia tələbində ona istinad edirlər ki, cavabdeh akta əsasən daha əvvəl yaranmış borcun müqabilində razılaşdıqları evi verməmiş, hətta İddiaçı2 Əlheydər oğlu Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi 135 saylı evdən pasport qeydiyyatından çıxarılmış, buna baxmayaraq cavabdeh borcunu qaytarmaqdan yayınır. 34.Kollegiya qeyd edir ki, hazırda tərəflər arasında mübahisə borcun məbləği ilə bağlıdır. 35.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 54.419 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 227 manatının Cavabdeh2 İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnaməni İddiaçı1 və cavabdehlər mübahisələndirmişdir. 36.Kollegiya hesab edir ki, nə qədər ki, İddiaçı1 xx.xx.2015-ci il tarixdə onun tərəfindən də imza edilmiş akta əsasən tələb hüququnun İddiaçı2 keçməsinə razılaşdığından onun Cavabdeh2 pul tələb etmək üçün subyektiv hüququ yoxdur. Digər iddiaçı isə qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmişdir. 37.Cavabdehlərin apellyasiya şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, xx.xx.2015-ci il tarixli akta əsasən 50000 manat pulun İddiaçı2 tərəfindən Cavabdeh2 nəğd ödənilməsi bəyan edilmişdir. Bundan əlavə, İddiaçı2 tərəfindən Cavabdeh2 bankla bağladığı kredit müqavilələri üzrə cəmi 4.419 manat ödəniş etməsi isə qəbzlərlə təsdiqini tapmışdır. 38.Hətta 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-99/2017 saylı qərarından görünür ki, Cavabdeh2 şahid qismində ifadəsində göstərmişdir ki, o, 1988-ci ildə sözügedən evə gəlin gəlmişdir. Borcu hissə hissə İddiaçı2 anasından götürüb. Borcun təqribi miqdarı 70-80 min manat olub. 39.O cümlədən qeyd edilməlidir ki, tərəflər arasında öhdəlik münasibətləri icra müddəti ilə şərtləndirilməmişdir. Hətta 2023-cü ilin iyun ayında telefon yazışmalarından da görünür ki, ev satıldıqda borcun qaytarılacağı qeyd edilmişdir.
40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
41. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı1 və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Babayev